Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-28/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü, xüsusi ittihamlı işə aid sənədlərin xüsusi ittihamçıya verilməsindən imtina edilməsi ilə bağlı münasibətlərin ümumi (publik) hüququn tənzimləmə predmetinə aid olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sənə dlərin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh hakimi X4 icraatında olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(011)-338/2019 saylı xüsusi ittihamlı iş üzrə X3, X1 və X5 xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında şahid qismində verdikləri ifadələri iddiaçının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan, təhqir edən kütləvi çıxışlar olduğundan, bunlarla bağlı məhkəmələrə xüsusi ittiham qaydasında etdiyi şikayətləri üzrə əsas, yeganə və mötəbər sübutları olduğundan, onları həmin işlərə əlavə etmək üçün dəfələrlə Cavabdehnə müraciət etməsinə baxmayaraq, həmin sənədlərin verilməsindən imtina edildiyinə görə onların ifadələrinin qeyd olunduğu Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolunun, şahid qismində məhkəməyə çağrılmaları barədə məhkəmə bildirişlərinin, ifadə verməkdən imtina etməyə və yalan ifadə verməyə görə xəbərdarlıq edilmələri barədə imza etdikləri iltizamların 03 nüsxədən ibarət təsdiq edilmiş surətlərinin, eləcə də xx xxxxxx 2019-cu il və xx xxxx 2020ci il tarixlərdə məhkəmə iclas protokollarından iddiaçının verdiyi qeydlərin rə dd edilməsi barədə hakim C.V.Hüseynin 06 noyabr 2019-cu il tarixli və xx xxxx 2020-ci il tarixli qərarları, onun hakim C.V.Hüseynə etdiyi xx xxxxxx 2020-ci il tarixli yazılı və həmin tarixli şifahi etirazlarının onun tərəfindən baxılmamış saxlanılması barədə xx xxxxxx 2020-ci il tarixli qərarları, ona etdiyi xx xxxxxx 2020-ci il tarixli etirazının təmin edilməməsi barədə Bakı şəhəri Cavabdeh sədri R.Rzayevin xx xxxxxx 2020-ci il tarixli qərarı, T.B.Nurullayev təqsirləndirilən şəxs qismində tanındıqdan sonra onun üçün AR CPM-nin 312.1-ci maddəsinə əsasən, onun ərizəsi (vəsatəti) əsasında CPM-nin 92.3.1-ci, 143.3-cü, 193-cü maddəsində nəzərdə tutulan qaydada dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilməsi barədə qərarı, müdafiəçinin orderi hüquq və qanuni mənafelərinə toxunan qərarlar olduğ undan, CPM-nin 88.4-cü maddəsinə əsasən, zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edən xüsusi ittihamçı kimi CPM-nin 87.6.13-cü maddəsinə əsasən, iddiaçının hüquq və qanuni mənafelərinə toxunan həmin qərarları almaq hüququ olduğuna görə onların təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-4053/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: P.A.Hüseynov) iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan olmadığından iddia mümkün sayıla bilməz.
4. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayət verərək, həmin qə rardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-4053/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mövcud iddia tələbi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etməklə bağlı tələb olmadığına görə, mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün deyildir.
7. İddiaçı apelyasiya inst ansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və hazırda Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasında araşdırılan T.B.Nurullayevin AR Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(01 1 )338/2019 saylı xüsusi ittihamlı iş üzrə X3, X1 və X5 Cavabdeh (hakimi C.Hüseyn) icraatında olarkən xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında şahid qismində verdikləri ifadələri şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılaraq təhqir edən kütləvi çıxışlar olduğundan, bunlarla bağlı onlardan xüsusi ittiham qaydasında etdiyi şikayətləri üzrə yeganə əsas və mötəbər sübutlar olduğundan, onların ifadələrinin məhkəmənin xx.xx.2019-cu il tarixli iclas protokolunun, şahid qismində məhkəməyə çağırılmaları barədə məhkəmə bildirişlərinin, ifadə verməkdən imtina etməyə və yalan ifadə verməyə görə xəbərdarlıq edilmələri barədə imza etdikləri iltizamların 03 nüsxədən ibarət təsdiq edilmiş surətlərinin ona verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi məsələsinə baxılması üçün işin Bakı Apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. İddiaçının kassasiya şikayətində əks etdirdiyi xüsusatlar apelyasiya şikayətində qeyd edi lənlərlə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyy ətinə şamil olunmur.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hes ab edilmişdir.
15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. İşdən görünür ki, iddiaçı xüsusi ittihamçı kimi iştirak etdiyi işin materiallarında olan məhkəmə bildirişlərinin, iltizamların və məhkəmə iclas protokollarının, eləcə də xüsusi ittihamlı işin materiallarına aid digər sənədlərin təsdiq olunmuş surətlərinin ona verilməsi üçün Cavabdeh hakimi C.Hüseynə ərizə il ə müraciət etmişdir.
18. Həmin məhkəmənin hakimi C.Hüseyn xx.xx.2019-cu il tarixdə müraciətə aşağıdakı məzmunda cavab vermişdir. “Sizin məhkəmə bildirişlərinin, iltizamların və məhkəmə iclasının protokollarının təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.9-cu maddəsinə əsasən, xüsusi ittihamçı iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək, həm in Məcəllənin 87.6.10-cu maddəsinə əsasən ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüquqları həyata keçirir. İş materialları ilə tanış olduqdan sonra tərəfinizdən məhkəmə iclasının protokoluna müvafiq qeydlər verilmiş, həmin qeydlər rədd edilərək özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilmişdir. Tələb etdiyiniz məhkəmə bildirişləri, iltizamlar və məhkəmə iclasının protokolları sizə aid sənədlər olmadığından və həmin sənədlərin surətlərinin cinayət prosesinin iştirakçılarına verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadığından müraciətinizin müsbət cavablandırılması mümkün deyil.”
19. Bundan sonra, iddiaç ı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, xüsusi ittihamçı kimi iştirak etdiyi işin materiallarına aid yuxarıda sadalanan sənədlərin təsdiq edilmiş surətlərinin ona verilməsini xahiş etmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iddia mümkün iddia deyildir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa i mkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
22. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvə li aktlardan irəli gəlməsidir.
23. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid old uğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
24. Hazırkı mübahisədə tərəflər arasında olan münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilmir. Bu münasibətlər ümumi (publik) hüquq normaları ilə deyil, cinayət prosessual qanunvericiliyin normaları ilə nizama salınır. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə tam razılaşmasa da, hesab edir ki, iddianın mümkünsüzlüyü ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgündür.
25. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1410/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.