Məhkəmə qərarları › İş №2-1(102)-2820/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2820/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2820/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: tələblərin təmin edilməməsi; üçüncü şəxsin kassasiya şikayəti vermək hüququ; barəsində müstəqil qaydada kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayətin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(106)-323/2023 nömrəl i, 4 sentyabr 2023-cü il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 nömrəli sərəncamının etibarsız hesab edilməsi bаrədə qərаr qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(120)-210/2023 nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddia rədd edilmişdir.

3. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-323/2023 nömrəli, 4 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: M.Həsənov /sədrlik edən və məruzəçi/, S.Həsənov və C.İmanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır.

5. Üçüncü şəxs X2 həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə: Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelly asiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. 7. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı: “...

69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqların a dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.

70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır”. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X1 şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. Belə ki, bu qərarın 6-cı bəndində istinad olunan prosessual hüquq normalarında kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

10. Həmin normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından yalnız onların müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verilə bilər. Həmçinin inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin edilmədiyi təqdirdə şikayət vermək hüququna malikdirlər.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncamın mövcudluğu araşdırılmalı, əgər mövcuddursa, onun əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Əgər mübahisələndirilən sərəncam mövcud deyildirsə, hazırkı iddia tələbinə baxılması mümkünsüzdür. Belə olan təqdirdə iddiaçının hüquqi marağı nəzərə alınaraq iddiaçıya hüquqi yardım göstərilməlidir.

12. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardad qəbul edilməsi inzibati məhkəmə icraatının iştirakçılarının, hazırkı halda kassasiya şikayəti vermiş üçüncü şəxsin tələblərinin təmin olunmaması nəticəsini doğurmur. Bel ə ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadının qəbul edilməsi nəticəsində üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması vəziyyəti yaranmamışdır. Odur ki, üçüncü şəxs X1 apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermək hüququ istisna edilir.

13. Qeyd edilənlərə əsasən, üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 sentyabr 2023-cü il tarixli, 2-1(106)-323/2023 nömrəli qərardadından üçüncü şəxs Rəşad Şirinov tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar