Məhkəmə qərarları › İş №2-1(102)-2808/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2808/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2808/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı5 və X21 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, Şükürov X5 Əvəz Əhməd oğlunun və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-365/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadından İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 1998-ci il tarixli 679 saylı sərəncamı ilə “Sevindik” kəndli fermer təsərrüfatının üzvləri kimi onlara ayrılmış – şimaldan su arxı ilə, qərbdən isə “Saleh” kəndli fermer təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olan 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması və cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İddiaçılar İddiaçı1, İddiaçı5 və X21 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci inst ansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bərdə rayonu, Əliyanlı kəndində anadan olmuş və həmin kənddə yaşamaqla orada böyümüşlər. Onlar ailə üzvləri olaraq Bərdə rayonu, Əliyanlı kəndinin ərazisində yerləşən Bərdə rayon Bağçılıq-Tərəvəzçilik müəssisəsində işləmişlər. Ölkədə aparılan torpaq islahatı ilə əlaqədar olaraq kəndli (fermer) təsərrüfatı yaratmaq qərarına gəlmişlər. Bu məqsədlə Bağçılıq-Tərəvəzçilik müəssisəsinə müraciət etmişlər və Bağçılıq-tərəvəzçilik müəssisəsinin 17 aprel 1998-ci il tarixli 14 saylı ümumi iclasının qərarına əsasən müəssisənin ərazisindən X3, İddiaçı5 və İddiaçı1 cəmi 8.0 hektar pay torpaq sahəsi verilmişdir. Bağçılıq- tərəvəzçilik müəssisəsi tərəfindən ayrılmış həmin ərazidə 18 aprel 1998-ci il tarixdə 01 saylı təsis proto kolu əsasında 18 nəfər ailə üzvlərindən ibarət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı məqsədi ilə «Sevindik» kəndli-fermer təsərrüfatı yaratmışlar. «Sevindik» kəndli-fermer təsərrüfatının üzvləri İddiaçı5, İddiaçı6, X6, X7, X8, X4, İddiaçı1, İddiaçı2, X13, İddiaçı3, İddiaçı4, X10, X14, X21, X11, X22, X17 və X9 ibarətdir. Qeyd edir ki, «Sevindik» kəndli-fermer təsərrüfatının üzvlərindən X13, X10 və X14 artıq ölmüşlər. Bərdə rayon İcra Hakimiyyəti başçısının razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 1992-ci il tarixli 441 nömrəli qərarı ilə «Sevindik» kəndli-fermer təsərrüfatının nizamnaməsini qəbul etmişlər. Bərdə Rayon İcra Hakimiyyətinin 22 aprel 1998-ci il tarixli Sahə seçmə aktı ilə Bağçılıq-Tərəvəzçilik Birliyinin 17 aprel 1998-ci il ta rixli 14 saylı ümumi iclasının qərarına əsasən «Sevindik» kəndli fermer təsərrüfatına Bərdə rayon Bağçılıq-Tərəvəzçilik birliyinin ərazisindən 8.0 ha torpaq sahəsi ayrılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 1998-ci il tarixli 679 saylı sərəncamı ilə «Sevindik» kəndli-fermer təsərrüfatına torpaq sahəsi ayrılmasına dair X1 İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 14 saylı iclas protokolu və Sahə seçmə Komissiyasının 22 aprel 1998-ci il tarixli aktı nəzərə alınaraq, şimaldan su arxı ilə, şərqdən «Xəyal-Dilşad» kəndli fermer təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə qərbdən isə «Saleh» kəndli fermer təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 ha torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin olunmasına dair sərəncam vermi şdir. Onlar «Sevindik» kəndli-fermer təsərrüfatının üzvləri 1998-ci il tarixdən bu günə qədər həmin 8.0 ha torpaq sahəsini pay torpaq sahəsi kimi istifadə edirlər və torpaq sahəsinin vergisini ödəyirlər. Lakin bugünə qədər həmin torpaq sahəsi üzərində onların adına sənədləşdirilməmiş, mülkiyyət hüququ tanınmamış və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış verilməmişdir. Pay torpağı verilən ərəfədə və bundan sonra yerli islahat komissiyasına və digər qurumlara müraciət etsələr də nəticəsi olmamışdır. Beləliklə ölkədə keçirilmiş torpaq islahatından uzun müddət keçməsinə baxmayaraq onlar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış ala bilməmişlər. Azərbaycan Respublikasının İqti sadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2Ş00xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndi ərazisində yerləşən 8.0 ha torpaq sahəsi üzərində «Sevindik» kəndli-fermer təsərrüfatının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə müraciət olunarkən, hüquqi şəxs tərəfindən müvafiq qaydada təsdiq olunmuş ərizə və etibarnamə, qeydiyyatı haqqında şəhadətnamə təqdim edilməmişdir. Torpaq sahəsi «Sevindik» kəndli fermer təsərrüfatına ayrıldığı halda hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə fiziki şəxs olaraq müraciət olunmuşdur. Bu səbəbdən də ərizə əsasında «Sevindik» kəndli fermer təsərrüfatının 8.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-302/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

5. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçıların ilk növbədə mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə dair hüquqları olmalıdır ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində onların hüquq və mənafeləri pozulmuş olsun. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkə t və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Lakin işin müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçıların fiziki şəxs olaraq 8.0 ha torpaq sahəsi ilə bağlı tələb etmə hüquqları mövcud deyildir.

6. İddiaçılar İddiaçı1, İddiaçı5 və X21 həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-365/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı5 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayətinin mahiyyəti iddia ərizəsində göstərilənlərlə eynilik təşkil edir.

11. Əlavə olaraq qeyd edilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 679 nömrəli sərəncamına əsasən “Sevindik” kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ayrılmasına dair Bərdə rayon Bağçılıq-Tərəvəzçilik Müəsissəsinin xx.xx.1998-ci il tarixli 14 nömrəli iclas protokolunun və Sahəseçmə Komissiyasının xx.xx.1998-ci il tarixli aktının nəzərə alınması, şimaldan su arxı ilə, şərqdən “Xəyal-Dilşad” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə, cənubdan yol ilə, qərbdən isə “Saleh” kəndli (fermer) təsərrüfatının torpaq sahəsi ilə həmsərhəd olmaqla 8.0 (səkkiz) hektar torpaq sahəsinin yerində ölçülüb təsərrüfata təhkim olunmasının təmin edilməsi qərara alınmışdır.

12. Bildirir ki, 1997-ci ildə meyvə bağlarının həmin idarədə işləyən işçilər arasında bölüşdürülməsi barədə fərman imzalamış, həmin fərmana əsasən 1998-ci ildə Bərdə meyvə-tərəvəz bağında islahat aparılmış, Yerli islahat komissiyasının qərarı ilə bizə 8 ha torpaq sahəsi verilmişdir. O vaxt bütün pay torpaqları sahibləri birləşirdilər, yəni 3-5 nəfər birləşib fermer təsərrüfatı yaradırdılar. Bu minvalla da bizim müəssisə yaradılıb. «Sevindik» fermer təsərrüfatını torpaq sahəsini alandan sonra y aratdıq. Biz iddiaçılar hamımız bir-birimizlə qohumuq. Hər bir ailəyə torpaq sahəsi verilib. Hazırda da torpaq sahəsi bizim istifadəsindədir. 3 ha torpaq sahəsi Əhmədin, 2.5 ha torpaq sahəsi Şəmşirin, 2.5 ha torpaq sahəsi isə Şəmilin istifadəsindədir. Həmin torpaq sahəsində pambıq əkirik, hər il torpaq vergisini ödəyirik. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamas ını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. M əhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öh dəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

14. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayət in təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərard adı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikay ətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hall arı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qay dasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

23. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkü nlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

24. Buna görə həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtl ərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünl üyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

26. Hazırkı iş üzrə iddiaçılar Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 8 ha torpaq sahəsinin aqrar islahat zamanı “Sevindik” KFT-nın üzvləri kimi onlara ayrıldığını iddia edərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edirlər.

27. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən İddiaçı1, İddiaçı5 və X15 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********34 nömrəli məktubda bildiril mişdir ki, Bərdə rayonu, Əliyanlı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda onların adında pay torpaq sahəsi qeyd edilməmişdir. Yəni, yerli aqrar islahatı komissiyası tərəfindən onlara pay torpaq sahəsi ayrılmamışdır. İstifadə etdikləri və torpaqların kadastr uçotu işləri zamanı adlarına qeydə alınmasını tələb etdikləri torpaq sahəsi isə elektron məlumat bazasında dövlət mülkiyyəti olaraq göstərilmişdir.

28. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumat-uçot bazasına əsasən “Sevindik” kəndli fermer təsərrüfatının vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmiş, eləcə də, dö vlət reyestrində “Sevindik” kəndli fermer təsərrüfatı adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

29. Qeyd edilməlidir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

30. Subyektiv mənada hüquq normativ-hüqu qi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayday a riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçıların sözügedən torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildirlər.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qarardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Yuxar ıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-365/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar