Məhkəmə qərarları › İş №2-1(102)-2828/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2828/2019

05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2828/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:57 (55+2) yaşdan güzəştli pensiya giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai r ayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1597/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 3 fevral 1962-ci il tarixdə anadan olmuşdur. O, 01.09.1979-cu ildə Göyçay rayon 106 nömrəli kənd texniki peşə məktəbinə daxil olmuş və 22.07.1980-ci ildə təhsil müddəti bir il olan həmin məktəbi traktor və avtomobil çilingəri peşəsi üzrə bitirmişdir. İmtahan komissiyasının qərarı ilə iddiaçıya 3-cü dərəcəli çilingər ixtisası verilmişdir. 02.10.1980-ci ildən 16.11.1 982-ci ilədək hərbi xidmətdə olmuşdur. SOCAR tərəfindən verilən arxiv arayışında qeyd edilmişdir ki, ARDNŞ-nin əmrinə əsasən “Azərneftyağ” X11 01.01.2015-ci il tarixdən Heydər Əliyev adına Bakı X15na qoşulmaqla fəaliyyətinə xitam verilməsi ilə əlaqədar Təhvil aktına əsasən “Azərneftyağ” X15 işəgötürəninin öhdəlikləri Heydər Əliyev adına Bakı X11 direktoruna verilmişdir. İddiaçı 18.06.1992-ci ildən 27.02.2015-cı ilədək “Azərneftyağ” X12, 02.03.2015-ci ildən indiyədək Heydər Əliyev adına X12 işləyir. 18.06.1992-ci il tarixindən 22.09.2006-cı ilədək “Azərneftyağ” NEZ-in 7 N-li texnoloji sexində, yanacaq istehsalında, 2 N-li sexdə texnoloji avadanlığın təmiri və xidməti üzrə çilingər, növbətçi-çilingər peşəsində işləyib. Bu peşə “Əmək pensiyaları haqqında” Qanunun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 14 il, 03 ay, 04 gün təşkil edir. Cavabdehin iddiaçıya ünvanladığı 11 fevral 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə şöbənin pensiya təyinatı komissiyasında baxılmışdır. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. “Əmək pensiyaları h aqqında” Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Tələb olunan güzəştli iş stajı olm adığı üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı 12 mart 2019-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, 3 fevral 2019-cu il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə 15 il 10 ay iş stajı var. İddianın maddi hüquqi əsası kimi Konstitusiyanın 149, “Əmək pensiyaları haqqında” Qanunun 9, 67-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-1552/2019 saylı iş) 7 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, 3 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininqərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8-məruzəçi, X7 və X5, 2-1(103)1597/2019 saylı iş) 25 iyun 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri yaş həddinə çatmış və qanunla müəyyən edilmiş həm ümumi-25 il sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərər li və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajına malikdir. Cavabdeh 8 iyul 2019-cu il tarixdə qərarın surətini almış, 19 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına (01.07.2017-ci il tarixdən 60 yaşına) çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı pensiya hüququnun 01.01.2006-ci il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla yarandığını bildirir. Həmin Qanuna əsasən 52 yaşdan yaşa görə güzəştli şərtlərlə əmə pensiyası hüququ 3 zəruri şərtin yerinə yetirilməsi ilə mümkün olur. 20 ildən çox ümumi stajın, 10 ildən çox 1 nömrəli siyahı üzrə güzəştli stajın və 52 yaşın tamam olması zəruridir. Nazirlər Kabinetin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda, Nazirlər Kabinetin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olam işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəriciləri”ndə peşələrdə azı 10 il əmək stajının olması iş materialları ilə təsdiqlənmir. İddiaçının qeyd olunan illərdə işlədiyi peşələr Nazirlər Kabinetin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilməmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qər ar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 3 fevral 1962-ci ildə anadan olmuşdur. İddiaçı hesab edir ki, ona 57 yaşdan (3 fevral 2019-cu ildən) güzəştli şərtlə pensiya təyin edilməlidir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Cavabdeh imtinasını və kassasiya şikayətinin dəlilini “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan 9.1-ci maddəsi (iddiaçının 60 yaşının olmaması) ilə əsaslandırmış, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda olmadığını bildirmişdir. Əmək kitabçasından, həmçinin iddiaçının diplom və hərbi biletindən görünür ki, o, 1979-1980-ci illərdə 106 nömrəli kənd texniki peşə məktəbində oxumuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının 1979-1980-ci illərdə təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının tə yin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsində qeyd edilir ki, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü də daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir. İşdə olan sənədlərlə təhsil, hərbi xidmət dövrü də daxil olmaqla iddiaçının 1 yanvar 2006-cı ilədək ən azı 25 il ümumi stajı olması təsdiq edilir. - SOCAR X11 25 yanvar 2019-cu il tarixli arayışına əsasən, iddiaçı 18.06.1992-ci il tarixdən 22.09.2006-cı ilədək “Azərneftyağ” NEZ-in 7 N-li texnoloji sexində, yanacaq istehsalında, 2 N-li sexdə texnoloji avadanlığın təmiri və xidməti üzrə çilingər, nö vbətçiçilingər peşəsində işləmişdir və bu peşə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 14 il, 03 ay, 04 gün təşkil edir. Əmək kitabçasında olan məlumatlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar ın, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşə Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölmədə 10.5-ci bənddə texnoloji avadanlığın təmiri və xidməti üzrə çilingər, növbətçi-çilingər peşəsi kimi qeyd edilmişdir. İddiaçının 1 yanvar 2006-cı ilə qədər əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə ən azı 12 il 6 ay işləməsi əmək kitabçasında olan məlumatları və iş yerinin arayışı ilə təsdiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin e dilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağı r olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə istər 55 yaşdan, istərsə də 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin ümumi stajı 25 ildən, güzəştli şərtlə pensiya hüququ verən xüsusi stajı 12 il 6 ayda n az olmamalıdır. İddiaçıya münasibətdə hər iki hal, yəni həm ümumi stajının 25 ildən az, güzəştli şərtlə pensiya hüququ verən xüsusi stajın 12 il 6 aydan az olmaması təsdiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər iddiaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən xüsusi stajı mövcud olduğundan, yalnız onun 57 yaşı olan vaxtı güzəştli şərtlə pensiya hüququ yaranmış olur. İddiaçının 57 yaşı tamam olan vaxt onun 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. İddiaçının 57 yaşı 3 fevral 2019-cu ildə yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Bəhs edilənlərə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququn yaranan gündən, yəni 3 fevral 2019-cu il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan bu hissədə şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddia tələbi iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüqu qun yaranan gündən, yəni 03 fevral 2019-cu il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə olmuş, məhkəmə icraatı zamanı iddianın dəyişdirilməsi barədə ərizə verilməmişdir. Lakin birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində iddia tələbində olmayan yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını qeyd etmiş, apellyasiya məhkəməsi də bəhs olunan hüquq pozuntusuna münasibət bildirməmişdir. Odur ki, bu hissədə şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabde h Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1597/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv olunsun. Qərar güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranan gündən, yəni 3 fevral 2019-cu il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar