Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-280/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı 41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2021-ci il tarixli, 2-1(107)-398/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mingəçevir şəhər X2 İcraiyyə Komitəsinin Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 07 fevral 1979-cu il tarixli, 7287 nömrəli orderə əsasən İddiaçı sahəsi 25,0 kv. metr olan 1 otaqlı mənzil verilmişdir.
2. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22 noyabr 1990-cı il tarixli, 383 nömrəli qərarına əsasən həyətyanı sahəsi 599 kv. metr olan 1 otaqlı mənzil İddiaçı 250 manata sa tılmışdır.
3. Hazırda ünvan 2 ünvanda yerləşən 599,0 kv. metr həyətyanı sahə İddiaçı istifadəsindədir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 avqust 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüquqi əsasında İddiaçı məxsusdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-cu ilin fevral ay ından ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Yaşadığı mənzil Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli, 363 saylı qərarı əsasında ona satılmışdır. Bu haqda akt tərtib edilmişdir. Rəsmi olaraq yaşadığı mənzilin 599 kv.metrlik həyətyanı torpaq sahəsi vardır. Bu haqda məlumat qərarda və aktda öz əksini tapmışdır. Mənzil özəlləşdirilən zaman ona məlum olmayan səbəblərdən torpaq sahəsinin özəlləşdirilməsi həyata keçirilməmişdir. İstifadəsində olan həyətyanı torpaq sahəsinin vergisini də uzun müddətdir ödəyir. Yaşadığı mənzilə 1991-ci ildə qeydiyyat vəsiqəsi, sonra isə 16.08.2016cı il tarixdə cavabdeh tərəfindən RX № ******* saylı Çıxarış verilmişdir. İddiaçı 41 il müddətində istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alı nması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
7. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi hazırda xüsusi mülkiyyət hüququ üzrə ona məxsus mənzilin yerləşdiyi torpaq sahəsinin əvəzsiz olaraq xüsusi mülkiyyətinə verilməsi barədə müddəa Mingəçevir şəhər XDS İK-nin qərarında qeyd olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi tikinti altı sahədir və mühafizə zolağı olmaqla dövlət balansına aiddir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim İ.Cabbarov) 24 iyun 2021-ci il tarixli, 21(116)-391/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin iddiaçıya verilməsi (ayrılması) barədə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş akt yoxdur. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli, 363 saylı qərarı isə Mingəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzilinin İddiaçı şəxsi mülkiyyətinə verilməsi barədədir və torpaq sahəsinin ayrılmasına aid deyildir.
10. İ ddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2021-ci il tarixli, 2-1(107)-398/2021 nömrəli qərarı ilə (hakimlər - V.Məlikov sədrlik edən və məruzəçi, R.Rəfiyev və E.Hüseynov) apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-391/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mötəbər hesab edilən sənədlərini və dəlillərini nəzərə almamışdır.
13. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı Xəlilov X1 şəhəri, C.Məmmədquluzadə küçəsi ev 23, 1 saylı mənzildən və mənzilin yerləşdiyi 599 kv.metr həyətyanı torpaq sahəsindən 41 ildən çox müddət ərzində istifadə edir. Həmin mənzil 16 avqust 2016-cı ildə Daşınmaz Əmlakın Reyestri Xidmətində xüsusi mülkiyyət hüquq əsasında onun adına qeydə alınmışdır. Hal-hazırda da mənzilin yerləşdiyi torpaq sahəsindən istifadə edir.
14. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüquq u yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2021-ci il tarixli, 2-1(107)-398/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətinin dəlillərində imtina məktubunda qeyd olunan əsaslara istinad etmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət daşıyan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulm uş və düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 19 Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” A vropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 20. “Torpaq islahatı haqqında” Qanun Maddə
1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazis ində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə
6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəz ər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaq lar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməs i qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz ə mlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 21. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində gös tərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilm əz.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddiaya qarşı etirazın dəlillərinə uyğundur. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin a raşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli, 363 saylı qərarı əsasında ona satılmış və mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 6 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə çıxarışın verilməsinə yönəlmişdir.
31. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Mingəçevir şəhəri, C. Məmmədquluzadə küçəsi, ev 23 ünvanında yerləşən 1 saylı mənzil Mi ngəçevir şəhər X2 İcraiyyə Komitəsinin Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 07 fevral 1979-cu il tarixli, 7287 nömrəli orderə əsasən İddiaçı verilmişdir. İddiaçının müraciəti nəzərə alınaraq Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli, 363 saylı qərarı ilə həmin mənzilin ona satılması qərara alınmışdır. Nəzərə almaq lazımdır ki, iş materiallarına əlavə edilmiş həm qərarda, həm də mənzilin satış qiymətinin müəyyən edilməsi haqqında qiymət komissiyasının aktında mənzilin 599 kv.metr həyətyanı sahəsinin olduğu qeyd edilmişdir. Həmçinin iş materiallarında olan qiymət komissiyasının aktına əlavə edilmiş Mingəçevir şəhəri, C. Məmmədquluzadə küçəsi, ev 23 ünvanında yerləşən 1 saylı mənzilin (həyətyanı sahənin) sxematik planında da həyətyanı sahə, onun ölçüləri və ümumi həyətyanı sahənin 599 kv.metr olduğu göstərilmişdir. Bundan əlavə, mənzilin satış qiymətinin müəyyən edilməsi haqqında qiymət komissiyasının aktında həmin mənzilin birmərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyi və ya bir mərtəbəli ev olduğu qeyd edilmişdir. Eyni zamanda, həmin sənədlərdə həyətyanı torpaq sahəsinin qanunsuz istifadədə olduğu barədə hər hansı qeyd aparılmamışdır.
32. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş Mingəçevir şəhər 3 nömrəli Mənzil-istismar sahəsinin 03 oktyabr 2020-ci il tarixli, 442 saylı arayışından görünür ki, iddiaçı ailəsi ilə birlikdə 1979-cu ildən həmin ünvanda yaşayır və həyətyanı torpaq sahəsi 599 kv. metrdir.
33. Yəni iddiaçının öz mülkiyyətinə aldığı zaman həmin mənzil və ya birmərtəbəli ev mübahisəli sahədə yerləşmiş və özgəninkilə şdirilmiş evə münasibətdə həyətyanı sahə kimi göstərilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya qeyd olunan mənzilin satıldığı dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinə görə torpaqların, o cümlədən tikililərin yerləşdiyi torpaq sahələrinin mülkiyyətə satılması və ya verilməsi institutu mövcud deyildi və torpaqlar yalnız istifadəyə verilə bilərdi. 34. 07.07.1971-ci ildən qüvvəyə minmiş və qeyd olunan ünvanda yerləşən mənzilin iddiaçının mülkiyyətinə satıldığı dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 109cu maddəsinə görə, şəhər torpaqlarında tikili üzərində mülkiyyət hüququ başqasına keçərkən torpaq sahəsindən və ya onun bir hissəsindən istifadə hüququ da keçir. Yeni sahibin almış olduğu tikilinin yerləşdiyi torpaq sahəsindən bu sahibin istifadə hüququ, müəyyən edilən qaydada alınmış mülkiyyət hüququnu təsdiq edən sənədlə müəyyən olunur.
35. İş üzrə materiallara əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 avqust 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 23 ünvanında yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüquqi əsasında İddiaçı məxsusdur.
36. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçıya münasibətdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli, 363 saylı qərarın qəbulundan sonra ölkədə torpaq islahatlarına başlanılmış və bu məqsədlə “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli, 155-İQ saylı Qanun, eləcə də həmin qanun əsasında və onun icrası ilə əlaqədar “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə qəbul olmuşdur. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. 37. “Torpaq islahatı haqqında” Qanunda və Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kol lektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə təsbit edilmiş müddəalara görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 38. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə görə iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsi dövlət mülkiyyətində saxlanılması tələb olunan torpaq kateqoriyalarına aid deyildir.
39. İş materiallarında olan tədiyyə bildirişlərindən iddiaçının Mingəçevir şəhəri, C. Məmmədquluzadə küçəsi, ev 23, mənzil 1 ünvanında yerləşən torpaq sahəsinə görə 2002-ci ildən bələdiyyəyə torpaq vergisi ödədiyi görünür.
40. Yuxarıda istinad olunan normalara görə, vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının mənzilinin və ya yaşayış evinin yerləşdiyi və onun istifadəsində olan ünvan 9 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və çıxarışın verilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
42. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin e dilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2021-ci il tarixli, 21(107)-398/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.