Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2802/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. JN-0884 (KOD ********) nömrəli, ## ###### 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Quba rayonu Quba bələdiyyəsinin ## #### 2003-cü il tarixli, ** saylı qərarı ilə ayrılmış 1,11 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır.
2. İddiaçı ilə X2 arasında bağlanmış ## #### 2005-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 1,11 ha torpaq sahəsi X7.
3. Iddiaçı İddiaçı cavabdeh X2 qarşı cavabdehə məxsus həyətyanı torpaq sahəsinin alqı-satqısı barədə cavabdehlə aralarında bağlanmış müqavilənin etibarlı hesab edilməsinə dair iddiası üzrə Qusar Rayon Məhkəməsinin ## #### 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X2 məxsus Quba şəhəri, Azərbaycan prospektində yerləşən ümumi sahəsi 1610 kv.m olan “Örtülü bazar” binasının alqı-satqısına dair cavabdehlə bağlanmış müqavilənin etibarlı hesab edilməsi qət edilmişdir.
4. Quba Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı 1,11 ha torpaq sahəsinin 28,86 kv.m hissəsini Abasov Rafiqə satmışdır, iddiaçı ona qarşı irəli sürülmüş alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi üzrə iddianı etiraf etmiş, həmin qətnamə ilə iddia təmin edilərək 1,11 ha torpaq sahəsindən 28,86 kv.m hissəsinin X3 ## ######## 2005-ci il tarixində alqı-satqı qaydasında satmasına dair aralarında bağlanmış əqd etibarlı hesab edilmiş və digər məsələlər həll edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra vərəqi verilmişdir.
5. Qusar Rayon Məhkəməsinin ## ###### 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, X4 İddiaçı qarşı iddiası təmin edilərək cavabdehə məxsus Quba şəhərinin 22ci məhəlləsində yerləşən 2 mərtəbəli ticarət obyektinin “D” korpusunun 1-ci mərtəbəsinin 15m x 5,60m ölçülərdə olan hissəsinin və onun altındakı torpaq sahəsinin, habelə “D” korpusunun ölçüləri 19m x 5,60 m olan 2-ci mərtəbəsinin alqı-satqısına dair cavabdehlə bağlanmış müqavilə etibarlı hesab edilmişdir.
6. 2007-ci il noyabr tarixdə tərtib olunmuş əmlak kompleksinin texniki pasportunda torpaq sahəsinin ölçüsü sənəd üzrə 1,06256 ha, faktiki 0,98721 ha olmuşdur.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2008-ci il tarixli, MH seriyalı, 0009416, 303013003173-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, 22-ci məhəllədə, H.Əliyev prospektində mülkiyyətində olan 0,98721 ha torpaq sahəsində yerləşən 3907 kv.metr ümumi, 3537 kv.metr əsas, 370 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi (Ticarət mərkəzi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, ## ###### 2014-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı 0,959875 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. ##.##.2020-ci il tarixli əmlak bölgüsü barədə müqavilə əsasında birinci tərəf X8, ikinci tərəf İddiaçı Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsinin bölünməsi barədə razılığa gəlirlər və 0,959875 ha torpaq sahəsindən 0,03 ha hissə və ümumi sahəsi 202,3 kv.m olan “B” literli tikilisi X8 verilir, 0,929875 ha torpaq sahəsi və A C Ç D E İ H K literli tikililər ümumi sahələri birlikdə 3138 kv.m İddiaçı verilir. Həmin müqavilə notarial qaydada təsdiqlənmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuşdur.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2020-ci il tarixi, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı Quba şəhəri, 22-ci məhəllə ərazisində 0,9299 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçı sahəsi 3518,2 kv.m olan qeyri-yaşayış binasını tam mülkiyyət hüququ ilə X6 bağışlamış, ##.##.2022-ci il tarixli, 303013152596-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla 3518,2 kv.m olan qeyri-yaşayış binası və 0,9299 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ qeydə alınmışdır.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2020-ci il tarixli ************ nömrəli məktub ilə iddiaçının “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş texniki pasportun ölçülərinin dövlət aktına uyğunlaşdırılması” ilə bağlı müraciətindən imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində birinci icraat
13. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyğunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında). Göstərilən daşınmaz əmlakı 2008-ci ildə X2 almışdır. X2 torpaq sahəsi ##.##.2003-cü il tarixli, JN- 884 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus olmuşdur. X9 əsasən, N.Əhmərovun xüsusi mülkiyyətində 1,11 hektar torpaq sahəsi olmuşdur. N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi burada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. Lakin ##.##.2020-ci ildə ona Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən, çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.metr az göstərilmişdir. Belə ki, ************-***** saylı X10 sahəsinin planında torpaq sahəsinin ölçüsü olmalı olduğundan az göstərilmiş, ümumilikdə 782 kv.metr torpaq sahəsi azaldılmışdır. Çıxarışda və texniki pasportda ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq ölçüləri düzgün göstərilməmiş və torpaq sahəsinin Heydər Əliyev prospektinə çıxan hissəsində Dövlət Aktına əsasən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi çıxarışa və texniki pasporta daxil edilməmişdir. Çıxarışda və Texniki Pasportda göstərilməmiş torpaq sahəsinin sxemini ərizəyə əlavə edir və bildirir ki, həmin sxem üzrə cəmi 782 kv.metr torpaq sahəsi çıxarışa və texniki pasporta əlavə edilməlidir. Müvafiq olaraq göstərilən daşınmaz əmlaka aid mülkiyyət sənədlərinin və dövlət aktının surətlərini ərizəyə əlavə edərək, ##.##.2020-ci il tarixli ərizə ilə DƏDRX-nın * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin Dövlət Aktındakı ölçülərə uyğunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və daşınmaz əmlakın texniki pasportunun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsi ##.##.2020-ci il tarixli məktubla, guya ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərinin düzəldilməsinin mümkün olmadığını bildirmişdir. Göstərilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət sənədlərinə, o cümlədən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına aid arxiv sənədləri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmişdir.
15. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, ##.##.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışda göstərilən daşınmaz əmlak hissə-hissə ayrı-ayrı müqavilələrlə digər şəxslərə satılmışdır. Yerdə qalan 0,9299 ha torpaq sahəsi göstərilməklə İddiaçı adına ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda ##.##.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi, İddiaçı * saylı Xaçmaz Ərazi Idarəsinə müraciəti ##.##.2008-ci il tarixli, MH seriyalı, 0009416 çıxarışda göstərilmiş daşınmaz əmlakla bağlı olmuş, lakin Sumqayıt Inzibati Məhkəməsinə ##.##.2020-ci il tarixli, ********** saylı çıxarışda göstərilən daşınmaz əmlakla bağlı iddia ərizəsi verilmişdir. Iddia predmeti olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışda göstərilən daşınmaz əmlakın bir hissəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli, 4Ə/03-**** reyestr nömrəli müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir və yerdə qalan hissəyə İddiaçı adına dövlət reyestrindən yeni çıxarış verilmişdir. Belə olan halda ##.##.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əvvəllər qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Dövlət reyestrindən çıxarışın ##.##.2008-ci ildə verildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Dövlət aktında olan cizgi iddiaçıya verilmiş texniki pasportda göstərilən cizgidən tam fərqlidir və bununla da iddia ərizəsində göstərilən 782 kv.metr olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Quba rayonu Quba bələdiyyəsinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir.
16. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Quba bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ###### 2022-ci il tarixli qərardadı ləğv edilmişdir.
17. Üçüncü şəxs iddiaya yazılı etiraz edərək bildirmişdir ki, iddianı qəbul etmir. Iddiaçının iddia tələbi onların qanunla qorunan maraqlarına toxunur. Iddiaçının iddia etdiyi torpaq sahəsi Quba Bələdiyyəsinin mülkiyyətindədir. Belə ki, Quba Bələdiyyəsi mülkiyyətində olan 260 kv.m torpaq sahəsinin yerquruluşu planının hazırlanması məqsədilə ## #### 2020-ci il tarixdə “xxxx” MMC-yə müraciət etmişdir. Bundan sonra həmin ərazinin yerquluşu planı və kadastr göstəriciləri hazırlanmış, torpaq sahəsinin hasarlanmadığı, döngə nöqtələrinin mərzlənmədiyi, daxilində tikinti işlərinin aparılmadığı, kommunikasiya xətlərinin mövcud olmadığı qeyd edilmişdir. Daha sonra bələdiyyə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün satılması məqsədilə Quba Rayon Icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, şöbənin ## #### 2020-cil tarixli rəyi ilə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün tikinti işlərinin aparılması məqsədilə satılmasının qanunauyğun olduğu bildirilmişdir. Əlavə olaraq, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar həyata keçirilmişdir. Quba Bələdiyyəsinin ## ###### 2021-ci il tarixli, ** saylı iclas protokolunun * saylı qərarından çıxarışa əsasən həmin torpaq sahəsinin sahibkarlıq məqsədilə hərrac və müsabiqə keçirilməklə satılması ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması məqsədilə Daşınmaz Əmlakın * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə çıxarış verilərkən * saylı Xaçmaz Ərazi Idarəsindən ## ####### 2021-ci il tarixli məktubla sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, həmin ərazi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Bundan sonra həmin məhkəmə mübahisəsinin nədən ibarət olması ilə maraqlandıqda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi aydın olmuşdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi boş, heç kimin istifadəsində olmayan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq çıxarış alınması üçün müraciət etdikdə, iddiaçının heç bir subyektiv hüququ olmayan, süni olaraq yaradılmış məhkəmə mübahisəsi ilə qarşılaşmışdır. Iddiaçı iddia ərizəsində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin dövlət reyestrindən verilmiş ##.##.2020-ci il tarixli ********** saylı çıxarış əsasında 2008-ci ildə X2 aldığını, torpaq sahəsinin 1,11 ha olduğunu, ona satılarkən 1,06721 ha olduğunu bildirmiş, ona reyestrdən çıxarış verilərkən çıxarışda torpaq sahəsinin ölçüsünün 782 kv.m az göstərildiyini, torpaq sahəsinin bir hissəsinin çıxarışda və texniki pasportda qeyd edilmədiyini bildirmiş, bu səbəbdən də həmin çatışmayan torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Iddiaçının bu tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Ona görə ki iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə, guya 2008-ci ildə Nadir Əhmərovdan aldığı torpaq sahəsi olması görüntüsü yaratmaq istəyir. Halbuki iddiaçının Nadir Əhmərovdan nə qədər torpaq sahəsi və nə qədər tikili alması göstərilmişdir. Iddiaçının iddia etdiyi torpaq sahəsinin Nadir Əhmərovun mülkiyyətində olması və iddiaçıya satılması barədə heç bir sübut yoxdur. Iddiaçının həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan boş ərazidə yerləşən torpaq sahəsidir. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı və ya hərrac yolu ilə istənilən şəxsə satmaqda sərbəstdir. Iddiaçı vicdanlı davranmayaraq məhkəməyə işin hallarını düzgün təqdim etməmiş, məhkəməni əsassız iddialarla yükləmişdir. Belə ki, iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq, iş materiallarında olan və * saylı Xaçmaz Ərazi Idarəsinin təqdim etdiyi sübutlardan göründüyü kimi, iddiaçı ilk əvvəl hazırkı mülkiyyətində olan torpaq sahəsinə 2020-ci ildə deyil, 2008-ci ildə çıxarış almış, bundan sonra həmin torpaq sahəsini iki dəfə satmışdır. Yəni, iddiaçı torpaq sahəsinin az olduğunu görmüşdürsə, niyə 2008-ci ildə çıxarışı alan zaman iddia irəli sürməmiş, bundan 13 il keçdikdən sonra iddia irəli sürmüşdür. Qeyd edilənlərə əsasən, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən ## ######## 2022-ci il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** nömrəli çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə ## ###### 2003-cü il tarixli, JN-0884 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən edilir. ##.##.2020-ci il tarixli, ********** nömrəli çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasport sənədində qeyd olunan torpaq sahəsi şimaldan (yol tərəf) 8,9-7,4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır.
19. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) ## ####### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** saylı çıxarışda torpaq sahəsinin ölçüsünə düzəliş edilərək, ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünə 629 kv.m torpaq sahəsi də əlavə olunmaqla, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
20. Həmin qərardan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli 2-1(105) ***/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmişdir. 22.
c) birinci instansiya məhkəməsində ikinci icraat
23. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2008-ci il tarixli, ********** saylı çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan - ölçü sənədinin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Üçüncü şəxs iddiaya əlavə etiraz ərizəsi ünvanlamış və qeyd etmişdir ki, ## ###### 2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizədə dövlət reyestrindən ##.##.2008-ci il tarixli, ********** saylı çıxarışında göstərilmiş 0,9299 ha torpaq sahəsindən bəhs etsə də, qeyd edilən çıxarışda torpaq sahəsinin ölçüsü 0,98 ha təşkil etmişdir. Belə olan halda, iddiaçının hansı 629 kv.m torpaq sahəsini tələb etməsi, bunun iddia edilmiş Dövlət Aktında göstərilən 1,11 ha torpaq sahəsinə nə dərəcədə bağlılığı, 629 kv.m torpaq sahəsinin iddia edilmiş Dövlət Aktında göstərilən 1,11 ha torpaq sahəsinin hansı hissəsində yerləşməsi müəyyən edilməmişdir.
25. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ##.##.2008ci il tarixli, ********** saylı çıxarışda göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçıun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verlməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə həvalə olunmuşdur.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ## ######## 2022-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə ##.##.2003-cü il tarixli, JN-0884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən edilir. ##.##.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasportda qeyd edilən torpaq sahəsi şimaldan 8,9-7,4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh təşkilatın göndərdiyi ##.##.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 1,11 ha torpaq sahəsi Quba rayon notariat kontorunun ##.##.2005-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X7 adına özgəninkiləşdirilmişdir. Lakin həmin məktubun növbəti cümləsində 0,98721 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qeyd olunmuşdur. Qeyd olunan məktubda 1,11 ha torpaq sahəsinin rəsmiləşdirilməli olmalı halda hansı səbəbdən 0,98721 ha qeyd olunmasına açıqlama verilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata göndərilən sorğuların nəticəsində bəlli olmuşdur ki, ümumi sahəsi 1,11 ha olmuş torpaq sahəsi üzərində Quba rayon notariat kontorunda rəsmiləşdirilmiş ##.##.2005-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ölçüsü 0,98721 ha kimi göstərilmiş ##.##.2008-ci il tarixli mülkiyyət hüququna dair çıxarışdan başqa digər hüquqmüəyyənedici sənəd verilməmişdir.
27. Cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, V.M.Hacıyev və T.B.Axundov) ## ### 2025ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 29.1. Məhkəmə kollegiyası tərəfindən işin hallarının araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu göndərilərək həmin çıxarışda torpaq sahəsinin ölçüsünün 1,11 ha deyil, 0,98721 ha yazılmasının səbəbləri barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, X2 ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2005-ci il tarixli alqısatqı müqaviləsi əsasında əldə olunan 1,11 ha torpaq sahəsinə mühəndis tərəfindən baxış keçirildikdən sonra həmin torpaq sahəsinin naturada azaldılaraq 0,98721 ha olduğu müəyyən edilmişdir. Azalmaya səbəb həmin torpaq sahəsinin cizgisinin digər mülkiyyətçilərə məxsus mübahisə predmeti olmayan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin üzərinə düşməsidir. Hal-hazırda həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında əldə olunan 1,11 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşmir. Bu səbəbdən iddiaçının adına verilmiş ##.##.2008-ci il tarixli çıxarışda torpaq sahəsi 0,98721 ha qeyd olunmuşdur. Yəni, hazırkı cavabla müəyyən olunur ki, iddiaçı hazırda mübahisəli torpaq sahəsinin - Ticarət Mərkəzinin önündə yerləşən torpaq sahəsinin faktiki olaraq illərlə onun istifadəsində olduğunu və mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirsə də, iddia olunan Ticarət Mərkəzinin önündə yerləşən torpaq sahəsi ümumiyyətlə 1,11 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşmir. 29.2. Mübahisəli torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən ##.##.2024-cü il tarixdə mütəxəssisin iştirakı ilə əraziyə yerli baxış keçirilmiş, baxış zamanı mübahisəli torpaq sahəsinin əmlak kompleksinin önündə yerləşən və dayanacaq kimi istifadə olunan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmçinin, aşağıdakı suallarla bağlı rəy verilməsi və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: mübahisəli 629 kv.m torpaq sahəsi ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşirmi? Mübahisəli torpaq sahəsi Dövlət Aktında qeyd edilən 1,1 ha torpaq sahəsinin koordinatları daxilində yerləşmirsə, həmin torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmışdırmı? Mübahisəli torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığı təqdirdə, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti (reyestr nömrələri ortofoto xəritədə göstərilməklə); ##.##.2003-cü il tarixli, JN-884 KOD ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və mübahisəli torpaq sahəsinin koordinatlarının əks olunduğu müqayisəli ortofoto xəritədən çıxarış (Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları hüdudlarında başqa şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdırsa, həmin torpaq sahələri ilə bağlı reyestr nömrələri orto-foto xəritədə göstərilməklə). 29.3.Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 372 kv.m təşkil edir. Həmin iddia olunan torpaq sahəsi ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Mübahisəli torpaq sahəsi üzərində heç kimin mülkiyyət hüququ tanınmamışdır. Mübahisəli torpaq sahəsinə və ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinə dair ortofoto görüntülər və koordinatlar mütəxəssis rəyinə əlavə edilmişdir. QEYD: Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir. 29.4. Məhkəmə kollegiyasının ##.##.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi (eyni zamanda vəkili) bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş rəylə razı deyillər. Belə ki, rəy verən orqan cavabdeh təşkilatdır, dolayısı ilə işdə maraqlı şəxsdir. Cavabdeh orqanın verdiyi rəy əsasında qərar qəbul edilməsi qeyrimümkündür. Cavabdehin işdə maraqlı olması onunla sübut olunur ki, işə birinci instansiya məhkəməsində baxılarkən müvəqqəti xarakterli müdafiə tədbiri kimi mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmuş, cavabdeh məhkəməyə məktub yazaraq, qərardadı icra etməyin mümkün olmadığını bildirmiş, həmin qərardad sonradan icra edilmişdir. 29.5. Məhkəmə kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə eyni suallar qoyulmaqla, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin mütəxəssisləri cəlb edilmədən iş üzrə mütəxəssis rəyinin alınması Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin mütəxəssisinin və tərəflərin iştirakı ilə ##.##.2025-ci il tarixində mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, çöl-ölçmə işlərinin nəticəsinə uyğun kameral şəraitdə müvafiq araşdırmalar aparılmış, rəy layihəsi hazırlanmışdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin nizamnaməsinin 3.1.38-ci (məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması və ya icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsini təmin etmək) yarımbəndinə əsasən hazırlanmış mütəxəssis rəyinin və sxemlərin məhkəməyə təqdim edilməsi üçün * saylı Xaçmaz Ərazi Idarəsinə müvafiq göstəriş verilmişdir. Məhkəməyə cavabdeh inzibati orqandan ##.##.2025-ci il tarixdə daxil olmuş həmin mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən iddia olunan, iddiaçının naturada göstərdiyi mübahisəli 745 kv.metr torpaq sahəsi ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşmir. JN-884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən 1,1 ha torpaq sahəsinin koordinatları daxilində yerləşməyən həmin torpaq sahəsi 19 kv.metr hissəsində ************ reyestr nömrəli çıxarışa, 27 kv.metr hissəsində isə ************ reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətindədir. Sumqayıt Inzibati Məhkəməsinin qərarı ilə 0,752 kv.metr torpaq sahəsinə isə məhdudiyyət qoyulmuşdur. ##.##.2003-cü il tarixli, JN-884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının koordinatları daxilində bazarın öz çıxarışı 0,9299 ha, 303013152591-0,03 ha, 303012000081-06301-08301-0,0136 ha və 303012000081-06301-08303-0,0105 ha reyestr nömrəli çıxarışlar mövcuddur. (sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). Məhkəmə kollegiyası rəyin cavabdeh inzibati orqan tərəfindən verilməsi, bu səbəbdən təkrar rəy alımasına zərurət olması ilə bağlı iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, 53-cü bənddə qeyd edildiyi kimi, həmin rəyin layihəsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin iştirakı ilə tərtib olunmuşdur. Kollegiya, ümumiyyətlə, cavabdeh inzibati orqanın qərəzli yanaşması, bundan irəli gələrək, verilmiş rəyin əsassızlığı ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, işdən göründüyü kimi, tərəflərin mübahisələndirdiyi hissə əmlak kompleksinin önündə yerləşən avtomobil dayanacağı kimi istifadə edilən hissədir. Iddiaçı da həmin sahədən faktiki olaraq həmişə istifadə etdiyini bildirmiş, daha sonra bələdiyyənin həmin torpaq sahəsinin satılması ilə bağlı müraciətindən sonra torpaq sahəsinin qiyməti ilə bağlı hətta razılıq əldə etməyə çalışmışlar, lakin razılıq baş tutmadığından məhkəməyə müvafiq iddia ilə müraciət etmişlər. Yəni, iddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətində olmadığını bilmişdir. 29.6. Işdə olan Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2-1(118) ***/**** nömrəli qərarı ilə müəyyən olunur ki, iddiaçı daha öncə də 782 kv.m torpaq sahəsinin ona məxsus torpaq sahəsinə əlavə olunmaqla ona yeni çıxarış və texniki pasport verilməsini xahiş etmiş, həmin qərarla iddia təmin olunmuşdur. Daha sonra iddiaçının iddia tələbindən imtina etməsi nəticəsində ##.##.2021-ci il tarixli, 2-1(118) ***/**** saylı qərar ##.##.2021-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadla ləğv edilərək, yeni baxışa təyin edilmiş və iddiaçının müraciəti əsasında ##.##.2021-ci il tarixli qərardad ilə iddia tələbi iddiaçıya geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı həmin iddia ilə müraciət etdiyi zaman torpaq sahəsinin və əmlak kompleksinin mülkiyyətçisi olmuşdur. Beləliklə, təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının iddia etdiyi və göstərdiyi mübahisəli torpaq sahəsi ona məxsus dövlət aktının koordinatları daxilində yerləşməmiş, torpağa mülkiyyət hüququna dair Dövlət Aktının koordinatları daxilində bazarın öz çıxarışı 0,9299 ha və yuxarıda qeyd edilən 303013152591-0,03 ha, 303012000081-06301-08301-0,0136 ha və 303012000081-06301-08303-0,0105 ha reyestr nömrəli çıxarışların mövcud olduğu müəyyən olunmuşdur. Bununla bağlı cavabdeh inzibati orqana təkrar sorğu təqdim olunaraq vaxtilə iddiaçının adına 1,1 ha torpaq sahəsinə dair 0,98721 ha torpaq sahəsi nəzərə alınmaqla, ## ###### 2014-cü il tarixli texniki pasport tərtib edilərkən texniki pasporta daxil edilməyən torpaq sahəsinin harada yerləşməsi və texniki pasporta daxil edilməyən həmin torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması barədə məhkəməyə ətraflı məlumat verilməsi, qeyd edilən torpaq sahələrinin yerləşmə mövqeyi göstərilməklə iddiaçıya məxsus torpaq sahəsi ilə müqayisəli ortofoto xəritədən çıxarışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəməyə həmin sənədlər təqdim olunmasa da, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı məhz ticarət mərkəzinin qarşısında olan sahənin onun dövlət aktında yerləşdiyini bildirmiş və həmin sahəyə çıxarış verilməsini xahiş etmişdir. Iddia tələbi ilə müəyyən olunur ki, iddiaçı ##.##.2008-ci il tarixli çıxarışda 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş edir. Halbuki, həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0,98721 ha olmuşdur. Qərarın 13cü bəndində qeyd olunmuş və iddiaçının istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2022-ci il tarixli ekspert rəyində ##.##.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüləri ilə ## ###### 2003-cü il tarixli, JN-0884 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Iddiaçı məhz həmin rəyə istinad edərək mübahisəli torpaq sahəsinin dövlət aktının koordinatları daxilində yerləşdiyini bildirir. Lakin təqdim olunmuş növbəti ekspert rəyləri ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin ticarət mərkəzinin önündə dayanacaq kimi istifadə olunan torpaq sahəsinin iddiaçının dövlət aktında yerləşən torpaq sahəsi daxilində yerləşdiyi müəyyən olunmamışdır. Yəni, iddiaçı məhz həmin torpaq sahəsinə çıxarış verilməsində maraqlıdır. Belə ki, iddia ərizəsində də 2008-ci il tarixli çıxarışda və texniki pasportda dövlət aktındakı torpaq ölçülərinin düzgün göstərilmədiyi və torpaq sahəsinin Heydər Əliyev prospektinə çıxan hissəsində torpaq sahəsinin bir hissəsinin çıxarışa və texniki pasporta daxil edilmədiyi qeyd olunmuşdur. 29.7. Məhkəmə kollegiyasına üçüncü şəxsin vəkili tərəfindən təqdim edilən fotoşəkillə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ticarət mərkəzinin önündə yerləşən ərazidir. Işdən görünür ki, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmadığını bildirmiş, təqdim edilmiş rəylər də məhz həmin halı təsdiq etmişdir. Iddiaçı iddia ərizəsində bildirmişdir ki, N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi burada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. Iş materiallarında olan sənədlərdən görünür ki, dövlət aktı ilə iddiaçıya verilmiş torpaq sahəsi hissələrlə bir neçə dəfə satılmış, bölgü aparılmışdır. 2007-ci ilin noyabr ayında tərtib olunmuş əmlak kompleksinin texniki pasportunda torpaq sahəsinin ölçüsü sənəd üzrə 1,06256 ha, faktiki 0,98721 ha olmuşdur. Hazırda 0,9299 ha torpaq sahəsi və üzərində olan 3518,2 kv.m qeyri-yaşayış binası ##.##.2022-ci il tarixli, 303013152596-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla X6 mülkiyyətindədir.(12-ci bənd) Cavabdeh inzibati orqan da torpaq sahəsinin faktiki ölçülərinə uyğun olaraq dövlət reyestrində qeydiyyat aparıldığını bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci və 17-ci maddələri).
30. Iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri:
31. Iddiaçının kassasiya şikayəti iddia ərizəsinə və tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun əsaslandırılmışdır. Iddiaçının kassasiya şikatətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə özünün qəbul etdiyi ## ###### 2024-cü il tarixli qərardadına zidd olaraq, mütəxəssis rəyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin mütəxəssisi tərəfindən verilməsini nəzərə almayaraq, elə həmin mütəxəssis rəyinə əsaslanmaqla qərar qəbul etmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
35. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. .... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2008-ci il tarixli, ********** saylı çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.
42. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.