Məhkəmə qərarları › İş №2-1(102)-282/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-282/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-282/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Vəkillər X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) 25.04.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı Vəkillər X3nin Cavabdeh qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3645/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vəkillər X2 06 noyabr 2020-ci il tarixli, 15 nömrəli iclas protokoluna əsasən, cavabdehin barəsində X1 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyinin nəzərə alınması, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır.

2. Azərbaycan Respublikası Vəkillər X3 tərəfindən İntizam Komissiyasının rəyi nəzərə alınaraq, cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: Ş.A.Həsənova) 23 sentyabr 2021-ci il tarixli 2-1(112)-4944/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) 2 1 fevral 2022-ci il tarixli 21(103)-746/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

7. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: N.İ.Rəsulbəyova /məruzəçi/, X.S.Məmmədov və İ.K.Hüseynov) 06 sentyabr 2022-ci il tarixli 2-1(102)-1076/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. İŞ Ü ZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh 2016-cı ildən dələduzluq cinayətləri törətmiş Rahib Hüseynovun və qardaşı Emin Hüseynovun, o cümlədən mülki qaydada böyük məbləğlərdə pul tələbi ilə bağlı icra vərəqələri üzrə borclu olan onların valideynlərinin hüquqlarını müdafiə etmişdir. Dələduz Rahib və Emin qardaşlarının anaları Lətifə Hüseynova barəsində isə Tovuz Rayon Məhkəməsinin hökmü vardır. Bu ailənin bütün üzvləri insanları aldatmaqla onların əmlakını mənimsəmək yolunu tutmuşlar. Ona görə də adlarına olan əmlaklarını vaxtaşırı olaraq bağışlama və sair yolla müxtəlif qohumlarının adlarına keçirmişlər. Cavabdeh 2017-ci ilin aprel ayında Rahib Hüseynovla rəsmi nikaha daxil olmuşdur. 2018-ci ilin dekabr ayın da dələduz Rahib Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunmuşdur. Bundan bir müddət sonra Rahib Hüseynovun anası Lətifə Hüseynova mütəmadi olaraq cavabdehdən öz evini sataraq əri Rahib Hüseynovu həbsdən qurtarmağı tələb etmiş, nəticədə cavabdeh məcburiyyət qarşısında qalıb Rahib Hüseynovun razılığı ilə (rəsmi ərizəsi əsasında) nikahın pozulması üçün məhkəmədə iddia qaldırmış və 2019-cu ilin sentyabr ayında nikahları pozulmuşdur. 2020-ci ilin iyun ayında qayınanası və qayınatası Vəkillər Kollegiyasına edilmiş şikayət məzmununda hüquq mühafizə orqanlarına cavabdehdən (ərizəçidən) şikayətlər etməyə başlamışdır. Onların şikayətləri əsasında cinayət işinin rədd edilməsi barədə və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin 17 aprel 2023-cü il tarixli xitam q ərarı vardır. Vəkillər Kollegiyası iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin Rahib Hüseynovla qısa müddətdə nikaha girməsinin məqsədi guya Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq olmuşdur və cavabdeh maddi nemətləri əldə etməyə yönəlmiş hərəkətlər etmiş, formal nikaha daxil olmuşdur. Halbuki, cavabdeh Rahib Hüseynovla nikaha daxil olanda sonuncunun mülkiyyətində heç bir əmlak olmamışdır ki, cavabdehin niyyəti həmin əmlakları həbsdən qorumaq və mənimsəmək olsun. Digər tərəfdən, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Həmin şəxslər: ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu, pozulmamış əvvəlki nikah üzrə ər (arvad) ola bil ər. Göründüyü kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddia qaldırmasına əsas cavabdehin keçmiş əri Rahib Hüseynovun və Lətifə Hüseynovanın yalan və iftiralarla dolu şikayət ərizələri olmuşdur. Onlar qisas almaq niyyəti ilə həmin yalan olan ərizələri yazmışlar. X5 Vəkillər Kollegiyasına və digər orqanlara ərizələr yazaraq cavabdeh barəsində həqiqətə uyğun olmayan ərizələri qısqanclıqdan və valideynlərinin təkidi ilə yazdığını, hazırda arvadına qarşı etdiyi haqsızlıqdan, Lətifə Hüseynova da gəlininə (cavabdehə) qarşı etdiyi haqsızlıqdan peşman olduqlarını bildirmişlər. Lətifə Hüseynova, Rahib Hüseynov və İsmayıl Hüseynov ərizələr yazaraq, bütün yazdıqlarının yalan olduğunu etiraf etmişlər, etdikləri əməllərə görə üzr istəmişlər və peşman olduqlarını bildirmişlər. Qeyd edilən ə rizələr – yəni, Vəkillər Kollegiyasina şikayət etmiş şəxslər tərəfindən təqdim edilmiş ərizələrdə qeyd edilən hallar iddia tələbinin əsaslarının, yəni Rahib Hüseynovun və Lətifə Hüseynovanın şikayətlərində göstərilən halların həqiqətə uyğun olmadığını sübuta yetirir. Həmin ərizələr barədə onun aprel ayının 15-də məlumatı olmuşdur. Bu şəxslər həmin ərizələri notarial qaydada və geniş yazılı qaydada Baş prokurorluğa və dövlət orqanlarına göndərmişlər. Göründüyü kimi, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onunda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 26 iyul 2023-cü il tarixli 21(112)-4944/2021 n ömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə Hüseynovların şikayətləri əsasında iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən aparılmış icraat nəticəsində ərizəçinin (inzibati iş üzrə cavabdeh) müraciətdə qeyd edilən pozuntulara yol verməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında öz təsdiqini tapmışdır. Həmin şəxslərin məhkəmə icraatı yekunlaşdıqdan sonra ərizəçidən heç bir şikayətlərinin olmaması barədə ərizə verməsi, ərizəçinin həmin şəxslərin müraciəti ilə bağlı aparılmış intizam icraatı çərçivəsində müəyyən edilmiş pozuntuların olmaması qənaətinə gəlməyə əsas vermir və işə əvvəllər baxılarkən məhkəməyə məlum olmayan hal kimi qiymətləndirilə bilməz. Ərizəçi ərizəsində formal nikahla bağlı ailə qanun vericiliyinin normalarına istinad edərək öz ərizəsini əsaslandırmağa çalışmışdır ki, bu ümumiyyətlə, yeni açılmış hallarla bağlı icraatın predmeti deyildir. Qeyd edilən məsələlərə məhkəmə araşdırması zamanı hüquqi qiymət verilmişdir. Ona görə də, həmin dəlillərin yeni açılmış hal qismində irəli sürülməsi və yenidən tədqiq edilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə ziddir.

12. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və A.P.Oruczadə) 25 sentyabr 2023-cü il tarixli 2-1(103)-3645/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Kassasiya şikayətinin dəlilləri cavabdehin yeni açılmış hallarla bağlı ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edi lməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiya sı hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə yeni açılmış halların mövcud olub-olmaması ilə bağlı zəruri olan həddə, eləc ə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

24. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçinin dəlilləri ondan ibarətdir ki, onun barəsində Vəkillər Kollegiyasına və dövlət orqanlarına şikayət etmiş şəxslər hazırda müxtəlif dövlət orqanlarına notariat qaydasında təsdiq edilmiş ərizələr göndərərək, ondan heç bir şikayətlərinin olmadığını, ondan şikayət etmələrinə peşman olduqlarını, eləcə də vaxtilə bu ərizələri qərəzli şəkildə yazdıqlarını bildirmişlər.

25. Qeyd edilməlidir ki, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya halların olduğunu əsaslandırmalıdır. Yeni sübutlar v ə hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Həmin sübut və hallar mütləq mübahisənin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim edilməsinin mümkün olmadığı sübuta yetirilməlidir.

26. Nəzərə alınmalıdır ki, qanunvericinin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün müəyyən etdiyi şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini daşıyır. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda, ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla və hər hansı bir ağlabatan müddətin p ozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.

27. Konstitusiya Məhkəməsinin Plenumu Y.Cümşüdovun şikayəti üzrə 3 iyul 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki: “...işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır...” 28. “Yeroqova Rusiya Federasiyasına qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni mövqedən çıxış edərək qeyd etmişdir ki, “işə aid və məhkəmə prosesi zamanı mövcud olan, lakin hakimdən gizli qalmış hallar “yeni açılmış haldır”.

29. Hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallara istinad etməmiş və bu barədə sənədlər təqdim etməmişdir. Ərizəçinin yeni açılmış hal kimi təqdim etdiyi hal, məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra ortaya çıxmış, şikayətçilər tərəfindən məhkəmə icraatından sonra yazılmış ərizələrdir.

30. Baxılan işdə Hüseynovların şikayətləri əsasında iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən aparılmış icraat nəticəsində ərizəçinin (inzibati iş üzrə cavabdeh) müraciətdə qeyd edilən pozuntulara yol verməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarında öz təsdiqini tapmışdır. Həmin şəxslərin məhkəmə icraatı yekunlaşdıqdan sonra ərizəçidən heç bir şikayətlərinin olmaması barədə ərizə vermələri, ərizəçinin həmin şəxslərin müraciəti ilə bağlı aparılmış intizam icraatı çərçivəsində yol verdiyi pozuntuların olmaması qənaətinə gəlməyə əsas vermir və işə əvvəllər baxılarkən məhkəməyə məlum olmayan hal kimi qiymətləndirilə bilməz.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli 2-1(103)-3645/2023 nömrəl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar