Məhkəmə qərarları › İş №2-1(102)-282/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-282/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-282/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı təhsil aldığı illərin sığorta stajına daxil edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 01.09.1980-26.04.1983-cü il tarixləri arasındakı dövrdə Mingəçevir Baza Politexnik Texnikumunda təhsil almış, Dövlət İxtisas Komissiyasının 26.04.1983-cü il tarixli qərarı ilə texnik-inşaatçı ixtisası verilərək adına ЖГ seriyalı ***** nömrəli diplom verilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 18.04.2018-ci il tarixli **/*** nömrəli məktubla təhsil müddətini sosial sığorta stajına daxil etməyərək qanunvericiliklə tələb edilən iş stajı olmadığından iddiaçının müraciətinə imtina vermişdir. Bundan sonra iddiaçı cavabdeh DSMF-nin Mingəçevir şəhər şöbəsinə qarşı "01.09.1980-ci il tarixdən 26.04.1983-cü il tarixədək Mingəçevir Baza Politexnik Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim R.A.Məcidov) 31 may 2018-ci il tarixli 2-1(84)-891/2018 saylı qərаrı ilə iddia tələbi təmin edilmiş, iddiaçı Iddiaçı 01.09.1980-ci il tarixdən 26.04.1983-cü il tarixədək Mingəçevir Baza Politexnik Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin üzə rinə qoyulması qərara alınmışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim R.A.Məcidov) 31 may 2018-ci il tarixli 2- 1(84)-891/2018 saylı qərаrından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim R.A.Məcidov) 31 may 2018-ci il tarixli 2- 1(84)-891/2018 saylı qərаrı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının əyani peşə təhsili aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun və 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qü vvədə olduğu dövrə təsadüf etdiyindən onun təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsi hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani təhsil müddətinin is stajına hesablanması hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/18 saylı 19 sentyabr 2018-ci il tari xli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə alzımi qyadada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 25 il sosial sığorta stajı olmadığından ona pensiya təyin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı əyani təhsil müddətinin sosial sığorta satjına daxil edilməsini xahiş etmişdir, lakin qanunvericilikdə təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 407, 417.1.3, 418-ci maddələrinə, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 91, 96-cı maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə alzımi qyadada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəti cə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin III hissəsinin «G» bəndinə əsasən ali, orta ixt isas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, 01.01.2006-cı il tarixədək qanunvericiliyə əsasən təhsil müddəti iş stajına daxil edilirdi. Buna görə də, iddiaçının 01.09.1980-26.04.1983-cü il tarixləri arasındakı dövrdə Mingəçevir Baza Politexnik Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməməsi barədə cavabdehin dəlilləri əsassızdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçıl arının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassa siya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar