Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2819/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2819/18) Bakı şəhəri 19 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı ona çoxuşaqlı ana kimi 51 yaşından əmək pensiyasının təyin edilm əsi və keçmiş dövr üçün ödənilməli məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2402/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (Abışova) xx.xx.1958-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, 01.09.1977-ci ildən - 02.08.2006-cı il tarixə qədər ümumilikdə 29 ilə yaxın əmək stajı vardır. Ailəlidir üç övladı var: oğlu - X1, qızı- X2, oğlu - X3. Çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Xətai rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqanın 10.04.2018-ci il tarixli 19/3198-01 saylı məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə bağlı Qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olması göstərilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı ona çoxuşaqlı ana kimi 51 yaşından əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməli məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 03 iyul 2018-ci il tarixli iş № 2-1(82)-2156/2018, (sədrlik edən hakim Xaliq İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını mə hkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə Apelyasiya instansiyası məhkəməsi) 04 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-2402/2018 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Sənan Hacıyev) qərarı ilə birinci instansiya məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia tələbinin təmin olunması, ona pensiya təyin edilməsi vəzifəsini şöbəyə həvalə etmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi hüquq normaları pozulmuşdur lakin, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək heç bir əsas gətirmədən əsassız olaraq qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi məhk əmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegi yası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia tələbinin təmin olunması, ona pensiya təyin edilməsi vəzifəsini şöbəyə həvalə etmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi hü quq normaları pozulmuşdur lakin, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edərək heç bir əsas gətirmədən əsassız olaraq qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 8.1 maddəsinə əsas ən 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 8.1 maddəsinə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minənə qədər, yəni 01 yanvar 2010-cu il tarixədək İddiaçı pensiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “... Qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni hüquqi akt qəbul etdikdə əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yarana n hüquq münasibətlərinə şamil edilir”. Qeyd olunan mübahisə üzrə 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 8.1 maddəsi tətbiq edilməlidir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. İş materiallarından göründüyü kimi, 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 04.10.2018-ci il tarixli q ərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.10.2018-ci il tarixli 21(103)-2402/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2819/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2819/2018
19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver