Məhkəmə qərarları › İş №2-1(102)-280/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-280/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-280/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesa bına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(106)-74/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehə Dövlət Sosial X1 rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 1721 nömrəli qərarı ilə “Müharibə veteranı” kimi müddətsiz müavinət təyin edilmiş və xx.xx.2018-ci il tarixədək ödənilmişdir.

2. Cavabdehə həmçinin iddiaçı tərəfindən hərbi qulluqçu kimi xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir.

3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatasının a pardığı son audit yoxlaması nəticəsində cavabdehə eyni zamanda Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50 manat məbləğində artıq müavinət ödənildiyi aşkar edilmiş və iddiaçıya həmin məbləğin geri alınması tapşırılmışdır. Artıq ödənilmiş vəsaitə görə cavabdehin əmək pensiyasından cari ilin mart ayında aparılmış tutulma aprel ayından etibarən dayandırılmışdır. Artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə uyğun qaydada cavabdeh tərəfindən yazılı razılığın qısa müddət ərzində təqdim edilmədiyi halda, əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirv an İnzibati Məhkəməsinə müraciət edərək, 4427,78 manat pensiya məbləğinin (əslində sosial müavinət məbləğinin) cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin edilərək ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının apardığı son audit yoxlaması nəticəsində cavabdehə eyni zamanda Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50 manat məbləğində artıq müavinət ödənildiyi aşkar edilmiş və iddiaçıya həmin məbləğin geri alınması tapşırılmışdır. Artıq ödənilmiş vəsaitin 280,72 manat hissəsi cavabdehin əmək pensiyasından tutulmuş, qalan 4427,78 hissəsinin isə tutulması mümkün olmamışdır. “Sosial müavinətlər haqqında” Qanun un 7-ci maddəsinə əsasən, müavinət pensiya hüququ olmadıqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, o şəxs (varlanmış şəxs) əsassız varlanan sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya qanuni əsas və ya müqavilə əsas olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əs asa söykənir. 4427,78 manat borcun iddiaçının hesabına ödənilməsi barədə cavabdehə əvvəlcə şifahi olaraq müraciət edilmiş, xx.xx.2019-cu il tarixdə isə məktub göndərilərək, bu barədə xəbərdarlıq edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmişdir.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia ilə bağlı hüququnun olmadığı və iddianın ümumiyyətlə ona heç bir aidiyyətinin olmadığı halda məhkəməyə müraciət etmişdir. İddiaçı əmək pensiyası təyin edən orqandır. Lakin mübahisənin predmeti sosial müavinətlə bağlıdır. Odur ki, sosial müavinət təyin edən orqan olmadığından iddiaçının sosial müavinəti mübahisələndirmə hü ququ yoxdur. İddiaçı inzibati orqanın Əsasnaməsinin 3.1.11-ci bəndində də göstərilir ki, fəaliyyət istiqamətlərinə aid məhkəmələrdə qaldırılmış iddialar üzrə təmsilçiliyin həyata keçirilməsini təmin etmək həmin orqanın vəzifəsidir. İddiaçı tərəfindən heç bir əsas olmadan 2019-cu ilin fevral və mart aylarında onun əmək pensiyasından əsassız tutulma aparılmış və yalnız cavabdehin xx.xx.2019-cu il tarixli şikayət ərizəsi nəticəsində əsassız tutulma 2019-cu ilin aprel ayından etibarən dayandırılmışdır. İddiaçı iddiasını eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya da istinad edir. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlu m olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. xx.xx.2018-ci il tarixdə cavabdehə sosial müavinət ödənilməsi dayandırılmış və iddiaçının bununla bağlı rəsmi məlumatı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Hesablama Palatasının apardığı son audit yoxlamasının nəticəsinə əsasən cavabdehə artıq müavinət ödənilməsi aşkar olunmuş və həmin məbləğin geri alınması iddiaçıya tapşırılmışdır. Lakin iş materiallarına audit yoxlama aktının və yaxud qərarının surəti əlavə edilməmişdir. Bu hal da hazırkı iddianın əsassız olması anlamına gəlir. Həmçinin xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına ödənilən müavinət ləğv olunaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. Məhz bu səbəbdən də iddiada tələb olunan məbləğin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur və onun hətta istənilən orqan tərəfindən tələb olunması əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin “Sosial müavinətlər haqqında” Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Cavabdeh tərəfindən bununla bağlı xx.xx.2008-c i il tarixində Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verilmişdir. Həmin Mərkəzdən cavabdehə bildirilmişdir ki, müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məktub göndərilməlidir, bundan sonra müavinətin dayandırılmasına baxıla bilər. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş iddia əsassız olduğu üçün təmin olunmamalıdır.

7. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) 06 iyul 2023-cü il tarixli, 21(120)-682/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müavinətin təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. Etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsi istisna edilir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov və Habil Bəhmənov) 27 avqust 2024-cü il tarixli, 2-1(106)-74/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmı şdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin hərəkətlərində “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan normalardan hər hansı birinə yol verilməsinə dair iddiaçının heç bir əsaslandırması yoxdur. Ümumiyyətlə, iş materiallarına əsasən, cavabdeh tərəfindən həmin Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilməsinə dair mübahisənin mövcudluğu belə müəyyən olunmur. Beləliklə yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, pensiya təyin edən orqanın, ödənildiyi mübahisələndirilən pul vəsaitini cavabdehdən tutmaq, sonuncunun isə həmin vəsaiti iddiaçıya qaytarmaq kimi, qanunla onların üzərinə düşən öhdəliklərinin mövcudluğunu təsdiq edən şərtlər sübuta yetirilmir.

12. Bununla belə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun, yəni cavabdehin təhsil və bilik səviyyəsi, eləcə də bununla bağlı digər halların aydınlaşdırılması məqsədi ilə araşdırma aparılmış və nəticədə cavabdehin orta təhsilli olması, bilik səviyyəsinin qanunvericilik normalarını aydın formada dərk edəcək səviyyədə olmaması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh müavinət ilə pensiya vəsaitinin eyni vaxtda ödənilməsinin mümkünsüzlüyü barədə məlumatlı olmamış və həmin vəsaitlərin eyni vaxtda ödənilməsi üçün hüquqa zidd hərəkətlərə yol verməmişdir. Başqa sözlə, cavabdeh hüquqdan sui-istifadə və vicdansız davranmaqla müavinət ilə pensiya vəsaitinin eyni vaxtda ödənilməsinə nail olmamışdır.

13. İddiaçı kassasiya ş ikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh etirazında iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakim iyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; Maddə 7.0 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; Maddə 9.1 (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada). Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olma yaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; Maddə 12.1 (xx.xx.2018-ci il tarixdə qüvvədə olan redaksiyada). Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Maddə 12.2 (xx.xx.2018-ci il tarixdə qüvvədə olan redaksiyada). Müavinətlərin (işsizlik müavinəti istisna olmaql a) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüq uqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu mad dədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Mar aqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma il ə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənas ib olmalıdır. Maddə 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qayd ada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmaya n iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə il ə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi artıq ödənilmiş 4427,78 manat sosial müavinət məbləğinin cavabdeh tərəfindən qaytarılmasına nail o lmaqdan ibarətdir.

26. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehə Dövlət Sosial X1 rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 1721 nömrəli qərarı ilə “Müharibə veteranı” kimi müddətsiz müavinət təyin edilmiş və xx.xx.2018-ci il tarixədək ödənilmişdir. Cavabdehə həmçinin iddiaçı tərəfindən hərbi qulluqçu kimi xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Hesablama Palatasının apardığı son audit yoxlamasının nəticəsində cavabdehə ümumilikdə 4708,50 manat məbləğində artıq müavinət ödənildiyinin aşkar edildiyini, həmin məbləğin 280,72 manat hissəsinin cavabdehin əmək pensiyasından tutulduğunu, qalan 4427,78 manat hissəsinin isə cavabdeh tərəfindən razılıq verilmədiyi üçün tutulmas ının mümkün olmadığını qeyd edərək hazırkı iddianı qaldırmışdır.

27. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, etimad hüququnun qorunduğu müddətdə cavabdehdən artıq ödənilmiş məbləğin geri tələb olunması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmış və cavabdehin hərəkətlərində “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilmədiyini qeyd etmişdir.

28. Bu qərarın 16-cı bəndində istinad edilən normalara əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə müavinət, onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda, hüququnun yarandığı tarixdən qanunvericiliklə müəyyə n edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Bu barədə məlumatın verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

29. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdehə ilk öncə xx.xx.2005ci tarixli qərarla müvafiq sosial müavinət, xx.xx.2006-cı il tarixdən isə əmək pensiyası təyin edilmişdir. Cavabdeh etirazında müavinətin dayandırıl ması ilə bağlı xx.xx.2008-ci il tarixində Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verdiyini, lakin həmin Mərkəzdən ona müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müvafiq məktub göndərilməli olduğunun bildirildiyini qeyd etmişdir. Cavabdehə əmək pensiyası təyin edilərkən, onun sosial müavinət alması barədə iddiaçıya məlumat vermə öhdəliyinə əməl edib-etməməsi istiqamətində apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamış, həmçinin cavabdehin etirazında qeyd etdiyi hallar araşdırılmamışdır.

30. Halbuki həmin halların araşdırılması “İnzibati icraat haqqında” Qanunun 67.6.3cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsı zlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

31. Qeyd edilən halların (cavabdehin müavinətin dayandırılması ilə bağlı xx.xx.2008-ci il tarixində Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verdiyi barədə bildirdikləri və bundan irəli gələn məntiqi nəticə kontekstində) müəyyən olunması həm də ona görə vacibdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən məhz etimad hüququnun qorunması prinsipinə və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş cavabdehin etimadının qorunması hüququnu istisna edən halların mövcud olmadığı na istinad etmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bununla bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsin də təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn hamılıqla qəbul olun muş ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi.

34. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qərarın 32-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir.

35. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları araşdırmadan cavabdehin ona əmək pensiyası ilə yanaşı sosial müavinət də almasının qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməkdə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz.

36. Digər t ərəfdən, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı cavabdehə ümumilikdə 4708,50 manat artıq ödəniş edildiyini, həmin məbləğin 280,72 manat hissəsinin iddiaçının əmək pensiyasından tutulduğunu, 4427,78 manat hissəsinin isə qalıq kimi qaldığını iddia edir.

37. Bununla bağlı qeyd olunmalıdır ki, artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması ilə bağlı qayda “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsi ilə tənzimlənir. Həmin qaydaya görə, müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq ödənilmiş müavinət məbləğinin qaytarılmasından müavinət alan şəxs tərəfindən imtina edildiyi təqdirdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

38. Buna baxmayaraq, cavabdeh tərəfindən yuxarıda istinad olunan normanın tələblərinə əməl olunmamış, artıq ödənilmiş müavinət məbləği cavabdehin razılığı olmadan onun pensiyasından tutulmuş, bununla da “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin pozuntusuna və bunun üzərindən də cavabdehin mülkiyyət hüququna qanunsuz müdaxiləyə yol verilmişdir.

39. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş sosial müavinət məbləğinin geri tələb olunması ilə bağlı hallarda məhkəmə, iddiaçı tərəfindən cavabdehə sosial müavinətin təyin olunması barədə əvvəlki icraat nəticəsində qəbul olunmuş ilkin qərarın ləğv edilərək həmin qərarın qəbulu üzrə icraatın “İnzibati icraat haqqında” Qanunun 35 -ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələndiyini, təzələnmiş inzibati icraatda maraqlı şəxsin icraata cəlb edildiyini və onun dinlənilmə hüququnun təmin olunduğunu və qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərarın qəbul edildiyini də yoxlamalıdır.

40. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən qeyd edilən prosedur qaydalara əməl olunduğu iş üzrə materiallardan görünmür. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-489/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-275/2024 nömrəli qərarları).

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ödəmənin məbləğinin hansı icraat çərçivəsində və hansı qaydada hesablandığı, iddiaçının yuxarıda istinad olunan normada nəzərdə tutulmuş və bu qərarın 39-cu bəndində qeyd olunmuş həmin qaydaya əməl edib-etmədiyi və bunlarla bağlı iddiaçının davranışının qanuni əsasları araşdırılmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehə artıq sosial müavinət məbləğinin ödənilməsində tərəflərin həmməsuliyyətli (birgə məsuliyyət) olduqlarını nəzərə almamışdır.

43. Bu mənada iş üzrə araşdırma zamanı həm də nəzərə almaq lazımdır ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Vəzifəli şəxs özü zəruri biliklərə sahib olmadığı və buna ehtiyacın yarandığı hallarda müvafiq mütəxəssislərdən rəy almağa borcludur. Bu mənada vəzifəli şəxs qəbul edəcəyi qərarla bağlı inzibati icraatı tam və hərtərəfli aparmalı, qərarın qəbuluna ciddi yanaşmal ı və bilikləri yetərli olmadığı hallarda ən azından təmsil etdiyi qurumun müvafiq əməkdaşları və ya digər inzibati orqanların mütəxəssisləri ilə məsləhətləşməlidir.

44. Hazırkı mübahisəyə münasibətdə iddiaçı cavabdehə əmək pensiyası ilə yanaşı sosial müavinətin ödənilməsi ilə bağlı məsələni yoxlamaq məqsədi ilə yekun qərar qəbul etməzdən əvvəl müvafiq informasiyanı səlahiyyətli orqandan əldə etmək üçün kifayət qədər əsasa malik olmasına rəğmən, bununla bağlı tam və hərtərəfli araşdırma tələbini obyektiv olaraq yerinə yetirməmişdir. Halbuki ciddi və ətraflı araşdırma hələ cavabdehə əmək pensiyasının təyini ilə bağlı qərarın qəbulu üzrə icraat mərhələsində cavabdehə artıq sosial müavinət təyin olunması barədə məlumatın aşkar olunmasına gətirib çıxara bilərdi.

45. Məhkəmə kollegiyası qeyd edi r ki, hətta cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. İddiaçının vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, iddiaçının da məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həm məsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin də vurduğu ziyana görə həmməsuliyyətli olduğu nəzərə alınmalıdır.

46. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehə əmək pensiyası ilə yanaşı sosial müavinətin ödənilməsində tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını nəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış) prinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri yalnız tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoymaqla ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur.

47. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahis ə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

49. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətd ə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar nəzərə alınmalı, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin poz ulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(106)-74/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar