Məhkəmə qərarları › İş №2-1(102)-2806/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2806/2019

05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2806/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə plan və ölçünün, çıxarışın ləğvi, iddianın mümkünlük şərti, subyektiv hüquq giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “X9 (bundan sonra 3-cü şəxs) və onun ailə üzvlərinin adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və 2 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-445/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: JN-0348 KOD 40200048 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı və onun ailə üzvlərinə Zaqatala rayon AİK-ın 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə 2,60 ha kənd təsər rüfatı təyinatlı torpaq sahəsi verilmişdir JN-379 KOD 40200048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən üçüncü şəxsə və onun ailə üzvlərinə Zaqatala rayonu AİK-ın 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Mosul kəndi ərazisində yerləşən 1.34 ha torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmiş və dövlət reyestrində 02.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. A seriyalı 137729 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Zaqatala rayonu Mosul kəndi ərazisində yerləşən 1.34 ha torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmişdir. JN-350F kod 40200048 nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən iddiaçı və ailə üzvlərinə Zaqatala rayonu AİK-ın 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə 0.99 ha həyətyanı torpaq sahəsi verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(033)-706/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçılar X9 və ailə üzvlərinə məxsus Zaqatala rayonu Mosul kəndində yerləşən 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb qanuni qüvvəsini almışdır. Cavabdehin 20.06.2018-ci il tarixli məktubuna əlavə edilmiş Zaqatala rayonu Mosul kəndi üzrə torpaq payı almış subyektlərin siyahısından çıxarışa əsasən həmin siyahıda Zaqatala rayonu Mosul kəndi ərazisindən torpaq sahəsi verilən şəxslərin sıra sında iddiaçı və onun ailə üzvlərinin adı (səh.38), 3-cü şəxs və onun ailə üzvlərinin adı vardır (səh.45). Mütəxəssis rəyinə əsasən iddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN seriyalı, 0348 nömrəli (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2.60 ha torpaq sahəsinin (348İ planşetdəki 0.36 ha torpaq sahəsi) üçüncü şəxsin adına verilmiş A seriyalı, 137729 nömrəli Plan və Ölçüsü sənədində göstərilən 1.34 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin rəyə əlavə olunmuş sxem 1 və sxem 2- dən görünür ki, iddiaçının faktiki olaraq istifadə etdiyi 1.72 ha torpaq sahəsi həm 3-cü şəxsin plan ölçü sənədindəki torpaq sahəsini, həm də özünə məxsus 348İ planşetdəki 0.36 ha torpaq sahəsini əhatə edir. (səh.70) İddiaçı 3 may 2018-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, “üçüncü şəxs və onun ailə üzvlərinin adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və 2 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə torpaq islahatı 1996-cı ildə başlamışdır. Kənddə yaradılan islahat komissiyası hər subyekt üçün torpaq payı müəyyənləşdirmişdir. İddiaçı və ailəsi 8 nəfərdən ibarət olduğuna görə onlara 3 ha torpaq payı hesablanmışdır. İslahat aparıldığı vaxtdan bugünə kimi həmin torpaqlardan istifadə edirlər. 1996-cı ildən onların istifadəsində olan torpaq sahəsinin 1.34 ha hissəsi 2005-ci ildə aparılmış təkrar islahat zamanı səhvən üçüncü şəxsin və onun ailəsinin adına işlənmişd ir. İddiaçının və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi onlara verilmişdir. İddiaçının və ailə üzvlərinin torpaq sahəsi isə əskik verilmişdir. Belə ki, qızı Xatirə (Xavər) İsa qızının adına Dövlət Aktında torpaq payı verilməmişdir. Cəlal Əliyev bundan istifadə edərək həmin torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edərək həmin torpaqdan iddiaçının çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə baxaraq həmin torpaqdan iddiaçının çıxarılması barədə qətnamə çıxarmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. 1996-cı ildə kolxozların istifadəsində olan torpaq sahələri kənd sakinlərinin mülkiyyətinə verilərək torpaq islahatı aparılmışdır. 1996-cı ildə aparılmış torpaq islahatı nəticəsində kənd sakinlərinə, o cümlədən onlar a da kənd ərazisindən torpaq sahələri ölçülərək mülkiyyətlərinə verilmiş və ona dair Dövlət Aktı hazırlanmışdır. 2003-cü ildə yenidən islahat aparılmış, paylanmış dövlət aktları onlardan geri yığılaraq əvəzinə torpaq sahəsinin planı və ölçüsü sənədi paylanmışdır. Beləliklə, bir çox əhalinin torpaq sahələrinin yerləri dəyişdirilmişdir. Bu da əhali arasında torpaq mübahisələrinin yaranmasına səbəb olmuşdur. Səhv hazırlanmış sənədlər isə ləğv olunmalı və həmin torpaq sahəsinə dair yeni sənədlər hazırlanmalıdır. Həmin sənədləri hazırlayan Torpaq Komitəsi və Dövlət Yerquruluşu layihə institutu ləğv edilərək onların hüquqi varisi cavabdeh təşkilatdır. Həmin sənədlərin ləğv edilməsi ilə əlaqədar cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh imtina etdiyindən və onun belə səlahiyyəti olmadığın dan məhkəməyə müraciət etməli olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-429/2019 saylı iş) 13 iyun 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərardadı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7-məruzəçi, X6 və X2, 2-1(107)-445/2019 saylı iş) 17 iyul 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliyin tələbləri qaydasında əsaslandırılmış iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Ona görə də subyektiv baxımdan iddiaçının hazırkı cavabd ehə qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin və 2 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinin məhkəmə icraatı da istisna edilir. İddiaçı 24 iyul 2019-cu il tarixdə qərarın surətini almış, 2 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Zaqatala rayon AİK-in qərarına əsasən iddiaçıya və 7 nəfər ailə üzvünə adambaşına 0,48 ha torpaq payı olmaqla, cəmi 3,84 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Kənddə islahat iki dəfə həyata keçirilmiş, birinci islahatla əlaqədar verilmiş bütün torpaq Aktları alınmış və ikinci islahat vaxtı isə saxtakarlıq edilərək başqa torpaq Aktları verilmişdir ki, bu aktlar da islahat saxtakarlaşdırılmaqla ve rilmişdir. Hətta həmin dövrdə iddiaçının ailə həyatı qurmuş qızı da siyahıdan çıxarılmış və ona ərinin yanında da pay torpağı verilməmişdir. 2003 cü ildə yenidən islahat keçirilmiş və 2016 ci ildə iddiaçıya məlum olmuşdur ki, ona verilmiş 3,84 ha torpaq sahəsi azaldılaraq 2,6 ha-ya endirilmiş və ondan alınmış torpaq sahəsi 3-cü şəxsin adına işlənmişdir. Apellyasiya məhkəməsi işə düzgün hüquqi qiymət verməmiş və qanunsuz qərar çıxarmışdır. Məhkəmələr işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Zaqatala rayon AİK-in müvafiq qərarına əsasən ilkin islahatda torpaq sahəsinin mülkiyyətə verilmiş şəxsdən geri tələb edilə bilməz. Əgər torpaq sahəsi artıq olsa, onda həmin artıq sahə icarə müqaviləsi əsasında həmin şəxsə verilməlidir. Lakin məhkəmələr buna heç bir əhəmiyyət vermə miş və nəticədə iddiaçı 1,34 ha torpaq sahəsini itirmişdir. Ona görə də həmin qərar ləğv edilməli və iddianın təmin edilməsi həyata keçirilməlidir. Məhkəmələr işə baxarkən guya ki, kənddə adambaşına 0,41 ha torpaq sahəsinin verilməsini göstərmiş və belə hesablama yolu ilə iddiaçının mülkiyyətinə verilmiş 3,84 ha torpaq sahəsindən 1,34 ha torpaq sahəsi əlindən alınmış və saxta yollarla 3-cü şəxsin adına qeydiyyata alınmışdır. Kənd bələdiyyəsi tərəfindən verilmiş arayış da adambaşına 0,48 ha pay torpağının verilməsini təsdiq edir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia tələbi üçüncü şəxs və onun ailəsinin adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi barədədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı İPM-in 38-1.ci maddəsində nəzərdə tutulan iddia müddətini buraxdığından iddia mümkün sayılmalı deyil. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsi ilə bağlı sənədlərdə mübahisə olunan torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə üst-üstə düşməməsi barədə rəyə istinad edərək hesab etmişdir ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmamışdır. İşin 70-72-ci vərəqlərində olan mütəxəssis rəyindən, habelə faktiki istifadə vəziyyətini ə ks etdirən ölçü planından görünür ki, mübahisə olunan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində, yer quruluşu layihəsinə görə isə üçüncü şəxs və ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının mübahisə açdığı üçüncü şəxsin adına tərtib edilmiş 1,34 ha torpaq sahəsinə dair plan və ölçüdən görünür ki, 2 mart 2017-ci il tarixli plan və ölçünün verilməsinə əsas olan sənəd 10 oktyabr 2005-ci il tarixli JN-0379 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktıdır. 10 oktyabr 2005-ci il tarixli JN-0379 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarı əsasında cizgidə göstərilən sərhəd daxilində 2.50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün üçüncü şəxsin v ə ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı iddiasında və digər müraciətlərində bildirir ki, 1996-cı ildən 1,34 ha torpaq sahəsindən istifadə edir. Zaqatala rayon Məhkəməsinin qanuni qüvvədə olan 17 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Əsədulla oğlunun iddiaçı X9 və qeyrilərinə məxsus Zaqatala rayonu Mosul kəndində yerləşən 1,34 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, 1,34 ha torpaq sahəsi C.Əliyev və ailə üzvlərinin xüsusi mülkiyyətindədir, İddiaçı tərəfindən istifadə edilir. Mübahisə olunan torpaq sahəsinin qanunsuz olaraq iddiaçının istifadə etməsi və üçüncü şəxslə ailə üzvlərinin xüsusi mülkiyyətində olması qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmiş və iddiaçının həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mübahisə olunan 1,34 ha torpaq sahəsinin üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətində olması, həmin torpaq sahəsindən iddiaçının qanunsuz istifadə etməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin hal hazırkı məhkəmə prosesində mübahisələndirilə bilməz. İddiaçının 1,34 ha torpaq sahəsindən çıxarılması b arədə məhkəmə qətnaməsi mövcud olduğundan, iddiaçının mübahisə açdığı torpaq sahəsinə subyektiv hüquqa malik olması istisna edilir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etmə kdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia müm kün sayılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyekt iv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüquq u. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması məhkəmə iclasında təsdiqini tapmadığından, iddiaçı hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, nəticədə iddiaçı mübahisə açdığı torpaq sahəsinə dair subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmalı deyildir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsin də iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-445/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar