Məhkəmə qərarları › İş №2-1(102)-2809/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2809/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2809/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Şəxsin adının 1997-ci il ######un #-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. V-ЖГ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Habil Qənimət oğlunun ##.##.1996-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması qeyd edilmişdir.

2. N nömrəli hərbi hissə tərəfindən Şəki Birləşmiş Şəhər Hərbi Komissarlığına ünvanlanmış ##.##.1996-cı il tarixli bildirişdən görünür ki, Məmmədov Habil Qənimət oğlunun ##.##.1996-cı il tarixdə döyüş postunu özbaşına tərk edərkən Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində qəlpə yarası alması, *** nömrəli hərbi hospitala göndərilməsi və ##.##.1996-cı il tarixdə *** nömrəli hərbi hospitalda vəfat etməsi qeyd edilmişdir.

3. cavabdeh2 ##.##.2022-ci il tarixli, */*-*** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Şəki Rayon Hərbi Komissarlığından çağırılmış X1 N nömrəli hərbi hissə komandirinin # ######## 1994-cü il tarixli, *** nömrəli əmrində hərbi hissənin tərkibinə daxil edilməklə, bütün növ təminatlarla təmin edilərək “kursant” hərbi rütbəsi verilməklə “Qala” hərbi şəhərciyinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin ## ####### 1994-cü il tarixli, *** nömrəli əmrində X1 bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında X1 Şəki Rayon Hərbi Komissarlığından çağırılması, N nömrəli hərbi hissədən gəlməsi, komandirin ## ####### 1994-cü il tarixli, *** nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olunması və mina partlayışı nəticəsində həlak olduğu üçün komandirin # #### 1996-cı il tarixli, *** nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli, *** nömrəli məktubda qeyd olunmuşdur ki, 1976-cı il təvəllüdlü Məmmədov Habil Qənimət oğlu ##.##.1994-cü il tarixdə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və ##.##.1996-cı il tarixdə həlak olmuşdur. 5.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanına uyğun olaraq, oğlu - ##.##.1976-cı il təvəllüdlü Məmmədov Habil Qənimət oğlunun adının 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması bаrədə qərаr qəbul olunmasını хаhiş еtmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu ##.##.1976-cı il təvəllüdlü Məmmədov Habil Qənimət oğlu ##.##.1994-cü il tarixdə Şəki Birləşmiş Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Döyüş zonasında yerləşən N nömrəli hərbi hissədə xidmət keçərkən ##.##.1996-cı il tarixdə mina partlayışı nəticəsində həlak olmuşdur. Lakin oğlunun ölümü ilə əlaqədar ona heç bir sığorta ödənişi verilməmişdir. Sığorta ödənişinin alınmasına görə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Sığorta şirkəti müraciətinə imtina cavabı vermişdir. Imtina cavabından sonra cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişi tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. ApelIyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: “Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 manat məbləğində birdəfəlik ödəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməlidir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanından görünür ki, 1997-ci il ######un #-dək “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə qərara alınmışdır ki, onların vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11000 manat məbləğində birdəfəlik ödəmə verilsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ### 2021-ci il tarixli **** nömrəli Fərmanının 2.7-ci bəndi (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir) “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi tarixdən, yəni # ###### 1997-ci il tarixdən # ###### 2021-ci il tarixədək baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta ödənişlərinin verilməsinə aiddir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza məhz # ###### 1997-ci il tarixdə formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Iddiaçının oğlunun həlak olması həmin Qanunun təsiri dairəsinə düşmədiyinə görə də sözügedən Qanunun tətbiqindən əvvəl baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişlərinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2021-ci il tarixli **** nömrəli Fərmanının 2.7-ci bəndində dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərdən bəhs edilir ki, həmin şəxslərin dairəsi, onların hüquq və vəzifələri yuxarıda göstərilən Qanunla tənzimlənir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin # ##### 2018-ci il tarixli Fərmanı ilə sığorta ödənişi deyil, birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır.” Apellyasiya məhkəməsinin qərarından sonra etibarnamə üzrə nümayəndəsi vasitəsilə ##.##.2023-cü il tarixdə cavabdeh2 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mərhum oğlu ##.##.1976-cı il təvəllüdlü Məmmədov Habil Qənimət oğlunun adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanına uyğun olaraq 1997ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına əlavə edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasına göstəriş verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən müraciəti cavablandırılmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ərizəsinə cavab olaraq verilmiş ##.##.2023cü il tarixli cavab məktubunda göstərilir ki, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik Idarəsi tərəfindən göndərilmiş “1997-ci il ######un #-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və Rların siyahısında H.Q.Məmmədovun adı keçmir. Odur ki, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan xəsarətdən (təhlükəsizlik qaydalarını pozması) vəfat etmiş H.Q.Məmmədovun adının yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməsi mümkün deyil. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda H.Q.Məmmədovun adı aşkar olunmamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunur.

8. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2024-cü il tаriхli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

9. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli mülahizəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ##### 2018-ci il tarixli * nömrəli Fərmanına əsasən, 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11000 (on bir min) manat məbləğində müəyyənləşdirilib. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən, cavabdeh1 1997ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Hazırkı iş üzrə iddiaçı İddiaçı oğlu ##.##.1976-cı il təvəllüdlü Məmmədov Habil Qənimət oğlunun adı aidiyyəti qurumlar tərəfindən Nazirliyə təqdim edildikdən sonra 11000 manat birdəfəlik ödəmənin verilməsi məsələsinə baxıla bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

10. Şirvan Inzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanına uyğun olaraq, iddiaçının oğlu - ##.##.1976-cı il təvəllüdlü Məmmədov Habil Qənimət oğlunun adının 1997-ci il ######un #-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının övladı Məmmədov Habil Qənimət oğlu ##.##.1994-cü il tarixdə hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilmiş, döyüş zonasında yerləşən N nömrəli hərbi hissədə xidmət keçərkən ##.##.1996-cı il tarixdə mina partlayışı nəticəsində həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad olunmuşdur. Məmmədov Habil Qənimət oğlunun mina partlayışı nəticəsində həlak olması, ölüm haqqında şəhadətnamə və digər sübutlarla təsdiq olunur. Odur ki, iddiaçının oğlunun hərbi xidmətdə olan zaman vəfat etməsi təkzibolunmaz haldır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov (məruzəçi), S.F.Həsənov və Q.V.Əliyev) ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının övladının ölümü onun postu özbaşına tərk etməsi səbəbindən baş versə də, mərhumun postu tərk etməsi cinayət-hüquqi xarakterli tədbirlər üçün əsas yaratmamış (cavabdeh bu barədə müvafiq sübut təqdim etməmişdir) və müvafiq nəticələr verməmişdir. Kollegiya həmçinin qeyd edir ki, eyni kateqoriyadan olan şəxslərə münasibətdə bir halda hadisənin sığorta hadisəsi hesab edilməsi üçün şəxsin ərazi bütövlüyü uğrunda həlak olması, digər halda isə sadəcə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması şərtinin tələb edilməsi həm Konstitusiya, həm də “Inzibati icraat haqqında” Qanunla müəyyən edilmiş fundamental prinsiplərə (bərabərlik) ziddir.

15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin ## ###### 2022-ci il tarixli, */*-*** nömrəli arxiv arayışında mərhum Məmmədov Habil Qənimət oğlunun döyüş postunu tərk edərkən piyadalar əleyhinə minaya toxunaraq, mina partlayışı nəticəsində qəlpə yarası alması və # #### 1996-cı il tarixdə *** nömrəli hərbi hospitalda vəfat etməsi barədə məlumat qeyd olunmuş, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik Idarəsi tərəfindən 1997-ci il ######un #-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və Rların siyahısında mərhum H.Q.Məmmədovun adı keçmədiyi, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan xəsarətdən (nizamnamə və təhlükəsizlik qaydalarını pozması nəticəsində) vəfat etmiş mərhum H.Q.Məmmədovun adının Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. cavabdeh2 hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsinə dair qərarı əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalı və iddia təmin edilməməlidir.

17. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanın 5-ci hissəsinə əsasən, cavabdeh1 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının mərhum oğlu Məmmədov Habil Qənimət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmamışdır. Belə ki, mərhum H.Q.Məmmədov döyüş postunu tərk edərkən piyadalar əleyhinə minaya toxunaraq, mina partlayışı nəticəsində qəlpə yarası alması nəticəsində # #### 1996-cı il tarixdə *** nömrəli hərbi hospitalda vəfat etmişdir. Bu səbəbdən də 1997-ci il ######un #-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və Rların siyahısında mərhum H.Q.Məmmədovun adı keçmir. Odur ki, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan xəsarətdən (nizamnamə və təhlükəsizlik qaydalarını pozması nəticəsində) vəfat etmiş mərhum H.Q.Məmmədovun adının yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməsi mümkün deyil. 18.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanı:

1. 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. ...

4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

5. cavabdeh1 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. ...

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... ... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh2 N nömrəli hərbi hissəsinin ##.##.1996-cı il tarixli bildirişinə və N nömrəli hərbi hissə tərəfindən keçmiş Şəki Rayon Hərbi Komissarlığına ünvanlanmış ##.##.1996-cı il tarixli məktuba əsasən məlum olmuşdur ki, iddiaçı H.Q.Məmmədov ##.##.1996-cı il tarixdə döyüş postunu özbaşına tərk edərkən Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində yaralanmış və *** saylı hərbi hospitalda ##.##.1996-cı il tarixdə vəfat etmişdir.

26. Həmçinin, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin ##.##.2022-ci il tarixli, */*- *** nömrəli arayışında da H.Q.Məmmədovun döyüş postunu tərk edərkən piyadalar əleyhinə minaya toxunaraq mina partlayışı nəticəsində qəlpə yarası alması və ##.##.1996-cı il tarixdə *** saylı hərbi hospitalda vəfat etməsi barədə məlumat qeyd olunmuşdur.

27. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanın 1-ci hissəsində 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-ci hissəsinə əsasən, cavabdeh1 1997-ci il ######un #-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

28. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanının adından və məzmunundan da görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

29. Işin mübahisəsiz halıdır ki, iddiaçının mərhum oğlu - Məmmədov Habil Qənimət oğlu döyüş postunu özbaşına tərk edərkən piyadalar əleyhinə minaya toxunaraq, mina partlayışı nəticəsində qəlpə yarası almış və # #### 1996-cı il tarixdə hərbi hospitalda vəfat etmişdir. Cavabdeh bu barədə müvafiq sübutlar təqdim etsə də, iddiaçı bu barədə mübahisə açmır. Iş materiallarında da bu faktı təkzib edən hər hansı sübut yoxdur. Belə olan halda, H.Q.Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçu hesab edilə bilməz.

30. Qeyd edilən səbəbdən, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan xəsarətdən (nizamnamə və təhlükəsizlik qaydalarını pozması nəticəsində) vəfat etmiş mərhum H.Q.Məmmədovun adı cavabdeh tərəfindən yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməmişdir. Odur ki, yuxarıda istinad olunan Fərmanın tələbləri və işin qeyd edilən halı nəzərə alınmaqla, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün şərh etməmiş, iş üzrə səhv qərar qəbul etmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar