Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2829/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2019-cu il 18 iyun tarixli 21(103)-1587/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1957-ci il.xx.xx. tarixdə doğulmuş, 1977-ci il 13 iyul tarixdən 1985-ci il 4 iyun tarixədək Azərbaycan SSR Ticarət Nazirliyi ünvan 1 mağazasında satıcı işləmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 7 may tarixli 2(01082)2061/2018 nömrəli qətnaməsi ilə iddiaçının 1985-ci il 23 iyul tarixdən 1992-ci il 15 avqust tarixədək ünvan 2 fəhlə işləməsi faktı müəyyən edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 28 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qanunvericiliklə tələb olunan 12 il sığorta stajının olmaması və stajın arxiv arayışı ilə müəyyən edilmədiyi göstərilmişdir. İddiaçı 2018-ci il 24 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək arxiv arayışında qeyd olunan iş illərinin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1977-ci il 13 iyul tarixdən 1985-ci il 4 iyun tarixədək Azərbaycan SSR Ticarət Nazirliyi ünvan 1 mağazasında satıcı işləmişdir. Həmin dövrdə işləməsi 2017-ci il 12 oktyabr tarixli Arxiv arayışı ilə təsdiq edilir. Bundan əlavə, iddiaç ının 1985-ci il 23 iyul tarixdən 1992-ci il 15 avqust tarixədək ünvan 2fəhlə işləməsi faktı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 7 may tarixli 2(01082)-2061/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 7, 31-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 fevral tarixli 2-1(82)928/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1977-ci il 12 iyul tarixdən 1985ci il 4 iyun tarixədək Azərbaycan SSR Ticarət Nazirliyi “ünvan 2 2 nömrəli mağazasında satıcı, 1985-ci il 23 iyul tarixdən 1992-ci il 15 avqust tarixədək ünvan 2fəhlə işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəz ərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1977-ci il 13 iyul tarixdən 1985-ci il 4 iyun tarixədək Azərbaycan SSR Ticarət nazirliyi ünvan 1 mağazasında satıcı işləməsi 2017-ci il 12 oktyabr tarixli arxiv arayışı ilə təsdiq edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyun tarixli 2-1(103)-1587/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 10 iyul tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 19 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə əsasən, apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin edərkən işi tam, hərtərəfli və obyektiv aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, aparılmış araşdırma nəticəsində iddiaçının sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. Əmək pensiyası hüququnu zəruri edən vacib şərtlərdən biri tələb olunan iş stajının olmasıdır. İddiaçının əmək kitabçası əsasında həmin illərin iş stajı təsdiqini tapmadığından qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamışdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün he sab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 7-ci ma ddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. İddiaçının 1957-ci il.xx.xx. tarixdə doğulduğu və 2017-ci il 12 mart tarixədək 12 ildən artıq sığorta stajına malik olduğu nəzərə alındıqda, “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən 2017-ci il 1 2 mart tarixdə ödənilmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və mübahisələndirilən 1977-1985-ci illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1972-ci il 3 avqust tarixli, 590 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 117-ci maddəsinin “q” bəndinə əsasən, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda iş stajı arxiv müəssisələrinin arayışları ilə təsdiq olunur. Digər tərəfdən, istinad edilən arayışdakı məlumatları cavabdehin qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə də uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün ba xılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Apellyasiya in stansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyun tarixli 2-1(103)-1587/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2829/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2829/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver