Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2809/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edildiyi tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “ödənilməmiş əmək pensiyası məbləği nin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(104)-323/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının xx.xx.2006-cı il tarixdən ikinci dərəcə əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən iddiaçıya əmək pensiyası ödənişi dayandırılmışdır.
3. İddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdən yenidən müəyyən edildiyi üçün həmin tarixdən onun əmək pensiyası ödənişi bərpa edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən və iddiaçının qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından həmin dövr üzrə ona pensiya ödəniş inin edilməsi qanunvericiliklə mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 10 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanaraq birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2006-ci il tarixdən “Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi” xəstəliyi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı qanunvericiliyə uyğun olaraq müxtəlif tarixlərdə təkrar müayinələ rdən keçmiş və əlilliyi təkrar müəyyən edilərək davam etmişdir. Axırıncı təkrar müayinə tarixi xx.xx.2021-ci il tarixdə olmuşdur. Bununla bağlı həmin ilin mart ayında aidiyyəti üzrə etdiyi müraciəti əsasında onun barəsində sistemə daxil edilmiş göndərişə xx.xx.2021-ci il tarixdə imtina cavabı gəlmiş, ona əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı olduğu bildirilmişdir. İddiaçı göndəriş əsasında xx.xx.2021-ci il tarixdə Bakı şəhər Ağciyər Elmi Tədqiqat İnstitutunda lazım olan müayinələrdən keçdikdən sonra ona xəstə olması barədə rəy verilmiş və müalicəsinin Gəncədə davam etdirilməli olması bildirilmişdir. Bundan sonra onun barəsində sistemə daxil edilmiş yeni göndərişə xx.xx.2021-ci il tarixdə yenidən imtina cavabı gəlmiş, bu dəfə sənədlərinin düzgün doldurulmadığı qeyd edilmişdir. İddiaçı ye nidən göndərişlə xx.xx.2021-ci il tarixdə Bakı şəhər Ağciyər Elmi Tədqiqat İnstitutuna göndərilmiş, bu minvalla əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı eyni mövzularda ona dörd dəfə imtina verilmiş, bu isə, aylarla vaxt aparmışdır. Nəhayət xx.xx.2022-ci il tarixdə onun əlilliyi təkrar müəyyən edilərək ona müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 10 ay əlilliyə görə əmək pensiyası ona ödənilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021- ci il tarixdən əlilliyinin bərpa olunduğu xx.xx.2022-ci il tarixədək 6 aydan çox müddət keçdiyi üçün ötən dövr üzrə pensiya ödənişinin bərpa edilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) 31 yanvar 2023-cü il tarixli, 2-1(114)-187/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, iddiaçı 2006cı ildən eyni xəstəlikdən əziyyət çəkir və xx.xx.2021-ci il tarixədək (ilkin imtina tari xi) həmin diaqnozla ikinci dərəcə əlil hesab edilmişdir. Buna baxmayaraq, xx.xx.2021-ci il tarixdə “əlavə müalicəyə ehtiyacı var”, xx.xx.2021-ci il tarixdə “ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” və xx.xx.2022-ci il tarixdə “göndərişin natamam doldurulması – ekspertiza üçün əhəmiyyətli köməkçi diaqnostik müayinələr ətraflı qeyd olunsun” əsasları ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının səhhətində 15 il ərzində yaxşılığa doğru heç bir irəliləyiş olmadığı halda əlavə müalicəyə göndərilməsi aşkar süründürməçilik halı hesab edilir. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam və yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, alt sistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsinə əsas verir. Göründüyü kimi, ilkin, yəni xx.xx.2021-ci il tarixli göndərişdə qeyd olunan diaqnozla xx.xx.2022-ci il tarixdə əlillik təyinatına əsas olmuş diaqnoz eynilik təşkil edir. Bu hal o qənaətə gəlməyə əsas verir ki, komissiya qəsdən və səhlənkarlıq edərək iddiaçının əlillik təyinatını ləngitmiş və 6 aylıq müddətin ötürülməsinə zəmin yaratmışdır. Məhkəmə gəldiyi qənaəti həm də onunla əsaslandırır ki, iddiaçının əlillik dərəcəsinin müddəti bitsə də, növbəti təyinat zamanı onun yenidən əlil kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, növbəti əlillik dərəcəsinin verilmə anınadək iddiaçı əvvəlki fizioloji durumda (əlil) olmuş, yalnız bu durumun formal olaraq d əyərləndirilməsi zərurəti yaranmış, dəyərləndirmənin gecikməsi isə iddiaçının səhlənkarlığı ucbatından deyil, başqa faktorlardan asılı olmuşdur. Qeyd olunan hal iddiaçının pensiya təminatı ilə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırkı iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Agentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırkı cavabdehə həvalə edilməsi qanunamüvafiqdir. Beləliklə işin faktiki hallarına və maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Afiq Hüseynzadə) 03 avqust 2023-cü il tarixli, 2-1(104)-323/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdən bərpa olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilm əkdədir. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 9 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsindən imtina müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, 15 il ərzində iddiaçının səhhətində heç bir dəyişiklik olmamışdır. Eyni zamanda, iddiaçı müvafiq təkrar müayinələrdə vaxtlı-vax tında iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə də iddiaçının müəyyən edilmiş ikinci dərəcə əlilliyinin saxlanılması onun həmin xəstəliklə bağlı səhhətində heç bir irəliləyiş olmadığının göstəricisidir. Buna baxmayaraq, əsassız səbəblərlə və iddiaçıdan asılı olmayan hallarla onun müayinəsi məqsədyönlü şəkildə gecikdirilmiş və sənədlərdən göründüyü kimi, ona formal şəkildə müxtəlif əsassız imtinalar verilmişdir. Bütün bu sadalanan halların əsasında iddiaçının pensiya almaq hüququ cavabdeh tərəfindən əsassız olaraq məhdudlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci bəndinə istinad edərək qanunvericiliklə müəyy ən edilmiş müddətin ötürüldüyünü və bu səbəbdən iddiaçının sözügedən predmetə hüququ olmadığını qeyd etmişdir. İddiaçı bununla razılaşmayaraq qeyd edir ki, o, müvafiq olaraq təkrar müayinədə iştirak edərək öz öhdəliyini tam vaxtında icra etmiş, lakin inzibati orqanın hərəkətləri və formal imtinaları nəticəsində onun əlilliklə bağlı təyinatı gecikdirilmişdir. Nəhayət olaraq iddiaçı barəsində öz əvvəlki əlillik dərəcəsi qüvvəsini saxlamış və ona əvvəlki kimi ikinci dərəcə əlillik müəyyən edilmişdir. Bu isə, onu deməyə əsas verir ki, iddiaçının faktiki ikinci dərəcə əlillik statusu əvvəlki əlillik statusunun məntiqi davamıdır və onun təkrarən müəyyən edilməsindəki fasilə iddiaçının deyil, inzibati orqanın hərəkətlərindən asılı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Ca vabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs;... Maddə
3. Əlilliyin müəyyən edilməsi (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətlənd irilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymət ləndirilməsi Qaydası”
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiym ətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən K omissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qe yd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır....
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxı lan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hall arına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının xx.xx.2006-cı il tarixdən ikinci dərəcə əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən iddiaçıya əmək pensiyası ödənişi dayandırılmışdır. İddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdən yenidən müəyyən edildiyi üçün həmi n tarixdən onun əmək pensiyası ödənişi bərpa edilmişdir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən əmək pensiyası ödənişinin bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir.
31. Cavabdeh isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə istinad edərək iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən əlilliyinin bərpa olunduğu xx.xx.2022-ci il tarixədək 6 aydan çox müddət keçdiyini əsas gətirərək həmin müddət üzrə pensiya ödənişinin bərpa edilməsindən imtina etmişdir. 32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
33. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələbləri baxımından təmin edilə bilməz. Cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.
34. İddiaçı bununla razılaşmayaraq kassasiya şikayətində qeyd etmişdir ki, o, müvafiq olaraq təkrar müayinədə iştirak edərək öz öhdəliyini tam vaxtında icra etmiş, lakin inzibati orqanın hərəkətləri və formal imtinaları nəticəsində onun əlilliklə bağlı təyinatı gecikdirilmişdir. Nəhayət olaraq iddiaçı barəsində öz əvvəlki əlillik dərəcəsi qüvvəsini saxlamış və ona əvvəlki kimi, ikinci dərəcə əlillik müəyyən edilmişdir. Bu isə, onu deməyə əsas verir ki, iddiaçının faktiki ikinci dərəcə əlillik statusu əvvəlki əlillik statusunun məntiqi davamıdır və onun təkrarən müəyyən edilməsindəki fasilə iddiaçının deyil, inzibati orqanın hərəkətlərindən aslı olmuşdur.
35. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun olaraq hərəkət etmiş, yəni iddiaçıya əmək pensiyasının ödənilməsini onun əlillik müddətin in bitdiyi gündən dayandırmış, onun yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa etmiş və əlillik müddəti bitdikdən sonra 6 ay ərzində onun əlilliyi yenidən müəyyən edilmədiyi üçün o, həmin müddət üzrə əlilliyi olan şəxs hesab edilmədiyindən ona qeyd edilən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsindən imtina etmişdir.
36. Cavabdehin iddiaçıya əmək pensiyasının ödənilməsini bərpa etmək, habelə 6 ay ərzində onun əlilliyi yenidən müəyyən edildiyi təqdirdə, ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi məhz iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini yenidən müəyyən edən aidiyyəti inzibati orqan tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında yaranır.
37. İddiaçının əlilliklə bağlı təyinatının gecikdirilmiş olması hazırkı iş üzrə cavabdehin məsuliyyət sferasına aid məsələ deyildir. Bu, birbaşa olaraq səlahiyyətli inzibati orqanın, yəni iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini yenidən müəyyən edən aidiyyəti inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.
38. Nəzərə almaq lazımdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsi onu nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitd iyi tarixdən davam etdirilməlidir. Bu halda, şəxsin üzərinə əlilliklə bağlı qərarın tarixinin dəyişdirilməsinə dair iddia qaldırmaq vəzifəsi qoyula bilməz. Ödəməni həyata keçirən orqanlar onlara təqdim edilmiş qərarın tarixini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdırlar. Əgər müddətin bitdiyi tarixdən ödəmələr aparılmamışsa və ya natamam aparılmışsa, bu halda ödəməni həyata keçirən orqanlara qarşı iddia qaldırılmalıdır. 39. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən pensiyanın bərpa ediləcəyini nəzərdə tutur. Yuxarıda da qeyd edildiyi kimi, “Əlilliyi olan şəxslərin hüquqları haq qında” Qanun 6 ay ərzində aparılmış əlillik təyinatının hüquqi nəticəsini belə müəyyən edir ki, şəxs əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Beləliklə, qanunvericilik onu tələb edir ki, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir.
40. Əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda, ödəməni həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxslər isə bu zaman özlərinin pozulmuş hüquqlarını (məsələn, onlar vaxtında müraciət etsələr də, qərar onlardan asılı olmayan səbəblərdən 6 aydan sonra verildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair inzibati orqana qarşı iddia qaldırmalıd ırlar. Belə iddia uğurlu olduqdan sonra əlilliyin təyinat tarixi dəyişdirilməli və müvafiq olaraq ödəmələr aparılmalıdır. Bu halda, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəməni həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz.
41. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə almaqla iddiaçını düzgün istiqamətləndirmək baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əlilliyi, əlillik müddətinin bitdiyi gündən 6 ay ərzində deyil, 9 aydan çox müddət keçdikdən sonra səlahiyyətli inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilərək yenidən müəyyən edilmişdir. İddiaçı təkrar müayinədə iştirak edərək öz öhdəliyini tam vaxtında icra etdiyini, əlilliklə bağlı təyinatın ondan asılı olmayaraq gecikdirilmiş olduğunu qeyd etsə də, əlilliyinin yenidən müəyyən edilməsi t arixinin dəyişdirilməsi barədə səlahiyyətli inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş və göründüyü kimi, həmin hüquqdan istifadə imkanını da hal-hazırda itirməmişdir. İddiaçı əlilliyinin yenidən müəyyən edilməsi tarixinin dəyişdirilməsi barədə əlverişli inzibati aktı əldə etdikdən sonra ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi barədə hazırkı iş üzrə cavabdehə yenidən müraciət edə bilər.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası m əhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(104)-323/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.