Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-280/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inz ibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)296/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək məcburi dövlət sosial sığorta üzrə 2018-ci ildə ödənilmiş məbləğin büdcə təsnifat kodunun dəyişdirilməsi və yaranmış sosial sığorta üzrə borcun silinməsini xahiş etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi 06 iyul 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bilmiş dir ki, xx.xx.2018-ci il tarixdə ödənilmiş sosial sığorta məbləğinin büdcə təsnifat kodunun dəyişdirilməsi, eyni zamanda həmin dövr üzrə mövcud olan məcburi dövlət sosial sığorta üzrə borcların 06 mart 2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna əsasən silinməsi vergi orqanının səlahiyyətlərinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə ödədiyi 48 manat sosial sığorta ödənişinin yanlış olaraq 143300 saylı hesab əvəzinə 121400 hesaba ödənilməsini nəzərə alıb, ona sosial sığo rta ödənişinə görə hesablanmış borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Dövlət Sosial Müdafiə fonduna sosial sığorta ödənişi edir. Lakin, 2010-cu ilin yanvar ayında mağazasında oğurluq olduğundan, həmçinin 2010-cu ilin fevral ayında mağazası başqa şəxslər tərəfindən yandırıldığından mağazada olan bütün əmlakı məhv olmuşdur. Həmin vaxtdan da ziyana düşdüyündən sosial sığorta ödənişini vaxtında edə bilməmiş, sosial sığorta ödənişinə görə borcu yaranmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanunun 3.0.2-ci maddəsi ona izah edilmişdir ki, qanuna əsasən sosial sığorta ödənişi üzrə yaranmı ş borcdan 48 manat ödəniş etsə, qalan borcu silinəcəkdir. Ona görə də xx.xx.2018-ci il tarixdə Azərpoçt MMC-nin X8 müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan borcunun 143300 saylı hesaba ödənilməsini xahiş etmiş, lakin, həmin vaxt texniki səhv olaraq ödədiyi sosial sığorta ödənişi 121400 saylı hesaba ödənilmişdir. Ödəniş etdikdən sonra artıq qalan borcunun silindiyini hesab etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, ödədiyi məbləğ səhv hesaba köçürülmüşdür. Ona görə də, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon Şöbəsinə müraciət edib ona köməklik etmələrini xahiş etmişdir. Onlar köməklik edəcəklərini bildirsələr də, sonradan sosial sığorta ödənişləri Vergi İdarəsinə keçdiyindən ona heç bir köməklik göstərilməmişdir. Ona görə də əsassız olaraq Dövlət Sosial Müdafiə Fondu 35 56 manat borc hesablamışdır. İddiaçı qeyd olunan əsaslardan borcun silinməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixə 0703 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1539,90 manat, maliyyə sanksiyası üzrə 545,97 manat və 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə məcburi dövlət sosial haqqı üzrə 399,55 manat, maliyyə sanksiyası üzrə 12,09 manat borcunun olduğunu və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı qanununa müvafiq olaraq İddiaçı 01 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 0703 (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) fəaliyyət növü üzrə 213,93 manat və 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növü üzrə 12,09 manat maliyyə sanksiyaları 09 noyabr 2018-ci il tarixdə tam şəkildə silinmişdir. Vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən 01 yanvar 2019-cu il tarixə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqədə 399,55 manat MDSS, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiz iki şəxslər üzrə vərəqədə 1539,90 manat MDSS və 332,04 manat penya borcu Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülmüşdür. Vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 2019-cu ilin 1-ci rübü üzrə 132,00 manat, 2019-cu ilin 2-ci rübü üzrə 162,00 manat, 2019cu ilin 3-cü rübü üzrə 183,00 manat, 2019- cu ilin 4-cü rübü üzrə 225,00 manat, 2020-ci ilin 1-ci rübü üzrə 375,00 manat, 2022-ci ilin 2-ci rübü üzrə 150,00 manat, 2020-ci ilin 3-cü rübü üzrə 112,50 manat, 2020-ci ilin 4-cü rübü üzrə 112,5 manat, 2021-ci ilin 1-ci rübü üzrə 150,00 manat, 2021-ci ilin 2-ci rübü üzrə 112,50 manat, 2021-ci ilin 3-cü rübü üzrə 150,00 manat, 2021-ci ilin 4-cü rübü üzrə 150,00 manat, 2022-ci ilin 1-ci rübü üzrə 135,00 manat, 20 22-ci ilin 2-ci rübü üzrə 180,00 manat və 2022-ci ilin 3-cü rübü üzrə 135,00 manat olmaqla cəmi 2464,50 manat İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi MDSS bəyannamələrə əsasən hesablama aparılmış və 806,00 manat ödəniş edilmişdir. Şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə vergilər üzrə 1,26 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 3198,40 manat MDSS, 907,16 manat penya, muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqə üzrə 107,55 manat MDSS və icbari tibbi sığorta haqqı üzrə 8,95 manat olmaqla ümumilikdə dövlət büdcəsinə və müvafiq fondlara 4223,32 manat İddiaçı borcu vardır.
6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2473/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia t əmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qurumun təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixə 0703 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1539,90 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 545,97 manat və 0100 fəaliyyət növünə görə məcburi dövlət sosial haqqı üzrə 399,55 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 12,09 manat borcu olmuşdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq iddiaçının 01 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 0703 fəaliyyət növü üzrə 213,93 manat və 0100 fəaliyyət növü üzrə 12,09 man at maliyyə sanksiyaları tam şəkildə silinmişdir. Bundan əlavə vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən 01 yanvar 2019-cu il tarixə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqədə 399,55 manat MDSS, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 1539,90 manat MDSS və 332,04 manat penya borcu Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülmüşdür. Vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 2019-cu ilin 1-ci rübündən 2022-ci ilin 3-cü rübü də daxil olmaqla cəmi 2464,50 manat MDSS hesablanmışdır. Bundan əlavə iddiaçı tərəfindən 806,00 manat ödəniş edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə iddiaçının v ergilər üzrə 1,26 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 3198,40 manat MDSS, 907,16 manat penya, muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqə üzrə 107,55 manat MDSS və icbari tibbi sığorta haqqı üzrə 8,95 manat olmaqla ümumilikdə dövlət büdcəsinə və müvafiq fondlara 4223,32 manat borcu vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdə 48,00 manat məbləği 143300 nömrəli hesab əvəzinə 121400 nömrəli hesaba ödəməsi, həmçinin məhkəmə iclasında izahatında sosial sığorta borclarını DSMF-nin rayon şöbəsinin əməkdaşı Ağayar adlı şəxsə şəxsən təqdim etməsi sosial sığorta borcunun ödənilməsi kimi qiymətləndirilməməlidir.
8. İddiaçı apelyasiya şikayəti qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-296/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X4 və X3) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində Azərbaycan Respublikası İPM-in 58.7 və 92-ci maddələrinə i stinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının sübutları təqdim etməsi üçün şərait yaratmamış, nəticədə qərar yalnız vergi orqanın təqdim etdiyi sənədlər əsasında qəbul edilmişdir. Əgər iddiaçı ödəniş qəbzlərini təqdim etmiş olsa idi, məhkəmə kollegiyası onları nəzərə alaraq qanunsuz olaraq DSMF tərəfindən saldo olaraq vergi orqanına ötürülmüş məbləği silə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilm əsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 15. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya g örə sığortaçıya ödənilən pul vəsaiti; Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə
11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu i şdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 16. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tar ixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. X10 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avr opa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarına istinad etməklə kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir. 23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bu Fərmana qədər məcburi dövlət sosial sığorta haqlarını hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilirdi.
24. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi 11 may 2023-cü il tarixdə İddiaçı 01 oktyabr 2018-ci il tarixə olan borclarının yaranma səbəbləri, hansı dövrləri əhatə etməsi və Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ saylı qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli 1890 saylı fərmanına əsasən silinib-silinməməsi və silinməli borcları mövcuddursa həmin borclar barədə məlumatın verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmişdir. 25. 24 iyun 2023-cü il tarixdə Fonddan verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən tərəfindən xx.xx.2018xx.xx.2018-ci il tarixləri əhatə edən dövrlər üzrə 121400 və 143300 təsnifat kodları üzrə ödənilmiş vəsaitlər aşkar edilməmişdir. Sığortaedənin 2018-ci il 1 oktyabr tarixin ə 0703 (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1539 manat 90 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 545 manat 97 qəpik və 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 399 manat 55 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 12 manat 9 qəpik borcu yaranmışdır. Həmçinin qeyd edilmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa müvafiq olaraq sığortaedənin 2015-ci il 1 yanvar tarixinədə k yaranmış və 2018-ci il 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 0703 fəaliyyət növü üzrə 213 manat 93 qəpik, 0100 fəaliyyət növü üzrə isə 12 manat 9 qəpik maliyyə sanksiyaları borcu 2018-ci il 9 noyabr tarixində tam şəkildə silinmişdir.
26. Bundan əlavə cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, vergi orqanında olan iddiaçının şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, 01 yanvar 2019-cu il tarixə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqədə 399,55 manat MDSS, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 1539,90 manat MDSS və 332,04 manat penya borcu Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülmüşdür.
27. Həmçinin iddiaç ının vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 2019-cu ilin 1-ci rübü üzrə 132,00 manat, 2019-cu ilin 2-ci rübü üzrə 162,00 manat, 2019-cu ilin 3-cü rübü üzrə 183,00 manat, 2019-cu ilin 4-cü rübü üzrə 225,00 manat, 2020-ci ilin 1-ci rübü üzrə 375,00 manat, 2022-ci ilin 2-ci rübü üzrə 150,00 manat, 2020-ci ilin 3-cü rübü üzrə 112,50 manat, 2020-ci ilin 4-cü rübü üzrə 112,5 manat, 2021-ci ilin 1-ci rübü üzrə 150,00 manat, 2021 -ci ilin 2-ci rübü üzrə 112,50 manat, 2021-ci ilin 3-cü rübü üzrə 150,00 manat, 2021-ci ilin 4-cü rübü üzrə 150,00 manat, 2022-ci ilin 1-ci rübü üzrə 135,00 manat, 2022-ci ilin 2-ci rübü üzrə 180,00 manat və 2022-ci ilin 3-cü rübü üzrə 135,00 manat olmaqla cəmi 2464,50 manat İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi MDSS bəyannamələrə əsasən hesablama aparılmış və 806,00 manat ödəniş edilmişdir. Şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə vergilər üzrə 1,26 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 3198,40 manat MDSS, 907,16 manat penya, muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqə üzrə 107,55 manat MDSS və icbari tibbi sığorta haqqı üzrə 8,95 manat olmaqla ümumilikdə dövlət büdcəsinə və müvafiq fondlara 4223,32 manat İddiaçı borcu vardır. (səh 20-21)
28. Beləliklə, göründüyü kimi iddiaçının iddia tələbinin heç bir hüquqi əsası mövcud deyildir.
29. Bunlardan əlavə kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin iddiaçının sübutlar təqdim edilmə imkanının məhdudlaşdırı ldığı və bu səbəbdən də iddianın təmin edilməsi üçün zəruri olan sənədlərin təqdim edilə bilmədiyi qeyd edilir.
30. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini iş materialları ilə əlaqəli şəkildə təhlil etməklə bu qənaətə gəlir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materillarından görünür ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti xx.xx.2023-cü il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. İşin yekun məhkəmə qərarı isə xx.xx.2023-cü tarixdə verilmişdir.
31. Ötən 8 aya yaxın müddət ərzində iddiaçı bütün proseslərə dəvət edilmiş, bu barədə müvafiq məhkəmə bildirişləri iddiaçıya təqdim edilmişdir (bu hal iş materiallarında olan poçt xəbərnamələri ilə təsdiq edilir.) Apelyasiya instansiyası məhkəməsində bu işlə əlaqədar olaraq 4 məhkəmə prosesi keçirilmişdir ki, iddi açı bu proseslərin yalnız birində iştirak etmişdir. 11 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə dair izah verərkən apelyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. Nə apelyasiya şikayətində, nə də apelyasiya instansiyası məhkəməsində izahat verərkən iddiaçı kassasiya şikayətində göstərdiyi xüsusatla əlaqədar heç bir məlumat verməmiş, bu və ya digər sübutun təqdim edilməsi üçün imkan yaradılması ilə bağlı vəsatət verməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır.
33. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə q əbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
34. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-296/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.