Məhkəmə qərarları › İş №2-1(102)-281/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-281/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-281/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi hesab olunması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı “qərarın l əğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2008/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1,-ci və 2.1.3-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********990300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəm əsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********990300 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli **********990300 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə qərara əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Vergi ödəyicisi kimi qeydiyyatda olduğu ünvan 1 ünvanda atasına məxsus şəxsi evdə fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi təsərrüfat subyektinin (obyektinin) icarə müqaviləsini təqdim edir və təqdim etdiyi elektron qaimə-fakturalarda heç bir kənarlaşma olmadığını bəyan edir. Onun riskli vergi ödəyiciləri s iyahısından çıxarılmağı barədə dəfələrlə müraciət və müvafiq sənədləri təqdim etməsinə baxmayaraq, cavabında onu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi göstərərək riskli vergi ödəyiciləri siyahısından çıxarmırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlər inin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Təqdim etdiyi elektron qaimə-fakturalarda göstərdiyi xidmətlər zamanı yalnız tərəfindən kompyuterdə çap edərək hazırlanmış iş və xidmətlərdir. Kənardan mal almamışdır və ya idxal etməmişdir, ona görə də aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Həmçinin, Meyarların 2.1.3-cu müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Heç bir ticarət fəaliyyəti (nə topdansatış, nə də pərakəndə) olmayıb, o, xidmət göstərmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş q aimə- fakturalar üzrə "vinil 3növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr" satışda qeyd olunmuşdur. Həmin flayer, buklet, masaüstü bayraqlar və digər işlər tərəfindən nağd alınmış kağız, boya və sair materiallardan hazırlandığı üçün elektron qaimə-faktura üzrə alışında qeyd edilən mallar (iş, xidmətlər) yoxdur və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 109.8-ci maddəsini nəzərə alaraq - Nəzarət-kassa aparatının çeki və ya qəbz malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur- gəlirdən çıxılmayan xərc kimi gəlir vergisi bəyannaməsinə daxil edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdi q olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1 və 2.1.3-cü bəndlərində nəzərdə tutulan heç bir əməliyyat tərəfindən aparılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları vergi orqanına təqdim edilməsi mikro və kiçik sahibkarlıq subyektlərindən tələb olunmur. 16.1.7-ci maddəsinə əsasən vergi odəyiciləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməlidi. Alınan gəliri, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan bütün sənədlər, elektron qaimə-fakturalar, müqavilələr, təhvil-qəbul aktları təqdim edilir və fiziki şəxslər üçün çəkilən xərcləri təsdiq edən sənədlər tələb olunur. 3.11-ci maddəsini nəzərə alaraq Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı ilə yuxarıda qeyd etdiyi xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qərar Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında" Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********990300 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

5. Məhkəmə hesab etmişdir ki, Cavabdehin xx.xx.2023-cü il tarixli qərarında normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaiməfakturalarda satışında “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." deyil, ba şqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur. Meyarlarda istinad edilən digər hal, ticarət fəaliyyəti həyata keçirən şəxsin, yəni iddiaçının vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmaması ilə bağlı məhkəmə qeyd edir ki, meyarların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsini istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçının heç bir ticarət fəaliyyəti (nə topdansatış və ya nə də pərakəndə) olmayıb, o, xidmət göstərmişdir. Göstərdiyi xidmət isə iş materiallarında olan müqavilələr ilə təsdiq edilir. Onun göstərdiyi xidmət nə riskli vergi ödəyicisinin meyarlarına, nə də riskli əməliyyatlarına aiddir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2008/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 40,2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." qeyd olunması na baxmayaraq, elektron qaiməfaktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir.

11. Vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********041400 nömrəli "Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1.-ci, 3.1.1.-ci və 2.1.3-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********990300 nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.

13. Araşdırma zamanı xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 11 min manat dəyərində olan 1 ədəd riskli elektron qaimə-fakturanın ləğv edildiyi, digər 29,3 min manat dəyərində olan riskli elektron qaimə-fakturaların isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir.

14. Eyni zamanda bank hesabı məlumatlarına əsasən ləğv edilmiş elektron qaimə-fakturalara görə qarşı tərəfə hər hansı geri qaytarma məbləği müəyyən edilməmişdir.

15. Elektron-uçot məlumat bazasına əsasən iddiaçının sözügedən riskli elektron qaimə-fakturalarda qeyd olunmuş malları hardan əldə etməsi barədə hər hansı məlumat aşkar edilməm işdir.

16. Məhkəmə araşdırması zamanı da qeyd olunan məsələ ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən inzibati orqanın iddiaçının "riskli vergi ödəyicisi olması barədə” gəldiyi qənaət əsaslı hesab edilməlidir.

17. İddiaçının əsas fəaliyyət növü - "çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər" - obyekt tələb edən fəaliyyət sahəsinə daxildir. Təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, həmçinin vergi orqanında təsərrüfat subyektini (obyektini) qeydiyyata qoyması müəyyən edilmişdir. Lakin obyektin vəziyyətinin bağlı olması səbəbindən vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə müvafiq struktur tərəfindən yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan İşçilərin işlərə cəlb edilməsi hallarının olubolmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsi vəziyyətinin müəyyən edilməsi mümkün olmamışdır.

18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçü n sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məh kəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə k assasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş xx.xx.2024-cü il tarixli, 2-1(103)-2008/2024 nömrəli qərar qəbul edərkən belə hesab etmişdir ki, iddiaçının heç bir ticarət fəaliyyəti (nə topdansatış, nə də pərakəndə) olmayıb, o, xidmət göstərmişdir. Göstərdiyi xidmət isə iş materiallarında olan müqavilələr ilə təsdiq edilir. Onun göstərdiyi xidmət nə riskli vergi ödəyicisinin meyarlarına, nə də riskli əməliyyatlarına aiddir.

24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşa raq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisi olan iddiaçının riskli vergi ödəyicisi olması barədə xx.xx.2023-cü il tarixli **********990300 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, mübahisənin yaranmasının səbəbi xx.xx.2022-xx.xx.2022- ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "vinil 3 növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr " satışda qeyd olunması, lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməməsi, eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilməsidir.

26. Bu arada xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

27. Həmçinin Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçın ın, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərini n təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

28. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

29. Həmçinin apellyasiya məhkəməsi öz qərarında doğru olar aq göstərmişdir ki, “Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: -vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; -ver gi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).”

30. Apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarını birgə təhlil edib doğru olaraq göstərmişdir ki, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olması barədə” qərarın qəbulu ilə nəticələnir.

31. Belə ki, Meyarların 3.1.1-ci bəndi iddiaçının fəaliyyətinə tətbiq edilərək riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etd iyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qərarında yazmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarında normada qeyd edilən hallar müəyyən edilmir.

33. Apellyasiya məhkəməsinin qənaətinə görə qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödə yicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur.

34. Eyni zamanda apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “Meyarlarda istinad edilən digər hal, ticarət fəaliyyəti həyata keçirən şəxsin, yəni iddiaçının vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Meyarların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsini istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda.”

35. Məhkəmə kollegiya sı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi (xx.xx.2020-ci il tarixli müqavilə XM-04 üzrə görülmüş işlərin təhvil-təslimi haqqında xx.xx.2022-ci il tarixli akt, xx.xx.2022-ci il tarixli qiymətləndirmənin razılaşdırılması protokolu, xx.xx.2022-ci il tarixli hesab-faktura, xx.xx.2022-cil il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli müqavilə XM 01-21 üzrə görülmüş işlərin təhvil-təslimi haqqında xx.xx.2022-ci il tarixli akt, xx.xx.2022-ci il tarixli qiymtələndirmənin razılaşdırılması protokolu, xx.xx.2022-ci il tarixli hesab faktura, elektron qaimə, xx.xx.2020-ci il tarixli müqavilə XM-04 üzrə görülmüş işlərin təhvil-təslimi haqqında xx.xx.2022-ci il tarixli akt, xx.xx.2022-ci il tarixli qiym ətlərin razılaşdırılması protokolu, xx.xx.2022-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli müqavilə XM-01-21 üzrə görülmüş işlərin təhvil-təslimi haqqında xx.xx.2022-ci il tarixli akt, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu, xx.xx.2022-ci il tarixli hesab-faktura, xx.xx.2022-ci il tarixli elektron qaimə - iş səhifələri 16-30) iddiaçı sifarişçi olan şəxslərə sırf xidmət işləri göstərmiş, yəni “Flayer”, “Kəsilmiş Flayer”, “Blaknot A5” çap işlərinin icrası ilə məşğul olmuş, başqa sözlə, mallar satmamış, yəni məhz sifarişçinin verdiyi materiallar əsasında ona çap xidməti göstərmişdir.

36. Bununla yanaşı burada xüsusi olaraq iddiaçının xidmət göstərdiyi çap işlərinin qiymətlərinə diqqət yetirilməlidir ki, işin 17-ci səhifəsində olan xx.xx.2022-ci il tarixli q iymətlərin razılaşdırılması protokoluna görə 50.000 ədəd “Kəsimli Flayer”in məbləği (qiyməti) 1.150 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə 432.000 ədəd “Flayer”in məbləği (qiyməti) 10.998,29 manat (yəni vahidinin qiyməti 0,02 qəpik) xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə 500 ədəd “Blaknot A5”-in məbləği (qiyməti) 765 manat müəyyən edilmişdir.

37. Bu bir daha sübut edir ki, iddiaçı sifarişlərin verdiyi materiallar əsasında çap işləri görmüşdür.

38. Həmçinin qeyd edilməlidir ki, iddiaçı ilə Nümayəndə1 arasında ünvan 2 ünvanında yerləşən 51.9 kv.m. sahəsinin 5 illiyə bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi mövcuddur. (iş səh. 31)

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “riskli vergi ödəyicisi” kimi vergi orqanında qeydiyyata alınması üçün əsas yoxdur.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2008/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar