Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2800/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikili, hasarın sökülməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının hesabına hasarın sökülməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair inzib ati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1302/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək yaşadığı evin küçəyə giriş çıxış yolunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir.
2. Cavabdeh A-2 saylı, xx.xx.2021-ci il tarixli məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, həmin ünvana baxış keçirilərkən istifadədə olan torpaq sahəsi ilə qarşı tərəfdə yerləşən torpaq sahəsinin daxili ərazisindən giriş-çıxış yolunun ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan fərdi yaşayış evindən mərkəzi yola giriş-çıxış qapısının Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin hesabına açılması, fərdi yaşayış evi ilə mərkəzi yol arasında İcra Hakimiyyəti tərəfindən tikilmiş ikinci hasarın sökülməsi və evinin qarşısında ondan alınmış həyətyanı torpaq sahəsinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ilin fevral ayına kimi ünvan 1 ünvanda yaşamış və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının həmin ünvandakı torpaq sahəsində 35 kv.m. sahəsi olan iki otaqlı evi vardır. 2008-ci ildə qeyd edilən ərazidə mərkəzi yolun abadlaşdırılması ilə əlaqədar yolun kəna rı hasara alınmağa başlanmış və hasarın kənarında olan evlərə giriş-çıxış yolu qoyulmuşdur. Yol boyu bütün fərdi yaşayış evlərinə yola çıxış qapısı verilsə də, iddiaçının yaşadığı ünvan 1 ünvanına giriş-çıxış qapısı verilməmişdir. Əksinə yol kənarında olan əsas hasardan içəridə, təxminən 10 metr məsafədə daha bir hasar tikilmiş və bununla də iddiaçının evinə girişçıxış yolu bağlanmışdır, evinin qarşısında olan həyətyanı sahəsi də ondan alınmışdır. İddiaçının evinin üç tərəfi qonşulardır, yalnız bir tərəfi mərkəzi yol istiqamətindədir. Evə giriş üçün gərək hər hansı qonşunun icazəsini almaqla həyəti keçərək hasarı nərdivan qoymaqla aşasan. Evə yeganə giriş havadan helikopterlə mümkün ola bilər. Bu barədə iddiaçı dəfələrlə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə, həmçinin digər aidiyyə ti qurum və təşkilatlara müraciət etsə də bu məsələ bu günə kimi həll edilməmişdir. Sonuncu dəfə Suraxanı rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci ildə edilən yazılı müraciət isə cavabdehin Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş və oradan isə xx.xx.2021-ci ildə cavab verilərək ümumi formada bildirilmişdir ki, giriş-çıxış yolunun açılması mümkün deyildir. Məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hazırda evlidir, üç azyaşlı övladı var. Yaşadığı evin ətraf aləmdən tam təcrid edilməsi evdə yaşamalarını mümkünsüz edir və onların konstitusion hüquqlarının pozulmasıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı nda yerləşən fərdi yaşayış evindən mərkəzi yola paralel olan köməkçi yola giriş-çıxış yolunun təmin olunması və fərdi yaşayış evi ilə köməkçi yol arasındakı iddiaçının evinin qarşısındakı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikilmiş hasarın sökülməsinin iddiaçının öz hesabına həyata keçirilməsinə maneələrin törədilməməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən İddiaçı fərdi yaşayış evindən mərkəzi yola paralel olan köməkçi y ola İddiaçı giriş-çıxış yolunun təmin olunması və İddiaçı fərdi yaşayış evi ilə köməkçi yol arasındakı İddiaçı evinin qarşısındakı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikilmiş hasarın sökülməsinin İddiaçı öz hesabına həyata keçirilməsinə maneələrin törədilməməsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qonşularına ümumi yola giriş-çıxış verilməsi təmin olunduğu halda iddiaçının yaşayış yeri olan, sahibliyində olan evinin qarşısında məqsədi və təyinatı müəyyən edilməmiş hasarı inşa etməklə iddiaçının evində yaşamaq hüququnu məhdudlaşdırmaqla cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olmamışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1302/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X2) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf 2008-ci ildə yolun genişləndirilməsi zamanı evin mövcud olduğunu bildirsə də, həmin torpaq sahəsi və ev iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmadığı üçün bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin 2008-ci ildə evə giriş-çıxış bağlandığı üçün həmin dövrdə iddiaçı tərəfindən cavabdehə müraciət edilməsi və bununla bağlı aralarında mübahisənin yaranması ilə əlaqədar sübutlar da məhkəməyə təqdim edilməmişdir və bu hallar iş materialları ilə də öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı hasarın yerində darvazasının olduğunu bildirsə də, darvazanın olması və onun sökülməsi ilə əlaqədar məsələlərə iddiaçı tərəfindən bu günə qədər hər hansı formada münasibət bildirilməmişdir.
12. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəli lləri
13. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 158.1, 158.2, 158.3, 158.4, 164.1, 165.1, 166.3, 175.1, 239.1 və 239.2-ci maddələrinə əsaslanaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən qanunvericiliyin müddəalarını nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsində yerli baxış zamanı müəyyən etmişdir ki, cavabdehin inşa etdiyi və iddiaçının öz yaşayış evinə giriş çıxışın qarşısını alan hasar vasitəsi ilə hər hansı obyekti əhatə etmir. Eyni zamanda hasar vasitəsi ilə heç bir ərazi mühafizə edilmir.
14. Şikayətdə qeyd edilir ki, iddiaçı 2007-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində özünün və iki azyaşlı uşağının yaşaması üçün fərdi yaşayış evi inşa etmiş, ora köçmüş və yaşamışdır. Habelə həmin evə yaşay ış yeri üzrə qeydiyyata düşmüşdür. Həmin ev iddiaçının daimi yaşayış yeridir, yaşayış evi 16 il bundan əvvəl inşa edilən zaman heç bir dövlət orqanı etirazını bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
148. Daşınmaz əmlakın dövlət reye strinin açıqlığı 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həm in əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəx sə də mənsubdur.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır....
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək apelyasiya instansiyası məhkəməsi kimi iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
23. Giriş çıxış qapısının açılması tələb edilən fərdi y aşayış evi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşir. İddiaçının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, o, həmin ünvanda ən azı 2016-cı il tarixdən qeydiyyatdadır.
24. Apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerində baxış iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi mübahisəli tikilinin 2007-ci il tarixdə tikildiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, yol və hasar çəkilərkən həmin ev mövcud olmuşdur.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının izahatında göstərdiyi xüsusat, yəni yol və hasar çəkilərkən tikilinin orada olması heç bir mötəbər sübutla təsdiq edilmir.
26. Eyni məsələ ilə bağlı apelyasiya instansiyası məhkəməsində izahat vermiş mütəxəssis qeyd et mişdir ki, 2008-ci ilin mart ayında yolun genişləndirilməsi zamanı sözügedən tikili orada mövcud olmamışdır. Həmin qeyd olunan ərazidə iddiaçının əmisinin və bibisinin evləri olmuşdur. 2009-cu ildə yol istismara veriləndən sonra bu tikili inşa edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssisin dedikləri apelyasiya instansiyası məhkəməsinə təqdim edilərək iş materiallarına əlavə edilmiş peyk görüntüləri ilə təsdiq edilir.
28. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış mənsubiyyəti və mötəbərliyi şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsi və evin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmasına dair sübut təqdim olunmamışdır.
29. Kassator şikayətdə həmçinin qeyd etmişdir ki, iddiaçı işin düzgün həll edilməsi məqsədi ilə apelyasiya instansiyası məhkəməsinə disk və fotoşəkillər təqdim etsə də, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq təqdim edilmiş diski və fotoşəkilləri sübut qismində qəbul etməmişdir.
30. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən disk və fotoşəkillərlə bağlı mövqeyini bildirərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videodisk oradakı görüntülərin nə vaxt, kim tərəfindən və nə üçün çəkilməsi əsaslandırılmadığından, eləcə də iddiaçı tərəfindən müvafiq ünvana aid fotoşəkillər iş materiallarına əlavə edildiyindən, həmçinin məhkəmə kollegiyası tərəfindən həmin əraziyə və ünvana tərəflərin iştirakı ilə yerli baxış keçirildiyi üçün sübut kimi nəzərə alınmamışdır.
31. Məhkəmə kollegiyası diski və fotoşəkillərin əsassız olaraq sübut qismində nəzərə alınmaması ilə bağlı şikayət müəllifinin bu dəlilini də əsassız hesab edərək bildirir ki, qanunvericiliyin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eləcə də hər bir sübut məhkəmə tərəfindən mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş disk və fotoşəkillərdə inşa olunan tikili, tikilinin hasara alınması təsvir olunur. Tikilinin başqa tərəfi isə iddiaçının sökmək istədiyi uzun hasarın bir hissəsidir. T ikilinin və onun ətrafının hasara alınması iddiaçının özü tərəfindən həyata keçirilmiş, inşa etdiyi evdən əvvəllər mövcud olmuş həyət vasitəsilə küçəyə çıxışını özü məhdudlaşdırmışdır. Odur ki, iddiaçının təqdim etdiyi foto və video iddianın təmin edilməsi üçün əsas ola bilməz.
33. O da qeyd olunmalıdır ki, yolboyu hasar inşa edilən dövrdə iddiaçı hasarın tikintisi ilə bağlı mübahisə açmamış, hasarın mövcudluğu iddiaçının qanunla qorunan marağının pozulmasına müdaxilə təşkil etməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
35. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1302/2023 saylı iş üzrə 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.