Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2798/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Sabunçu rayon Pirşağı Bələdiyyəsi və X7) iş üzrə QƏRAR (Açar söz: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), X2, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Və kil1, üçüncü şəxs X4 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Sabunçu rayon Pirşağı Bələdiyyəsi və X7) “bağ sahəsinin ilkin hüquqi qeydiyyata alınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 saylı 14 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qar şı iddia ərizəsi və tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı sərəncamı əsasında ayrılmış, Ünvan1 yerləşən 0,12 ha sahəsi olan 1139i saylı bağın onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ünvan1 yerləşən sahəsi 1200 kv.m olan 1139i saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı qərarına əsasən iddiaçıya ayrılmış və bu barədə ona 24 saylı order verilmişdir. Həmin vaxt onun soyadı «Quliyeva» o lmuş, boşanmadan sonra «Cavadova» soyadını qəbul etmişdir. 2008-ci ilin fevral ayında iddiaçı istifadəsində olan bağ sahəsini hasara almaq istəyərkən, Pirşağı bələdiyyəsi tərəfindən ona maneçilik törədildiyindən, hüqularının müdafiəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2009-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək, cavabdehlər Pirşağı bələdiyyəsinə, DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə, DTXK-nin Bakı şəhər şöbəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Sabunçu rayon İcra Hakimiyyətinə qarşı bağ sahəsinə qanuni sahibliyinin, hüquqlarının pozulmasının aradan qaldırılması və 12 fevral 2008-ci il tarixli aktın etibarsız hesab edilməsi, Ünvan1 bağ sahəsinə sahiblik və ondan istifadə etməsinə Pirşağı bələdiyyəsi tərəfindən törədilən maneçil ik qanunsuz hesab edilərək maneçiliyə son qoyulması tələbi hissəsində təmin edilmiş, bağa mülkiyyət hüququnun tanınması hissəsində isə iddiası baxılmamış saxlanılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 04.10.2011-ci ildə torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək torpaq kadastrı kitabında 28599 nömrə ilə uçota alınmışdır. DƏDRXnin Bakı şəhər ərazi idarəsi tərəfindən 27.01.2009-cu il tarixdə həmin bağ sahəsinin plancizgisi tərtib edilmişdir. Bundan sonra iddiaçı bağ sahəsinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, cavabdehin 06.09.2012-ci il tarixli **********62 saylı cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi qeyd olunan torpaq sahəsinə dair DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən tərt ib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olduğu göstərilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-893/2013 nömrəli 16 may 2013cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı sərəncamı əsasında ayrılmış, Ünvan1 yerləşən 0,12 ha sahəsi olan 1139 İ saylı bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdi r. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)1331/2013 nömrəli 24 sentyabr 2013-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-893/2013 saylı, 16 may 2013-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-93/14 saylı, 05 fevral 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1331/2013 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 26 yanvar 2017-ci ildə Bakı şəhər ərazi idarəsinin rəisi Ş.Ş. yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2013-cü il tarixli, 2in(82)-893/2013 saylı qərarının ləğv edilməsi, X4 müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə işə yenidən baxılması və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-893/2013 nömrəli,13 aprel 2017ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı Sabunçu rayonu Pirşağı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla bağ sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair iddiası üzrə çıxarılmış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2013-cü il tarixli, 2in(82)-893/20 13 saylı qərarının ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair DƏDRX-nin Bakı şəhər ərazi idarəsinin rəisi Şəmsi Şəhvələdovun ərizəsi və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-514/2018 saylı 06.02.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-893/2013 nömrəli 13 aprel 2017-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş DƏDRX-nin Bakı şəhər ərazi idarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2018-ci il tarixli 2-1(82)-893/2013 saylı qərardadı ilə X7 üçü ncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və həmin qərardadla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-893/2013 nömrəli 16 may 2013-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnərək baxılması üçün təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1953/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı sərəncamı əsasında ayrılmış, Ünvan1 yerləşən 0,12 ha sahəsi olan 1139 İ saylı bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş a pellyasiya şikayətində qərarın ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 saylı 14 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1953/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdehin imtinasında göstərdiyi əsaslar qanunvericilikdə sadalanmış hallara aid olmadığından, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 saylı 14 ma y 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı X5 Ünvan1 yerləşən sahəsi 1200 kv.m olan 1139i saylı bağ sahəsinə texniki pasport və çıxarış almaq məqsədilə İdarəyə 12.09.2015-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. Müvafiq uyğunsuzluğun aradan qaldırılması İdarənin səlahiyyətlərinə aid deyil. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X4) istifadəsindədir. Belə ki, iddiaçı başqa fi ziki şəxs tərəfindən ümumi hasara alınmış bağ sahəsini göstərmiş və onun göstərdiyi torpaq sahəsi digər fiziki şəxsin (X7) istifadəsindədir. Həmçinin, İdarənin arxiv qovluğunda bağ sahəsinin ilkin torpaqqayırma cizgisi və ya yerləşmə sxemi aşkar olunmamışdır. Vətəndaşlara paylanmış bağ sahələrinin yerləşməsinə dair sxematik xəritədə 1139i saylı bağın yeri göstərilməmişdir. Bu səbəblərdən ərizələrin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubları ünvanlanmışdır. Kassator “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Qanunun 8,9, 11.1, 12.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 55, 68, 111.1-ci maddələrinə, İPM-nin 91, 96.9cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 saylı 14 may 2019-cu il tarixli qərarının ləğ v edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Sabunçu rayon Pirşağı Bələdiyyəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxs Sabunçu rayon Pirşağı Bələdiyyəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil1 Bayram oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 s aylı 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 saylı 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 saylı 14 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı qərarı ilə, Ünvan1 0,12 ha torpaq sahəsi olan 1139i saylı bağ sahəsi X3 ayrılmış və ona Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 24 saylı order verilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının istifadəsində olan Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1139i saylı bağın 27 yanvar 2009-cu ildə «Torpaq sahəsinin planı» ndan tərtib edilməklə iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 04.10.2011-ci il tarixdə verilmiş A seriyalı 371477 saylı «torpaq sahəsinin planı və ölçüsü» ilə, Sabunçu rayonu, Pirşağı bağ massvində yerləşən 1139i saylı bağın 1200 kv.m torpaq sahəsinin kadastr plan ı tərtib edilmiş və Dövlət Torpaq Kadastr kitabında 28599 nömrəsi ilə uçota alınmışdır. İddiaçı istifadəsində və sahibliyində olan bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarış və texniki pasport almaq məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 sentyabr 2012-ci il tarixli **********62 saylı cavab məktubunda göstərilmişdir ki, 1139i saylı bağ sahəsinin ilkin hüquqi qeydiyyata alınması barədə iddiaçının ərizəsinə baxılmış, İdarənin mühəndisləri tərəfindən sözügedən bağ sahəsinə texniki baxış keçirilmiş və qeyd olunan torpaq sahəsinə dair DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə faktiki vəziyyət arasında uyğunsuzl uq müəyyən olunmuşdur. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın həm imtinasının, həm də kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı başqa fiziki şəxs tərəfindən ümumi hasara alınmış bağ sahəsini göstərməsi və onun göstərdiyi torpaq sahəsi digər fiziki şəxs X4 istifadəsindədir və İdarənin arxiv qovluğunda bağ sahəsinin ilkin torpaqayırma cizgisi və ya yerləşmə sxemi aşkar olunmamışdır; vətəndaşlara paylanmış bağ sahələrinin yerləşməsinə dair sxematik xəritədə 1139i saylı bağın yeri göstərilməmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin birinci dəlilinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, Ünvan1 yerləşən sahəsi 1200 kv.m olan 1139i saylı bağ sahəsi iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı qərarına və X1 və İ stismarı Birliyinin 24 saylı orderinə əsasən verilmişdir. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən 27.01.2009-cu ildə 1139i saylı bağın sxemi 1:500 miqyasda tərtib edilməklə iddiaçıya təqdim edilmiş, həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 04 oktyabr 2011ci il tarixdə «torpaq sahəsinin planı və ölçüsü» tərtib edilərək Dövlət Torpaq Kadastr kitabında 28599 nömrəsi ilə uçota alınmışdır. Həmin torpaq sahəsinin başqa fiziki şəxs tərəfindən ümumi hasara alınması və ya digər fiziki şəxs X4 istifadəsində olmasına gəldikdə, həmin istifadənin qanuni əsaslarına dair işin materiallarına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin 20.02.20 09-cu ul tarixli, 09/C-145/5 saylı və 19.02.2018-ci il tarixli, 09/C-116 saylı, Pirşağı Bələdiyyəsinin 22.05.2018-ci il tarixli 52 nömrəli məktublarında bildirilmişdir ki, Ünvan1 yerləşən sahəsi 1200 kv.m olan 1139i saylı bağ sahəsi Pirşağı bələdiyyəsinin mülkiyyətinə aid deyil, torpaq vergisinin alınması üçün Pirşağı bələdiyyəsi ilə X8 arasında bağlanmış icarə müqaviləsinin müddəti 2007-ci ilin noyabr ayında bitmiş, A.H. arvadı X4 adına bələdiyyənin arxivində həmin torpaq sahəsinə aid sənədləşdirmə aşkar olunmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılmasına dair sənədlərin işə əlavə edilməsini, fiziki şəxs X4 isə həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcudluğuna d air sübutların olmamasını nəzərə alaraq hesab edir ki, müvafiq torpaq sahəsinin başqa fiziki şəxs tərəfindən ümumi hasara alınması və ya digər qanunsuz istifadəsində olması qanuni sahibinin adına sənədləşdirilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Cavabdehin şikayətinin digər dəlilinə gəldikdə, Kollegiya hesab edir ki, bağ sahələrinin həm də arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanın arxiv qovluğunda bağ sahəsinin ilkin torpaqayırma cizgisinin və ya yerləşmə sxeminin aşkar olunmaması həmin bağ sahəsinin dövlət qeydiyyatına alınmasından imtina üçün əsas sayılmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı ida rələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırki halda da, yuxarıda qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 saylı qərarı, X1 və İstismarı Birliyinin 24 saylı orderi, DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən 27.01.2009-cu ildə tərtib edilmiş 1139i saylı bağın 1:500 miqyasda sxemi, Azərbaycan Resp ublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 04.10.2011-ci il tarixdə tərtib edilmiş «torpaq sahəsinin planı və ölçüsü» və digər sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş, həmin sənədlərin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, vətəndaşlara paylanmış bağ sahələrinin yerləşməsinə dair sxematik xəritədə 1139i saylı bağın yerinin göstərilməməsi iddiaçıya aid olmayan məsələdir və həmin halın aradan qaldırılması iddiaçının imkanı və səlahiyyətləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hü quq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunv ericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdehin imtinasında göstərdiyi əsaslar yuxarıda qeyd olunan maddədə sadalanmış hallara aid olmadığından, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-909/19 saylı 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2798/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2798/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver