Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2817/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin hasarlanması və sahilboyu mühafizə zolağından kənarda yerləşməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “hasarlanma işlərinin aparılmasına maneə yaradılmasının aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-2342/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə müraciət edərək Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq məqsədi ilə istifadə etmək üçün icarəyə verilməsini, həmçinin orada müvafiq tikililərin aparılmasına icarə verilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli Sərəncamı ilə İddiaçı müraciəti nəzərə alınmaqla ona Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torp aq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədi ilə istifadə etmək üçün icarəyə verilməsi, həmçinin orada müvafiq olaraq tikililərin aparılmasına icazə verilməsi qərara alınmış, İddiaçı ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanmasının təmin edilməsi İcra Hakimiyyəti Başçısının Aparatının “Rayon Təsərrüfat” şöbəsinə həvalə edilmişdir.
3. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli Sərəncamı əsasında İddiaçı ilə Bakı şəhəri Cavabdeh Başçısı G.İslamov arasında 11 noyabr 2011-ci il tarixdə 99 illiyə icarə müqaviləsi bağlanmışdır.
4. İddiaçı icarəyə götürdüyü torpaq sahəsi üzərində təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hasarlama işlərini həyata keçirmək istə dikdə, Cavabdeh işlərin görülməsinin qarşısını almışdır.
5. Bu müdaxilə ilə əlaqədar iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh 02 sentyabr 2019-cu il tarixli məktubla bildirmişdir ki, İddiaçı Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə icarə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Həmçinin xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulmuş öhdəlik İddiaçı tərəfindən icra edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “istifadədə olan torpaq sahəsində hasarlanma işlərinin aparılmasına törədilən maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsinin hasara alınması və tikinti işlərinə maneə yaradılmasının Xəzər RİH-yə qadağan olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov RİH-nin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsini təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, orada müvafiq tikililərin aparılması məqsədi ilə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Sonradan h əmin torpaq sahəsi ilə bağlı İddiaçı ilə Əzizbəyov RİH arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Hal-hazırda da həmin qeyd olunan torpaq sahəsi İddiaçı icarəsində və istifadəsindədir. Həmin istifadəsiz və antisanitariya vəziyyətdə olan torpaq sahəsində təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün onun həmin torpaq sahəsində qanunvericiliyin və Əzizbəyov RİH-nin 552 saylı xx.xx.2011-ci il tarixli sərəncamının tələblərinə uyğun olaraq hasara alınmış və yardımçı tikililərin aparılması məqsədi ilə o, mal-material almış və həmin torpaq sahəsinə aparmışdır. Bunun üçün o, külli miqdarda vəsait sərf etmişdir. Qeyd olunan torpaq sahəsini hasara almaq istədikdə Xəzər RİH-nin əməkdaşları heç bir rəsmi sənəd təqdim etmədən, qanunsuz və ə sassız olaraq işlərin görülməsinin qarşısını almış, tikinti işlərinin aparılmasının qarşısını almışlar. Qeyd olunan qanunsuz hərəkətlərdən sonra istifadəsində olan həmin torpaq sahəsi üzərində təmizlik və abadlaşdırma işlərinin aparılması, eləcə də həmin ərazinin hasara alınması üçün tikinti işlərinə hər hansı qadağanın olub-olmaması, işlərin dayandırılmasına səbəb olan qanuni sənədin olubolmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan Xəzər RİH başçısının 1-ci müavini Elşən Qurbanovun imzası ilə təqdim olunmuş xx.xx.2019-cu il tarixli, №1498 95M saylı məktubla tikinti işlərinin aparılmasının qarşısının alınması qəbul olunmuş və bu torpaq sahəsinə icarə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alı ndıqdan və həmin ərazidə inşa ediləcək tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırıldıqdan sonra müqavilədə qeyd olunmuş təyinatı üzrə tikinti işlərinin aparılmasının məqsədəmüvafiq sayılması qeyd olunmuşdur. Hesab edir ki, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsinin hasara alınması və tikinti işlərinə maneə yaradılmasının Xəzər RİH-yə qadağan olunması barədə qərar qəbul olunmalıdır.
8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbində irəli sürdüyü tələblər - 1.5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirməsi məqsədi ilə hasarlanma işlərinin aparılması Xəzər RİHB-nın xx.xx.2011-ci il tarixli 552 saylı Sərəncamında və iddiaçı ilə bağlanmış 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsində nəzərdə tutulmamışdır. Bununla bağlı tərəflər arasında heç bir razılaşma olmamışdır. Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə dair icarə hüququnu qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldıqdan və həmin ərazidə inşa ediləcək tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırıldıqdan sonra müqavilədə qeyd olunmuş təyinatı üzrə tikinti işləri aparıla bilər.
9. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH-nin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneə yaradılmasının Xəzər RİH-yə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Cavabdeh 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneələrin yaradılması cavabdeh Bakı şəhəri Cavabdehnə qadağan edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qanuni əsaslarla istifadəsində olan mübahisəli torpaq sahəsində hasarlanma işlərinin aparılması hüququ qanunvericilikdə təsbit olunmuşdur və bu işlərin aparılmasına maneələr törədən cavabdeh orqanın hərəkətləri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmamışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2342/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X4 və X1) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsin in qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində Mülki Məcəllənin 176-cı maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsasızdır. Belə ki, iddiaçının icarəsinə verilmiş Bakı şəhər Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi dövlətin mülkiyyətindədir. Dövlət orqanı kimi Cavabdeh Dövləti təmsil edərək icarəyə götürənlə icarə hüquq münasibətlərinə daxil olub. İcarəyə götürənin torpaq sahəsinin hasarlanmasından ibarət olan tələbi tərəflərin bağladıqları razılaşmada nəzərdə tutulmayıb, belə olan halda həmin icarə predmeti olan torpaq sahəsini mülkiyyətçi olmayan icarəyə götürən deyil, mülkiyyətçi kimi dövlət (dövlət orqanı) hasarlayıb icarəyə götürənə verə bilər, lakin, dövlət orqanı torpaq sahəsinin mərzlə sərhədlərinin yerdə bəlli olduğunu əsas tutaraq hesab edir ki, torpaq sahəsi hasarlana bilməz. Həmçinin həmin sahə dəniz sahili ərazisidir, sahil ərazinin hasarlanması yolverilməzdir.
18. Daha sonra qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi Torpaq Məcəlləsinin 51-ci maddəsinin 4-cü bəndinin tələblərini də pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış 11.111.2011-ci il tarixli icarə müqaviləsinin şərtlərinə görə icarəyə verilən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədilə hasara alınması nəzərdə tutulmamışdır. İcarəyə götürən müqavilə bağlayarkən belə bir şərt təklif etməmişdir. Ona görə də icarə müqaviləsinin mövcudluğundan suiistifadə edərək müqavilə şərtlərinə daxil olmayan tələblərin irəli sürülməsi qadağandır, hüquqdan sui-istifadə sayılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ond an istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə
241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyəti ndə olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Maddə
46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər də nizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.
2. Göstərilən torpa qlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-g əlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İct imai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 m etrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə
58. Torpaq sahəsində tikintinin həyata keçirilməsi
1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqla rı vardır.
22. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasi ya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayə tinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı istifadəsinə verilmiş Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneə yaradılmasının Xəzər RİH-yə qadağan edilməsinə yönəlmişdir. Cavabdeh kassasiya şikayəti verərək bildirmişdir ki, iddiaçının tələbi qanunvericilik baxımından qanuni deyildir. Belə ki, torpaq sahəsinin mülkiyyətçisi dövlət olduğundan torpaq sahəsini yalnız dövlət hasarlayaraq icarəyə götürənə verə bilər, eləcə də torpaq sahəsi dəniz sahili ərazidədir, təcrid olunmasına icazə verilmir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşm ayaraq öz mövqeyini aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
31. Əvvəla qeyd etmək lazımdır ki, hasarlanma işlərinin aparılması tələb edilən torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi həmin torpaq sahəsi müvafiq Sərəncam əsasında iddiaçıya verilmiş, əlavə olaraq bu barədə icarə müqaviləsi bağlanılmışdır.
32. Cavabdeh hasarlanma işlərinin aparılmasına icazə verməyərkən iddiaçıya bildirmişdir ki, həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından hasarlanma işləri aparıla bilməz.
33. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsası ilə razılaşmayaraq bildirir ki, Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və is tifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
34. Hazırki iş üzrə iddiaçının istifadə hüququ icarə müqaviləsi əsasında yaranmışdır. İcarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi məhkəmə qərarı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
35. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə istifadə hüququ tanındığından cavabdehin icarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində d övlət qeydiyyatına alınmaması əsası ilə tikintinin aparılmasına maneə yaradılması qanuni sayıla bilməz.
36. Bu yanaşma Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsində də öz əksini tapmışdır. Həmin normada qeyd edilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
37. Göründüyü kimi qanunverici torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri y erinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqlarını tanıyır.
38. Tikilinin dəniz kənarı ərazidə olması ilə bağlı cavabdehin kassasiya şikayətində əks etdirdiyi dəlilə gəlincə məhkəmə kollegiyası bu hissədə də şikayətin dəlilləri ilə razılaşmır.
39. Belə ki, Torpaq Məcəlləsinin tələbinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.
40. İş materiallarına əlavə edilmiş hazırkı iş üzrə mühüm əhəmiyyətə malik olan Azərbaycan Respublik ası Ali Məhkəmənin 2-1(102)-1980/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altına düşmədiyi qeyd edilmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016- cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməs inin sahilboyu zolağından 20 metr (halhazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir. İddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyildir.
41. Beləliklə, yuxarıda qeyd edilmiş mütəxəssis rəyinin də məzmunundan göründüyü kimi icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi sahilboyu mühafizə zolağına düşmür.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş halları ümumiləşdirərək bu qənaətə gəlir ki, icarə müqavilə əsasında iddiaçıya verilmiş torpaq sahəsi sahil mühafizə zonasına düşmədiyin dən cavabdeh tərəfindən yaradılmış maneə qanuni sayıla bilməz.
43. Eyni zamanda bir məqama da diqqət yetirilməsi məqsədə müvafiqdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Hazırki iş üzrə iddiaçının 2 metr 20 santimetrdən hündür hasar tikdiyi barədə mötəbər dəlil mövcud deyildir. Cavabdeh özü də iddiaçının qanunda nəzərdə tutulmuş həddən yuxarı həddə hasar tikdiyini də sübut edə bilmir.
44. Həmçinin məhkəmə kollegiyası Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barə də” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanına istinad edərək bildirir ki, hasarlama işlərinə maneçilik yaratması cavabdehin səlahiyyətinə aid deyildir. Belə ki, qeyd edilən Fərmanın tələbinə görə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.
45. Odur ki, cavabdehin hasarlama işlərinə maneçilik törətməsi qanuni sayıla bilməz.
46. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və pro sessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
47. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 21(103)-2342/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.