Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2823/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2823/19 Bakı şəhəri 25 dekabr 2019-cu il Açar sözlər: vərəsəlik haqqında şəhadətnamə əsasında paylı mülkiyyətin qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, üçüncü şəxslər XXXnın və onun vəkili X2in iş tirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1565/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında atasından miras qalan torpaq sahəsinə və fərdi yaşayış evinə 1/6 hissədə müəyyən olunmuş vərəsəlik payına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İ şin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, göstərdiyi ünvandakı ev onun atasının mülkiyyətində olmuşdur. X10 21 dekabr 1999-cu il tarixdə vəfat etdikdən sonra “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə atasından qalan torpaq sahəsi və evdən 1/6 hissədə vərəsələr üzrə paylar müəyyən edilmişdir. İddiaçı şəhadətnamə əsasında torpaq sahəsi və evdən onun payına düşmüş 1/6 hissəyə mülkiyyət hüquqlarının tanınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2-1(81)4495/2018 saylı qərardadı ilə (hakim Elçin Məmmədov) Nail Kərimov və XXX üçüncü şəxs q ismində işə cəlb edilmişdirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2-1(81)341/2019 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının daşınmaz əmlakın onun adına qeydiyyata alınmasını tələb etdiyi 1/6 hissəsinə olan mülkiyyət hüququna kompensasiya verilməklə xitam verildiyindən, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə iddiaçının daşınmaz əmlakın 1/6 hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas ola bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1565/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər İsmayıl Xəlilov və İlham Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3, 10.2, 10.2.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 14.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni ba rədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində göstərilmiş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, o, mərhum atasının mülkiyyətində olmuş ev və torpaq sahəsindən qanun üzrə vərəsəliklə ona keçmiş 1/6 hissəyə mülkiyyət hüquqlarının tanınmasını istəmiş, lakin aşağı instansiya məhkəmələri onu mülkiyyət hüququndan məhrum edən qərarlar qəbul etmişdirlər. Kassasiya şikayətində göstərilmiş dəlillərin hüquqi əsası kimi hər hansı bir qanunvericiliyin tələblərinə istinad olunmamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhəri 8 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 16 oktyabr 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə, X1 vərəsələri 1/6 hissədə X2, 1 /6 hissədə X6, 1/6 hissədə X7, 1/6 hissədə X3, 1/6 hissədə İddiaçı və 1/6 hissədə X4r. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvandakı 0,04 ha torpaq sahəsi və 185,78 kv.m. fərdi yaşayış evindən ibarətdir. 30 iyun 2016-cı il tarixdə verilmiş RX ******* nömrəli çıxarışdan görünür ki, 0,04 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 4cü keçid ünvanda yerləşən 35 saylı fərdi yaşayış evinin 1/6 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5884/2016 nömrəli mülki iş üzrə qanuni qüvvəyə minmiş 13 oktyabr 2016-cı il tarixli qətnaməsinə görə, İddiaçı cavabdehlər X2və qeyrilərinə qarşı vərəsəlik hüququ əsasında atadan qalan fərdi yaşayış evinə və həyət yanı torpaq sahəsində yaşayış və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, İddiaçı 7.500 manat məbləğdə kompensasiya verilməklə ünvan 3 ünvana olan mülkiyyət hüququna xitam verilmişdir. İddiaçı tərəfindən Qaradağ rayon icra şöbəsinə ünvanlanmış 26 iyul 2017-ci il tarixli izahatdan görünür ki, iddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 oktyabr 2016- cı il tarixli qətnaməsindən narazı olduğuna görə ona verilməli olan kompensasiyadan imtina etmişdir. Buna görə də həmin pul məbləği Qaradağ rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 sentyabr 2018-ci il tarixli, **********94 saylı imtina məktubuna görə, Qaradağ Rayon Məhkəməsinin 13 oktyabr 2016cı il tarixli qətnaməsinə əsas ən sözügedən fərdi yaşayış evinin 1/6 hissəsi üzərindəki mülkiyyət hüququna xitam verilmiş, həmçinin, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim olunmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin nəticəsinə görə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə ilə iddiaçının daşınmaz əmlakın onun adına qeydiyyata alınmasını tələb etdiyi mülkiyyət hüququna kompensasiya verilməklə xitam verildiyindən, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə iddiaçının daşınmaz əmlakın hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi qəbul edilməməlidir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, onun vərəsəlik hüququnun ləğv edilməsi üçün əsas olmamış və həmin şəh adətnamə əsasında onun mülkiyyət hüququ qeydə alınmalıdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar ə lavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqıda şəhadətnamə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Belə şəhadətnaməyə malik olan şəxs onu mülkiyyət hüququnun qeydə alınması üçün verilən ərizəyə əlavə etməklə hüququnun qeydə alınmasını tələb edə bilər. İddiaçının tələbinin əsaslandığı hallara və kassasiya şikayətində bildirilmiş dəlillərə görə, belə şəhadətnaməni cavabdehə təqdim etməklə daşınmaz əmlak üzərində paylı mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qe ydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçının iddialı olduğu paylı mülkiyyət hüququnun mövcudluğu təqdim edilmiş 30 iyun 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur. Lakin daha sonra məhkəmə mübahisəsinin nəticəsi olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mülkiyyət hüququna xitam verilmişdir. Sonuncu qərar isə mülkiyyət hüququnun xitamı üçün əsas hesab olunmalı dır. Belə ki, - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Maddənin tələbindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüququn xitam verilməsinin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarı təşkil edə bilər. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən məxsus olan paylı mülkiyyət hüququna xitam verilmişdir. Qeyd edilən halda həmin qətnamə daşınmaz əmlak üzərində hüquqların xitam verilməsi üçün əsas olduğundan, aşağı instnasi ya məhkəmələri düzgün olaraq iddiaçının tələbinin təmin olunmaması nəticəsinə gəlmişdirlər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1565/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2823/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2823/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver