Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2821/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(103)1408 /2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicə almış və 470 nömrəli epikrizə əsasən, ona “Revmatoid artrit, poliartrit, seropozitiv forma, aktiv gedişli, aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq, tropid forma. Oynaqların funksional pozğunluğu, hər iki diz oynaqlarının sinovit əlamətləri” diaqnozu qoyulmuşdur.
2. İddiaçıya ilkin olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Revmatoid artrit, ll-İll dərəcə, hormondan aslılıq” diaqnozu ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziy yəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və “Revmatoid artrit, poliartritik forma” diaqnozu ilə ona bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və “Revmatoid artrit, poliartritik forma” diaqnozu ilə ona beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçının əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli göndərişi əsasında “Əsas diaqnoz: M05 Seropozitiv revmatoid artrit - Revmatoid artrit, poliartritin forma, seropozitiv forma aktiv gedişli, aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq. Tropid forma; Ağırlaşma: M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləş dirilmiş zədələnmələri – oynaqların funksional pozğunluğu 2-3. Hər iki diz oynaqlarının sinovit əlamətləri; Ağırlaşma: İ51.5 Miokardın degenerasiyası – miokardiodistrofiya” diaqnozu ilə təkrar qiymətləndirilmiş və “xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur, stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var” səbəbilə ona əlillik təyin edilməsindən imtina edilmişdir.
6. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda stasionar müalicə almış və xx.xx.2021-ci il tarixli arayışa əsasən, ona “Revmatoid artrit, poliartrit, seropozitiv forma, İİ-İİİ aktiv gedişdə. Oynaqların funksional çatışmazlığı İİ-İİİ mərhələ, tez-tez residivləşən forma” diaqnozu qoyulmuşdur.
7. İddiaçının əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli göndərişi əsasında “Əsas diaqnoz: Seropozitiv revmatoid artrit – Revmatoid artrit, poliartritin forma, seropozitiv forma aktiv gedişli, aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq, trofik yaralar; Ağırlaşma: İ51.5 Miokardın degenerasiyası – miokardiodistrofiya; Ağırlaşma: M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri – oynaqların funksional pozğunluğu 2-3; Yanaşı xəstəlik: İ10 Essensial (birincili) hipertenziya – arterial hipertenziya İİ dərəcə” diaqnozu ilə təkrar qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması, xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina ona əlillik təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xəstəliyinə görə İİ dərəcə əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Seropozitiv revmatoid artrit revmatoid artrit, poliartritin forma, seropozitiv forma aktiv gedişli, aktivlik ll-lll mərhələ, hormonlardan aslılıq, tropid forma, oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, oynaqların funksional pozğunluğu 2-3, hər iki diz oynaqlarının sinovit əlamətləri, miokardın degenerasiyası, miokardiodistrofiya” diaqnozu ilə xəstədir. Bununla əlaqəd ar ona əlillik dərəcəsi təyin olunmuşdur. Əlilliyinin yenidən qiymətləndirilməsi üçün iddiaçı Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müalicə olunmuşdur. Buna baxmayaraq, əlavə müalicəyə ehtiyacın olması, xəstənin müalicə müddətinin yetərli olmaması əsası ilə xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun müalicə üçün tələb etdiyi müddətə tərəfindən tam əməl olunmuşdur. Qanunvericiliyin tələbi baxımından pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə bərpa edilməli olduğunu hesab edir.
10. Cavabdeh iddiaya qarşı etirazında iddianın rədd edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 05 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1581/2 022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki qeyd edilmiş səhhətini əks etdirən əsas xəstəlik və xəstəliklərdə ağırlaşmalar onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğ unun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir meyarlarını aid etmək mümkün olmadı. Belə olan halda, iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdehin mütəxəssislərinin (həkimlərinin) iştirakı olmadan keçirilmək şərtilə məhkəmə tibbi ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji An atomiya Birliyinə tapşırılmışdır.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T254/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş sənədlərə baxılmış, onun məhkəmə-tibbi müayinəsi keçirilmişdir. İddiaçının tibbi sənədlərinə əsasən o, hazırda “Əsas diaqnoz: M05 Seropozitiv revmatoid artrit, revmatoid artrit, poliartritin forma, seropozitiv aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ, hormondan aslılıq, tropid forma; Ağırlaşma: M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, oynaqların funksional pozğunluğu İİ-İİİ mərhələ, tez-tez residivləşən forma. Hər iki diz oynaqlarının sinovit əlamətləri” diaqnozunda qeyd edilən əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir.
16. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 12 iyul 2023-cü il tarixli, 2-1(103)-1408/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya üçüncü də rəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya eyni diaqnozla xx.xx.2014-cü ildən bir il, xx.xx.2015-ci ildən bir il, xx.xx.2016-cı ildən beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının müvafiq xəstəlikdən bugün də əziyyət çəkməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq eyni diaqnozla əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəs inə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə, cavabdehin iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya əvvəlki dövrlərdə təyin edilmiş diaqnozu əsas gətirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3-cü bəndinə istinad edərək iddia tələbini təmin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin normanı düzgün təfsir etməmiş və qanunsuz qərar qəbul etmişdir. Belə ki, həmin norma tibbi göndərişin verilməsi üçün əsasları müəyyən edir və həmin əsaslardan biri də “pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi” olaraq göstərilmişdir. İddiaçı barədə cavabdehə təqdim olunmuş göndəriş isə iddiaçıya əlillik təyini üçün əsas verməmişdir. Qeyd edilən norma cavabdehə münasibətdə əlillik təyini üçün hər hansı bir öhdəlik yaratmır və cavabdeh tərəfindən həmin normanın tələbləri, ümumiyyətlə, pozulmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri daxilində olmadan tibbi əsaslandırma apararaq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3. 1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.6. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 2.1. Şə xsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 23. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deo ntologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmə k proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müa licədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komis siyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kolle giyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kolle giyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin m əsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona üçüncü dərəcə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir.
35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya eyni diaqnozla xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il, xx.xx. 2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin qurtarması səbəbindən iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən eyni diaqnozla xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlər verilmiş, lakin cavabdeh tərəfindən müvafiq olaraq “xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur, stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var” və “Əlavə müalicəyə ehtiyacın olması, xəstənin müalicə müddəti yetərli deyil” səbəbləri ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.
36. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertiza təyin edilmiş və e kspertin rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə baxılmış və iddiaçının məhkəmə-tibbi müayinəsi keçirilmiş, onun hazırda “Əsas diaqnoz: M05 Seropozitiv revmatoid artrit, revmatoid artrit, poliartritin forma, seropozitiv aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ, hormondan aslılıq, tropid forma; Ağırlaşma: M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, oynaqların funksional pozğunluğu İİ-İİİ mərhələ, tez-tez residivləşən forma. Hər iki diz oynaqlarının sinovit əlamətləri” diaqnozunda qeyd edilən əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkməsi müəyyən edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçıya ilkin və sonradan təyin ed ilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq eyni diaqnozla əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağl ı şərt müəyyən etmir. Belə olan halda isə, cavabdehin iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 21(103)-1408/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qəra