Məhkəmə qərarları › İş №2-1(102)-282/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-282/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-282/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı hüququnun yarandığı 09.0 3.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-357/2021 nömrəli iş üzrə 14.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X10 İdarəsində, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 saylı Yol Sahəsində, 15 iyul 1998-ci il tarixdən 29 noyabr 1999-cu il tarixədək 36 saylı Yevlax X5, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 sayl ı X6 İdarəsi Yevlax 2 saylı X3 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsini xahiş etmişdir.

2. Cavabdeh orqan iddiaçıya ünvanladığı 02.06.2020-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X10 dairəsi, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998ci il tarixədək Yevlax 16 Saylı Yol sahəsi, 15 iyul 1998-ci ildən 29 noyabr 1999-cu il tarixədək 36 Saylı X10 sahəsi, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X6 İdarəsi Yevlax 2 X15 Müəsisəsinin hazırda sənəd materialları Dövlət Arxivində saxlanmadığına, həmin Müəssisələrin uzun müddətli fəaliyyəti olmadığına, müəssisələrin hazırda hüquqi ünvanları məlum olmadığından işlədiyi illərin əmək haqqı arayışını və digər sənədlərini iddiaçı əldə edə bilmədiyinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Yevlax rayon filialına qarşı 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X10 İdarəsində, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 saylı Yol Sahəsində, 15 iyul 1998ci il tarixdən 29 noyabr 1999-cu il tarixədək 36 saylı Yevlax X5, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X6 İdarəsi Yevlax 2 saylı X3 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi öh dəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1955-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşdur. İddiaçı 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X10 İdarəsində, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 saylı Yol Sahəsində, 15 iyul 1998-ci il tarixdən 29 noyabr 1999-cu il tarixədək 36 saylı Yevlax X5, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X6 İdarəsi Yevlax 2 saylı X3 işləmişdir. Bütün bunlar iddiaçının əmək kitabçasında əks olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, yuxarıda qeyd olunan iş illərinin onun sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin 30.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə X13 şəxsin Yevlax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə X13 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir.

6. İddiaçı 30.03.2021-ci il tarixli ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(116)151/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) q ərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 09.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara almışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 26 il 8 ay 3 gün sosial sığorta stajının olması təsdiqini tapdığından iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(116)-151/2021 nömrəli qə rarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli, 2-1(107)-357/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(116)-151/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi nin 14.10.2021-ci il tarixli, 2-1(107)-357/2021 nömrəli qərarının ləğv edilməsini və inzibati işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının qeyd edilən müəssisələrdə işləməsi faktının əmək stajının müəyyən edilməsi zamanı nəzərə alınması aşağıda qeyd qeyd edilən səbəblərdən mümkün hesab edilməməlidir.

14. İddiaçının mübahisə olmayan sığorta stajı hərbi xidmət keçdiyi müddət də daxil olmaqla ümumilikdə 8 il 5 ay 2 gün təşkil edir.

15. Mübahisələndirilən sığorta stajı 28.09.1982-ci il tarixdən 13.08.1997-ci il tarixədək X10 İdarəsində, 14.08.1997-ci il tarixdən 15.07.1 998-ci il tarixədək Yevlax 16 saylı X5, 06.03.2000-ci il tarixdən 29.12.2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X6 İdarəsi Yevlax 2 saylı X3 işlədiyi müddətdir ki, bu da ümumilikdə 18 il 3 ay 1 gün təşkil edir. Mübahisəli dövrlər ərizəçinin əmək kitabçasında qeyd edilsə də, sözügedən əmək kitabçasında 1984-1997-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmış, həmin qeydlər üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmiş möhürlə təsdiq edilmişdir. Lakin “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25.12.1991-ci il tarixli Qərarına əsasən Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, 30.09.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Re spublikasının Qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların dövlət nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, lövhələr və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib edilir. Qeyd edilənlərdən aydın olduğu kimi, 1984-1997-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkün deyildir. Belə olan halda həmin qeydlərin həqiqiliyi əsaslı şübhələr yaradır.

16. Eyni zamanda iddiaçının həmin müəssisələrdə işləməsi digər sənədlərlə də təsdiqini tapmamışdır. Buna əsasən əmək kitabçasında sözügedən qey dlər mötəbər hesab edilməmişdir. Həmçinin iddiaçının 28.09.1982-ci il tarixdən 13.08.1997-ci il tarixədək X10 İdarəsində, 14.08.1997-ci il tarixdən 15.07.1998-ci il tarixədək Yevlax 16 saylı X5, 06.03.2000-ci il tarixdən 29.12.2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X6 İdarəsi Yevlax 2 saylı X3 işləməsi və əməkhaqqı alması faktı aparılmış araşdırma zamanı toplanmış sənədlərə əsasən də öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialına ünvanlanan sorğuya 29.10.2020-ci il tarixli 40/10 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, X10 idarəsinin, Yevlax 16 saylı Yol İstehsalat sahəsinin 36 saylı X10 sahəsinin, Azərbaycan Dövlət Şirkəti 3 saylı X6 idarəsi Yevlax 2 saylı X4 əmr kitabları və əməkhaqqı sənədləri mühafizə olunmaq üçün X9 təh vil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Goranboy rayon Dövlət Arxivinin 26.04.2021-ci il tarixli 21 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, X10 idarəsinin şəxsi heyət üzrə arxiv sənədləri mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı qeyd olunan illərdə X14 idarəsində işləməsi barədə arxiv arayışının verilməsi imkan xaricindədir.

17. Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin “AZƏRYOLELMİTƏDQİQATLAYİHƏ” İnstitutunun 27.04.2021-ci il tarixli 85 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 idarəsi, Yevlax 16 saylı Yol sahəsi, 36 saylı X10 sahəsi və Azərbaycan Dövlət Şirkəti 3 saylı X6 idarəsi Yevlax 2 saylı X7 tərəfindən 19822000-ci illərə dair heç bir sənəd İnstitutun arxivinə v erilməmişdir. Bu şəbədən İddiaçı qeyd olunan idarələrdə əmək fəaliyyəti faktını təsdiq etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 28.04.2021-ci il tarixli **********260800 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən vergi orqanında “Azəravtoyol Dövlət Şirkəti”, “3 saylı X6 idarəsi”, “Yevlax 2 saylı X7”, “X10 idarəsi”, “Yevlax 16 saylı Yol sahəsi”, “36 saylı X10 sahəsi” müəssisələrinin vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı göndərilən sorğulara cavab məktublarından da aydın olduğu kimi, sözügedən müəssisələrin mövcudluğu faktı, həmçinin iddiaçının həmin müəssisələrdə işləməsi və əməkhaqqı alması fa ktı öz təsdiqini tapmamışdır. Buna baxmayaraq Şəki İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 21(116)-151/2021 nömrəli qərarı ilə iddiaçının iddia tələbi əsassız olaraq təmin edilmişdir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 64 yaş 6 ayın tamam olduğu 09.03.2020-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat) 2) azı 25 il sığorta staiı olduqda.

18. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir.

19. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında 01.01.2006ci il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əm ək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X17 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyu lun 1-dək hər il 6 ay artırılır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən b aşqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Bənd 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bənd 3.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçü n iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır.

24. İnzibati Prosessual Məcəllə: Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR İ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Ali Məhkə mənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.

29. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955ci ildə doğulmuş və onun 64 yaş 6 ayı 09.03.2020-ci il tarixdə tamam olmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin qeydinə əsasən iddiaçının pensiya yaşı 6 ay artırılmış və sonuncunun pensiya yaşı onun 64,6 yaşı tamam olduğu 09.03.2020-ci il tarixdə tamam olmuşdur.

30. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X10 dairəsi, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 Saylı Yol sahəsi, 15 iyul 1998-ci ildən 29 noyabr 1999-cu il tarixədək 36 Saylı X10 sahəsi, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il t arixədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X6 İdarəsi Yevlax 2 X15 Müəsisəsinin hazırda sənəd materialları Dövlət Arxivində saxlanmadığına, həmin Müəssisələrin uzun müddətli fəaliyyəti olmadığına, müəssisələrin hazırda hüquqi ünvanları məlum olmadığından işlədiyi illərin əmək haqqı arayışını və digər sənədlərini iddiaçı əldə edə bilmədiyinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmaması və əmək kitabçasında 1984-1997-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhürün latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilməsidir.

31. Lakin iş materiallarında olan "xxxx" Dövlət Şirkətinin 2 saylı X6 İdarəsinin 15.07.1998-ci il tarixli əmrinə əsasən İddiaçı 36 saylı Yevlax X5 baş mühəndis vəzifəsinə təyin edilmiş və çalışmışdır.

32. Həmçinin i ş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin Şəki Apellyasiya Məhkəməsinə göndərdiyi 10.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı işlədiyi Avtomobil Yolları İdarəsinin 36 saylı X10 sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin hüquqi varisidir. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;

34. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. İddiaçı özü ilə bərabər işləmiş X1 və X2 əmək kitabçalarının təsdiqlənmiş surətlərini də məhkəməyə təqdim etmiş, həmin əmək kitabçaları da onun əmək kitabçası kimi doldurulmuşdur. Yazıların kiril əlifbası ilə möhürün isə latın qrafikası ilə olması əmək kitabçasının saxtalaşdırılmasına dəlalət etmir. Qeydlər aparılandan sonra digər vəzifəyə keçirilməsi ilə əlaqədar olaraq möhürün vurulması həmin dövrün saxta olması anlamına gəlmir.

35. İş materiallarından müəyyən edilir ki, iddiaçının əmək kitabçasında vəzifədən vəzifəyə keçirilməsi və azad olunması barədə qeydlərdə verilən əmrlərin əsasında duran normativ aktlara istinad olunmuş, işdən çıxarılması barədə əmr ətraflı əsaslandırılmışdır. Əmək kitabçasında qaralama mövcud deyil.

36. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bir möhürə görə 1982-2000-ci illər zaman kəsiyinin bütövlükdə mübahisələndirilməsi ağlabatan olmamaqla ədalətsizdir. Hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. (qərarın 23-cü bəndi)

37. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbayca n Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

38. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

39. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta ha qlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

40. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələ 1982-2000 -ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir.

42. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan əmək kitabçasında məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

43. Hazırkı tələb “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Belə ki, iddiaçının əmək fəaliyyəti (1982-ci ildən 2000ci ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblər inə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir.

44. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici f ərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1982-2000-ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır.

45. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apellyasiya instansiyası məhkəməsinin 14.10.2021-ci il tarixli qə rarının ləğv edilməsi üçün əsaslar yoxdur.

46. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli, 2-1(107)-357/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar