Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-281/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: təbii fəlakət-zəlzələdən dağılan fərdi yaşayış evinin tikilib verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən ona məxs us fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-267/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-1501A nömrəli şəhadətnaməyə əsasən Balakən rayonu AİK-nın 08.05.1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. M.Hacıyeva 05.04.2003-cü ildə vəfat etmişdir. M.Hacıyeva iddiaçının anasıdır. 2. 09.03.2013-cü il tarixli baxış aktından görünür ki, iddiaçının evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, evinin orta divarlarında, pənc ərə üstü tağlarda, yan divarlarda, fasad divarlarında keçici çatlar, suvaq çatları müşahidə edilir. Aktın nəticəsi olaraq evin təmir edilməli olduğu müəyyənləşdirilir.
3. Cavabdeh orqanın 26.07.2019-cu il tarixli məktubunda bildirilir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş, və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 5 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 26.07.2019-cu i l tarixli imtinasının qanunsuz hesab edilməsi və Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan Balakən rayonu, Qazma kəndində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. 13-14 oktyabr 2012-ci il tarixdə ölkənin şimal-qərb zonasında baş vermiş zəlzələ zamanı bir çox evlər kimi iddiaçıya məxsus ev də tamamilə qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra FHN mütəxəssisləri tərəfindən evə baxış keçirilmiş və rəy tərtib edilmişdir. Lakin hal-hazıradək iddiaçıya həmin rəy açıqlanmamışdır. İddiaçı bununla bağlı müvafiq qurumlar a müraciət etsə də, komissiyanın rəylərinin zamanla açıqlanacağı və nəzərdə tutulmuş işlərin mərhələli şəkildə aparılacağı ona bildirilmişdir. İddiaçı 2019-cu ildə cavabdeh orqana müraciət etmiş, lakin ona bildirmişlər ki, onun fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəyməmişdir və bu səbəblə Agentlik tərəfindən köməklik göstərilməsi mümkün deyil.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərarı ilə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh orqan birinci instansi ya məhkəməsinə ünvanladığı 17.02.2020-ci il tarixli etirazında qeyd etmişdir ki, 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictima i sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçıya məxsus evə baxış keçirilmiş və 9 mart 2013-cü il tarixində baxış aktı tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirik ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1-ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Eyni zamanda qeyd edilir ki, İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakı n icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi vətəndaş öz evini icbari qaydada sığortalanmalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla y anaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara, o cümlədən də iddiaçıya yardım edərək, həmin vətəndaşların evləri dövlət büdcəsi vəsaiti hesabına bər pa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir.
8. Birinci instansiya məhkəmənin 2-1(116)-408/2020 nömrəli, 05.05.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 28.12.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, Balakən rayonu, Qazma kəndində yerləşən, İddiaçı məxsus yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyi, tavanda beton örtüyün çatladığı, bəzi yerlərdə qopub töküldüyünü, armatur və katinkaların açıq vəziyyətdə qalaraq paslandığını, döşəmə örtüyünün aşağı doğru çökdüyünü, divarla tavanın və döşəmənin birləşmə yerlərinin bir-birindən aralandığını, divarların bəzi yerlərində hörgü daşlarının yerindən çıxdığını nəzərə alaraq, həmin evin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri, eləcə də iş materiallarında olan məlumatlara əsasən tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazidə 13-14 oktyabr tarixdə zəlzələ baş verdiyini, həmçinin tədqiq olunan evin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 09.03.2013-cü il tarixli akta əsasən zəlzələdən ziyan çəkmiş evlər kimi qeydiyyata alındığını nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan yaşayış evinin konstruktiv elementləri üzrə yaranmış zədələri, eləcə də yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğunu nəzərə alaraq, həmin yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim X7, 2-1(116)-44/2021 saylı iş) 24 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının evinə zəlzələ nəticəsində ciddi ziyan dəyməsi, yaşayış üçün yararsız olması və həmin yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu ekspert rəyi ilə təsdiq olunmuşdur.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xah iş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X10 və X11, 2-1(107)-267/2021 saylı iş) 28 oktyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh 11 noyabr 2021-ci il tarixdə qərarın surətini almış, 2 dekabr 2021ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
14. Məlum olduğu kimi 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Həmin tədbirlər çərçivəsində iddiaçıya məxsus evə baxış keçirilmiş və 9 mart 2013-cü il tarixində akt tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmirə ehtiyac olan kimi qeyd olunub.
15. Zəlzələ nəticəsində ziyan dəymiş evlərə maddi vəsaitlərin ayrılması Nazirlər Kabinetinin 07 dekabr 2012-ci il, 17/5732-12/25 nömrəli dərkənarına uyğun olaraq qəzalı və bərpa olunan evlərə şamil olunmuşdur. Təmir üçün maddi vəsaitin ayrılmasına dair heç bir tapşı rıq verilməmişdir.
16. Nazirlər Kabinetinin Sərəncamında təmirlə bağlı işlərin icra olunması Fövqəladə Hallar Nazirliyinə şamil olunmadığı üçün apelyasiya instansiyası məhkəməsinin qərarının icrası mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamı əsasında müvafiq tədbirlər görə bilər.
17. Agentlik icra hakimiyyəti orqanı olduğundan onun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən məqsədli olaraq ayrılan vəsait hesabına maliyyələşdirilir. Agentliyin bundan başqa digər maliyyə mənbəyi və ya fərdi bank hesabı olmadığına görə büdcədən bu məqsədlər üçün dövlət vəsaiti ayrılmadığı təqdirdə həmin vətəndaşlar üçün evlərin tikilməsi mümkün deyil. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdi m edilməmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi i lə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan son ra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslan dırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişd ir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
24. İddiaçı 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadığı mənzilin yaşayış üçün yararsız olduğunu bildirib cavabdeh tərəfindən yaşayış evinin tikilib verilməsini xahiş etmişdir.
25. Cavabdehin şikayətinin dəlillərinə görə, Zaqa tala, Qax və Balakən rayonlarında baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən Nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən Balakən rayonu, Qazma kənd sakini İddiaçı fərdi yaşayış evi mütəxəssislərin rəyinə əsəsən konstruktiv elementlərinə ciddi zərər dəymədiyinə görə təmirə ehtiyacı olan evlər daxil edilmişdir. Həmin aktlara əsasən Balakən rayonu, Qazma kənd sakini İddiaçı fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə tərəfimizdən hər hansı bir tədbirin görülməsinə əsas yoxdur. Nəzərinizə çatdırırıq ki, tərtib olunmuş aktlara əsasən təmir kateqoriyasına aid edilmiş fərdi yaşayış evlər i barədə yuxarı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hər-hansı tədbir görülməsi barədə göstəriş verilməmişdir.
26. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Aidiyyəti dövlət orqanlarının Balakən rayonu, Qazma kəndində iddiaçıya məxsus mənzilə dair 09.03.2013-cü il tarixdə tərtib etdikləri baxış aktında qeyd edilmişdir ki, vizual baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: orta divarda, pəncərəüstü tağlarda, yan divarda, fasad divarlarında keçici çatlar, suvaq çatları müşahidə edildi. Nəticə təmir.
28. Baxış aktına görə iddiaçının mənzilin təmirə ehtiyacı yaranmışdır.
29. Cavabdeh iddiaçıya göndərdiyi 26 iyul 2019-cu il tarixli məktubunda fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədi yinə görə hər hansı kömək göstərilməsinin onların səlahiyyətində olmadığını bildirmişdir.
30. Cavabdeh həmçinin apelyasiya məhkəməsinə göndərdiyi 1 sentyabr 2021-ci il tarixli məktubunda iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə tərəflərindən hər hansı bir tədbirin görülməsinə əsas olmadığını bildirmişdir.
31. Apelyasiya instansiyası məhkəməsi iddiaçının yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsi vəzifəsini cavabdehə həvalə etmişdir.
32. Qüvvədə olan qanunvericilik aktlarına görə təmirə ehtiyac duyulan mənzilə görə cavabdehin üzərinə mənzilin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır.
33. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamı ilə baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20.000.000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılmışdır.
34. Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş sənədlərlə təmirə ehtiyacı olan evlərin cavabdeh tərəfindən təmir olunması ilə bağlı inzibati praktikanın mövcud olduğu müəyyən olunmadığından və bununla bağlı iddiaçı tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilmədiyindən, işin müəyyən edilmiş halları baxımından apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmamışdır.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və q anuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür.
37. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2012-ci ildə Balakən rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Bu inzibati məhkəmə icraatında hazırkı iddia üzrə sübutetmə vəzifəsinin tələbindən irəli gəlir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz.
39. Odur k i, kasasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
40. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-267/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.