Məhkəmə qərarları › İş №2-1(102)-2824/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2824/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2824/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunmadan imtina) 04.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil ilə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(103)-2322/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraa tı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1986-cı il təvəllüdlü iddiaçı xx.xx.1993-cü il tarixində 7 saylı Xüsusi internat məktəbinə qəbul edilmiş və xx.xx.2001-ci il tarixdə həmin məktəbi bitirmişdir. 2. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 7 saylı Xüsusi internat məktəbinin arxiv sənədlərinə əsasən, iddiaçı oxuduğu müddət ərzində yay tətillərində daimi olaraq internat məktəbində qalmışdır. Arxiv sənədlərində onun hansısa ailə üzvü tərəfindən evə aparılması və ya ziyarət edilməsi barədə qeydə rast gəlinməmişdir.

3. İddiaçı mənzillə təmin olunması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtin asını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələri nin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. İddiaçı həmin sərəncamın qüvvəyə mindiyi tarixədək mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınmadığı səbəbindən onun mənzil təminatının icrası mümkün deyildir. Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. xx.xx.2021-ci il tarixindən sonra mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində yerli icra ha kimiyyəti orqanlarında uçota alınmış şəxslərin müraciətlərinə müvafiq qanunvericilik aktlarının qəbul ediləcəyi təqdirdə baxılması nəzərdə tutulmuşdur.

4. İddiaçı 2 nəfər ailə tərkibi (özü və oğlu) ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 42 nömrəli sərəncamına əsasən valideyn himayəsindən mərhum olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş və 1987-ci il ta rixdə Suraxanı rayon Körpələr evinə verilmişdir. İddiaçı 1993-cü ildə 7 saylı internat məktəbinə verilmiş, xx.xx.2001-ci il tarixində həmin məktəbi bitirib 1 nömrəli peşə məktəbinə daxil olmuş, 2003-cü ildə də həmin məktəbi bitirmişdir. İddiaçı xx.xx.2004-cü ildə hərbi xidmətə getmişdir və xidmətdən sonra dövlət orqanında işləyir. İddiaçı ilə birgə internat məktəbində oxuyan uşaqlar mənzillə təmin olunmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti iddiaçının adına sərəncam vermişdir. İddiaçı “Hepatit В” xəstəliyindən əziyyət çəkir, heç bir dərman ilə təmin olunmur, 2006-cı ildən qeydiyyatdadır. İddiaçı bu barədə cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamının qüvvəyə mindiy i tarixədək mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınmadığı üçün onun mənzil təminatının icrası mümkün deyildir. Ona sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməsi tövsiyə olunmuş və əlavə olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixindən sonra mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış şəxslərin müraciətlərinə müvafiq qanunvericilik aktlarının qəbul ediləcəyi təqdirdə baxılması nəzərdə tutulmuşdur. İddiaçı bugünədək mənzillə təmin olunmamışdır. Halbuki, bu, iddiaçının qanuni haqqıdır.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olu nan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində xx.xx.2023-cü il tarixində məzun kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində ümumi əsaslarla 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə dayanmışdır. İddiaçının tələbinin qanunvericilik baxımından əsaslı olmadığı nəzərə alınaraq, iddianın təmin olunmaması xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 15 fevral 2024-cü il tarixli, 2-1(112)-2783/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mənzillə təmin olunma öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qu ruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı isə, xx.xx.2023-cü il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə Bakı şəhəri Sura xanı rayon İcra Hakimiyyətində 2 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Məhkəmə hesab edir ki, həmin norma “yaxşı dövlət”, “sosial dövlət” və “dövlətin pozitiv öhdəlikləri” konsepsiyaları rəhbər tutulmaqla tətbiq edilməlidir.

10. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixli, 62 nömrəli əmrə əsasən 7 saylı Xüsusi internat məktəbini bitirməsi ilə bağlı şəhadətnamə verilmişdir. Odur ki, dövlətin qayğısı və himayəsində olan həssas təbəqə kimi iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot hüququ məhz qeyd edilən tarixdə yaranmışdır və qeyd edilən şəxslərin dairəsi (internat məktəbinin məzunları) məlumdur. Həmin şəxslərin müvafiq müraciəti olduğu təqdirdə bu hüquq da məhz uçot hüququnun yarandığı vax tdan təmin edilmiş olmalıdır. Odur ki, arzuolunandır ki, yerli icra hakimiyyətinin müvafiq sərəncamında uçot hüququnun yarandığı tarix göstərilmiş olsun. Lakin hazırkı işdə olduğu kimi, həmin norma yuxarıda qeyd edilən prinsiplərdən irəli gələrək Nazirlər Kabinetinin müvafiq sərəncamı qüvvəyə mindiyi tarixədək uçot hüququ olan və sərəncamın tarixindən sonra da uçota alınmış şəxsləri əhatə edir. Odur ki, qeyd edilənlərin məntiqi nəticəsi kimi, məhkəmə hesab edir ki, iddiaçı məhz xx.xx.2023-cü il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə uçota alınmış olsa da, həmin hüququ məktəbi bitirdiyi 2001-ci ildən yaranmışdır. Odur ki, Nazirlər Kabinetinin qeyd edilən sərəncamının təsir dairəsinə düşməsi üçün uçot tarixinin dəyişdirilməsi ilə bağlı yeni inzibati icraatın başlanmasını məhkəmə həddə n artıq formallıq kimi qiymətləndirir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Səadət Səlimova) 14 iyun 2024-cü il tarixli, 2-1(103)-2322/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən m əhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s nömrəli sərəncamı

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edil ən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi uş aqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisəsinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunu kimi mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir.

24. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların mənzillə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı isə, xx.xx.2023-cü il tarixdə məzun kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır.

25. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən gü zəştli əsaslarla yaşayış yeri üzrə uçota alınmış olsa da, dövlətin qayğısı və himayəsində olan həssas təbəqə kimi onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot hüququ məktəbi bitirdiyi 2001-ci ildən yaranmışdır, onun sözügedən sərəncamın təsir dairəsinə düşməsi üçün uçot tarixinin dəyişdirilməsi ilə bağlı yeni inzibati icraat başlanması həddən artıq formallıq kimi qiymətləndirilməlidir. Sözügedən sərəncam, onun qüvvəyə mindiyi tarixədək uçot hüququ olan və sərəncamın tarixindən sonra uçota alınmış şəxsləri də əhatə edir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, dövlət proqramları əsasında müəyyən kateqoriyadan olan şəxslərin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək cavabdehin vəzifələrinə aid edilmişdir. Cavabdeh həmin vəzifələrin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə bağlıdır və yalnız qanunvericiliklə müəyyən olunmuş şərtlər çərçivəsində bu kateqoriyadan olan şəxsləri yaşayış sahəsi ilə təmin etməyə məsuldur.

27. Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s nömrəli sərəncamı ilə müəyyən olunur.

28. İstinad olunan sərəncamın müvafiq müddəalarının həmin sərəncamın qüvvəyə mindiyi tar ixədək uçotda olan şəxslərə şamil olunduğu sərəncamda birmənalı olaraq təsbit edilmişdir. Yəni sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması həmin şəxslərin sərəncamın qüvvəyə mindiyi tarixədək müvafiq icra hakimiyyəti orqanında uçotda olması ilə şərtləndirilmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının sərəncam qüvvəyə mindikdən sonra uçota durduğu görünür və iddiaçı özü də bunu inkar etmir.

29. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, bu qəbildən olan mübahisələrin həlli zamanı şəxsin sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunu kimi yaşayış sahəsi ilə təmin ol unması institutunun məqsədi və təyinatı xüsusi olaraq nəzərə alınmalı, aşağı məhkəmələrin iddianın maddi hüquqi əsası kimi istinad etdiyi normalar da bu prizmadan təfsir (teleoloji təfsir) olunmalıdır.

30. Nəzərə almaq lazımdır ki, həmin hüquq institutunun məqsədi hər şeydən əvvəl valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qeyd olunan təhsil müəssisələrini bitirmiş və yaşayış sahəsinə, eləcə də dövlətin qayğısına və yardımına ehtiyacı olan şəxslərə dəstək olmaqdan ibarətdir. Burada həlledici məqam sözügedən təhsil müəssisəsini bitirmiş şəxsin ümumiyyətlə məzun olması deyil, həmin məzunun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs statusuna malik olmasıdır. Odur ki, həmin institutun təyinatı və mahiyyəti baxımından valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qeyd olunan təhsil müəssisələrini bitirmiş şəxsin hüququnun yarandığı tarixdən onun həmin hüququnun təmin olunması ilə bağlı müraciət etdiyi tarixədək keçən zaman kəsiyi xüsusi əhəmiyyət daşıyır. Hazırkı işdə iddiaçı hüququnun 2001-ci il tarixdə yaranmasına rəğmən, həmin tarixdən 22 il keçdikdən sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs qismində yaşayış sahəsi ilə təmin olunmasını tələb edir. İddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi qeyd olunan institutun mahiyyətinə və məqsədinə zidd olardı.

31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.

32. Nəticə etibarı ilə, kassasiya şikayət i təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 21(103)-2322/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar