Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2806/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2-ci qrup əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1965; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Quba Rayon Mərkəzi Xəstəxanası) əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2-1(103)1188/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 51497 saylı ambulator kartdan çıxarışın surətinə əsasən iddiaçı ilk dəfə xx.xx.2017-ci ildə Az.ETHTİ-na müraciət etmiş, “İdiopatik Trombositopenik purpura” diaqnozu ilə dispanser qeydiyyatdadır, 3 dəfə stasionar müalicədə olub və mütəmadi olaraq müayinə və m üalicə alır.
2. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 0244003AAHVD nömrəli Göndərişə (Forma 88) əsasən onun xəstəliyi xx.xx.2017-ci il tarixdə başlamış və o, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018xx.xx.2018-ci il və xx.xx.2018- xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda stasionar müalicə almış, 2017-ci ildən bu günə qədər isə Quba Rayon Mərkəzi Xəstəxanasında ambulator müalicə alır.
3. İddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHD4 saylı göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir (X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi... Diaqnozun mətni: idiopatik trombositopenik purpura, tez-tez burun və diş dibindən qanaxma ilə. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr böyrək çatmamazlığı İİ dər.). Daha sonra iddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHNU saylı göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir (X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...; Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura tez-tez. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş xroniki hepatit. Digər xroniki pankreatitlər).
4. Daha sonra iddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0244003AAHVD saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir (X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...; Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura. diş dibinden və burnundan qanaxmalarla. Qan dövran ı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, qan dövranı çatmamazlığı İİ dər. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr.böyrək çatmamazliğı İİ dər. Dəqiqləşdirilməmiş xroniki hepatit, xr.xolesistohepatit Şiddətlənən stenokardiya, ÜİX gərginlik stenokardiyasi İİ f.s). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Quba rayon mərkəzi xəstəxanasının rəyinə əsasən xəstəliyi ilə bağlı əlilliyin təyin olunması üçün müraciət etmiş, sənədlərini xx.xx.2018-ci il tarixində TSEK-ə göndəriblər, lakin xx.xx.2018-ci il tarixində bild irişə cavabda əlilliyə təyin olunmasından imtina olunduğu göstərilib. Həmən ilin avqust ayında xəstəliyi ilə bağlı yenidən müalicədə olmuş, sənədlərini TSEK-ə göndərilsə də yenidən imtina olunub. 2018-ci ilin noyabr-dekabr aylarında vəziyyəti ağırlaşdığı üçün qeydiyyatda olduğu B.Eyvazov adına ETHVTİ-da müalicədə olmuş, həkimlərin rəyinə görə onun xəstəliyi xroniki olduğundan 2 qrup əllilik təyin olunmalıdır, onun tam müalicəsi olmadığı göstərilib, lakin sənədləri yenidən TSEK-ə göndəriləndə onlar artıq bəhanəsi qalmadığından həmin müəssisədə müalicə olunmağı tövsiyə ediblər. 29 may 2019-cu il tarixində xəstəliyi ilə bağlı qeydiyyatda olduğu xəstəxanada olmuş, xəstəliyi xroniki olduğu bildirilib, dərmanlar verilib.
7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilm əməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli 0244003AAHVD saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0244003AAHVD saylı göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş “İdiopatik trombositopenik purpura, tez-tez burun və diş dibindən qanaxma ilə” xəstəliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Qeyd edilmiş ağırlaşmalar isə müayinələrlə təsdiqlənmir. Buna görə də düzgün olaraq əlillik təyinatı apar ılmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı ıl tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər üç göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Hər üç halda əlillik təyinatından düzgün olaraq imtina verilmişdir, verilmiş qərarlar səhiyyə müəssisəsinin göndəri şində qeyd edilmiş məlumatlara uyğun olaraq verilmişdir, İddiaçı hüquqlarının pozulması istiqamətində tibbisosial ekspert komissiyaları tərəfindən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia tələbi təmin edilmiş, iddiaçının xəstəliyi nəzərə alınaraq onun əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatda olduğu, müvafiq stasionar və davamlı olaraq ambulator müalicə aldığı halda, əlavə ixtisaslaşmış (Eyvazov. Ad.Hematologiya və Transfuzologlya ETİ) müalicəy ə ehtiyacın olması səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 21(103)-154/2022 nömrəli qərarı ilə (hakimlər S.İ.Bəktaşi – sədrlik edən və məruzəçi, A.Ə.Hüseyn və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 nömrəli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
12. Məhkəmə xx.xx.2021-ci il tarixdə aralıq qərardadı qəbul edərək, cavabdehin iddiaçının əyani müayinəyə cəlb edilməsi və əlilliyinin qiymətləndirilməsi üçün iki aylıq müddət təyin etmişdir. İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “İdiopatik trombositopenik purpura. Diş dibindən və burnundan qanaxmalarla. Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyasi İİ f.s. Qan dövranı çatışmazlığı İİ dərəcə. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Dəqiqləşdirilməmiş xroniki hepatit, xroniki xolesistoh epatit” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1629/2023 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə - sədrlik edən, X.Məmmədov və S.Kərimov) iddiaçının kassa siya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)154/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etməmiş, bu səbəbdən qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi, iddiaçının konkret olaraq nə vaxt əyani müayinədən keçməsi və bu barədə əsaslandırılmış qərarın qəbul edilib-edilməməsi, o cümlədən iddiaçının cavabdehin sonuncu imtinasından sonra yenidən müalicə olunub-olunmaması, həmçinin iddiaçının xəstəliyinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”də qeyd olunan xəstəliklərə uyğun gəlib-gəlməməsi araşdırılmalıdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1188/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sualları qoyulmuşdur: 1.İddiaçı tibbi müayinə edilməklə onda olan xəstəliklərə uyğun diaqnoz müəyyən olunsun 2.İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona əlillik dərəcəsinin təyininə əsas verirmi? 3.İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırl aşmalar ona əlillik dərəcəsinin təyininə əsas verirsə, iddiaçıya neçənci dərəcə (qrup) əlillik təyin edilməlidir?
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞnin № T 177/2023 saylı xx.xx.2023-cü il tarixli Ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının məhkəmə tibbi müayinəsi zamanı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə göndərilmiş və “İdiopatik trombostepenik purpura” diaqnozu öz təsdiqini tapmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 21(103)-1188/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina etsə də, iddiaçının xx.xx.2017-ci il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində qeydiyyatda olması, bu günə qədər mütəmadi olaraq stasionar və ambulator müalicə alması, iddiaçının müvafiq xəstəlikdən bu gün də əziyyət çəkməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Ona görə də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
20. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qayda sı”nın 1.1, 1.2, 2.1, 2.4, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5ci bəndinə və 1.07.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.1, 1.2, 1.3, 1.4, 1.5-ci bəndlərinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayətində qeyd edilir ki, vətəndaşın aidiyyəti ambulator və/və ya stasionar müayinə və/və ya müalicə aldıqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş sənədləri tibb müəssisəsinə təqdim etməsi və sənədlərin normativlərə uyğun tam doldurulması zəruridir. Apellyasiya məhkəməsi isə, bu qeyd edilənləri əsas tutmadan iddiaçı barəsində qərar qəbul etmişdir. Agentlik o zaman iddiaçı barəsində əlillik təyin edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı ambulator və ya stasionar müalicədə olsun, buna uyğun müvafiq tibbi göndəriş tərtib olunsun. Agentlik o zaman iddiaçı barəsində əlillik təyin edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı ambulator və ya stasionar müalicədə olsun, buna uyğun müvafiq tibbi göndəriş tərtib olunsun. Bütün bu halların əsasında müəyyən olunur ki, Agentlik tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir.
22. Cavabdeh kassasiya şikayətində Nazirlər Kabinetinin 16 yanva r 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 25. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur).... 26. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğ unun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əl illik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərb aycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əli lliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.5. Göndəriş verilməsi üçün əsas aşa ğıdakılardır: 1.5.1. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); …
29. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
30. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız on a aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1629/2023 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir.
36. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ-nin № T 177/2023 saylı xx.xx.2023-cü il tarixli Ekspert rəyindən görünür ki, iddiaçının məhkəmə tibbi müayinəsi zamanı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə göndərilmiş və “İdiopatik trombostepenik purpura” diaqnozu öz təsdiqini tapmışdır.
37. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2017-ci il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində "İdiopatik trombositopenik purpura" diaqnozu ilə dispanser qeydiyyatdadır və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tibbi yardım ilə tam təmin olunur. İddiaçı həmin tarixdən mütəmadi olaraq müayinə və müalicə alır.
38. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina etsə də, iddiaçının Milli Hematologiya və Transfuziologiya Mərkəzində qeydiyyatda olması, bu günə qədər mütəmadi olaraq stasionar və ambulator müalicə alması, iddiaçının müvafiq xəstəlikdən bu gün də əziyyət çəkməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır.
39. Göründüyü kimi, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 21(103)-1188/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.