Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2827/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa tarixinin düzgün göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Eks pertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(103)-2381/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı “Sol pəncənin daban nahiyyəsinin güllə yaralanmasından sonrakı kobud kelloid çapıqları. Sol aşağı ətrafın əzələ zəifliyi. Sol aşağı ətrafın hissi və hərəki pozğunluğu” diaqnozu əsasında 22 mart 2005-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. 2. xx.xx.2021-ci il tarixdə İddiaçı əlilliyi qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina edilmişdir.
3. Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 oktyabr 2021-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
4. İddiaçı əlilliyi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilmiş və “diaqnozun əlillik əlaməti təyin etmir” əsası ilə imtina edilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 mart 2023-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi” vəzifəsinin cavabdehin üzərində qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 yanvar 1994-cü il tarixdə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə getmiş və N saylı döyüşən hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 20 aprel 1994-cü il tarixdə toplanış keçirilərkən yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-H əkim Komissiyası tərəfindən “sol ayağının daban və pəncə nahiyələrinin kor qəlpə yaralarından sonrakı aşıq daban oynağı nahiyəsində və birinci barmaq nahiyəsində dəri çapığı və funksiyasının pozulmaması” diaqnozu qoyulmuşdur. Buna görə də, 05 may 1994-cü il tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidməti başa vurmuşdur. xx.xx.2005-ci il tarixində tibbi-sosial ekspert komissiyasında müayinə aktından 880270 №-li çıxarışa əsasən, İİ qrup əlilliyi təsdiqlənmiş, müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, sonra ona müvafiq orqan tərəfindən pensiya ödənilməsi dayandırılmışdır. Daha sonra “Müddətdən artıq hərbi xidmət keçməsi ilə əlaqədar pensiya təyin edilməsi üçün tərəfindən Müdafiə Nazirliyinə müraciət edilmiş, lakin həmin fakt təsdiq olunmadığın dan pensiya təyin olunmasından imtina edilmişdir. Faktla bağlı Bakı şəhər Pirallahı Rayon Məhkəməsinə müraciət etmiş, qeyd edilən iş üzrə 17 fevral 2016-cı il tarixində məhkəmə tərəfindən çıxarılan qətnamə ilə ərizəsi təmin olunmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməyi müəyyən olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilsə də, məhkəmə şikayəti əsassız hesab edərək, rədd etmiş, Pirallahı Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. İddiaçı 20 aprel 1994-cü il tarixində toplanış keçirilərkən yaralanmış, 20 aprel 1994-cü il tarixindən 02 may 1994-cü il tarixinə kimi N saylı hərbi hissənin tibb məntəqəsi ndə müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 09 mart 2000-ci il tarixli qərarı qəbul olunmuş, səhhətində yaranan problemlərin “hərbi travma” olması təsdiqini tapmışdır. Səhhətində yaranan bu problemləri getdikcə daha da ağırlaşmış, əmək qabiliyyətinin itirilməsi dərəcəsinə gətirib çıxarmışdır. Bu səbəbdən əlillik dərəcəsi almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Sol pəncənin daban nahiyəsinin güllə yaralanmasından sonrakı kobud-kelloid çapıqları. Sol ətrafın əzələ zəifliyi, sol aşağı ətrafın hissi və hərəki pozğunluğu” diaqnozu qoyularaq, əməyə qadir olmadığı təsdiqlənmişdir. Həmin arayışa əsasən, Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, 08 dekabr 2021-ci il tarixli məktubla müraciəti əsassız hesab edilmişdir. Cavabdeh tərəfindən inzibati hüquq normasının tələblərinə riayət olunmamışdır. Beləliklə, işin qeyd olunan halları onu deməyə əsas verir ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur.
8. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın, həmçinin cavabdehin 17 oktyabr 2021-ci il tarixli və 15 mart 2023-cü il tarixli qərarların iddiaçıya aid hissədə ləğv edilməsini, müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəmən in protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir ki, bu da tam qanuni və əsaslı olmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-706/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi barədə qərarı, həmçinin cavabdehin 17 oktyabr 2021-ci il tarixli və 15 mart 2023-cü il tarixli qərarları iddiaçıya aid hissədə ləğv edilmiş, İddiaçı müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza v ə Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yeni göndərişin göndərilməsinə və əlillik vəziyyətinin yenidən yoxlanılmasına zərurət mövcud olmamış, cavabdeh heç bir əsaslı səbəb olmadan ekspert rəyindən də görünür ki, xəstəlik mövcud olduğu halda həmin xəstəliyə görə təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, müddətsiz əlilliyin təyinatına əsas verən xəstəlik hazırda iddiaçıda mövcud olduğu üçün əlilliyin təyinatının ləğv edilməsi barədə qərarların ləğvinə dair qanuni və əsaslı iddia ilə məhkəməyə müraciət etmişdir.
13. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelya siya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(103)-2381/2024 nömrəli qərarı (hakimlər X2 (məruzəçi), X5 və X3) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-706/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, iddiaçıya qoyulmuş diaqnozların nəticəsindən aydın olur ki, iddiaçı barəsində göndərişlər, habelə aparılmış müayinələr əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün ona tam əsaslı olaraq əlillik təyinindən imtina edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qə rarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanu nu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələ blər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın, həmçinin cavabdehin 17 oktyabr 2021-ci il tarixli və 15 mart 2023-cü il tarixli qərarların ona aid hissədə ləğv edilməsinə, müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinə yönəlmişdir.
26. Birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi ilə razılaşsalar da, cavabdeh iddiaçının iddia tələbinin əsassız olması qənaətindədir. Qeyd edilir ki, iddiaçıda olan diaqnozlar əlillik təyin edilməsi üçün əsas vermir.
27. Məhkəmə kollegiyası cava bdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də əyani müayinəsi zamanı “Odlu silahla yaralanmadan sonra, sol açıq-baldır oynağının iç və İ ayaq barmağının iç səthlərində çapıq toxumaları. Sol daban sümüyünün arxa-yuxarı hissəsində deformasiyalı döynəklə bitişmiş sınığı, sol qamış sinirinin travmadan sonra mononeyropatiyası, pəncənin parezi. L4-L5 S1 transpedikulyar fiksasiyası L5 fəqərəsinin laminektomiyadan sonra vəziyyəti bel fəqərələrinin osteoxondrozu, irradiasiya verən kəskin kölcük ağrı sindormu. Sol aşağı ətrafın əzələ zəifliyi. Daimi ağrı sindromu və dayaqhərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması xəstəlikləri (S91.0, Y36.2, İ91.0, G73.4, S84.0, S33.0, M42.9, M34. 1, M62.5, R52.2, R26.8) diaqnozları müəyyən edilmişdir.
28. Bu diaqnoz iddiaçıya 22 mart 2005-ci il tarixdə ilk dəfə olaraq əlilik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynidir (iş vər 55).
29. Göründüyü kimi iddiaçının hazırki faktiki sağlamlıq vəziyyəti ilkin əlillik təyin edildiyi dövrdə əliliyin təyininə əsas verən diaqnozla uyğunluq təşkil edir. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.
30. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əvvəllər müəyyən olunmuş müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı məhkəmələrin mövqeyi qanuni olmamışdır.
31. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə əlilliyi qiymət ləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina edilmiş, iddiaçının müraciəti əsasında aparılmış əlavə əyani müayinə nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 oktyabr 2021-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
32. Lakin iddiaçı imtina ilə bağlı 27 sentyabr 2021-ci il və 17 oktyabr 2021-ci il tarixdə inzibati orqan tərəfindən qəbul edilmiş aktı (qərarı) məhkəmə qaydasında mübahisələndirməmişdir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TS EK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 34. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
35. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati aktlar mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir.
36. Belə olan halda bərpa edilməli olan əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi barədə iddiaçının tələbi qəbul edilən sayıla bilməz.
37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əlilliyin müəyyən olunması ilə bağlı şəxs barəsində bir neçə tibbi göndərişin verilməsinə baxmayaraq hər dəfə əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdə və maraqlı şəxs yalnız sonuncu tibbi göndəriş əsasında cavabdehin imtina qərarında n sonra məhkəməyə müraciət etdikdə cavabdehin əvvəlki imtinaları mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki tibbi göndərişlərə görə deyil, məhz sonuncu göndəriş üzrə imtina qərarı nəzərə alınmaqla müəyyən edilməlidir. 38 Hazırki iş üzrə də eyni yanaşma tətbiq edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı əvvəlki qərarı mübahisələndirmədiyindən əlilliyin bərpası əvvəlki imtina əsasında deyil, məhz sonuncu imtina nəzərə alınmaqla aparılmalıdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əlilliyin bərpa olunması hissəsində apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, həmin hissədə şikayət təmin edilməməli, a pellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının əlilliyinin bərpa olunması tarixi dəyişdirilərək sonuncu imtina qərarının verildiyi 03 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 21(103)-2381/2024 saylı qərarı cavabdehin 17 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi hissəsində dəyişdirilsin. İddiaçı X1 03 yanvar 2023-cü il tarixdən əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.