Məhkəmə qərarları › İş №2-1(102)-2805/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2805/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2805/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər: X8 və Yevlax Bələdiyyəsi) qarşı “Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-7276A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə X6 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 2. xx.xx.2011-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X10 0,05 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır.

3. MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

4. AA seriyalı, 003963 nömrəli, xx.xx.2011-ci il tarixli plan-ölçü sənədinin surətindən görünür ki, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (əsas Yevlax rayonu 1 saylı DNK, xx.xx.2011-ci il tarixli, 486 nömrəli alqısatqı müqaviləs i).

5. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, Yevlax şəhərində yerləşən Yevlax Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-486 reyestr nömrəli müqaviləsi əsasında əldə etdiyi mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınarkən, iddiaçıdan əvvəlki mülkiyyətçinin iştirakı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və sözügedən torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsində qeyd olunan qaz kəməri ilə yaşayış və ictimai binalar arasındakı müəyyən olunmuş (5 metr) məsafə nəzərə alınmaqla tərtib olunmuşdur.

6. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0.0558 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı torpaq sahəsidir. Mübahisəli 0.0558 ha torpaq sahəsinin 0.0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0.0130 ha hissəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Torpaq sahəsinin faktiki istifadəçisi X3r. Torpaq sahəsinin koordinatları əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur.

7. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin xə ritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) JN-7276 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0,05 ha torpaq sahəsinə dair məlumatlar olmadığından MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini, kənara çıxmanın olub-olmamasını müəyyən etmək olmadı. Əlavə məlumat üçün bildirilir ki, JN-7276 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş ölçülərlə MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən ölçülər eynilik təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daşınmaz əmlakın xx.xx.2011-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Yevlax şəhər sakini X2 JN 7276A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini satın almış və reyestr idarəsinin əməkdaşları tərəfindən şəhadətnamədə göstərilən torpaq sahəsi ölçülərək ona verilmiş və həmin torpaq s ahəsinə dair xx.xx.2012-ci il tarixdə Çıxarış almışdır. Həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmiş və bununla əlaqədar evə və həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün 17 saylı Yevlax ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, verilmiş torpaq sahəsinin hüdudlarından kənara çıxılmışdır. Ona görə də həyətyanı torpaq sahəsinin koordinatlarının naturada dəqiqləşdirilməsi ilə bağlı araşdırılma aparılmış və məlum olmuşdur ki, həyətyanı torpaq sahəsinin ilkin sənədi hesab edilən JN 7276A saylı şəhadətnamə reyestr xidmətinin bazasında qeydiyyata götürülməmiş və ya qeydiyyata salınmamışdır. Alqı-satqı müqaviləsindən sonra iddiaçıya verilmiş torpaq sahəsinin planı və ölçüsü şəhadətnamədəki ölçülərlə deyil, saxta koordinatlar əsasında verilmiş, nəticədə torpaq sahəsinin planı və ölçüsü şəhadətnamədə olan koordinatlarla üst-üstə düşməmişdir. Ona görə də fərdi yaşayış evinin torpaq sahəsinin hüdudlarından kənara çıxması yaranmış, bu səbəbdən fərdi yaşayış evi və torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamış və qeydiyyata alınmasından imtina edilmişdir.

10. Cavabdeh orqan iddia ərizəsinə qarşı etirazda qeyd etmişdir ki, elektron baza və arxiv məlumatlarına əsasən Yevlax şəhəri ərazisində iddiaçının mülkiyyətində olan **********41 reyestr nömrəli 0,05 hektar torpaq sahəsinin yerləşmə yeri və konfiqurasiyası elektron baza məlumatlarında göstərilsə də, torpaq sahəsinin həmin ölçülərə uyğun naturada döngə nöqtələrinin müəyyən edilməsinə etiraz etmişdir. Eyni zamanda iddiaçının inşa etdiyi fərdi yaşayış evi mülkiyyətində olan t orpaq sahəsinin hüdudlarından kənara çıxma ilə müşahidə olunur. Ona görə də iddiaçı könüllü qaydada inventarlaşma işlərinin aparılmasından imtina etmişdir. 11. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Fərmanının tələblərinə uyğun olaraq hazırlanacaq yekun xəritələr Ərazi İdarəsinə təhvil verildikdən sonra yenidən baxılacaqdır.

12. Birinci inst ansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-952/2022 nömrəli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

13. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)-80/2023 nömrəli qərarı ilə (sədrlik edən hakim F.İsmayılzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyinə görə müəyyən olunur ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0,0558 ha torpaq sahəsinin 0,0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh etiraz məktubunda həmçinin qeyd etmişdir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxma ilə müşahidə olunur. Beləliklə iddiaçı tərəfindən fərdi yaşayış evinin çıxarışla ona ayrılmış torpaq sahəsində tikildiyi iddia olunaraq, torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlara uyğunlaşdırılması tələ b olunsa da, məhkəmə araşdırması ilə çıxarışın verilməsi və ya torpaq sahəsinin planı və ölçüsü tərtib edilən zaman koordinatların düzgün göstərilməməsi faktı öz təsdiqini tapmamışdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun, Torpaq Məcəlləsinin müddəalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddian ın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Yevlax Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən həmi n məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, vicdanlı alıcıdır, həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X1 almış və xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmaqla mənim xüsusi mülkiyyətindədir. Mübahisəli 0,0558 ha torpaq sahəsinin 0,0428 ha hissəsi Çıxarışla İddiaçı, yəni onun mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,0130 ha hissəsi Yevlax Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi qeyd edilmişdir.

22. Bununla əlaqədar məhkəmə baxışında Yevlax Bələdiyyəsi 3-cü şəxs kimi iş ə cəlb edilmiş, işin mahiyyəti üzrə baxılması üçün xx.xx.2023- cü il tarixli, 2-1(107)-278/2023 saylı sorğu məktubu göndərilmişdir. Həmin məktuba cavab olaraq Yevlax Bələdiyyəsi xx.xx.2023- cü İİ tarixli, 297 saylı məktubunda göstərmişdir ki, mübahisəli torpaq sahəsinin 0,0130 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla boş və istifadəsiz deyildir. Ərazidə yerləşən torpaq sahəsi hasarlanmış vəziyyətdədir. Mövcud torpaq qanunvericiliyinə əsasən qeyri-qanuni istifadə olunan, zəbt olunmuş həyətyanı torpaq sahəsi sənədləşdirilərkən birinci olaraq torpağın ilkin istifadəçisinə təklif olunur.

23. O, həmin məktuba etiraz olaraq məhkəmədə bildirmişdir ki, Yevlax Bələdiyyəsinin həmin məktubu ilə razı deyil və həmin məktuba etiraz edərək Yevlax Bələdiyyəsində olmuşdur. Onun etirazına əsa sən Yevlax Bələdiyyəsi xx.xx.2023-cü il tarixli, 324 saylı məktubla əvvəlki məktubuna əlavə olaraq bildirmişdir ki, İddiaçı Yevlax şəhərində hasarladığı sahədə 0,0130 ha bələdiyyə torpağını zəbt etməsi barədə məlumatı Yevlax Bələdiyyəsinə 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyinə istinad edərək verilmişdir. X9 Səfərəliyevin hasarladığı torpaq sahəsini yerində ölçmədiyinə görə və aparılan ölçü işlərində iştirak etmədiyinə görə həyətyanı sahədə zəbt olunan bələdiyyə torpağı barədə şəhər bələdiyyəsinin dəqiq məlumatı yoxdur və həmin həyətyanı sahə bələdiyyə əməkdaşlarının iştirakı ilə ölçüldükdən sonra bələdiyyə torpağının dəqiq sahəsini müəyyən etmək olar. Belə ki, hər iki məktubdan dəqiq görünür ki, Yevlax Bələdiyyəsi tərəfindən bir-birinə zidd olan məhkəməyə iki sorğ u cavabı göndərilmişdir.

24. Həmin imtina sənədində göstərilən xüsusatlar apellyasiya məhkəməsinin hakimi tərəfindən araşdırılmamış, torpaq sahəsində dəyişikliklər edilməsi barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmiş, eyni zamanda satıcı X10 məhkəmə iclasında dindirilməsi barədə vəsatət verilsə də, o. məhkəməyə dəvət edilməmiş, dindirilməmiş və onun iştirakı ilə koordinat dəyişiklikləri barədə sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Ona görə də apellyasiya şikayətini araşdırarkən satıcı X4 şahid qismində dindirilməsi təmin edilməli və torpaq sahəsinə onun və iddiaçının içtirakı ilə baxış keçirilərək torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının təyin edilib-edilməməsi aydınlaşdırılmalıdır.

25. Bundan əlavə apellyasiya şikayətinə əlavə etdiyi xx.xx.2021- ci il tarixli və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, verilmiş 1-ci imtina məktubu ilə 2-ci imtina məktubu arasında ziddiyyət vardır. Yəni 1-ci verilən imtina məktubunda torpaq sahəsinə 1-ci mülkiyyətçinin iştirakı ilə baxış keçirilməsi və döngə nöqtələrinin koordinatlarının təyin edilməsi ümumiyyətlə göstərilməmiş, ancaq Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi üçün gələcəkdə tədbirlər görüləcəyi, həyata keçiriləcək tədbirlər nəticəsində adı çəkilən ərazidə yerləşən torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi göstərilmi şdir. Halbuki mülkiyyətçi tərəfindən 17 saylı Ərazi İdarəsinin hesabına 3 dəfəyə 540 manat pul ödənilmiş, lakin heç bir ölçü, dürüstləşmə və dəqiqləşdirmə aparılmamışdır. Lakin 2-ci imtina məktubunda 1-cinin əksinə olaraq əvvəlki mülkiyyətçinin iştirakı ilə torpaq sahəsinin döngə nöqtələrinin təyin edilməsi qeyd edilməklə həqiqətə uyğun olmayan imtina məktubu verilmişdir. 26. 17 saylı Ərazi İdarəsinin verdiyi rəydən görünür ki, hasarlanmış həyətyanı torpaq sahəsinin 558 kv.m-nin 130 kv.m bələdiyyə torpağı, 428 kv.m isə ona məxsusdur. Buradan məlum olur ki, onun həyətyanı torpaq sahəsi 80 kv.m kəsirdədir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya ins tansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

31. Məhkəmə kollegiyası tərəflər arasında mövcud olan hazırkı inzibati mübahisə ilə və iddiaçının kassasiya şikayətindəki dəlillərlə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, JN-7276A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə X6 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 32. xx.xx.2011-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə görə, X10 0,05 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır.

33. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli çıxarışa əsasən, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

34. Həmçinin həmin xidmətin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı, 003963 nömrəli, xx.xx.2011-ci il tarixli plan-ölçü sənədinə görə, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (əsas Yevlax rayonu 1 saylı DNK, xx.xx.2011-ci il tarixli, 486 nömrəli alqı-satqı müqaviləsi).

35. Eyni zamanda işdə olan cavabdehin xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0.0558 ha torpaq sahəsi ya şayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı torpaq sahəsidir. Mübahisəli 0.0558 ha torpaq sahəsinin 0.0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0.0130 ha hissəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Torpaq sahəsinin faktiki istifadəçisi X3r. Torpaq sahəsinin koordinatları əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur.

36. Bununla yanaşı cavabdehin 7 ay sonra tərtib etdiyi xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin xəritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) JN-72 76 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0,05 ha torpaq sahəsinə dair məlumatlar olmadığından MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini, kənara çıxmanın olub-olmamasını müəyyən etmək olmadı. Əlavə məlumat üçün bildirilir ki, JN-7276 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş ölçülərlə MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən ölçülər eynilik təşkil edir.

37. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi ilk olaraq 28 mart 2006-cı il tarixində JN-7276A kod 90101002 üzrə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında keçmiş X5 Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən X4 mülkiyyətinə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,05 hektar göstərilmiş, verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü barədə müvafiq sənəd tərtib edilmişdir ( işin İ cildinin 4-7-ci səhifələri).

38. Həmçinin iş materiallarında olan (işin İ cildinin 9-cu səhifəsi) Daşınmaz əmlakın AN-İ №0277191 saylı alqı-satqı müqaviləsinə əsasən X10 onun mülkiyyətində olan sözügedən torpaq sahəsini İddiaçı satmışdır. Adıçəkilən müqavilənin 1-ci bəndində deyilir ki, “Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli, 9212 çıxış №-li arayışına əsasən Yevlax şəhərində yerləşən 0,05 (sıfır tam yüzdə beş) hektar həyətyanı torpaq sahəsini tam alıcının mülkiyyətinə verir”.

39. Həmçinin müqavilənin 2-ci bəndində yazılmışdır ki, “Satılan daşınmaz əmlak Yevlax rayon aqrar islahat komissiyasının xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə verilmiş, xx.xx.2006-cı il tarixli, JN №7276A, 90101002 kodlu torpağına mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında satıcıya məxsusdur”.

40. Eyni zamanda iş materiallarında olan (işin İ cildinin 11-ci səhifəsi) cavabdeh tərəfindən iddiaçının adına verilmiş xx.xx.2012-ci il tarixli, Seriya MA, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi, 0,05 hektar ölçüsündə İddiaçı mülkiyyəti kimi dövlət qe ydiyyatına alınmışdır.

41. İşin həmin cildinin 12-ci səhifəsində isə sözügedən torpaq sahəsinə dair iddiaçının adına cavabdeh tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və adıçəkilən torpaq sahəsinin ölçüsü 0,05 hektar olaraq yazılmış, torpaq sahəsinin planı və döngə nöqtələrinin koordinatları da mövcuddur.

42. Beləliklə yuxarıda göstərilən bütün sənədlər müvafiq dövlət səlahiyyətləri orqanları tərəfindən hazırlanaraq tərtib edilmişdir.

43. Burada məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, “İnzibati icraat haqqında” qanunun 13-cü maddəsində “Etimad hüququnun qorunması prinsipi” müəyyən edilmişdir.

44. Belə ki, həmin qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

45. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

46. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

47. Eyni zamanda burada xüsusi olaraq vurğulanmalıdır ki, apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, “Beləliklə iddiaçı tərəfindən fərdi yaşayış evinin çıxarışla ona ayrılmış torpaq sahəsində tikildiyi iddia olunaraq, torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömr əli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlara uyğunlaşdırılması tələb olunsa da, məhkəmə araşdırması ilə çıxarışın verilməsi və ya torpaq sahəsinin planı və ölçüsü tərtib edilən zaman koordinatların düzgün göstərilməməsi faktı öz təsdiqini tapmamışdır.”

48. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, apellyasiya məhkəməsinin iclasında iştirak edən mütəxəssis X7 izahatında bildirdi ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0.0558 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı torpaq sahəsidir. Mübahisəli 0.0558 ha torpaq sahəsinin 0.0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0.0130 ha h issəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Torpaq sahəsinin faktiki istifadəçisi X3r.

49. Beləliklə 0,0428 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və torpaq sahəsinin həmin hissəsinin **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi bir fakt olaraq öz təsdiqini tapmışdır.

50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın torpaq sahəsinin 0,0428 ha hissəsinə dair qismi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

51. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsinin 0,0428 ha hissəsində, iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edildiyi halda, onun 0,0428 ha torpaq s ahəsinə və inşa edilmiş fərdi yaşayış evinə dair vahid çıxarış alınması məsələsinin qaldırılması hüququ vardır.

52. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, mütəxəssisin rəyində göstərilmiş 130 kv.m. (o cümlədən iddiaçının iddia etdiyi 72 kv.m) torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətində olmasına gəldikdə isə, həmin məsələ tam və hərtərəfli araşdırılmamışdır, belə ki, 130 kv.m. torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən hüquq müəyyənedici sənəd tələb edilməlidir.

53. Bundan başqa yuxarıda artıq göstərildiyi kimi, iddiaçı Natiq Əliyevdən mübahisə predmeti olan torpaq sahəsinin məhz 0,05 hektar ölçüsündə qanuni qaydada almış və bütün formal tələblərə riayət edilmişdir.

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən, yə ni mübahisə iddia predmeti olan torpaq sahəsinin 72 kv.m. hissəsinə dair iddiaçının iddiasının rədd edilməsi hissəsində təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)80/2023 nömrəli qərarının yuxarıda göstərilmiş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı qismən, yəni Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)80/2023 nömrəli qərarının iddiaçının iddiasının 72 kv.m aid torpaq sahəsinə dair hissəsinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar