Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2826/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “qərar və protokolların məhkəmə müstəvisində həll olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)2459/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş qərar və protokolların məhkəmə müstəvisində həll olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 28 fevral 2024-cü il tarixli, 2-1(112)-7135/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın dəyişdirilməsi və ya ləğv olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oru czadə və G.M.Abbasova) 30 may 2024-cü il tarixli, 21(103)-2459/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı 24 iyun 2024-cü il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 28 iyun 2024-cü il tarixli, 21(103)-2459/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verməsi üçün iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi vəzifə si Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 01 iyul 2024-cü il tarixdə iddiaçıya və Vəkillər Kollegiyasına göndərilmiş, vəkil tərəfindən iddiaçı hüquqi yardım barədə 11 iyul 2024-cü il tarixli order yazılmışdır.
8. İddiaçının vəkili elektron kabinet vasitəsilə 26 iyul 2024-cü il tarixdə qərardaddan kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
9. İddiaçının vəkili müddətin bərpa edilməsi barədə ərizəsində bildirmişdir ki, iddiaçı barəsində çıxarılmış məhkəmə aktları ona təqdim edilmiş, iş materialları ilə tanış olmuş və bunun əsasında kassasiya şikayəti hazırlamış və iddiaçının adına olan ASAN imza vasitəsilə imzalamışdır. Lakin bu müddətədək qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət öt ürüldüyündən müddətin bərpa olunmasını xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl ol unmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümk ün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
12. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
13. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və mü ddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
15. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının dövlət hesabına vəkillə təmin olunması ba rədə 28 iyun 2024-cü il tarixli qərardadı 01 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş və 11 iyul 2024-cü il tarixdə iddiaçıya vəkil təyin edilmişdir (vəkil orderi həmin tarixdə verilmişdir). Belə olan halda, iddiaçıya münasibətdə apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət axımı həmin tarixdən hesablandıqda, şikayət vermə müddəti 20 iyul 2024-cü il tarixdə bitmişdir və bu tarix qeyri-iş gününə düşdüyündən şikayət verilməsinin son günü 21 iyul 2024-cü il tarixi hesab edilməlidir. Buna baxmayaraq, iddiaçı 26 iyul 2024-cü il tarixdə kassasiya şikayətini elektron kabinet vasitəsilə təqdim etmiş, beləliklə də apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayət i verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür. İddiaçının vəkili də prosessual müddətin bərpası barədə ərizə verməklə bunu etiraf edir.
16. İddiaçının vəkilinin prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin bərpa edilməsi barədə ərizə ümumiyyətlə əsaslandırılmamışdır. Halbuki, İPM-in 24-cü maddəsinin tələbinə görə, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə əsaslandırılmalı və bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikay əti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddət bərpasına dair ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-2459/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.