Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-28/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qusar Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (tikintidə ara məsafəsi, layihədən kənara çıxmaqla tikinti normalarının pozulması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, X2 tərəfindən yaşayış evi adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi t ələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2-1(105)-394/2021 saylı qərarından və qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2008-ci ilin aprel ayında Qusar Rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus Qusar şəhəri, A.Xammətov küçəsındə yerləşən 0.08 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. 2. 10 aprel 2008-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən həmin torpaq sahəsində tikilməsi nəzərdə tutulan fərdi yaşayış evinin layihəsinin uyğunluğu yoxlanı lmış və fərdi yaşayış evinin tikintisinə razılılıq verilmişdir.
3. İddiaçı 2015-ci ildə həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməsi barədə cavabdeh rayon icra hakimiyyətinə müraciət etmişdir. Fərdi yaşayış evinin yeni layihəsi razılaşdırılmaqla cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.
4. İddiaçı fərdi yaşayış evini 2015-ci ildə rayon icra hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla tikmişdir.
5. Tikinti işləri başa çatdıqdan sonra, iddiaçı fərdi yaşayış evinin layihəsinin razılaşdırılması üçün 14 oktyabr 2019-cu il tarixdə ərizə ilə rayon icra hakimiyyətinə müraciət etmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 31.10.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, fərdi yaşayış evi 2015-ci ildə razılaşdırılmış layihədən kə nara çıxmaqla və ara məsafəsi saxlanılmadan inşa olunduğu, qonşu Sevil Güləliyevanın evindən hündür tikildiyi və onunla qonşuluq münasibətlərinə, həmçinin şəhərin memarlıq üslubuna xələl gətirdiyi üçün tikinti layihəsi razılaşdlrılmadan geri qaytarılır.
7. Üçüncü şəxs X2 qonşuluqda yerləşən 400 kvadrat metr torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsində X2 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus yaşayış evinin tikinti layihəsinin razılaşdırılması, X2 tərəfindən yaşayış evi adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 800 kvadrat metr torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün Qusar rayon Bələdiyyəsinin 18 mart 2003-cü il tarixli, N 4/4-12 saylı qərarı əsasında satın almışdır. 2019-cu ilin yanvar ayında X2 qonşuluqda yerləşən 400 kvadrat metr torpaq sahəsini (30 x 13,5 metr) satın almış, həmin torpaq sahəsində bütövlükdə bir katlavan qazmış və bu zaman onun torpaq sahəsinə 1 metr müdaxilə etmişdir. Təqdim etdiyi fotoşəkillər də bunu aydın göstərir. T.Qasımovun bu hərəkəti barədə Qusar Rayon Polis Şöbəsinə məlumat vermişdir. Belə ki, X2 tikdiyi binanın təməlini torpağının sərhəddindən atır və bununla da “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin” 69-cu maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi buraxılmalıdır. Bu qanunu bir daha 3-cü şəxsin nəzərinə çatdırmış, eyni zamanda həmin şəxsin yaşadığı evə poçt vasitəsilə sifarişli məktub da göndərmişdir. Məktubda ondan xahiş edilmişdir ki, binanı Məcəllənin müvafiq maddələrinə uyğun olaraq tiksin. X2 onun təklifinə məhəl qoymamış və bildirmişdir ki, onun əlində Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz layihəsi var və binanı həmin layihə üzrə tikir. Bu barədə Qusar Memarlıq və Tikinti şöbəsinin müdiri Samxanov Şahbaza müraciət etmiş və ona Qasımov Tahirin ara məsafəsi saxlamadan bina inşa etdiyini bildirmişdir. Ona təklif olunmuşdur ki, X2 ilə notariat qaydasında razılaşma müqaviləsi bağlasın və Tahir Qasımov binanı həmin layihə üzrə tiksin. Razılaşdırılmış layihə, cizgi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 80ci maddələrinin tələblərinə zidd olaraq tərtib edilmişdir. T.Qasımova yenidən təklif etmişdir ki, hələ gec deyil, qanun üzrə layihəni dəyişdirsin və onlar iki qonşu notariat qaydasında müqavilə bağlasınlar. Ancaq T.Qasımov yenə də onun təklifini rədd etmişdir. Yuxarıda göstərilən faktlar üzrə o, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev cənablarına müraciət etmişdir. Onun 01 may 2019-c u il tarixli ərizəsi yoxlanılması üçün Qusar RİHB Aparatına və surəti ona göndərilmişdir. Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri onu T.Qasımovun tikintisinə dəvət etmiş və nəticədə T.Qasımovun tikintisində heç bir qüsur, çatışmazlıq olmadığını bildirmişdir. Sonradan onu Qusar RİHB Aparatına dəvət etmiş və tələb etmişdir ki, izahat yazaraq Tahir Qasımovun tikintisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin heç bir tələbinin pozulmadığını və ara məsafəsinin saxlanıldığını təsdiq etsin. Yoxlamadan sonra Qusar RİHB Aparatının Sosial-iqtisadi inkişafın təşkili şöbəsinin müdirinin 18 iyul 2019-cu il tarixli № 3-636 saylı məktubu ilə ona cavab verilmişdir ki, T.Qasımov özünə məxsus torpaq sahəsində zirzəmi və bir mərtəbədən ibarət fərdi yaşayış evi tikir, onun fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən məsafə saxlamaqla inşa edilir və T.Qasımov tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Halbuki, Qasımov Tahirin tikdiyi bina məktubda göstərildiyi kimi, zirzəmi və bir mərtəbədən ibarət deyil, faktiki zirzəmi və iki mərtəbəli binadır. İkinci bina qəti olaraq fərdi yaşayış evi deyil, tamam ayrı məqsədə qulluq edəcək. Uzunluğu 29 metr, eni 13,5 metr olan binanın sağında və solunda cəmi 8 balaca pəncərə inşa edilib. İçəridə otaqlara oxşar heç nə yoxdur. Cizgi, eskiz layihə də iki mərtəbədən ibarətdir və 8 pəncərənin olması cizgi və layihədə öz əksini tapmır. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də aydın görünür ki, bina zirzəmi ilə iki mərtəbəlidir və heç də fərdi yaşayış evinə oxşamır. Qusar RİH B Aparatından belə bir cavab aldıqdan sonra, yenidən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və vəziyyəti izah etmişdir. Komitənin hüquq şöbəsində ona Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməyi məsləhət bilmişlər. Ərizə ilə Qusar RİHB müraciət etmişdir ki, evinin damını dəyişsinlər. Ona görə ki, Qusar şəhərində mansardlı bina məqsədəmüvafiq deyildir. Adi dam qoyulması daha əlverişlidir. 2019-cu il tarixdə yeni layihə təqdim edərək damı dəyişdirmək istəmişdir. Evin heç bir otağını və hissəsini dəyişməmiş, tək damı dəyişdirmişdir. Bu o demək deyildir ki, bununla kiminsə tikintisinə xələl gətirmişdir. Ona dəfələrlə bildirilmişdir ki, fərdi yaşayış evi icra hakimiyyəti ilə razılaşdırılmalı və layihəyə uyğun tikilməlidir. Ona görə də, fərdi yaşayış evi tikiləndən sonra təqdim etdiyi layihə cavabdeh tərəfdən razılaşdırılmadan geri qaytarılmışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 07.04.2021-ci il tarixli, 2-1(118)-231/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X1 inşa etdirib sonradan Anar İbrahimova satdığı fərdi yaşayış evindən müvafiq icazə olmadan, yəni binanın təyinatı dəyişdirilmədən mağaza kimi istifadə etməsinin qarşısını almaq müvafiq qurumların vəzifəsidir. Ona görə də məhkəmə hesab edir ki, X2 tərəfindən inşa edilmiş tikilidən təyinatı üzrə istifadə edilməməsi, fərdi yaşayış evinə bitişik navesin quraşdırılması mübahisəli binanın söküntüsünə səbəb ola bilməz. Bundan başqa, Qusar rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı özünə məxsus ol an torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin lahiyəsi razılaşdırıldıqdan sonra, onun razılaşdırılmış layihə üzrə deyil, digər layihə üzrə tikintini həyata keçirməsi, o cümlədən həmin tikilinin artıq başa çatması səbəbindən iddia tələbində qeyd olunan layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması Qanunun tələbinə ziddir. Nəzərə alınmalıdır ki, layihənin razılaşdırılması tikili inşa edilənə qədər həyata keçirilməli bir hərəkətdir və həmin hərəkətin tikili inşa edildikdən sonra yerinə yetirilməsi məlumatlandırma icraatının prinsiplərinə uyğun deyildir. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilə bilməz.
12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni q ərarın qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Fuad Məmmədov-sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və Səyyad Qafari) 23 avqust 2021-ci il tarixli, 2-1(105)-394/2021 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(118)-231/2021 saylı qərarı-iddiaçıı İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı onun binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qey d etmişdir ki, İddiaçı özünə məxsus olan torpaq sahəsində inşa edəcəyi fərdi yaşayış evinin layihəsini razılaşdırdıqdan sonra onun həmin layihədən kənara çıxmaqla tikilini inşa etməsi, o cümlədən tikinti yekunlaşdıqdan sonra yeni lahiyənin razılaşdırılmasının cavabdeh inzibati orqanının üzərinə vəzifə olaraq qoyulması barədə tələb irəli sürməsi əsassızdır.
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Fuad Məmmədov-sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və Səyyad Qafari) 23 avqust 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-231/2021 saylı qərarı-İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı X2 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti no rmalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş, bu hissədə iddianın mümkün sayılmaması qərara alınmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı belə tələb hüququna malik deyildir. Odur ki, həmin hissədə qərar ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
17. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-394/2021 saylı iş üzrə 23.08.2021-ci il tarixli qərarının və qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə məzmun və mahiyyət baxımından eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Tikinti və Şəhərsalma Məcəlləsi: Maddə 69.Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zərur i deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutu lur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsas ən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilmə si zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilmə sinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
70. Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. 70.2. Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir: 70.2.1. oyun meydançaları nın və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi; 70.2.2. hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi; 70.2.3. əlilliyi olan şəxslər üçün pandusların təşkil edilməsi; 70.2.4. tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi. Maddə
80. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsin in yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsi nə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4 Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tə rəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 82.2 Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbl ərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarı və qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığı üçün, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Avropa İnsan H üquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin razılaşdırılmış layihədən kənara çıxmaqla tikilməsi və bunun nəticəsi olaraq yeni layihənin razılaşdırılması ilə, habelə X2 tərəfindən qonşuluqda tikilmiş binanın tikinti normaları pozulmaqla inşa edilməsinin müəyyənləşdirilməsi və bunun müəyyən olund uğu təqdirdə, həmin binanın sökülməsi ilə bağlıdır.
28. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normaya görə, həmin normada nəzərdə tutulmuş tələblərə uyğun fərdi yaşayış evlərinin tikintisinə münasibətdə məlumatlandırma icraatı həyata keçirilir. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydal ara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
29. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə baş laya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
30. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
31. Nəzərə almaq lazımdır ki, həm tikintiyə icazə, həm də məlumatlandırma icraatının məqsədi tikilməsi nəzərdə tutulan tikinti obyektinin, tikilməzdən əvvəl layihə səviyyəsində şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunu təmin etməkdən və bunun üzərindən qanunsuz tikintilərin qarşısını almaqdan ibarətdir. Başqa sözlə, yalnız tikinti layihəsinin qeyd edilən hüquq normalarına uyğunluğu müəyyən edildikdən sonra, həmin layihə üzrə tikintiyə icazə verilir və ya məlumatlandırma icraatı qaydasında razılaşdırma əsas ında tikintiyə yol verilir.
32. Həmçinin nəzərə alınmalıdır ki, şəxsin tikinti niyyətini ifadə edən ərizəsi üzrə həm tikintiyə icazə icraatı, həm də məlumatlandırma icraatının tətbiqi müvafiq inzibati orqanın məsuliyyət sferasına aiddir. İnzibati orqan tikintiyə icazə üzrə icraat çərçivəsində və ya məlumatlandırma icraatı zamanı təqdim olunmuş layihələrin şəhərsalma və tikinti hüquq normalarına, o cümlədən həmin normaların ara məsafəsi, qonşuluqda yaşayan üçüncü şəxslərin hüquqları ilə bağlı tələblərinə uyğunluğunu xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Layihə qeyd olunan tələblərə uyğun olduğu təqdirdə layihə üzrə tikintiyə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilir. İcazənin verilməsi və ya məlumatlandırma icraatı qaydasında razılaşdırma layihənin şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunun təsdiqini ifadə edir.
33. Bundan əlavə qeyd olunmalıdır ki, tikintiyə nəzarət orqanı icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilmiş layihələr üzrə tikintinin həmin layihələrə uyğun aparılmasına nəzarət etməyə və həmin uyğunluğu təmin etməyə borcludur. Yəni tikintiyə nəzarət orqanı tikintinin icazə verilmiş və ya razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət edir. Tikintiyə nəzarət dövlətin müvafiq qurumlarının məsuliyyət sferasına aiddir. Nəzarət çərçivəsində layihədən kənarlaşma halları aşkar olunduğu təqdirdə, nəzarət orqanı şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya layihəyə uyğunluğun təmin edilməsi ilə bağlı digər tədbirləri görməyə haqlıdır. Nəzərə alma q lazımdır ki, icazə verilmiş və ya razılaşdırılmış layihədən kənara çıxmaqla tikinti obyektinin inşa edilməsi dövlət tərəfindən verilmiş icazənin, beləliklə də şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir və qanunsuz sayılır. Əks təqdirdə, tikintiyə icazə və ya məlumatlandırma icraatı institutları öz əhəmiyyətini və mahiyyətini itirərdi.
34. Yuxarıda istinad olunan normalara görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, ara məsafəsinin müəyyən olunması ictimai maraqlardan irəli gəlir və təhlükəsizlik (məsələn, yanğın təhlükəsizlik), eləcə də təbii yaşayış mühitinin (məsələn, təbii hava axını) mühafizəsi ilə bağlı məqsədlərə xidmət edir. Nəzərə alınmalıdır ki, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Yuxarıda istinad olunan normalara əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi qədər müəyyən edilmişdir.
35. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı Qusar rayon İcra Hakimiyyətinə müraciət edərək, Qusar şəhəri, A.Xammətov küçəsındə yerləşən ona məxsus 0,08 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. 10 aprel 2008-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və fərdi yaşayış evinin eskiz layihəsi cavabdeh tərəfindən razılaşdırılmışdır. Sonradan iddiaçı 2015-ci ildə həmin fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməsi barədə rayon icra hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən tikintinin yeni layihəsi də razılaşdırılmışdır. Lakin iş üzrə materiallardan görünür ki, iddiaçı tərəfindən yaşayış evi 2015-ci ildə razılaşdırılmış layihədən kənara çıxmaqla tikilmişdir. İddiaçının, ən azından özünün də etiraf etdiyi kimi, razılaşdırmaya təqdim edilən yeni layihə mansardın və damın dəyişdirilməsi ilə bağlı olmuşdur. İş üzrə ma teriallardan görünür ki, mansard mərtəbəsinin hündürlüyü razılaşdırılmış layihədə nəzərdə tutulan ölçüdən artıqdır və faktiki olaraq üçüncü mərtəbə kimi tikilmişdir (hündürlüyü 2,8 metr təşkil edir).
36. Bununla əlaqədar qeyd edilməlidir ki, şəhərsalma və tikini qanunvericiliyinin müddəaları baxımından evin mansardı və ya damı da onun konstruktiv tərkib hissəsinə aiddir. Tikinti obyektinin həmin konstruktiv elementi də layihə ilə nəzərdə tutulur, həmin hissə də razılaşdırılmış layihəyə uyğun olmalı və tikinti obyekti bütövlükdə layihəyə uyğun tikilməlidir. Bu yuxarıda istinad olunan normaların tələblərindən irəli gəlir. Bununla belə, qeyd olunmalıdır ki, tikinti obyektinin layihədən kənara çıxmaqla inşa edilmiş hissəsi ilə bağlı qanunsuzluğun aradan qaldırılması, yəni həmin hissənin şəhərs alma və tikinti hüquq normalarına uyğunluğunun təmin edilməsi imkanları araşdırıla bilər.
37. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, X2 tərəfindən Qusar şəhəri, A.Xammətov küçəsində yerləşən ona məxsus torpaq sahəsində tikilmiş bina cavabdehlə razılaşdırılmış eskiz layihəsinə, habelə ara məsafəsi ilə bağlı tələblərə uyğundur. Bununla belə, tikilinin daxilində birinci və ikinci mərtəbədə eskiz layihədə göstərilən arakəsmə divarlarının inşa olunmadığı, ikinci mərtəbəyə qalxmaq və zirzəmi mərtəbəsinə düşmək üçün nəzərdə tutulmuş pilləkənlərin eskiz layihədə göstərilən yerdə inşa olunmadığı müəyyən olunmuşdur. Lakin bununla bağlı tədbirlərin görülməsi aidiyyəti dövlət orqanın səlahiyyətinə aiddir və hüquqi təsir baxımından həmin hallarla bağlı iddiaçı hər hansı tələb hüququna mal ik deyildir. Nəzərə almaq lazımdır ki, yaşayış yaxud qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi, tikinti obyektinin parametrləri və təyinatı ilə bağlı tələblərin təmin edilməsi aidiyyəti qurumun şəhərsalma və tikinti hüquq normalarına əsaslanan müstəsna səlahiyyəti və preroqotividir. Həmin orqanların belə səlahiyyətlərinin icrasına müdaxilə etməkdə iddiaçı haqlı sayıla bilməz.
38. Bundan başqa, nəzərə almaq lazımdır ki, nəzarət orqanı tərəfindən pozuntuların müəyyən olunmadığı və ya pozuntular barədə məlumatın təsdiq olunmadığı təqdirdə, şəxs layihəyə uyğun inşa edilmiş tikinti obyektinin sökülməsini tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçı qonşu tərəfindən tikilmiş və tikintisi zamanı şəhərsalma və tikinti hüquq normalarının pozulduğu səlahiyyətl i dövlət orqanları tərəfindən müəyyən olunmamış tikinti obyektinin sökülməsini tələb etmək haqqına malik deyildir. Şəxs yalnız özünün hüquqlarına toxunma potensialına malik həmin tikintiyə verilmiş icazəni və ya məlumatlandırma qaydasında razılaşdırmanı mübahisələndirə bilər. Belə mübahisələndirmə isə iddia növündən asılı olaraq konkret müddətə bağlıdır.
39. Beləliklə, iddiaçının hazırkı məzmunda iddia tələblərinə münasibətdə apelyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı yuxarıda qeyd edilənlər baxımından əsaslı və qanuni sayılmalıdır.
40. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(105)-394/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.