Məhkəmə qərarları › İş №2-1(102)-2820/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2820/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2820/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; bütün növ şüşə, şüşə məmulatları və posasital istehsalı - fəhlələr - viniplastçılar və qəlibtutanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(103)-1241/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək 80 nömrəli texniki məktəbdə təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Voladarski adına Bakı Tikiş Ev i 4-cü sexə 4-cü dərəcəli tikişçi, xx.xx.1984-cü il tarixdən şüşə sexinə kalibrçi – qablaşdırıcı şagirdi qəbul edilmiş, xx.xx.1984-cü il tarixdən ona şüşə sexində 1-ci dərəcəli kalibrçi (şüşə çıxaran) dərəcəsi, xx.xx.1990-cı il tarixdən həmin sexdə 2-ci dərəcəli isti-məmulat çıxaran ixtisası verilmişdir. xx.xx.1995-ci il tarixdən həmin sexdə 3-cü dərəcəli şüşə məmulatları kalibrçisi işləmiş, xx.xx.1996-cı il tarixdən 4cü dərəcəli mexaniki üsulla şixta tökən vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdən "xxxx" MMC-yə tikişçi işinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə tikişçi işinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 2. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, iddiaçı həqiqətən də xx.xx.1984-cü il tarixdə "xxxx" İstehsalat Birliyinin şüşə əritmə sexində işə qəbul edilmiş, həmin sexdə şüşə məmulatlarının çıxardıcısı və şixta tökən vəzifələrində işləmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı "xxxx" İstehsalat Birliyinin şüşə əritmə sexində işlədiyi müddət ərzində isti işləri yerinə yetirdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 18-ci bölməsinin (Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı) 2190100a -11438 və 2190100a19454 bəndlərinə əsasən güzəştli pensiya hüququna malikdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 29 noyabr 2001- ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" ASC yaradılmışdır.

3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı xx.xx.2013-cü il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, əmək pensiyası təyin edən komissiyanın xx.xx.2013-cü il tarixli 159 nömrəli qərarı ilə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ümumi əmək stajı, tələb edilən əmək stajından az olduğu üçün pensiya təyin edilməmişdir.

4. Daha sonra iddiaç ı xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilən 31 yanvar 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 21 iyul 2023-cü il tarixli LP14-0723 nömrəli arayışında xx.xx.1984 - xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə şüşə məmulatlarının kalibriçisi, xx.xx.1996 - xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə şixta tökən vəzifələrində işlədiyi qeyd olunmuş, işlədiyi şüşə məmulatlarının kalibriçisi və şixta tökən vəzifələri sözügedən arayışda istinad edilən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan viniplastçılar və qəlibtutanlar vəzifələrin ə aid deyildir. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 9 ay 21 gün (xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

7. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynidir.

8. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid məti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********049600 nömrəli xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, "xxxx" ASC (ləğv prosesindədir) (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" ASC-nin əsas fəaliyyət növü “Elektrik lampaları və işıqlandırıcı avadanlıqların istehsalı” (27400) kimi qeyd olunmuşdur. “Azərelektroişıq" ASC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 20 oktyabr 2023-cü il tarixli, 2-1 (112)-3659/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, ona xx.xx.2013-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, xx.xx.2006-cı il tarixə qədər stajı əmək kitabçasına əsasən ən azı 20 ildir (26 il 04 ay, 07 gün - iddiaçının əmək kitabçasında xx.xx.1979-xx.xx.1982-ci illər təhsil dövrü və xx.xx.1982-xx.xx.1984, xx.xx.1984- xx.xx.2006-cı illərdə isə işləməsinə dair qeydlər var). Həmçinin, əmək şəraiti zərə rli və ağır olan işlərdə stajına münasibətdə iddiaçı xx.xx.1984 - xx.xx.2007-ci illərdə şüşə məmulatlarının çıxardıcısı və şixta tökən işində işləmişdir - xx.xx.1984-xx.xx.1995-ci illərdə isti şüşə çıxardıcısı və xx.xx.1995xx.xx.2007-ci illərdə mexaniki üsulla şixta tökən. İddiaçı şüşə çıxardıcısı işlədiyi müddət ərzində, onun əsas işi sobadan çıxaraq mexaniki üsulla kəsilmiş isti kolbaları əl ilə seçmək və həmin kolbaları əl ilə kalibrlərdə yoxladıqdan sonra ölçülərə görə ayrı-ayrı arabacıqlara yığmaqdan ibarət olmuşdur. Şixta tökən işlədiyi müddət ərzində isə onun əsas işi əvvəlcədən hazırlanmış şixtanı şüşə əridən sobaya tökməkdən ibarət olmuşdur. İşlədiyi müddət ərzində iddiaçı bütöv iş vaxtında isti işləri yerinə yetirmiş və bu səbəbdən qeyd edilən iş stajı Azərbaycan Respublikası Naz irlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 18-ci bölməsinin (Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı) 2190100a-11438 və 2190100a-19454 uyğun göstərilmişdir. Odur ki, iddiaçının ümumi zərərli iş stajı 23 il 1 ay, xx.xx.2006-cı ilə qədər isə 21 il 03 ay 24 gündür. Qeyd edilən hal iş yerindən arayışlarla da təsdiqlənmişdir. Həmçinin, iddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2013-cü il tarixdə müraciət etmişdir. Odur ki, iddiaçının 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqana müraciət etməsi nəzərə alınaraq onun pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiya təyin olunan vaxta qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququ vardır. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və K.H.Əkbərov) 14 iyun 2024-cü il tarixli, 21(103)-1241/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, qərar iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixindən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli o lması hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, pensiyanın ödənilməsi hissəsində razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı ilk dəfə xx.xx.2013-cü il tarixdə cavabdehə müraciət etmiş, imtina verilməsinə baxmayaraq inzibati orqanın həmin hərəkətini sonuncu müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. 2013-cü ildə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinalardan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinalarını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. Odur ki, mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2023-ci ilin avqustundan əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın apellyasiya şikayəti təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etiraz və apellyasiya şikayətində qeyd etdiyi kimi, iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxs i hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. … 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.... 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (qüvvədən düşmüşdür): Maddə 13 “b”. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 1997-ci il 13 iyun tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur....

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qayd ası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından yalnız cavabdeh tərəfindən şikayət verildiyi və qərar apellyasiya şikayətinin təmin edilməyən hissəsinə münasibətdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hi ssədə (iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixindən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) yoxlanılacaqdır.

24. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qismən – xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi hissəsində ləğv edib həmin hissədə iddianı təmin rədd etməsinə baxmayaraq, iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmış, qərardan apellyasiya şikayəti verməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi nəticəsinə gələrkən istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin bu nəti cəyə gələrkən maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması və xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi iş stajına malik olması cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməməklə, iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.

30. İşin mübahisələndirilən halına – iddiaçının güzəştli iş stajına malik olubolmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1984 xx.xx.2007-ci illərdə şüşə məmulatlarının çıxardıcısı və şixta tökən işində işləməsi və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 i yun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 18-ci bölməsinin (şüşə istehsalatı, keramik, çini saxsı məmulatlar istehsalı) 2190100a-11438 və 2190100a-19454 bəndlərində qeyd peşələrin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etməsi "xxxx" ASC tərəfindən istər iddiaçıya, istərsə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş arayışla öz təsdiqini tapır. 31. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə ye tirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 21(103)-1241/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar