Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-280/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “İddiaçı” MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-280/19 Bakı şəhəri 23 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsiX2un, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentin in nümayəndəsi X1un və cavabdehlərin vəkili Vəkil iştirakları ilə, cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2582/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “İddiaçı” MMC (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun fəaliyyətinə, şəxsi hesab vərəqəsinə, ƏDV sub-uçot depozit hesa bına hər-hansı qanunsuz müdaxilə etməkdən çəkinmək vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılması və sub-uçot depozit hesabından hər-hansı məbləğin tutulmasının və silinməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, müəssisə mühasibatlıq işlərini Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə etməklə vaxtlı-vaxtında aparmış, maliyyətəsərrüfat fəaliyyətin i əks etdirən hesabatları vergi orqanına təqdim etmiş, habelə vergi orqanı tərəfindən keçirilmiş vergi yoxlamaları zamanı vergilərin azaldılması faktları aşkar edilməmişdir. Buna baxmayaraq, cavabdeh 15 avqust 2018-ci il tarixdə müəssisənin sub-uçot depozit hesabına məhdudiyyət qoymuşdur ki, iddiaçı mal alıb iş görmək istədiyi müəssələrin sub-uçot depozit hesablarına malın, işin əlavə dəyər vergisini ödəyə və müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməmiş, bu isə onun fəaliyyətinin iflic vəziyyətinə qoyulması ilə nəticələnmişdir. Cavabdehlər ərizəyə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(82)4046/2018 saylı qərardadı ilə (hakim Çingiz Bəşirov) ərizə təmin edilmişdir. Həmin məhkəmə bildi rmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə sonradan ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi səbəbindən, müvəqqəti xarakterli müdafiə tədbiri formasında ilkin təcili tənzimləmə zəruridir. İddiaçının sub-uçot hesabına qoyulmuş məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğu üçün sonradan iddiaçının hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmaya yaxud xeyli dərəcədə çətinləşə bilər. Həmin qərardaddan cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2 -1(103)-2582/2018 saylı qərardadı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və Valeh Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və bildirmişdir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir və ilk növbədə vergi ödəyicisinin mənafeyi nəzərə alınmalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6, 23.1.7, 24.0.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 40.2, 40.3, 41.2, 41.3, 41.4,-cü maddələri ilə əsaslandırmışdır. Kas sasiya şikayəti Sonuncu qərardaddan cavabdehlər kassasiya şikayəti verərək onun ləğv, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayətləri onların mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti şikayətində bildirmişdir ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. Vergi qanunvericiliyi ƏDV-nin depozit hesabında pul vəsaitlərinin hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanını isə nəzərdə tutmamışdır. Digər əsas kimi bildirilmişdi r ki, iddia tələbi müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aid olduğundan, inzibati orqanın qanunsuz müdaxilə olduğu təqdirdə onun zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının şəxsi-hesab vərəqəsinə, ƏDV sub-uçot hesabına və onun fəaliyyətinə hər hansı qanunsuz müdaxilə edilməmiş və belə səlahiyyət verilməmişdir. Apellyasiya məhkəməsi isə işin faktiki və hüquqi hallarını ilkin araşdırmadan, mübahisə ilə bağlı ziddiyyətli maraqları hərtərəfli qiymətləndirmədən, yalnız iddiaçının formal mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin təmin edilməsi üçün qoyulmuş məhdudiyyətin aradan qalrıdılması nəticəsinə gəlsə də, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında qanunsuz qərardad qəbul etmişdir. Kassasiya şikayətində sadalanan dəlillərin hüquqi əsası olaraq cavabdehlər, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6, 23.1.7, 59.1, 65.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış m alların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»na və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4, 14.2, 41.2-ci maddələrinə istinad etmidşir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndələri və vəkili kassasiya şikayətlərinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinin 10 sentyabr 2018-ci il tarixli çıxarışından görünür ki, iddiaçının vergi orqanlarına hər-hansı vergi borcu yoxdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələ təşkil edir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs izibati aktın (…) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonar – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; - 40.2-ci maddəsinə əsas ən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Bu müddəaların tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqularının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qiymətləndirilmişdir. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları müəyyən etmiş, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin, hər iki maddələrdə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) müəyyən edilmişdir. Apellyaiya məhkəməsi hesab etmişdir ki, ilk növbədə vergi ödəyicisinin mənafeyi nəzərə alınmalıdır, çünki mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruri olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehələrin dəlillərinə görə, apellyasiya məhkəməsi işin faktiki və hüquqi hallarını ilkin araşdırmadan, cavabdeh tərəfindən iddiaçının şəxsi-hesab vərəqəsinə, ƏDV sub-uçot hesabına və onun fəaliyyətinə hər hansı qanunsuz müdaxilənin mövcudluğunu, buna səlahiyyətlərin olub-olmamasını araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri müvəqqəti xarakterli müdafi ə tədbiri barədə nəticəyə gələrkən tətbiqi xahiş edilmiş tədbirin hüquqi və faktiki əsaslarını araşdırmamış və bu hissədə cavabdehlərin bildirdiyi dəlillərlə aşağıdakılara əsaəsn razılaşdığını qeyd edir. Apellyasiya məhkəməsi yalnız müəyyən etmişdir ki, İddiaçının şəxsi hesab vərəqəsinin 10 sentyabr 2018-ci il tarixli çıxarışına əsasən vergi borcu müəyyən edilməmişdir. Lakin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 15 avqust 2018-ci il tarixində onun sub-uçot depozit hesabına məhdudiyyət qoyulmuşdur. Bu halın təsdiqi kimi iddiaçı işin 14-cü səhifəsində olan kompyuter proqramından olan çıxarış kimi bir vərəqi əlavə etmişdir ki, həmin vərəqədə “Səhv, məbləğin formatı düzgün deyil!” mətni əks olunmuşdur. Habelə, iddiaçı “ƏDV sub-uçot hesabından” şıxarışı da təqdim etmi şdir ki, həmin hesabda 15 avqust 2018-ci il tarixindən sonra müxtəlif mədaxil əməliyyatların aparıldığı, məxaric əməliyyatların yalnız “Dövlət büdcəsinə” aparıldığı əks olunmuşdur. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının təqdim etdiyi bu sübutlara hər hansı bir qiymət verilməmişdir. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Lakin onların işdə mövcudluğu apellyasiya məhkəməsinin gəldiyi nəticəyə zidd olduğu üçün məhkəmə kollegiyası onların işdə mövcud olması ilə bağlı aşağıdakı qaydada hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonr a – Vergi Məcəlləsi): - 13.2.40-ci maddəsinə əsasən, ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; - 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri (...) tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, (...) ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Sonuncu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsə dilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bu müddəalardan aydın olur ki, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı mövcuddur: depozit hesabı və sub-uçot hesabı. Depozit hesab faktiki olaraq pul vəsaitlərin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesab isə hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyicisinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən proqram təminatıdır. Belə ki, ƏDV-nin sub-uçot hesabına münasibətdə istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarının 4-cü bəndinə əsasən: 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV s ub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV subuçot hesabından ƏDV məbləğini satıcının ƏDV subuçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları»na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə... vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəs inə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış «Köçürmə əməliyyatlarının aparılması» menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Müddəalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesabfakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Bununla yanaşı, ƏDV depoziti hesabı ilə bağlı zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 65.2.3-ci maddəsində müəyyən olunmuşdur ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dovlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddənin tələbləri onu ehtiva edir ki, vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda, onun ƏDV depoziti hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Belə ki, yuxarıda istinad edilmiş Qaydaların 3.1-ci hissəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür: əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizləri n və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün. Qanunvericliyin sadalanmış maddələrinin mənası ondan ibarətdir ki, vergi ödəyicisinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yalnız vergi ödəyicisi səlahiyyətlidir, lakin həmin hesabda çəmləşmiş məbləğlər vergi ödəyicisinin depozit hesabında olan məbləğləri əks etdirməlidir. Depozit hesabdan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ödəniş tapşırığına əsasən müvafiq məbləğ tutulduqda, sub-uçot hesabda olan göstəricilərdən həmin məbləğin tutulması barədə vergi ödəyicisinə məlum olmalıdır. Bu halda vergi ödəyicisi sub-uçot hesabla bağlı əməliyyatları apara bilmədiyi təqdirdə (misal üçün, müvafiq vəsaitin çatışmaması səbəbindən), həmin sub-uçot hesaba cavabdeh tərəfindən məhdudiyyətin qoyulub-qoyulmaması deyil, onun depozit hesabında olan vəsaitlərlə bağlı məsələ araşdırılmalıdır. Lakin işin hallarından göründüyü kimi, iddiaçının mübahisələndirən dövrə münasibətdə hər hansı borcu müəyyən edilməmiş, habelə cavabdeh tərəfindən iddiaçının vergi borcunun olması barədə, onun tutulması ilə bağlı hər hansı hərəkətlərin həyata keçirilmədiyi bildirilmişdir. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyadı hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə, məsələyə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir. Yeni apellyasiya baxışı zamanı iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olması araşdırılmalı, iddiaçının ƏDV depozit hesabı ilə bağl ı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli, onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istfadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalıdır. Nəticəsindən asılı olaraq iddiaçnın xahiş etdiyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsinə, habelə iddianın mümkünlüyünün şərtləri baxımından da qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edil sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2582/2018 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-280/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-280/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver