Məhkəmə qərarları › İş №2-1(102)-282/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-282/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-282/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə “kirayə haqqının ödənilməsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 noyabr 2023-ci il tarixli, 21(103)-3723/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələ sinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən ona mənzil verilənə kimi kirayə xərclərinin verilməsinin bərpa olunmasına, dayandırılmış tarixdən bu günə kimi həmin məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11820/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 noyabr 2 023-ci il tarixli, 2-1(103)-3723/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3723/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət hesabına vəkillə təmin edilmişdir.

8. İddiaçı xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının baş lanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hall arda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştira kçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

11. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

12. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

13. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Mə cəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2-1(103)-3723/2023 nömrəli qərarı iddiaçıya 05 dekabr 2023-cü il tarixdə qə bz alınmaqla təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı kassasiya şikayətini müddət ötürülməklə 24 sentyabr 2024-cü il tarixdə vermişdir yəni kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür.

16. İddiaçıya Ali Məhkəmə tərəfindən göndərilən bildirişdə 4 dekabr 2024-cü il tarixədək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin üzrlü səbəblərdən və təqsiri olmadan buraxıldığını təsdiq edən sübutların və müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.

17. Lakin iddiaçı tərəfindən həmin tarixədək müddətin buraxılmadığını təsdiq edən hə r hansı sübut və ya prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə müvafiq ərizə məhkəməyə təqdim edilməmişdir.

18. İddiaçı yalnız xx.xx.2024-cü il tarixdə ərizə verərək, övladının xəstə olması səbəbindən kassasiya şikayətini gec verdiyini bildirmiş və ərizəyə xəstəlik tarixindən çıxarış (epikriz) əlavə etmişdir.

19. Həmin ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin epikrizə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçının övladına xəstəliklə bağlı diaqnoz ilk dəfə xx.xx.2024-cü ildə qoyulmuş və o, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası xəstəxanada müalicə olmuşdur. Yəni, iddiaçının övladına xəstəliyi ilə bağlı ilkin diaqnoz qoyulanda artıq onun tərəfindən prosessual müddət ötürülmüşdür.

20. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini n qərarından kassasiya şikayətinin verilməsi üçün yuxarıda istinad edilən normalarla müəyyən olunmuş prosessual müddət iddiaçı tərəfindən buraxıldığından kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

21. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 noyabr 2023-ci il tarixli, 21(103)-3723/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar