Məhkəmə qərarları › İş №2-1(102)-2822/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2822/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2822/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2822/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçıya xxxx 2016-cı il tarixdə pensiya təyin edilərkən onun tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğuna görə cavabdehin imtinası qanunsuz olmuşdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cav abdehin vəkilləri Vəkil1 Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)771/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə İnzibati-İqtisadi Məhkəməsinə müraciət ed ərək, 1971-ci ildən Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində “******” kolxozunda kolxozçu kimi 1975ci il tarixədək işlədiyini, həmçinin xxxx 1976-cı ildən xxxx 1976-cı ilədək nəqliyyat işçisi kimi Vladimirski Birliyinə qəbul edildiyini və xxxx 1991-ci ildən xxxx 1995-ci ilədək Lənkəran rayonunda “xxxx” kiçik müəssisəsində işlədiyini, onun 1971-ci il tarixdən 1975-ci il tarixədək və xxxx 1976-cı ildən xxxx 1976-cı ilədək və xxxx 1991-ci ildən xxxx 1995-ci ilədək işləməsi barədə məlumatların əmək kitabçasında öz əksini tapdığını, o, cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciət etdiyini, sonuncu, xxxx 2017-ci il tarixli və xxxx 2017-ci il tarixli məktublarla 1971-ci il tarixdən 1975-ci il tarixədək və xxxx 1991-ci ildən 04.07.1995-ci ilədək olan iş stajını n qarşılıqlı yoxlanılmasının mümkün olmadığına istinad etməklə, müraciətlərdən imtina etdiyini bildirərək, onun 01 mart 1969cu il tarixdən 1972-ci ilin noyabr ayınadək Ermənistan SSRİ-nin Amasya rayonunun Güllübulaq kəndində yerləşən “Polad” kolxozunda kolxozçu işləməsi, 1972-ci ilin xxxx ayından 1974-cü ilin dekabr ayınadək hərbi xidmət dövrü, 1974-cü ilin dekabr ayından xxxx 1976-cı il tarixədək keçmiş Ermənistan SSRİ-nin Amasya rayonunun Güllübulaq kəndində yerləşən “Polad” kolxozunda kolxozçu işləməsi və xxxx 1991-ci ildən xxxx 1995ci ilədək Lənkəran rayonunda “xxxx” Kiçik Müəssisəsində işlədiyi illərin nəzərə alınaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1( 81)-786/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim - A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-771/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir, iddiaçının əmək kitabçası olmadığından və xxxx 1969-cu ildən 1972-ci ilin xxxx ayınadək və 1974-cü ilin xxxx ayından xxxx 1976-cı il tarixədək və xxxx 199 1-ci il tarixdən xxxx 1995-ci il tarixədək olan iş stajının yoxlanılması mümkün olmadığından, həmin dövrlərin sosial sığorta stajı hesab olunmasını qanuna ziddir, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Tərəflərin izahatları Cavabdehin vəkilləri Vəkil1 və Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ni müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkilləri Vəkil1, Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-771/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, AT-İ ******* nömrəli əmək kitabçasına görə iddiaçı, xxxx 1976-cı il tarixdən xxxx 1995-ci il tarixədək müxtəlif vəzifələrdə işləmiş, cavabdeh tərəfindən ona xxxx 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2017-ci il tarixli və xxxx 2017-ci il tarixli məktublarla iddiaçının iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığına istinad etməklə, müraciətlərin təmin edilməsindən imtina etmiş, bundan başqa xxxx 2019-cu il tarixdə Milli Gəlirlər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsinin xxxx 2019-cu il tarixli, ********** nömrəli məktubunda İdarədə olan reyestrdə “xxxx” Kiçik Müəssisəsi adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmiş, xxxx 019-cu il tarixdə Azərbaycan Re spublikası Vergilər Nazirliyinin 6 saylı Vergilər Ərazi Departamentinin xxxx 2019-cu il tarixli, ********** nömrəli məktubunda, xxxx 2019-cu il tarixə 6 saylı Ərazi Vergilər Departamentinin baza və arxiv məlumatlarına əsasən “xxxx” Firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X2 üzrə Lənkəran bölgə şöbəsindən qeydiyyatdan keçərək, xxxx 1999-cu il tarixli ******* nömrəli dövlət qeydiyyatı haqqında Şəhadətnamə aldığı, xxxx 2010-cu ildə “xxxx”xxxx“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN **********) yaradıldığı qeyd edilmiş, DSMF-nun Lənkəran şəhər şöbəsi tərəfindən DSMF-nun Binəqədi rayon Şöbəsinə ünvanlanmış xxxx 2015-cı il tarixli, ****** nömrəli məktubuna əsasən cavab olaraq bildirilmişdir ki, İddiaçı Mehrəli (mətnə uyğun) oğlunun 1991-1995-ci illərdə Lənkəran rayonunda f əaliyyət göstərmiş “xxxx” KM-də işləməsi faktını, müəssisənin arxiv sənədləri saxlanılmadığı üçün yoxlanılması imkan xaricindədir, əlavə olaraq müəssisəsinin qeydiyyatda olması və sosial sığorta ödəyicisi kimi 1996-cı il daxil olmaqla fəaliyyət göstərdiyi qeyd edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının əmək kitabçası olmadığından və xxxx 1969cu ildən 1972-ci ilin xxxx ayınadək və 1974-cü ilin dekabr ayından xxxx 1976-cı il tarixədək və xxxx 1991-ci il tarixdən xxxx 1995-ci il tarixədək olan iş stajının yoxlanılması mümkün olmadığından, həmin dövrlərin sosial sığorta stajı hesab olunmasının qanuna zidd olduğunu qeyd etsə də, iddiaçının xxxx 1969-cu il tarixdən 1972-ci ilin xxxx ayınadək Ermənistan SSRİ -nin Amasya rayonunun Güllübulaq kəndində yerləşən “Polad” kolxozunda kolxozçu işləməsi, 1972-ci ilin xxxx ayından 1974-cü ilin xxxx ayınadək hərbi xidmətdə olması, 1974-cü ilin xxxx ayından 10 xxxx 1976-cı il tarixədək keçmiş Ermənistan SSRİ-nin Amasya rayonunun Güllübulaq kəndində yerləşən “Polad” kolxozunda kolxozçu işləməsi və xxxx 1991-ci ildən xxxx 1995-ci ilədək Lənkəran rayonunda “xxxx” Kiçik Müəssisəsində işləməsi faktı iş materiallarındakı sənədlərlə təsdiq edilmiş, iddiaçıya 24.02.2016-cı il tarixdə pensiya təyin edilərkən tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğundan, həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alınmalıdır, beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya m əhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il xxxx başlayaraq 2012-ci ilin xxxx, qadınların yaş həddi 2010-cu ilin xxxx başlayaraq 2016cı ilin xxxx hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üç ün 2011-ci ilin xxxx kişilərin yaş həddi 63 yaş olmuşdur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının xxxx 1969-cu il tarixdən 1972-ci ilin noyabr ayınadək Ermənistan SSRİ-nin Amasya rayonunun Güllübulaq kəndində yerləşən “Polad” kolxozunda kolxozçu işləməsi, 1972-ci ilin xxxx ayından 1974-cü ilin xxxx ayınadək hərbi xidmətdə olması, 1974-cü ilin xxxx ayından xxxx 1976-cı il tarixədək keçmiş Ermənistan SSRİ-nin Amasya rayonunun Güllübulaq kəndində yerləşən “Polad” kolxozunda kolxozçu işləməsi və xxxx 991-ci ildən xxxx 1995-ci ilədək Lənkəran rayonunda “xxxx” Kiçik Müəssisəsində işləməsi faktının iş materiallarındakı sənədlərlə təsdiq edildiyini, iddiaçıya xxxx 2 016-cı il tarixdə pensiya təyin edilərkən onun tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, beləliklə, cavabdehin imtinasının qanunsuz olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tar ixli, 2-1(103)-771/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-771/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar