Məhkəmə qərarları › İş №2-1(102)-2824/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2824/2019

02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2824/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: torpaq sahəsinə plan və ölçüsünün verilməsi, çıxarışın verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 1999 nömrəli, 29.12.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı adına Bakı şəhəri, Lökbatan qəsəbəsi ünvanında yerləşən 600 kv metr torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi, həmçinin həmin torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1330/19 saylı iş üzrə 20.06.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 1999 nömrəli, 29.12.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı adına Bakı şəhəri, Lökbatan qəsəbəsi ünvanında yerləşən 600 kv metr torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi, həmçinin həmin torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərQaradağ rayon İcra Hakimiyyəti Başçısının 1199 saylı, 29.12.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Lökbatan qəsəbəsində 6 00 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış və torpaq sahəsinin cizgisi tərtib edilərək təsdiq edilmişdir. İddiaçı qeyd olunan ünvandakı torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin 01.03.2019-cu il tarixli iş № 2-1(81)-261/2019, (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.03.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.06.2019-cu il tarixli iş № 2-1(103)-1330/18 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 01 mart 2019-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ RİH başçısının 29 dekabr 2000-ci il tarixli 1999 nömrəli sərəncamına əsasən onun adına Bakı şəhəri Lökbatan qəsəbəsi ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə hə valə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli, 1999 nömrəli sərəncamına əsasən ona Lökbatan qəsəbəsi ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsi ayrılmış, həmin ərazinin görüntüsündə torpaq sahəsinin yeri və planı göstərilmişdir. Cavabdeh təşkilat sərəncamın əslini deyil, surətini təqdim etdiyini qeyd etsə də, əslində o, sərəncamın əslini təqdim etmişdir və qanun əsaslarda həmin torpaq sahəsi ona verilmişdir. Belə ki, o, sərəncamın surətini təqdim etmiş olsa belə cavabdeh təşkilat sərəncamın əslini tələb etməli idi. Belə ki, “Daşınmaz Əmlak ın Dövlət Reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq, dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunduğu kimi, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1999 nömrəli “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamı ilə onun adına 600 kvadrat metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşdiyi yerin və sahənin quruluşunun əks olunduğu yerin kosmosdan görüntüsü Qaradağ rayon İcra Hakimiyyəti memarı tərəfi ndən təsdiq edilmişdir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş şərtlər hazırkı iş üzrə mövcuddur. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydiyyata alınması və onun adına çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfındən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmas ının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Çıxarışın verilməsi ilə bağlı məsələlərlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məşğul olur. Hazırkı iş üzrə ona məxsus torpaq sahəsinin verilməsinə dair sərəncamın dövlət arxivində qeydiyyatın düzgün aparılmaması ona aid olmayan səbəbdən düzgün yazılmaması müəyyən edilməklə birinci instansiya məhkəməsi ədalətli qərar qəbul etsə də apelyasiya instansiya məhkəməsi tam əsasız və ədalətsiz qərar qəbul etmişdir. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarım pozulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan R espublikası Qanunun Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun tarixli, 2(103)-1330/2019 saylı qərarını ləğv edərək, iddiasının təmin edilməsi, iddiaçının adına Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli, 1999 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsi ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi, həmçinin həmin torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sa ylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçıvə cavabdehin nümayəndəsi məhkəmə iclasınagəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə sinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi K ollegiyası hazırkı iş üzrə qəbul etdiyi 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1330/2019 saylı qərarla, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2019-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ RİH başçısının 29 dekabr 2000-ci il tarixli 1999 nömrəli sərəncamına əsasən onun adına Bakı şəhəri Lökbatan qəsəbəsi ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qərarına gələrkən İnzi bati Prosessual Məcəllənin 14.2-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17-ci maddələrinə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.24-cü bəndinə istinad etməklə belə hesab etmişdir ki, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir, belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin (konkret maddənin hissələrini yazmadan), Mülki Məcəllənin 139-1.1-ci maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə pozulduğunu göstərsə də, həmin maddələrin iddiaçının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsinin konkret şəkildə nədən ibarət olmasını qeyd etməmişdir ki, bu da iddiaçının sözügedən dəlilinin deklarativ, formal və ümumi xarakter daşıdığı anlamına gəlir. Eyni zamanda iddiaçı kasasiya şikayətində biri digərinə zidd fikirlər (dəlillər) yazır, belə ki, iddiaçı göstərir ki, “Cavabdeh təşkilat sərəncamın əslini deyil, surətini təqdim etdiyini qeyd etsə də, əslində mən sərəncamın ə slini təqdim etmişəm və qanun əsaslarda (mətn kasasiya şikayətində yazıldığı kimi verilmişdir) həmin torpaq sahəsi verilmişdir. Belə ki, mən sərəncamın surətini təqdim etmiş olsam belə cavabdeh təşkilat sərəncamın əslini tələb etməli idi”. Burada xüsusi olaraq qeyd edilməlidir ki, ümumilikdə məhkəmə təcrübəsi göstərir ki, bu cür iddialarla məhkəməyə müraciət edən iddiaçılar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad edərkən həmin maddənin dispozisiyasında yazılmış çox mühüm və böyük əhəmiyyət kəsb edən müddəanı nəzərə almırlar, belə ki, həmin maddənin ayrılmaz tərkib hissəsini “qanunvericiliklə müəyyən olunmuş qaydada” müddəası təşkil edir ki, sözügedən müddəaya iddiaçılar əksər hallarda riayət etmir. Hazırkı halda iddiaçı adıçəkilən Sərəncamı (surətin i) təqdim etməklə, öz vəzifələrini bitmiş hesab edir, halbuki bu həmin qanunun 8.0.1-ci maddəsinə uyğun deyildir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qaradağ RİH başçısının 29 dekabr 2000-ci il tarixli, 1199 nömrəli “Fərdi yaşayiş evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamı kimi təqdim olunan materiala əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivi Baki filialının 19 dekabr 2018-ci il tarixli 506 nömrəli məktubuna görə, Qaradağ RİH-in arxiv fondu üzrə 29 dekabr 2000-ci il tarixli, 1199 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda iddiaçı barəsində heç bir məlumat aşkar edilməmiş dir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının 01 fevral 2019-cu il tarixli 239 nömrəli məktubu ilə təqdim edilmiş Qaradağ RİH başçısının 29 dekabr 2000-ci il tarixli, 1199 nömrəli sərəncamına əsasən, Lökbatan qəsəbəsi 2-ci massiv ev 47-də yaşayan İİ qrup Qarabağ müharibəsi əlili X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış 04 aprel 2018-ci il tarixli **********92 nömrəli məktubuna görə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestr indən çıxarışın verilməsinə dair ərizəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən Qaradağ RİH-in 29 dekabr 2000-ci il tarixli, 1199 saylı sərəncamı X2 filialında mövcuddur. Lakin həmin sərəncamda iddiaçı barəsində heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa, torpaq sahəsinə dair verilmiş yerləşmə cizgisi İdarəyə təqdim edilməmişdir və bu səbəblərdən ərizənin icrasının mümkün olmasıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün apelyasiya instansiyası məhkəməsi qanunvericilik normalarını düzgün təqdim etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra ha kimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pas portu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, “... Qanunun 10.2.1ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sə nədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil». Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini Məhkəməyə təqdim etməmişdir, onun belə bir əsas kimi istinad və təqdim etdiyi Qaradağ RİH başçısının 29 dekabr 2000-ci il tarixli, 1199 nömrəli «Fərdi yaşayiş evinin tikintisı üçün torpaq sahəsinin ayrılması haqqında» sərəncamı isə onun deyil, başqa şəxsin barəsində verilmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi a ktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)1330/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar