Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-282/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsin ə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(107)230/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65,4 kv.m olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 2. 25.06.2020-ci il tarixdə tərtib edilmiş, 408-1/3381 inventar nömrəli texniki pasporta əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 65,4 kv.m-dir.
3. Göyçay Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 860 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 4 binanın 3 saylı ünvanında yerləşən, 65,4 kv.m ümumi sahəsi olan mənzildə genişləndirmə işləri aparıldıqdan sonra 86,0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qanuna müvafiq qaydada çevrilməsinə etiraz edilməmişdir. 4. ünvan 4 binanın 3 saylı ünvanında yerləşən 86.0 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin xx.xx.2021-ci il tarixli eskiz layihəsi Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır.
5. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinə əsasən ünvan 4 binanın 3 saylı ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmiş, ümumi sahə 86,0 kv.m olaraq göstərilmişdir.
6. Göyçay Rayon İcra Hakimiyyəti başçısının 3 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamına əsasən ünvan 4 binanın 3 saylı ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan və ümumi sahəsi 65.4 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 86.0 kv.m olan yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilmişdir.
7. Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli bildirişində qeyd olunmuşdur ki, iddiaçının ərizəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsi və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11-ci maddəsi nəzərə alınaraq Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 49 nömrəli sərəncamına əsasən ünvan 5 binanın 3 saylı ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan yaşayış sahəsinin sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim olunmuş sənədlərə baxaraq 65,4 kv.m ümumi sahəsi olan mənzilin genişləndirilmə işləri aparıldıqdan sonra 86,0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi qərara alınmışdır. 8. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən görünür ki, qeyri-yaşayış obyektinin ümumi sahəsi 86.0 kv.mdir.
9. İddiaçı cavabdehə müraciət edərək ünvan 4 binada yerləşən 3 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri ndə qeydiyyata alınmasını xahiş etmişdir.
10. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********95 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, araşdırma zamanı **********50-05101-093026 reyestr nömrəli çıxarışda və texniki pasportda ümumi sahənin 65,4 kv.m qeyd olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsinə keçəndə ümumi sahəsi artaraq 86 kv.m olması məlum olmuşdur. Mənzil Məcəlləsinin 20.1 və 21.2.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı 13 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 binanın 3 saylı ünvanında yerləşən 86 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
12. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 6 evin 3 saylı mənzilini iddiaçı alqısatqı müqaviləsi əsasında almışdır. Sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həmin mənzildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli şərait olduğu üçün iddiaçı tərəfindən ərizə, eyni zamanda eskiz layihə ilə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edilərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi xahiş edilmişdir. İddiaçının müraciətinə, eləcə də təqdim etdiyi eskiz layihəyə müvafiq komissiya tərəfindən baxılmış, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 3 may 2021-ci il tarixli 49 nömrəli sərəncamı ilə ünvan 6 evin 3 saylı ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m, genişləndirmə işləri aparıİdıqdan sonra 86 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, qeyri-yaşayış sahəsinin eskiz layihəsi, sxematik planı baş memar tərəfindən təsdiq edilmişdir.
13. Bundan sonra, Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə baxılmış və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” 5 may 2021-ci il tarixli bildiriş verilmişdir. Təsdiq edilmiş layihəyə uyğun genişləndirmə işləri aparılmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı vəziyyətə gətirilmişdir. Göyçay Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən genişləndirilmiş sahəyə baxış keçirilmiş və 29 mart 2021-ci il tarixdən tikinti obyektinin istismarına icazə verilmişdir. Cavabdehin etirazları:
14. İddia tələbinə qarşı cavabdehin yazılı etirazının dəlillərinin əsasını i mtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, ünvan 4 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair iddiaçının hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 65,4 kv.m olmuş, sonradan əlavə tikililər aparılmaqla ümumi sahə 86,0 kv.m təşkil etmişdir. Rayon İcra Hakimiyyəti özünün sərəncam və aktlarında iddiaçının mənzilinin ümumi sahəsinin 86,0 kv.m olmasını hüquqi cəhətdən tanımışdır. Göyçay Rayon İcra Hakimi yyəti tərəfindən təsdiq edilmiş sənədlərdə iddiaçıya məxsus 3 saylı mənzilin ümumi sahəsinin 86,0 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq sərəncam vermişdir. Sərəncamda yalnız 65,4 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilməmişdir. Tikinti istismarının icazəsində də sxematik plan üzrə sahənin 86,0 kv.m olduğu göstərilmişdir. İddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat 1
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(107)-230/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan xx.xx.2021-ci il tarixli 5 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədində “Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü” və “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafası boş buraxılmışdır. “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2 dekabr 2016-cı il tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə ilə müəyyən edilmiş forma ilə tərtib edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən qeyri-yaşayış binası yenidən qurulub planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamışdır.
20. Mübahisə predmeti olan qeyri-yaşayış binasına tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavəyə uyğun olaraq deyil, 2 nömrəli əlavəyə uyğun olaraq alınmışdır.
21. Mənzil Məcəlləsinin müddəalarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamı olmadan “Tikinti obyektinin istismarına icazə” sənədi verilm iş, Göyçay Rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı və bildiriş isə sonradan verilmişdir.
22. Bundan əlavə, “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmaya n, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısına uyğun tərtib edilməmişdir.
23. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiyinə görə təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə akt tərtib edilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması zərurəti yaranmışdır.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
25. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarında cavabdehin imtinasında göstərilməyən əsaslarla iddianı təmin etməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) kassasiya şikayətinə etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə
20. Yaşayış sahə sinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xe yrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.... Maddə
21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyy əti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 2 1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəd də belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçü n əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilə rkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarı: 1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyriyaşayış binalarının (tikinti obyektlərinin), istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilsin (2 nömrəli əlavə).
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsasl ılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
33. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65,4 kv.m olan mənzili alqı-satqı müqaviləsi ilə əldə edərək həmin mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan sonra, iddiaçı həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu da xx.xx.2020-ci il tarixli, 860 nömrəli məktubla etiraz etmədiyini bildirmişdir. Daha sonra, mübahisələndirilən daşınmaz əmlakın 86.0 kv.m sahəsi olan qeyri-yaşayış obyekti kimi xx.xx.2021-ci il tarixli eskiz layihəsi Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 5 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, və 3 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamla iddiaçının mülkiyyətində olan və ümumi sahəsi 65.4 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 86.0 kv.m olan yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilmişdir.
34. İddiaçı cavabdehə müraciət edərək mübahisələndirilən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh iddiaçının müraciətindən ümumi sahənin 65,4 kv.m qeyd olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsinə keçəndə ümumi sahənin artaraq 86 kv.m olması əsası ilə imtina etmişdir.
35. Cavabdehi n imtinası ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016cı il tarixli, 491 nömrəli Qərarına istinad etmiş, tikinti obyektinin istismarına icazə sənədinin həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq deyil, 2 nömrəli əlavəyə uyğun olaraq alınmasına əsaslanaraq iddianı rədd etmişdir.
36. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 2020-ci ildə əldə edərək 2020-2021-ci illər ərzində həmin mənzilin qeyriyaşayış sahəsinə çevrilməsi ilə bağlı müvafiq hərəkətlər etmiş, cavabdeh isə qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almadığından hazırkı inzibati mübahisə yaranmışdır.
37. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi işin hallarını tətbiq etdiyi maddi hüquq normalarının tələbləri baxımından düzgün araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarına istinad edərkən həmin Qərarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş tikinti obyektləri ilə bağlı yaranmış münasibətləri tənzimlədiyini nəzərə almamışdır.
38. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 1 yanvar 2013-cü il tarixdə qüvvəyə minmiş, hazırkı iş üzrə yaranan hüquq münasibətləri də məhz həmin Məcəllənin qüvvədə olduğu dövrdə (2020-2021-ci illərdə) yaranmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İİİ fəslində (20-22-ci maddələr) göstərilən maddi hüquq normaları əsasında həyata keçirilir.
40. Hazırkı inzibati iş üzrə mübahisə predmetinin əsasını yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi təşkil etdiyindən işin halları Mənzil Məcəlləsinin İİİ fəslində (20-22-ci maddələr) göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq araşdırılmalı və qiymətləndirilməli idi.
41. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunları etməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərar İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(107)-230/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.