Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2812/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzr ə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2-1(104)-69/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı ilə Xanlar rayonu, Üçtəpə kəndində torpaq islahatının aparılması ilə əlaqədar olaraq yaradılmış Komissiyanın xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı təsdiq edilmişdir. 2. "xxxx" MMC-nin arxivində saxlanılan pay torpaq sahələrinə dair islahat sənədlərinə əsasən, qeyd olunan Komissiyanın xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı ilə pay torpaq sahəsi verilmiş subyektlərin siyahısı təsdiq edilmişdir. Təsdiq olunmuş Siyahıda idd iaçının da adı vardır. Həmin adlı siyahıdan təsdiqlənmiş çıxarışa əsasən, iddiaçıya 0,08 ha torpaq sahəsi verilmişdir.
3. İddiaçı Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahəsinin verilməsi barədə adlı siyahıda adının qeyd olunduğu nəzərə alınaraq, ona torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsinə iddiaçının iştirakı ilə yerində müayinə baxışı aparıldı və faktiki torpaq sahəsinin koordinatları götürüldü. Həmin torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi səbəbindən həmin torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması mümkün olmamışdır.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2405 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının naturada təqdim etdiyi 0,12 ha torpaq sahəsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına və Göygöl rayonu ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin sahəsidir. Həmi n 0,12 ha torpaq sahəsinin 148 kv.m hissəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********65 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə, 4,56 kv.m hissəsinin **********10 reyestr nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan torpaq sahəsi ilə, 257 kv.m hissəsinin **********53 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan torpaq sahəsi ilə, 256 kv.m hissəsinin **********33 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi ilə, 166 kv.m hissəsinin isə, **********691 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının naturada təqdim etdiyi 0,12 ha torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəmərinin, hava məkanından isə yüksək g ərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olunmuşdur. Həmin torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə idarənin elektron baza materiallarında məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahəsinə aid adlı siyahıda adının qeyd olunması nəzərə alınaraq ona torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Xanlar (hazırkı Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı ilə Xanlar rayonu, Üçtəpə kəndinin ərazisindən 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və torpaq sahəsi həmin vaxtdan indiyədək onun istifadəsindədir. Lakin dövlət aktı verilən zaman iddiaçı başqa şəhərdə olmuş, daha sonra səhlənkarlıq edib dövlət aktını almamışdır. İddiaçının həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir.
8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsinin verilməsi barədə məlumat var, adlı siyahıda da onun adı var, ancaq iddiaçı aqrar islahatdan sonra müraciət edərək dövlət aktı almamış və ümumiyyətlə onun adına dövlət aktı tərtib edilməmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13, X9, X7, X5, X8, X14, X10 və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim: Zəfər Quliyev) 11 may 2023-cü il tarixli, 2-1(114)-143/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahəsinə aid adlı siyahıda adının qeyd olunması nəzərə alınaraq 0,08 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəl diyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarına əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq paylarının yerquruluşu layihələri hazırlanmış, lakin iş üzrə iddiaçının adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilməmişdir. Halbuki, həmin dövrdə qüvvədə olan Əsasnamədə qeyd olunur ki, təsdiq olunmuş kompleks yerquruluşu layihəsi əsasınd a püşkatma yolu ilə torpaq paylarının mülkiyyətçiləri müəyyən olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş qaydada yer üzərində (naturada) mərzlərlə ayrılır, eləcə də həmin torpaq sahəsi üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilir (4-cü bənd). Müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq mülkiyyətçilərinə 10 gün müddətində verilir (5-ci bənd). Hazırda cavabdeh qurumun baza məlumatlarında, eləcə də "xxxx" MMC-nin arxivində saxlanılan pay torpaq sahələrinə dair islahat sənədlərində iddiaçının aqrar islahatın subyekti olması və ona 0,08 ha torpaq sahəsinin verilməsi halı öz təsdiqini tapır.
12. Qanunvericiliyə əsasən, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsi verildiyi və onun adı adlı siyahı da qeyd olunduğu halda, ona “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi mütləqdir. Lakin cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və bu imtinasını faktiki və hüquqi baxımdan əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda, fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilm əz.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 11 iyun 2024-cü il tarixli, 2-1(104)-69/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin arxivində saxlanılan pay torpaq sahələrinə dair islahat sənədlərinə əsasən xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarla təsdiq edilmiş subyektlər siyahısında iddiaçının adı olsa da, iddiaçıya ayrılmış torpaq s ahəsi ilə bağlı hər hansı sənəd (plan-ölçü sənədi, sxematik plan, yerquruluşu planından çıxarış və s.) təqdim edilməmişdir. Buna görə də, ona ayrılmış torpaq sahəsinin koordinatlarını, döngə nöqtələrini müəyyən etmək mümkün olmamışdır. Belə vəziyyətdə isə, cavabdeh inzibati orqan tərəfindən koordinatları olmayan, yerləşmə vəziyyəti məlum olmayan torpaq sahəsinə dair plan-ölçü sənədinin hazırlanması qeyrimümkündür.
16. Digər tərəfdən, işin halları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı il ə ona ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin və üçüncü şəxslərin hüquqları ilə yüklü olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis və ekspertiza tədqiqatının aparılması barədə qərardad qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis və ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş rəylərdə göstərilmişdir ki, iddiaçının naturada təqdim etdiyi 0,12 ha torpaq sahəsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına və Göygöl rayonu ərazisində aparılmış torpaq islahatına dair tərtib o lunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin sahəsidir. Həmin 0,12 ha torpaq sahəsinin 148 kv.m hissəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********65 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə, 4,56 kv.m hissəsinin **********10 reyestr nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan torpaq sahəsi ilə, 257 kv.m hissəsinin **********53 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan torpaq sahəsi ilə, 256 kv.m hissəsinin **********33 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi ilə, 166 kv.m hissəsinin isə, **********691 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müə yyən edilmişdir.
17. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə üçüncü şəxslərin mülkiyyət hüquqları qeydə alınmış, buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və plan-ölçü sənədləri verilmişdir. Başqa sözlə, iddiaçının plan-ölçü sənədi almaq istədiyi torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsində olsa da, ayrı-ayrı şəxslərin hüquqları ilə yüklü edilmişdir. Belə vəziyyətdə isə, iddiaçı həmin şəxslərə dair aparılmış qeydiyyatı ayrı icraat qaydasında mübahisələndirməlidir.
18. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinin məzmununa əsasən, plan-ölçü sənədi daşınmaz əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqd im edilməsi nəzərdə tutulmuş sənədlərə aiddir. Əgər bu sənəd mövcud deyilsə və şəxsin əmlak hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddursa, qeydiyyata alınma mərhələsində plan-ölçü sənədinin tərtib edilməsi mümkündür. Yəni şəxsin mübahisələndirdiyi əmlakla bağlı mülkiyyət hüququ qeydə alındığı halda, plan-ölçü sənədinin tərtib edilərək verilməsi cavabdeh orqan tərəfindən həyata keçirilir.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiy a şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, m ülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə
21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etd irən xəritədir. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə b ağlanılır. Maddə 65.8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərb aycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Madd ə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtlə ri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüqu qunun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haq qında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Hazırkı mübahisəyə dair işdə iddiaçının hüquqi marağı Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahəsinə aid adlı siyahıda adının qeyd olunması nəzərə alınaraq, ona torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsinə yönəlsə də, əslində iş üzrə materiallardan iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini tələb etdiyi müəyyən olunur.
33. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
34. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlə r, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
35. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 36. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
37. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəs ində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 38. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexa nizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
39. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır.
40. Bu qərarın 23-cü bəndində istinad olunan normalara görə, torpaq sah əsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
41. İstinad edilən həmin normalara əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
42. Bu mənada Xanlar ray on Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və bu qərarın 23-cü bəndində istinad olunan normalarda təsbit olunmuş hər hansı sənədin tərtib olunduğu və belə sənədlərin mövcudluğu iş üzrə materiallardan görünmür. İddiaçı tərəfindən də məhkəməyə həmin sənədlər təqdim edilməmişdir.
43. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması barədə qərar (müqavilə və ya hər hansı hüquqmüəyyənedici sənəd) və əlaqəli sənədlər iddia edilən torpaq sahəsini fərdiləşdirməyə və müəyyən etməyə imkan verən məzmunda olmalıdır. Başqa sözlə, həmin sənədlər şəxsə ayrılmış torpaq sahəsinin yerləşmə yerini və onu fərdiləşdirməyə imkan verən digər texniki göstəriciləri nəzərdə tutmalıdır. Hazırkı mübahisəyə münasibətdə bu qərarın 23-cü bəndində istinad edilən normalarda təsbit olunmuş müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin hazırda onun faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni torpaq sahəsi olduğu da müəyyən edilmir.
44. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia olunan torpaq sahəsini fərdiləşdirməyə imkan verən hər hansı sənədin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququnun mövcudluğu da müəyyən edilmir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi ) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
45. Bundan başqa, həmçinin qeyd olunmalıdır ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi üçün Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahələrinin ayrılması barədə adlı siyahıda onun adının qeyd olunması yetərli sayıla bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, həmin adlı siyahı bu qərarın 24-cü bəndində istinad olunan normalar anlamında hüquqmüəyyənedici sənəd hesab olunmur. İstinad olunan normalar baxımından cavabdeh yalnız hüquq müəyyənedici sənədlər əsasında şəxsin daşınmaz əmlak üzərində hüququnu qeydiyyata almağa və eyni zamanda ona dair plan-ölçü sənədi verməyə səlahiyyətlidir. Belə yanaşma daşınmaz əmlaka dair vahid sənəd prinsipinin tələbindən irəli gəlir. Hazırkı mübahisəyə dair iş üzrə materiallarda, iddia tələbindən də göründüyü kimi, adlı siyahıdan başqa hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir və iddiaçı tərəfindən də belə sənəd məhkəməyə təqdim olunmamışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şə rtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 21(104)-69/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.