Məhkəmə qərarları › İş №2-1(102)-2827/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2827/2019

29.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2827/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2827/19 Bakı şəhəri 29 dekabr 2019-cu il 29.12.2019 Açar sözlər: dövlət təhlükəsizlik xidmətinin əməkdaşına pensiyanın hesablanması zamanı əlavələrin nəzərə alınıb-alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 16 aprel 2019-cu il tarixli, 2-1(103)-590/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətdə fərqlənməyə görə 50 faiz, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə xidmət dövrü verilən əmək haqqına olan əlavə məxfiçilik pulu nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 25 yanvar 1996-cı il tarixdən 31 yanvar 2016-cı il tarixədək cavabdeh orqanda hərbi xidmətdə olmuşdur. Onun pensiyası hesablanarkən peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşına aldığı 50 faiz əlavə və məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə xidmət dövrü verilən əmək haqqına 15 faiz əlavə məxfiçilik pulu nəzərə alınmamışdır. İddiaçı 25 iyul 2018-ci il tarixdə cavabdehə müraciət edərək həmin əlavələrin əmək pensiyasına hesablanması barədə məlumat vərəqəsinin verilməsini xahiş etmiş, cavabdeh isə onun hərbi xidmətdən buraxıldığı vaxtda həmin əlavələri almamasını əsas gətirməklə imtina etmişdir. Cavabdeh iddia əriz əsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldıqları tarixdə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və artımlar da nəzərə alınmaqla vəzifə maaşına hesablanan digər əlavələrdən ibarətdir. İddiaçı hərbi xidmətdən buraxıldığı dövrdə məxfiçiliyə, peşəkarlığa və fərqlənməyə görə əlavələri almadığından və təminat xərcliyi vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası və məharət dərəcəsinə görə əlavədən ibarət olduğundan onun barəsində məlumat vərəqəsi də göstərilənlərə uyğun olaraq 22 yanvar 2016-cı il tarixdə t ərtib olunmaqla Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2-1(82)4095/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı ehtiyata buraxılmazdan qabaq xidmət dövrü verilən əmək haqqına xidmətdə fərqlənməyə görə aldığı 50 faiz və məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə 15 faiz əlavə məxfiçilik pulu onun məlumat vərəqəsində əmək pensiyasına nəzərə alınmamış, cavabdeh isə göstərilən öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddi a tələbinin qismən təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2-1(103)-590/2019 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vüsalə Baxışova və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – iddiaçının məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə xidmət dövrü verilən əmək haqqına olan əlavə məxfiçilik pulu nəzərə alınmaqla yenidən hesablanması və müəyyən olunmuş qaydada məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmi ş, iddia həmin hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xidmətdə olduğu və eləcə də sərəncamda olduğu dövrdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləməyə görə əlavə almamışdır. Bu səbəbdən, göstərilən əlavə onun məlumat vərəqəsində öz əksini tapmamış, birinci instansiya məhkəməsinin həmin əlavənin onun məlumat vərəqəsində göstərilməli olmasına dair qanunsuz nəticəyə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1, 2-ci bəndləri, “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikası Qanunun 1.0.5, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 10.2, 15.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, 2015-ci ilin yanvar ayınadək Suraxanı rayon İdarəsinin rəisi vəzifəsində, 2015-ci ilin yanvar ayından etibarən isə X2 Mərkəzinin rəisi vəzifəsində çalışmışdır. Həmin dövrdə X1 yeni yarandığından onun nizamnaməsi Maliyyə Nazirliyi tərəfindən razılaşdırılmış qaydada təsdiq edilməmiş və bu səbəbdən iddiaçı həmin dö vr üzrə məxfiçiliyə görə vəzifə maaşına əlavəni özündən asılı olmayan səbəbdən ala bilməmişdir. Lakin, hazırda həmin vəzifədə çalışan şəxs və idarənin digər işçiləri məxfiçiliyə görə əmək haqqına əlavəni alırlar. Cavabdeh təşkilatda xidmət etydiyi dövr ərzində məxfi məlumatlarla işlədiyindən, apellyasiya məhkəməsinin onun əmək haqqına məxfiçiliklə bağlı əlavənin yalnız son bir il ərzində aparılmaması səbəbindən iddianın həmin hissədə təmin edilməməsinə dair gəldiyi nəticə əsassız olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 3 may 2019-cu il tarixli, 198 saylı Sərəncamının 1.2-ci bəndinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıd akı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə İdarəsinin 27 dekabr 2018-ci il tarixli, 21/1732 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 22 yanvar 2015-ci il tarixdən 28 oktyabr 2018-ci il tarixədək keçmiş MTN-in X2 Mərkəzinin rəisi vəzifəsində hərbi xidmətdə olduğu dövrdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımının (qeyd edilən dövr üçün qüvvədə olan normativ hüquqi aktlara əsasən) ödənişi tərəflərindən aparılmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəmə hesab etmişdir ki, iddiaçı xidmətdə olduğu və eləcə də sərəncamda olduğu dövrdə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləməyə görə əlavə almadığı ndan, həmin əlavənin onun məlumat vərəqəsində göstərilməməsi qanuni olmuşdur. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinə görə, işlədiyi vəzifələrdə qeyd edilmiş əlavəni almış, lakin 2015-ci ilin yanvar ayından etibarən isə X2 Mərkəzinin rəisi vəzifəsində çalışdığı dövrdən müvafiq qanunvercilik təsdiq edilmədiyindən həmin dövr üzrə məxfiçiliyə görə vəzifə maaşına əlavəni özündən asılı olmayan səbəbdən ala bilməmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rüt bə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Müddəanın tələblərindən göründüyü kimi, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı məsələlərin həlli zamanı nəzərə alınmalı olan pul məbləği təminat xərcliyində əks olunmalıdır. Təminat xərcliyinin zəruriliyi Qanunun 20.1.11-ci və ona müvafiq olaraq 9.5 və 20.14-cü maddələrində əks olunmuşdur. Həmin maddələrin ümumiləşdirilmiş mənası onunla bağldıır ki, hərbi qulluqçuların pensiyalarına qulluq stajına görə əlavələrin məbləğinin təminat xərcləyində göstərilmiş məbləğin müvafiq faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən isə, hərbi xidmət müddətinin və təminat xərcliyi nin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Nazirlər Kabineti)tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın: - 1-ci bəndinə əsasən, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (...) xidmət edən hərbi rütbəli şəxslərə (...) əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesabla nması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - 3-ci bəndinə əsaəsn, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların (...) müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; - 4-cü bəndinə əsasən, hərbi qull uqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlartərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Bu normalarda isə təminat xərcliyinin bir halda pensiya hüququ ilə təmin olunan şəxsin mütaciəti əsasında pensiyanın təyin edilməsi zamanı, digər halda isə təminat xərcliyində baş vermiş artımlar olduqda təminat xərcliyinin həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi müəyyən edilmişdir. Habelə, “Kəşfiyyat və əks-kəşfiyya t fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə müəyyən edilmişdir ki,«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. Qanunvericiliyin sadalanmış müddəalarının tələblərinə görə, iddiaçının pensiyasının hesablanması zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təminat xərcliyi barədə məlumatların təqdim edilməsi zəruri olmuşdur ki, həmin məlumatda hərbi qu lluqçunun xidmətdən buraxıldığı günə vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrin məbləğləri göstərilməlidir. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə belə məlumat təqdim edilərkən məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıcıyıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyət fəaliyyəti subyektləri əməkdaşlarınin vəzifə maaşına ödənilən əlavə göstərilməmişdir. Qeyd edilmiş əlavənin alınması qanunvericilikdə aşağıdakı kimi müəyyən edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-ci maddəsinə əsasən, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlə ri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli qərarı ilə “Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıcıyıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyət fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarının artımların ödənilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2 və 3-cü bəndlərinin mənasında görə, müvafiq məxfilik dərəcəsi olan sənədlərlə və ya məlumatlarla işləmək nəzərdə tutulan vəzifələrin siyahısı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbərlərinin əmrilə təsdiq edilməli, məxfilik dərəcəsindən asılı olaraq vəzifə maaşının müvafiq f aiz nisbinə uyğun olaraq (20,15 və 10%) ödənilməsi müəyyən olunmuşdur. Qaydaların 6-cı bəndində həmin artım ödənilməsini istisna edən hallar sadalanmışdır ki, onlara tutduğu vəzifədən azad edilmiş və ya sərəncamda olan şəxslər aiddir. Maddələrin tələblərinə görə, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən müvafiq əməkdaşlara vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir ki, sonuncunun qəbul etdiyi qərarla təsdiq edilmiş Qaydalarda məxfilik dərəcəsindən asılı olaraq vəzifə maaşının müvafiq faiz nisbinə uyğun olaraq ödənişlərin aparılması göstərilmişdir. Lakin ödəşlərin aparılmasını nəzərdə tutulan subyektlərin dairəsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbər lərinin əmrilə müəyyən edilməlidir. Bu qayda isə o anlamı yaradır ki, istinad edilən əlavəni alan şəxsləri dairəsi tutduğu vəzifədən asılı olaraq məhdudlaşıdırlmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məxfi sənədlərdən göründüyü kimi, qeyd edimiş qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Mülli Təhlükəsizlik Naziri tərəfindən qəbul edilmiş əmrlə müvafiq vəzifələrin siyahısı təsdiq olunmuşdur ki, həmin siyahıda X2 Mərkəzinin rəisləri və onların müavinləri göstərilməmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı xidmətdən tərxis olunan günəkeçmiş Azərbaycan Respublikası Mülli Təhlükəsizlik Nazirliyinin X2 Mərkəzinin rəisi vəzifəsində işləmişdir və istinad edilən əlavəni almamışdır. Bununla da, məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, tərtib edilmiş təmina t xərcliyinə dair məlumatda iddiaçının xidmətdən tərxis olunan günə aldığı bütün pul məbləğli əks etdirməli olduğundan, bu məbləğə isə iddiaçının məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən şəxs kimi alınan müvafiq əlavə daxil olmadığından, apellyasiya məhkəməsinin nəticəsi qanunamüvafiq hesab olunmalıdır. Hazırda həmin vəzifədə çalışan şəxsin və idarənin digər işçilərinin məxfiçiliyə görə əmək haqqına əlavənin alınması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş qanunvericliyin tələblərindən göründüyü kimi, müvafiq əlavələrin alınmasının hüquqi əsaslarından birini kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbərlərinin əmri ilə təsdiq olunan siyahı təşkil etdiyindən, iddiaç ının artıq işləmədiyi dövrdə X2 Mərkəzinin rəis və əməkdaşlarının vəzifələrinin həmin siyahıya daxil edilməsi istisna olunmur. Lakin bu hal, mövcud olduqda belə, iddiaçıya münasibətdə təminat xərcliyinə dair məlumatda əks etdirilməsi üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Çünki istinad edilmiş qanunvericlikdə həmin əlavənin alınması tələbi bütün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə şamil edilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-n in 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2-1(590/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar