Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2798/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin mümkünsüzlüyü, məhkəmə icraatının iştirakçısı olmayan şəxsin şikayət verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mə sələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1794/2023 nömrəli qərarından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına dü şməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X1 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim: O.X.Həsənov) iddia təmin edilmiş və ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X1 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qərarın dan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1794/2023 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və K.H.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. "xxxx" MMC həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a) kassasiya şikayətinin dəlilləri
6. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən İPM-in 12 və 58-ci maddəsinin tələblərinə əməl edilməmiş, işin faktiki halları tam araşdırılmamış, obyektiv və hərtərəfli araşdırılma aparılmadan qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mü bahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. i 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİ N HƏDLƏRİ
9. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalıdır.
12. Belə ki, Azərbaycan Respublikası İPM-in 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin o lunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
13. İş materiallarından göründüyü kimi, hazırkı mübahisə üzrə "xxxx" MMC Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(112)-11223/2022 saylı qərardadı ilə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsə də, sonradan hazırki mübahisə ilə bağlılığı müəyyən edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixdə, 2-1(112)-11223/2022 saylı qərardadı ilə üçüncü şəxs qismində cəlb edilməmiş sayılmışdır.
14. Beləliklə, göründüyü kimi "xxxx" MMC hazırki iş üzrə heç bir prosessual statusa malik deyildir. Qanunvericiliyin tələbinə əsasən kassasiya şikayətini isə yalnız inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) verə bilər. 15. “Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir. Həmin Məcəllənin 81.1 və 81.2-ci maddələrinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
16. Məhkəmə qeyd edilən halı analoji qaydada hazırkı işə tətbiq edərək bildirir ki, inzibati məhkəmə icraatı zamanı kassasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş subyektlər şikayət vermək hüququna malikdirlər.
17. Odur ki, "xxxx" MMC hazırkı icraata cəlb olunmadığından onun tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1794/2023 saylı iş üzrə 03 avqust 2023-cü il tarixli qərarından "x xxx" MMC tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.