Məhkəmə qərarları › İş №2-1(102)-2803/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2803/2018

26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2803/2018 26.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər Mirzəyev Ədalət Tələt oğlu, X8 və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodenziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin iştirakı ilə) qarşıiş üzrə QƏRAR (iş № 2-1(102)-2803/18) Bakı şəhəri 26 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı nümayəndəsi Elşən Rəcəbovun və vəkili Esmira Hüseynovanın, üçüncü şəxs Ədalət Mirzəyevin vəkili Rafiq Miriyevin iştirakı ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər Mirzəyev Ədalət Tələt oğlu, X8 və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodenziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin iştirakı ilə) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 02 oktyabr 2018-ci il tarixli 2-1(103)-1806/2018 saylı qərarından üçüncü şəxs Mirzəyev Ədalət Tələt oğlu tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabu nçu rayon Bələdiyyəsinin 25.05.2000-ci il tarixli, 18 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Mirzəyev Ədalətə 8 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən, sahəsi 249,4 kv.m. olan qeyri-yaşayış binasına dair Mizəyev Ədalətə Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 03.01.2001ci il tarixli, 30/18 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mirzəyev Ədalət qeyd edilən qeyriyaşayış binasını 03.12.2014-cü il tarixli, AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cəbrayılov Sərvərə satmışdır. Sabunçu rayon Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi qanunvericiliyin tələbləri pozulmaqla ayrıldığına görə, torpaq sa həsinin ayrılmasına dair bələdiyyənin sərəncamı ləğv edilməlidir. Belə ki, bələdiyyənin ayırdığı 8 ha torpaq sahəsi Bakı şəhər XDS İK-nin 21.05.1983-cü il tarixli, 29/771 nömrəli qərarı ilə işçilərin istirahət bazasının tikintisi məqsədi ilə ayrılmış 84145,28 kv.m. torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi X3 istifadəsində olmaqla ona 13.10.2002-ci il tarixli, JN-0841 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” verilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər Mirzəyev Ədalət Tələt oğlu, X8 və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodenziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi) qarşı Bakı şəhəri, Cavabdeh 25 may 2000-ci il tarixli, 18 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 18 yanvar 2018-ci il tarixli iş № 2-1(82)-09/2018, (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-1806/2018 (hakimlər V.Ağayev - s ədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbi təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxs Ədalət Mirzəyev kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh 25 may 2000-ci il tarixli 18 saylı sərəncamı ilə uzun müddət sahibsiz və istifadəsiz qalmış Nardaran qəsəbəsi, Ləhiş bağ massivi ərazisində yerləşən 8,0 hektar torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun istifadəsinə verildikdən sonra həmin torpaq sahəsinə onun mülkiyyət hüquqları Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat ı İdarəsi tərəfindən verilmiş 03 yanvar 2001-ci il tarixli MH seriyalı 120342 saylı Qeydiyyat Vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində yerləşən tikililərə dair Sabunçu rayon İcra Hakimiyyəti Başçısının “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən 249,4 kvadrat metr qeyri-yaşayış tikilinin hüquqi qeydiyyata alınması barədə »13 iyul 2000-ci il f tarixli 510 saylı sərəncamında mübahisələndirilən torpaq sahəsinin onun istifadəsində olması qeyd olunmuşdur. Yəni Sabunçu rayon İcra Hakimiyyəti Cavabdeh 25 may 2000-ci il tarixli 18 saylı sərəncamını qanuni saymışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin həmin əmlakın onun mülkiyyətində olmasını təsdiq edən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət qeydiyyatından Çıxarış vermişdir. Göründüyü kimi həmin torpaq sahəsinin onun mülkiyyətində olması dövlət orqanlarının verdiyi sənədlərlə də təsdiq edilir. Digər tərəfdən, 03 dekabr 2014-cü ildə bağlanmış AN-1 sariyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən sahəsi 249,4 kvadrat metr olan qeyri-yaşayış binasının 780 000 manata X1 və 19 dekabr 2014-cü ildə DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən sonuncunun adına RX seriyalı ******* saylı reyestrindən çıxarış verilmişdir. Mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətində olduğu 18 ildən artıq bir müddətdə həmin torpaq sahəsinin 1 kvadrat metri belə olsa onun tərəfindən satılmamış, ora işıq, qaz, su çəkdirmişdir, yüzlərlə ağac əkilmiş, orada yaradılmış fermer təsərrüfatında otuza yaxın ailənin üzvü çalışır. Azərbaycan Respublikası ƏMDK-nin əməkdaşları həmin obyektə gələrək torpaq sahəsinin alqı-satqısı ilə bağlı Komitəyə müraciət etməyi məsləhət görüb, torpaq sahəsinə bazar qiymətindən də artıq məbləğdə pul ödəniləcəyini təklif etmişlər və razılıq olmadığı təqdirdə, torpaq sahəsini qanunsuz da olsa geri alacaqlarını bildirmişlər və fikirləşmək üçün vaxt da vermişlər. Bundan sonra, onlar qanunvericilikdə nəzərdə tutulmuş məbləği ödəmələrinə razı olduğunu bildirdikdə, Komitənin tabeçiliyində olan X4 təşkili üzrə Dövlət Agentliyi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Mübahisələndirilən torpaq sahəsinə dair məhkəmə çəkişməsi 2015-ci ildən bəri davam etsə də, iddiaçı yalnız apelyasiya i nstansiyası baxışı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyini üçüncü şəxs kimi məhkəməyə cəlb etmişdir. Lakin məhkəmə Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin X3 hüquqi varisi olub-olmadığını, keçmiş ittifaq tabeli müəssisə olan X3 ləğvi zamanı onun istifadəsində olan torpaq sahəsinin, bina, avadanlıq, maşın-mexanizmlərin hansı quruma verildiyini araşdırmamışdır. Onu da qeyd edir ki, məhkəmə prosesində iştirak edən Geodeziya və Kartoqrafıya üzrə Dövlət Agentliyinin nümayəndəsi də hüquqi varisliklə bağlı suallara cavab verə bilməmiş, məhkəməyə təqdim etdiyi sənədlərlə nə özü, nə də məhkəmə cavabdeh tərəfi tanış etməmişdir. Beləliklə də, məhkəmə İnzibati-Prosessual Məcəlləsinin 28.3-cü maddəsinin “ üçüncü şəxslərin inzibat məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim edilməlidir” tələbinə əməl etməmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin edərkən iddiaçının məhkəməyə təqdim etdiyi “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanacaq müəssisələrin tabeliyindən çıxarılacaq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı” adlanan sənədi sübut kimi qəbul etmişdir. Həmin sənəddə mübahisələndirilən torpaq sahəsi keçmiş Aerogeodeziya Müəssisəsinin, istirahət zonası kimi göstərilmişdir. İddiaçı həmin sənədin tələb olunan qaydada surətini deyil, imza və möhür olmayan sənədi məhkəməyə təqdim etmişdir. Bu isə həmin sənədin həqiqiliyinə açıq-aydın şübhə doğurur. Azərbaycan Respublikaçı İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu idi. Apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbinə zidd olaraq iddiaçının apelyasiya şikayətinə etirazında göstərdiyi iş üçün mühüm əhəmiyyət kəsb edən faktları da araşdırmamışdır. Bu, həmçinin Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 69-cu maddəsinin tələblərinə də ziddir. Həmin maddənin 4-cü bəndinə görə məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, isti nad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Lakin Məhkəmə birinci instansiya məhkəməsinin işə baxarkən qanunvericiliyin tələblərinə əməl etmədiyini qeyd etsə də, qanunun hansı müddəalarının pozulduğunu göstərməmişdir. Məhkəmə Kollegiyası daha bir mühüm amili – müddətlərlə bağlı qanunvericiliyin tələblərini də nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası “İnzibat icraat haqqında” Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti, on il təşkil edir. Cavabdeh sözügedən sərəncamının qəbulundan 18 il keçir. Daha bir əhəmiyyətli fakt ondan ibarətdir ki, Azə rbaycan Respublikasının Mülki Məcəlləsinin 178.5-ci maddəsi də məhkəmə tərəfindən, pozulmuşdur. Həmin maddədə göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs torpaq sahəsinin mülkiyyətçisi sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs Ə.Mirzəyev kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1806/2018 saylı qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Rafiq Miriyev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edə rək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.Hüseynova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsiE.Rəcəbov da, iddiaçının vəkili E.Hüseynovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodenziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin nümayəndəsi V.Ömərova məhkəmə iclasına vəkilsiz gəldiy i üçün, cavabdehin nümayəndəsi və Sərvər Cəbrayılov məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, üçüncü şəxsin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 02 oktyabr 2018-ci il tarixli, 21(103)-1806/18 say lı qərarla, iddiaçı Azərbaycan Respublikası İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2-1(82)-09/2018 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 62.3, 82, 87.6-cı maddələrinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilmiş nəticəyə gəlinərkən müəyyən edilmişdir ki, cavabdehin “Sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin ayrılması haqqında” 25.05.2000-ci il tarixli 18 nömrəli sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8 hektar torpaq sahəsi Mirzəyev Ədalət Tələt oğluna satılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakim iyyəti başçısının “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən tikintilərin hüquqi qeydiyyata alınması barədə” 13 iyul 2000-ci il tarixli 510 nömrəli sərəncamı əsasında Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən 8 hektar torpaq sahəsində tikilmiş tikililərin vətəndaş Ə.Mirzəyevin adına hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 03 oktyabr 2002-ci il tarixdə tərtib olunmuş CN-0841 (kod ********) nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktına görə Bakı şəhər XDS İK-nin 21 may 1983-cü il tarixli 29/771 nömrəli qərarına əsasən Bakı şəhəri Nardaran qəsəbəsində 8,499999 hektar torpaq sahəsi işçilərin istirahət bazasının tikintisi üçün X3 istifadəsinə verilmişdir. Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2016-cı il tarixli 5214 nömrəli ekspert rəyinə görə Cavabdeh 25 may 2000-ci il tarixli 18 nömrəli sərəncamı ilə Mirzəyev Ədalət Tələb oğluna Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 8 hektar torpaq sahəsi dövlət mülkiyyətindədir və Bakı şəhər XDS İK-nin 21 may 1983-cü il tarixli 29/771 nömrəli qərarı ilə X3 işçilərinə istirahət bazasının tikintisi məqsədilə ayrılmış və həmin müəssisənin istifadəsində olan 84415,28 kvadrat metr torpaq sahəsinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dö vlət müəssisələrinin tabeliyindən çıxarılacaq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı”nın (2 nömrəli əlavə) 12.2-ci sətrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən istirahət zonası (keçmiş Aerogeodeziya Müəssisəsi) qeyd olunmuşdur. Buna görə də apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə ayrılıb-ayrılmadığı məsələsi aydınlaşdırılmamış, xüsusən bələdiyyə torpağının bələdiyyənin qəbul edəcəyi qərar əsasında, yoxsa hazırkı işdə olduğu kimi onun sədrinin tək tərəfli olaraq verəcəyi sərəncamla ayrılmasının mümkünlüyünə qiymət veri lməmişdir. Bundan başqa, mübahisəli torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək mülkiyyətə verilməsinin mümkünlüyü ilə bağlı məsələ də tam araşdırılmamış və qiymətləndirilməmiş qalmışdır. Bununla bağlı olaraq sözügedən sahənin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olubolmadığı müəyyənləşdirilməli idi. Lakin birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmədən, iş üzrə əhəmiyyətli olan halları hərtərəfli və obyektiv araşdırmadan, işdə olan sübutları tam tədqiq etmədən, iş üzrə əhəmiyyət kəsb edə biləcək faktları qiymətləndirmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs in kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddi açı - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi cavabdeh - Bakı şəhəri Cavabdehnə, üçüncü şəxslər - Mirzəyev Ədalət Tələt oğluna, X7, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinə qarşı Cavabdeh 25 may 2000-ci il tarixli 18 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdir ki, Cavabdeh 25 may 2000-ci il tarixli 18 saylı sərəncamı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ədalət Mirzəyevə ayrılmış 8 hektar torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 21 may 1983-cü il tarixli 29/771 saylı qərarı ilə X3 işçilərinin istirahət bazasının tikintisi üçün ayrılmış 84415,28 kvadrat metr torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, iddiaçının tələbi Cavabdeh 25 may 2000-ci il tarixli 18 saylı sərəncamının etibarsız hesab edilməsindən ibarətdir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 02 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1806/18 saylı qərarının nəticə hissəsində sadəcə «iddia tələbi təmin edilsin» ifadələrini yazmışdır ki, bu da məhkəmənin gəldiyi nəticənin natamam olması anlamına gəlir. X9 Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göst ərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, iddiaçı cavabdehin sözügedən sərəncamının etibarsız hesab edilməsini xahiş edir. Məlum olduğu kimi isə “İnzibati icraat haqqında” Qanunun “İnzibati aktın etibarsız sayılması” adlanan 65-ci maddəsi mövcuddur ki, həmin maddədə inzibati aktlarının etibarsız sayılmasının konkret və müfəssəl halları nəzərdə tutulmuşdur.(cəmi 6 hal). Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə ümumiyyətlə istinad etməmiş və cavabdehin 25 may 2000-ci il tarixli sərəncamının “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın etibarsız sayılması üçün müəyyən edilmiş konkret hansı halına uyğun olmasını göstərməmişdir. Buradan da belə qənaətə gəlmək olar ki, məhkəmə h azırkı işə baxarkən iddianın ümumiyyətlə hansı növdən olmasını müəyyən etməmişdir. Belə ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün prosessual qanunvericiliklə zaman məhdudiyyəti müəyyən edilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə müvafiq olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən məsələni də, yəni, cavabdehin sərəncamının 25 may 2000-ci il tarixdə verilməsini, iddiaçı tərəfindən isə hazırkı iddiası ilə məhkəməyə yalnız 15 il keçəndən sonra müraciət etməsini nəzərə almamış və buna İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbləri baxımından, yəni, ümumiyyətlə iddianın mümkünlük məsələsini araşdırmamış və buna hüquqi qiymət də verməmişdir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi özü müəyyən etmişdir ki, sö zügedən sahədə səlahiyyətli dövlət inzibati orqanı olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən tikintilərin hüquqi qeydiyyata alınması barədə” 13 iyul 2000-ci il tarixli 510 nömrəli sərəncamı ilə Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən 8 hektar torpaq sahəsində tikilmiş tikililərin vətəndaş Ə. Mirzəyevin adına hüquqi qeydiyyata alınmasına icazə vermişdir. Lakin buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu məsələni ümumiyyətlə araşdırmamış, həmin sərəncamın verilməsinin əsaslarını və səbəblərini tədqiq etməmiş, işin bu halına aydınlıq gətirilməsi məqsədi ilə Sabunçu rayon İcra Hakimiyyətini işə cəlb etməmişdir. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, üçüncü şəxs Ədalət Mirzəyev 03 dekabr 2014cü il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı – müqaviləsi ilə mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən sahəsi 249,4 kvadrat metr olan qeyri-yaşayış binasını 780000 manata X2 və axırıncıya 19 dekabr 2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında olan digər struktur, yəni, DƏDRX-nin Bakı şəhər İdarəsi tərəfindən RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. Lakin bu məsələ ümumiyyətlə apelyasiya instansiyası məhkəməsinin araşdırılmasından kənarda qalmış və ona hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən Mülki Məcəllənin 178.5-ci maddəsinin tələbləri də diqqətə alınmamışdır. Halbuki, Mülki Məcəllənin 178.5-ci maddəsində deyilir ki, əgər daşınmaz əmlakı n dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, belə ki, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda sübutlar araşdırılmamışdır, kasasiya şikayəti qalan hissədən bu səbəbdən təmin edilməməlidir. İşə apelyasiya instansiyası məhkəməsi təkrar baxıldığı zamanı prosessual və maddi hüquq normaları düzgün tətbiq edilməli və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxs in kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 21(103)-1806/18 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar