Məhkəmə qərarları › İş №2-1(102)-2814/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2814/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2814/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.12.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(104)-279/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 137 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnam ənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanla rının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Odur ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, istefada olan əsgər 1958-ci il təvəllüdlü İddiaçı qeydiyyat sənədlərinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı könüllü özünümüdafiə batalyonunun tərkibində İ Qarabağ müharibəsində iştirak etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində heç bir məlumat yoxdur.

4. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətində könüllü özünümüdafiə batalyonunun tərkibində Birinci Qarabağ müharibəsində iştirak edən şəxslərin siyahısı saxlanılmadığı üçün xx.xx.1958-ci il təvəllüdlü İddiaçı adının həmin siyahıda olubolmadığını müəyyən etmək mümkün olmamışdır.

5. Şuşa Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı İ Qarabağ müharibəsində könüllü özünümüdafiə batalyonunun tərkibində Şuşa uğrunda gedən döyüşlərdə iştirak edibetməməsi barədə Şuşa Rayon İcra Hakimiyyətində heç bir təsdiqedici sənəd yoxdur, o cümlədən döyüş bölgəsindəki özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında onun adına rast gəlinməmişdir.

6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Şuşa şəhər sakini 1958-ci il təvəllüdlü İddiaçı adı “Ramiz Qənbərov” adına könüllülər batalyonu və “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin adlı siyahıları kitabında keçir.

7. Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı İ Qarabağ müharibəsində könüllülər dəstəsində Kosalar kəndi uğrunda döyüşlərdə iştirak edib-etməməsi barədə heç bir məlumat yoxdur. Şuşa Rayon İcra Hakimiyyətində xx.xx.1992-xx.xx.1992-ci illəri əhatə edən dövr üzrə Respublikanın müxtəlif rayonlarından gələn könüllülərin adını əks etdirən siyahı mövcud deyildir. Həmçinin Kosalar kəndinin Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi dairəsinə daxil olduğu qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1-ci Qarabağ müharibəsi başlayanda xx.xx.1992-ci il tarixdə könüllü özünümüdafiə batalyonunda xx.xx.1992-ci il tarixədək Şuşanın Kosalar kəndinin müdafiəsində iştirak etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə cavabdeh orqana müharibə veteranı adı almaq üçün müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-may 1992-ci il tarixli nizami hissə üzr ə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında onun xidməti barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətindən ona göndərilən cavab məktubunda bildirilmişdir ki, bunun üçün döyüşlərdə iştirakını sübut edən sənədləri, hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışları imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi məsələsinə baxıla bilər. Halbuki, o, özündə olan onların tələb etdiyi sənədlərə uyğun olan sənədlərini göndərmişdir. Onun H3- ******* nömrəli hərbi biletində xx.xx.1992-ci tarixdən xx.xx.1992-ci il tarixədək Şuşanın Kosalar kəndinin müdafiəsində iştirak etməyi barədə qe yd vardır. Həmin vaxtı döyüşlərdə iştirak etdiyini onunla birlikdə döyüşlərdə iştirak edənlər də təsdiq etmişlər. Bundan başqa Gəncə şəhər Hərbi Komissarlığının xx.xx.1993cü il tarixli, 1/674 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində əsgəri xidmətdədir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 mart 1992-ci il tarixli “Qarabağın yaşayış məntəqələrinin və respublikamızın Ermənistanla həmsərhəd rayonlarının erməni hərbi birləşmələrindən müdafiə edən hərbi qulluqçuların və könüllülərin ailələrinin sosial müdafiəsi haqqında” 131 nömrəli qərarının uyğun bəndlərində nəzərdə tutulan güzəştlərdən istifadə etməyə haqqı vardır. Hazırda o, müharibə dövründə döyüşlərdə iştirak etdiy inə görə “müharibə veteranı” adı ala bilmədiyi üçün hüquqlarından istifadə edə bilmir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)- 3210/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmiş, İddiaçı “Müharibə veteran” adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirakı faktı hərbi komissarlıq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən təqdim edilmiş arayışlarla, o cümlədən hərbi biletdə hərbi komissarlıq tərəfindən təsd iq edilmiş qeydlə və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, 319 nömrəli əmri ilə (hansı ki, həmin əmr “Azərbaycan Qarabağı” könüllü dəstəsində döyüşmüş şəxslərə pul təminatının verilməsi ilə bağlı olmuşdur və İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatının verilməsi əmr olunmuşdur) təsdiq olunduğundan iddia təmin edilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-279/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməyərək, maddi və prosessual hüquq normalarını pozmuş, qanunun tələblərinə zidd qərar qəbul etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edərkən istinad etdiyi heç bir sənəddə İddiaçı döyüşlərdə iştirak etdiyi göstərilmir. Bu səbəbdən də cavabdeh tərəfdən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmiş, iddiaçıya bu barədə sübut təqdim edərsə, həmin məsələyə baxılacağı bildirilmişdir.

18. Bundan əlavə, müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün qeyd olunan əsaslar aşağıdakı sənədlərlə təsdiq olunmalıdır: a) müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar; b) hərbi biletdə qeydlər, bu qeydlə r (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda); c) iddiaçının şəxsi işi; ç) yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edilirsə); d) döyüşlərdə iştirakla əlaqədar əmrlərdən çıxarışlar; e) hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər; ə) döyüşlərdə iştirakına görə orden və medallarla təltif olunmaq haqqında vəsiqələr; f) döyüşlərdə xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış; Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edərkən sübut hesab etdiyi sənədlər bu tələblərin heç birinə cavab vermir. İddiaçı məxsus xx.xx.1977-ci il tarixli, NZ ******* nömrəli hərbi biletin 7-ci vərəqində onun 27.02.-08.05.92-ci illə rdə Şuşanın Kosalar kəndi uğrunda döyüşlərdə iştirakı barədə qeydlər vardır. Lakin bu qeydlərin kim tərəfindən edildiyi məlum deyil və Əsasnamənin tələbinə əsasən hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur.

19. Təqdim olunmuş Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli, İ/674 nömrəli arayışında İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikasının silahlı qüvvələrinin tərkibində əsgəri xidmətdə olduğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli “Qarabağın yaşayış məntəqələrinin və Respublikamızın Ermənistanla həmsərhəd rayonlarının erməni hərbi birləşmələrindən müdafiə edən hərbi qulluqçuların və könüllülərin ailə lərinin sosial müdafiəsi haqqında" 131 nömrəli qərarının uyğun bəndlərində nəzərdə tutulan güzəştlərdən istifadə etməyə haqqı olduğu göstərilir, lakin onun döyüşlərdə iştirak etdiyi bildirilmir. Həmin çap makinasında tərtib olunmuş xx.xx.1993-cü il tarixli, İ/674 nömrəli arayışda “əsli ilə düzdür” qeydinin aparılaraq keçmiş Azərbaycan SSR Kirovabad İcrayə komitəsinin möhürünün vurulması da məhkəmədə haqlı və əsaslı şübhələr yaratmamış və bu xüsusatlar məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Həmçinin cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə edilmiş sorğular əsasında arayışda qeyd olunanlar təsdiqini tapmamışdır.

20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi faktı hərbi komissarlıq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən təqdim edilmiş arayışlarla, o cümlədən, hərbi biletdə hərbi komissarlıq tərəfindən təsdiq edilmiş qeydlə və Azərbaycan Respublik ası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, 319 nömrəli əmri ilə təsdiq olunur.

25. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilk öncə nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata ke çirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

26. Həmçinin məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Bakı şəhəri 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı mövcuddur.

27. Həmin Əsasnamənin 1-ci hissəsinin 1-ci abzasında deyilir ki, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Həmin Əsasnamənin 7-ci abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Sey idlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetir ilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

28. Bununla bağlı qeyd edilməlidir ki, işdə olan (iş səhifəsi 35) Şuşa Rayon İcra Başçısının məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavabında deyilir ki, iddiaçının “İ Qarabağ müharibəsində könüllü özünümüdafiə batalyonunun tərkibində Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib-etməməsi barədə Şuşa Rayon İcra Hakimiyyətində heç bir təsdiqedici sənəd yoxdur, o cümlədən döyüş bölgəsindəki özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında onun adına rast gəlinməmişdir.”

29. Bununla yanaşı işdə olan (iş səhifəsi 86) Gəncə Şəhər İcra Hakimiyyəti başçısının aparatının məhkəmənin verdiyi sorğusuna cavab olaraq göstərilmişdir ki, “Gəncə Şəhər İcra Hakimiyyətində könüllü özünümüdafiə batalyonunun tərkibində iştirak edən şəxslərin siyahısı saxlanıldığı üçün xx.xx.1958-ci il təvəllüdlü İddiaçı adının həmin siyahıda olmadığını müəyyən etmək mümkün olmamışdır.”

30. Bununla belə qeyd edilməlidir ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən təsdiq edilən və iş materiallarına əlavə edilmiş “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin adlı siyahıları əmrindən müəyyən edilmişdir ki, səhifə 17-də İddiaçı adı qeyd edilmiş və Azərbaycan Respubli kası Müdafiə nazirinin “Azərbaycan Qarabağı” könüllü dəstəsinin tam komplektləşdirilməsi və onlara pul təminatının verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 319 nömrəli əmrinə əsasən “Azərbaycan Qarabağı” könüllü dəstəsinin hərbi qulluqçusu İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatının verilməsi əmr edilmişdir. Qeyd olunan əmrdə İddiaçı adı ikinci sırada göstərilmişdir. Əmr səhifələnmiş, əmrə sonradan əlavə edilmə, qaralama, düzəliş edilmə və s. kimi ziddiyətli və şübhəli qeydlər mövcud deyildir.

31. Digər tərəfdən, iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli NZ ******* nömrəli hərbi biletin 7-ci vərəqində də onun 27.02.-08.05.92-ci illərdə Şuşanın Kosalar kəndi uğrunda döyüşlərdə iştirakı barədə qeydi mövcuddur. Xocalı rayonu rayonu, Kosalar kəndi xx.xx.199 2-ci ildə ermənilər tərəfindən işğal edilmiş kəndlərdən olmuş və 2020-ci ildə işğaldan azad edilmişdir.

32. Beləliklə iddiaçının xx.xx.1992-xx.xx.1992-ci illərdə Kosalar kəndi ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsi iş materialları ilə öz təsdiqini tapır və bu işin təkzib olunmaz halıdır.

33. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən əsas araşdırılmalı və müəyyən edilməli olan məsələ, iddiaçının hansı dövlət qurumunun (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin) xətti ilə “Ramiz Qənbərov” adına özünümüdafiə dəstəsinə və kim tərəfindən göndərilməsidir.

34. Belə ki, bundan asılı olaraq həqiqi cavabdehin kim olması müvafiq sorğular əsasında dəqiqləşdirilməli və bundan sonra zəruri olduğu halda İPM-in 13-cü maddəsinə istinadən aralıq qərardad qəbul edilməklə, iddiaçıya fikrini bildirməklə vaxt verərək yardım etməlidirlər.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 21(104)-279/2024 nömrəli qəra rı ləğv edilsin. İş təkrar baxılmasın üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar