Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2820/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 ilə Daşımaların Təşkili” MMC-yə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-2820/18) Bakı şəhəri 19 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 ilə Daşımaların Təşkili” MMC-yə qarşı xüsusi fərql ənmə nişanlarının verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 sentyabr 2018-ci il tarixli 2-1(103)1793/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 ilə Daşımaların Təşkili” MMC-yə qarşı İddiaçı MMC-yə məxsus 28 ədəd nəqliyyat vasitələrinə siyahı üzrə 2018-ci tam il üçün “Xüsusi fərqlənmə nişanlarının” verilməsi vəzifəsi Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinin X1 xidmətinin "xxxx" MMC-nin üzərinə qoyulması; Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texn ologiyalar Nazirliyinin X1 xidmətinin "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 872 manat ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması; cavabdehin əməllərində cinayət tərkibi olduğuna görə onun aidiyyəti vəzifəli şəxsləri barəsində cinayət işi başlanması üçün xüsusi qərardad çıxarılaraq, prokurora göndərilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 2-1(81)-1839/2018 saylı, 24 aprel 2018-ci il tarixli (sədrlik edən hakim Ş.Məmmədova) qərardadı ilə cavabdehin əməllərində cinayət tərkibi olduğuna görə onun aidiyyəti vəzifəli şəxsləri barəsində cinayət işi başlanması üçün xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsinə dair xüsus i qərardad çıxarılması barədə tələbi (vəsatət) rədd edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin 2-1(81)-1839/2018 saylı 24 aprel 2018-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddia tələbi Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinin X1 xidmətinin "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 872 manat ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsində mümkünsüz sayılmışdır. Birinci instansiya məhkəməsinin 2-1(81)-1839/2018 saylı 24 aprel 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı MMC-yə məxsus 28 ədəd nəqliyyat vasitələrinə siyahı üzrə 2018-ci tam il üçün “Xüsusi fərqlənmə nişanları”nın verilməsi vəzifəsinin Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinin X1 xidmətini n "xxxx" MMC-nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 2-1(103)-1793/2018 saylı 05 sentyabr 2018-ci il tarixli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Kəmalə Abiyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarının dəyişdirmədən saxlanılmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı q alan cavabdehAli Məhkəməyə kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərarının ləğv edib iddiaçının iddiasının rədd edilməsinə dair qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının icraatına qəbul edilmiş və işin baxılması 19 dekabr 2018-ci il tarixə təyin edilmişdir. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında barışıq sazişini təqdim edərək, İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 ilə Daşımaların Təşkili” MMC arasında 13 dekabr 2018-ci il tarixli barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, kasasiya şikayətindən imtina edilməsini və həmin iş üzrə icraata xitam verilməsinə dair müvafiq qərar qəbul edi lməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə təqdim edilmiş barışıq sazişini araşdıraraq müəyyən etmişdir ki, hazırkı mübahisə üzrə bir tərəfdən İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 və digər tərəfdən cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 ilə Daşımaların Təşkili” MMC-nin hüquqi təminat və nəzarət işinin təşkili şöbəsinin müdiri Əfqan Məmmədov tərəfindən mübahisənin barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə qarşılıqlı razılığa gələrək, aşağıdakı şərtlərlə bu Barışıq Sazişini imzalamışdırlar: 1.1. Tərəflər razılaşmışlar ki, cavabdeh tərəf İddiaçı MMC-nin müraciətinə və təqdim etdiyi sənədlərə (siyahıya) əsasən onun mülkiyyətindəki bütün nəq liyyat vasitələrinə qanunla müəyyən edilmiş qaydada "Xüsusi fərqlənmə nişanlarını əvəzsiz verir. Bu nişanlar müddətsiz verilir. 1.2. Bu saziş bağlandığı andan dərhal sonra cavabdeh müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş şərtə əməl edir. 1.3. Tərəflər bəyan edir ki, bu barışıq sazişinin bağlanması qanunla məhkəmə aktlarının ləğv edilərək işin icraatına xitam verilməsinə səbəb olması onlara məlumdur. 1.4. Bu müqavilə, tərəflər onu imzaladığı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildiyi andan etibarlıdır. 1.5. Bu müqavilə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilmiş, onlardan biri məhkəməyə, qalanları isə tərəflərin hər birinə təqdim edilmişdir. 1.6. Tərəflər bildirirlər ki, onlar bu müqavilənin şərtləri ilə tanış olmuşlar və müqavilə onların iradəsinin ifadəsini ək s etdirir. Barışıq sazişi təsdiq olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 66-cı maddəsinin müddəalarına əsasən, mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər... (66.1) Barışıq sazişinin bağlanılması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduğu hallarda, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər (66.2). Hazırkı iş üzrə tərəflər mübahisənin predmeti barədə sərəncam hüququna malikdirlər, sazişin şərtləri ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunve riciliyə zidd deyil və mübahisənin həlli xüsusi ictimai maraq kəsb etmir. Sazişin şərtləri tərəflərin iradə ifadəsinə uyğundur. Bu qərardadın qəbul edilməsinədək tərəflər müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət etməmişlər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında barışıq sazişi təsdiq edilməli, apelyasiya instansiyası məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 66, 80, 96 və 98-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tərəflərin aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1 Tərəflər razılaşmışlar ki, cavabdeh tərəf İddiaçı MMC-nin müraciətinə və təqdim etdiyi sənədlərə (siyahıy a) əsasən onun mülkiyyətindəki bütün nəqliyyat vasitələrinə qanunla müəyyən edilmiş qaydada "Xüsusi fərqlənmə nişanlarını əvəzsiz verir. Bu nişanlar müddətsiz verilir. 1.2 Bu saziş bağlandığı andan dərhal sonra cavabdeh müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş şərtə əməl edir. 1.3 Tərəflər bəyan edir ki, bu barışıq sazişinin bağlanması qanunla məhkəmə aktlarının ləğv edilərək işin icraatına xitam verilməsinə səbəb olması onlara məlumdur. 1.4 Bu müqavilə, tərəflər onu imzaladığı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildiyi andan etibarlıdır. 1.5 Bu müqavilə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilmiş, onlardan biri məhkəməyə, qalanları isə tərəflərin hər birinə təqdim edilmişdir. 1.6 Tərəflər bildirirlər ki, onlar bu müqavilənin şərtləri ilə tanış olmuşlar və müq avilə onların iradəsinin ifadəsini əks etdirir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli 2-1(103)-1793/2018 saylı qərarı ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2820/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2820/2018
19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver