Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-281/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 19.01.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “əmrin ləğv edilərək cavabdehin üzərinə işə bərpa edilməsi və iddiaçının xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr N3-cü il tarixli, 2-1(103)-1864/N 3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N14-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
2. Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 328.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Ona təyin olunmuş N00 manat cərimə cəzasından “28 May – Respublika günü münasibəti ilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin N may N16-cı il tarixli qərarına əsasən tam olaraq azad olunmuşdur.
3. Azərbaycan Respublikası Səfərbə rlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin 29 oktyabr N0-ci il tarixli səfərbərlik sərəncamı ilə səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmışdır.
4. Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli, 0441 nömrəli əmrinə əsasən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan İddiaçı, N nömrəli hərbi hissənin 7034-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsindən tərxis edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəq iqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-cii l tarixli 0441 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə xidmətə bərpa olunması, onun xidmətdən azad olunduğu gündən, yəni 04 may N1-ci il tarixindən bütün növ təminatlara qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ali Hərbi Məktəbi bitirdikdən sonra əvvəlcə N nömrəli hərbi hissədə taqım komandiri və MTT üzrə hərbi hissə komandirinin müavini, sonra N nömrəli hərbi hissədə MTT üzrə hərbi hissə komandirinin müavini vəzifələrində xidmət etmiş, qızının talasse miya xəstəsi olduğu və ona hər ay qan köçürülməli olduğu üçün N13-cü ildə N nömrəli hərbi hissənin komandirinin MTT üzrə müavini vəzifəsinə köçürülmüş, qızının sağalmamasına baxmayaraq, N14-cü ildə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə, yəni aşağı vəzifəyə köçürülmüş, həmin təyinatdan narazı qaldığı üçün (qızının sağalmamasına baxmayaraq xidmət yeri dəyişdirildiyi və həm də, aşağı vəzifəyə köçürüldüyü üçün) hərbi hissə komandiri ilə mübahisə etmiş və həmin səbəbdən də, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyul N14-cü il tarixli 212 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında'’ Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından “kapitan” hərbi rütbəsində ehtiyata tərxis edilmişdir. N14-N0- ci il tarixlərdə iş tapa bilmədiyi üçün müxtəlif fərdi işlərlə məşğul olmuşdur. N11, N12 və N13-cü il təvəllüdlü üç azyaşlı qızı var. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin 29 oktyabr N0-ei il tarixli səfərbərlik sərəncamı ilə elə həmin gün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış, əvvəlcə N nömrəli hərbi hissəyə, oradan isə N nömrəli hərbi hissənin tamamlanma taboruna, oradan isə N nömrəli hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 noyabr N0-ci il tarixli əmri ilə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin edilmiş, N dekabr N0-ci il tarixə kimi həmin vəzifədə xidmət etmiş, hərbi əməliyyatlar başa çatdığı üçün N nömrəli hərbi hissə N dekabr N0-ci il tarixdə ləğv olunmuş, səfərbərik üzrə çağırılmış şəxslər evlərinə buraxılmış, o və bir gizir hərbi xidmətlərini davam etdirmək arzularını bildirmiş, odur ki, onlar N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N dekabr N0-ci il tarixdən 22 yanvar N1-ci il tarixədək həmin hərbi hissədə xidmət etmiş, N nömrəli hərbi hissə komandiri Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 noyabr N0-ci il tarixli əmrinə əsas tutub onu özünün 22 yanvar N1-ci il tarixli 1 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin etmiş, onunla elə həmin gün N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov arasında 1 il 6 ay müddətinə bağlaşma bağlanmış, o etiraz edərək, kadr zabiti olduğu üçün 1 il 6 ay müddətinə deyil, son yaş həddinə kimi bağlaşma bağlanmasının zəruri o lduğunu söyləmiş, lakin Vasif Həsənov onun ehtiyatdan həqiqi hərbi xidmətə çağırıldığı bildirərək, 1 il 6 ay müddət bitdikdən sonra onun kadr zabiti sırasına keçiriləcəyini bildirmiş, o da etiraz etməyərək bağlaşmanı imzalamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş (N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 80 nömrəli daxili əmri) və həmin vəzifənin icrasına başlamışdır. 05 aprel N1ci il tarixdə N nömrəli hərbi hissə komandiri ona “mayor” rütbəsinin verilməsi üçün təqdimatla xxxnə müraciət etmişdir. N aprel N1-ci il tarixdə N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov onun Azərbaycan Respublikası Mü dafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis olunması barədə məlumat vermişdir. O, ona səfərbərlik üzrə tərxis olunmasının qeyri-mümkün olduğunu bildirmişdir. Çünki o, 1 il 6 ay müddətinə bağlaşma bağlamışışdır. Həmçinin ona bildirmişdir ki, əgər o, səfərbərlik üzrə tərxis olunmalı idisə, onda nə üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə taborun qərargah rəisi—tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir?! O, isə həmin bağlaşmanın hələ xxxnə göndərilmədiyini bildirərək, ona həmin bağlaşmaların surətlərini göstərmişdir. O, həmin bağlaşmanın bir surətini Vasif Həsənovdan istəmişdir. O, əvvəlcə həmin bağlaşmanın surətini ona vermək istəmiş, lakin sonra verə bilməyəcəy ini bildirmişdir. O, sənədlərini vaxtında xxxnə göndərmədiyi üçün ona irad tutmuşdur. Lakin, sonradan eşitmişdir ki, bağlaşma əslində Azərbaycan Respublikası Müdafiə Nazirlik nə göndərilmişdir. N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov 04 may N1-ci il tarixdə onun səfərbərlik əsasında tərxis edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri əsasında verilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N1-ci il tarixli N nömrəli əmrinin surətini ona təqdim etmişdir. Həmin əmrlə o, 04 may N1-ci ıl tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Odur ki, o, xxxnə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, onu səfərbərlik üzrə, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsi nə əsasən tərxis edə bilməzlər. xxxndən ona bildirmişlər ki, onu əvvəllər məhkum olunduğuna görə tərxis ediblər. Halbuki əmrdə belə bir qeyd başa çatırdı) onu daha yüksək vəzifəyə təyin etməzdi. Yəni hesab edir ki, o, həmin 4-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə 22 yanvar N1-ci il tarixli bağlaşmaya əsasən təyin edilmişdir. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 197-ci maddəsində göstərilir ki, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə Komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər: Könüllü qaydada və ya çağırış üzrə 1 il 6 ay müddətinə; yaşı 35-dən çox olmayan şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə çağırılan, bu maddəyə uyğun olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan çağırılan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün vəzifələri yerinə yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbay can Respublikası Silahlı Qüvvələri kadr zabiti heyətindən olan şəxslərlə bərabər bütün hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər. Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr zabitləri heyətinə keçirilə bilərlər. Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə fərdi qaydada aparılır. Həmin Əsasnamənin 12-ci maddəsinin d) bəndinə görə, həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: - zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 3 ilə qədər. Yəni yuxarıda qeyd edilən lərdən aydın olur ki, o, səfərbərlikdən tərxis olunmaq istəmədiyi, hərbi məktəbi bitirmiş “kapitan” rütbəsində olan və səfərbərlik üzrə ehtiyatdan həqiqi hərbi xidmətə çağırılmış zabit kimi könüllü olaraq zabitlərin 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətinə daxil olmaq istəmiş, N nömrəli hərbi hissənin komandanlığı da, onun istəyini qəbul etmiş, onunla 1 il 6 ay müddətinə bağlaşma bağlamış, onun N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilməsi, habelə ona növbəti “mayor” rütbəsinin verilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirinə təqdimatlar göndərmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri i lə o, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Lakin, sonradan hər hansı bir qanuni əsas olmadan Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsindən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2381 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilən şəxs kimi tərxis edilmişdir. Halbuki, yuxarıda göstərilən şərtlərin mövcud olduğu şəraitdə A zərbaycan Respublikası Müdafiə Naziri belə bir əmr imzalaya bilməzdi. Bunun barəsində N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun komandiri tərəfindən verilmiş müsbət xasiyyətnamə də, bir daha təsdiq edir.
7. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan Heydərov X1 tərxis edilmişdir. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Mü dafiə nazirinin 10.04.N-ci il tarixli 0441 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Yuxanda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi işin mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N01-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlar a məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Bundan əlavə iddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 331.3 (rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi) və 328.1-ci (əmri icra etməmə) maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Beləliklə də, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmü ilə iddiaçının məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1 və 331.3-cü maddələri Azərbaycan Respublikası CM 12-ci bölməsinin 35-ci fəslində nəzərdə tutulan hərbi xidmət əleyhinə cinayət olduğundan qeyd olunan qaydaların 3.9.2-ci maddəsinə əsasən iddiaçı ilə bağlaşma imzalana bilmədiyindən iddia tələbi tamamilə əsassızdır.
8. Bakı İnzibati Məhkəməsinin 23 dekabr N2-ci il tarixli 2-1(112)-1198/N2 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. İddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmü ilə hərbi xidmət əleyhinə cinayət işlətdiyinə görə məhkum edildiyi üçün yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müvafiq yarımbəndi rəhbər tutularaq cavabdeh tərəfindən onunla hər hansı bir bağlaşma bağlanılmamışdır. O, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına müvafiq olaraq qanuni əsaslarla Azərbaycan Respublikası Müdafiə na zirinin mübahisəli əmrinə əsasən səfərbərlikdən tərxis edilmişdir.
10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr N3-cü il tarixli, 21(103)-1864/N3 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 dekabr N2-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, öz qərarını əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə istinad etmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin 15 dekabr N14-cü il tarixli 1(098)-312/N14 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinib, N00 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “28 May-Respublika günü münasibəti ilə amnistiya haqqında” N may N16-cı il tarixli Qərarına əsasən həmin cəzadan azad olunm uşdur. Cinayət Məcəlləsini 83.3.2-1 və 83.3.3-cü maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, iddiaçı N17-ci ilin may ayından məhkumluğu olmayan şəxs olmuşdur.
15. Həmçinin kassator qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” 01 dekabr N0-ci il tarixli Sərəncamının 1.1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin N0-ciil 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış üç və ya daha çox uşağı olan hərbi qulluqçular N0-ciil dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər. İddiaçının himayəsində üç azyaşlı uşağı olduğundan o, N0-ciil dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməli idi, lakin o, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ciiltarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis olunmuşdur. Deməli, həqiqətən iddiaçı ilə xxx arasında bağlaşma bağlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmay an hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)...
18. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə
328. Əmri icra etməmə 328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda... Maddə
331. Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə... 331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi... 19. “Hərbi xidmətkeçmə haqqında” Əsa snamə:
9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər: Könüllü qaydada və ya çağırış üzrə — 1 il 6 ay müddətinə; yaşı 35-dən çox olmayan şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə çağırılan, bu maddəyə uyğun olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan çağırı lan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün vəzifələri yerinə yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri kadr zabiti heyətindən olan şəxslərlə bərabər bütün hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər. Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr zabitləri heyətinə keçirilə bilərlər. Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə fərdi qaydada aparılır....
197. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir.
20. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərl ik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” 25 dekabr N0-ci il tarixli 2361 nömrəli sərəncamı
1. Azərbaycan Respublikası Prezidentinin N0-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular N0-ci il dekabrın 25-dən N1-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası” 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir:... 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və y a xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə...
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel N0-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət ü zrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə bax ışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İşin məhkəmələr tərəfində araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N14-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 328.1-ci maddələri (Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda; Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi) ilə təqsirli bilinərək məhkum olunmuşdur. Cəzasından “28 May – Respublika günü münasibəti ilə amnis tiya haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin N may N16-cı il tarixli qərarına əsasən tam olaraq azad olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin 29 oktyabr N0-ci il tarixli səfərbərlik sərəncamı ilə səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 0345 nömrəli əmri ilə o, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinə əsasən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, iddiaçı N nömrəli hərbi hissənin 7034-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsindən tərxis edilmişdir.
30. Hazırkı iş üzrə də iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinin ləğvinə və onun xidmətə bərpa olunmasına yönəlmişdir.
31. İddiaçının tələbinin, eləcə də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarət olmuşdur ki, onunla cavabdeh arasında bağlaşma müqaviləsinin mövcud olmuş və bu əsasla “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamı ona tətbiq edilməsi qanuns uz olmuşdur.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan, cavabdeh tərəfindən sorğuya cavab məktubunda qeyd olunur ki, iddiaçı N noyabr N0-ci il tarixdə Səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmış, 10 aprel N1-ci il tarixdə Səfərbərlikdən tərxis edilmiş və onunla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən heç bir bağlaşma imzalanamışdır.
33. Eləcə də, N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli N nömrəli əmrindən görünür ki, iddiaçı 4-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Re spublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis edilmiş, N1-ci ilin hesabından 15 (on beş) gün müddətinə məzuniyyət verilməklə 04 may N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Neftçala rayon Şöbəsinə göndərilmişdir.
34. Həmçinin iş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N14-cü il tarixli 0505 saylı əmrindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır və ehtiyata buraxıldıqdan sonra Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən məhkum edilmişdir.
35. Hazırkı qərarın N-ci bəndində qeyd olunan Azərba ycan Respublikası Nazirlər Kabinetinin N15-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərdə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir.
36. Belə olan halda, iddiaçı əmrin ləğvi və xidmətə bərpa edilməsi ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 17-22a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır.
38. Odur ki, ka ssasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr N3-cü il tarixli, 21(103)-1864/N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.