Məhkəmə qərarları › İş №2-1(102)-2829/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2829/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2829/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının qulluq stajına görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)620/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və 18 il 25 gün hakimlik stajına uyğun olaraq vəzifə maaşı və hakimlik stajına görə vəzifə maaşına 45% əlavə nəzərə alınmaqla orta aylıq əməkhaqqının 80%-i miqdarında hesablanmışdır.

2. Əlilik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən iddiaçıya pensiya ödənişi dayandırılmışdır. 3. xx.xx.1957-ci il təvəllü dlü iddiaçının müvafiq müraciəti əsasında əmək pensiyasının növü dəyişdirilərək xx.xx.2022-ci il tarixdən ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-8/2-A-205/2023 nömrəli arayışda qeyd edilmişdir ki, rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-ci il tarixdən 2485 manat təşkil edir, eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. İddiaçıya hakim işlədiyi dövrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məzuniyyətə çıxdıqda iki aylıq əmə khaqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. İddiaçının hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən onların 3%-i miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-8/2-207/2023 nömrəli arayışda qeyd edilmişdir ki, arxiv sənədlərinə baxış keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin x x.xx.1994-cü il tarixli, 844 nömrəli qərarı ilə Tovuz Rayon Məhkəməsinin sabiq sədri olmuş iddiaçıya beşinci ixtisas dərəcəsi verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli, 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə 1993-cü il yanvarın 1-dən beşinci ixtisas dərəcəli hakimlərə minimum əməkhaqqının 1 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. İddiaçıya əməkhaqqı hesablanarkən vəzifə maaşına 1996-cı ilin iyun ayından 2000-ci ilin sentyabr ayınadək beşinci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə haqq ödənilmişdir.

6. İddiaçı cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsini xahiş etmi şdir.

7. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının vəzifə maaşından əlavə, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əməkhaqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə ona az ödənilmiş 51993 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ilin iyul ayından 2007-ci ilin avqust ayınadək hakim və məhkəmə sədri vəzifələrində işləmişdir, ümumi hakimlik stajı 18 il 25 gündür. xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2020-ci ilədək əvvəl 2-ci dərəcə əlilliyə görə, sonra isə 3-cü dərəcə əlilliyə görə sabiq hakim kimi əmək pensiyası almışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. xx.xx.2022-ci ildən pensiya yaşının çatması ilə əlaqədar ona yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği 2009,70 manat hesablanmışdır. Pensiya ödənişi 2022-ci ilin fevral ayından başla nmış, yanvar ayına görə hesablanmış pensiya məbləği ona ödənilməmişdir. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, yanvar ayına görə hesablanmış pensiyanın ödənilməsini, təyin edilmiş 2009,70 manat məbləğin düzgün hesablanmamasını, pensiyanın yenidən hesablanmasını və hesablama barədə açıqlama verilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə həmin ərizəyə mahiyyəti üzrə tam cavab verməmiş, eyni zamanda 2022-ci ilin yanvar ayına görə, ona ödənilməmiş 2009,70 manat bir aylıq pensiya məbləğinin fondun büdcəsinə keçirildiyini bildirmişdir. Əlavə olaraq cavabdeh iddiaçının tələb etdiyi 2022-ci ilin yanvar ayında təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması və açıqlama verilməsi barədə müraciətini təmin etmədən, öz təşəbbüsü ilə 2010-2020-ci illərdə ona ödənilmiş pensiyanı lüzumsuz və qanunsuz olaraq yenidən hesablamış və guya bu müddətdə ona 69990,06 manat artıq pul vəsaitinin ödənildiyini qeyd etmişdir. Bundan sonra iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli məktubla yenidən müraciət edərək qanunsuz tutulmuş 1 aylıq pensiya məbləğinin ona ödənilməsini və xx.xx.2022-ci il tarixli müraciətinə mahiyyəti üzrə cavab verilməklə, 2022-ci ilin yanvar ayından təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını və hesablama barədə açıqlama verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə yenidən iddiaçının ərizəsinə mahiyyəti üzrə tam cavab verməmiş, yəni təyin olunmuş pensiyanın yenidən hesablanmasından və hesablama barədə açıqlama verilməsindən imtina etmişdir. Eyni zamanda cavabdeh həmin m əktubunda bildirmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə maaş 2485 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə olmaqla 1118,25 manat təşkil etməklə, orta aylıq əməkhaqqı 3603,25 manat olduğuna görə, əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3603,25 manat) 80 faizi – 2882,60 manat məbləğində müəyyən edilmiş, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı 3 aylıq dövr üzrə ona ödənilməli olan ümumilikdə 2618,70 manat fərq hesablanmışdır. Cavabdeh həmin məktubunda iddiaçıya bildirmişdir ki, ona ödənilməli olan 2618,70 manat pul vəsaiti, guya artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun 2022ci ilin yanvar ayında təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği, o cümlədən hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən sonra hesablanmış pensiya məbləği düzgün hesablanmamışdır, bu səbəbdən də pensiya məbləğinin aşağıdakı əsaslarla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, cavabdeh orta aylıq əməkhaqqını hesablayarkən yalnız vəzifə maaşını və hakimlik stajına görə 45% əlavəni hesablamışdır. Cavabdeh bundan əlavə orta aylıq əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni, vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatını, ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli miqdarında əlavəni, məzuniyyətə görə ödənilən 2 aylıq əməkhaqqı məbləğində müavinəti və müalicə üçün ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatını hesablamalı olduğu halda hesablamamışdır. Hansı ki, həmin məbləğlər nəzərə alınmaqla orta aylıq əməkhaqqı və pensiya məbləği aşağıdakı kimi hesablanmalı idi: xx.xx.2022-ci ilə münasibətdə orta aylıq əməkhaqqı 1732,50 manat (vəzifə maaşı) + 1732,50 manat (vəzifə maaşına 1 aylıq vəzifə maaşı həcmində əlavə) + 779,60 manat (45%) + 433,10 manat (25% pul təminatı) + 300 (minimum əməkhaqqının 1 misli miqdarında əlavə) olmaqla 4977,70 manat təşkil etdiyinə görə, iki aylıq məzuniyyət haqqı 9955,40 manat, iki aylıq müalicə haqqı 9955,40 manat olmaqla, hər birini 12 aya bölm əklə alınan 829,60 manat məbləğin iki qat cəmi 1659,30 manat (4977,70+1659,30+6637) əlavə olunmalıdır. Bu hesabla orta aylıq əməkhaqqı 6637 manat, 80% pensiya məbləği 5309,60 manat təşkil etdiyinə görə ona həmin məbləğdə pensiya hesablanmalı idi. Cavabdeh xx.xx.2022-ci ildə düzgün olmayaraq onun pensiyasını 2009,70 manat hesablamaqla nəticədə ona 3299,90 manat az təyin etmişdir. Nəzərə alınsa ki, cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 6 aya görə, 1 ayını ödəməməklə, 5 aya görə ona 10048,50 manat (2009,70x5) pul ödəmişdir. Beləliklə cavabdehin düzgün hesablamaması nəticəsində iddiaçıya 31857,60 manat (5309,60x6) ödəməli olduğu halda həmin müddət ərzində 21809,10 manat ödənilməmiş məbləği qalmışdır. Cavabdeh tərəfindən yenidən onun yaşa görə əmək pensiyası 2022-ci ilin 1 iyul t arixindən sonrakı dövr üçün düzgün hesablanmamışdır. Vəzifə maaşlarının artması ilə əlaqədar əməkhaqqı məbləği və pensiya aşağıdakı kimi hesablanmalı idi. Vəzifə maaşı 2485 manat, aylıq vəzifə maaşına həmin məbləğdə, yəni 2485 manat əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə – 1118,25 manat, vəzifə maaşının 25%-i – 621,25 manat pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının bir misli – 300 manat, orta aylıq əməkhaqqının məbləği 7009,50 manat təşkil etmişdir. Məzuniyyətə görə ödənilən 2 aylıq əməkhaqqı məbləğində müavinətin 1 aya münasibətdə məbləği 1168,25 manat və müalicəyə görə ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatının 1 aya münasibətdə məbləği 1168,25 manat olmaqla, orta aylıq əməkhaqqı 9346 manat, pensiya məbləği 7476,80 m (9346x80%) təşkil edir. Cavabde h iddiaçının pensiyasını düzgün hesablamamaqla ona xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə hər ay 2009,70 manat olmaqla 6027 manat, xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərdə hər ay 2882,60 manat olmaqla cəmi 8647,80 manat ödəmişdir. Cavabdehin düzgün hesablamaması nəticəsində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər pensiya məbləği 30183,90 manat az hesablanmış və az ödənilmişdir. Ona görə də, pensiyanın yuxarıda qeyd etdiyi əsaslarla yenidən hesablanmaqla, eyni zamanda ona az ödənilmiş 51993 (21809,10+30183,90) manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır.

10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra aparılmış araşdırma nəticəsində xx.xx.2009-cu il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1071 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 481,95 manat olmaqla orta aylıq əməkhaqqının 1552,95 manat təşkil etdiyi müəyyən olunmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının 80 faizi 1242,36 manat hesablanıb. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən vəzifə maaşı 1242 manat hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 558,90 manat olmaqla orta aylıq əməkhaqqı 1800,90 manat, xx.xx.2014-cü il tarixdən vəzifə maa şı 1449 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 652,05 manat olmaqla orta aylıq əməkhaqqı 2101,05 manat, xx.xx.2018-ci il tarixdən vəzifə maaşı 1596 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 718,20 manat olmaqla orta aylıq əməkhaqqı 2314,20 manat, xx.xx.2019-cu il tarixdən vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 7779,63 manat olmaqla orta aylıq əməkhaqqı 2512,13 manat təşkil etmişdir. İddiaçının əlilik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında əmək pensiyasının növü xx.xx.2022-ci il tarixdə dəyişdirilərək yaşa görə müəyyən edilib. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109- cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçıya xx.xx.2014 - xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 87403,68 manat pensiya ödənilməli olduğu halda 129823,18 manat ödənilib, ümumilikdə 42419,50 manat artıq pul vəsaiti, iddiaçının orta aylıq əməkhaqqının 80 faizi 1851,36 manat hesablanmalı olduğu halda 2690,92 manat məbləğində edilməklə xx.xx.2018 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 13432,96 manat artıq pul vəsaiti, iddiaçının orta aylıq əməkhaqqının 80 faizi 2009,70 manat məbləğində hesablanmalı olduğu halda, 2893,30 manat hesablanmaqla xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14137,60 manat artıq pul vəsaiti ödənilmişdir. Həmçinin, iddiaçıya 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 2009,70 manat p ensiya məbləği hesablanmaqla, ümumilikdə artıq ödənilmiş 69752,95 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Əlavə olaraq, iddiaçının orta aylıq əməkhaqqının 80 faizi 2882,60 manat müəyyən edilib, xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 2618,70 manat fərq məbləği hesablanıb. Bu məbləğ isə artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 65124,55 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması üçün əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçıdan yazılı razılığı tələb olunmuşdur.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) 23 may 2023-cü il tarixli, 2-1(114)-2198/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəz ifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əməkhaqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubları ilə təsdiq olunur ki, iddiaçıya hakim işlədiyi dövrdə məzuniyyətə çıxdıqda iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı verilmişdir, bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir, onun hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən onların 3%-i miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur. Həmçinin Tovuz Rayon Məhkəməsinin sabiq sədri olmuş iddiaçıya beşinci ixtisas dərəcəsi verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli, 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə 1993-cü il yanvarın 1-dən beşinci ixtisas dərəcəli hakimlərə minimum əməkhaqqının 1 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir, iddiaçıya əməkhaqqı hesablanarkən vəzifə maaşına 1996cı ilin iyun ayından 2000-ci ilin sentyabr ayınadək beşinci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə haqq ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh orta aylıq əməkhaqqını hesablayarkən yalnız vəzifə maaşını və hakimlik stajına görə 45% əlavəni hesablamışdır. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçının hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənil ən 2 aylıq əməkhaqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatı alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi qeyd olunan əlavələrin nəzərə alınaraq pensiyanın yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.

13. Birinci instansiya məhkəməsi iddia tələbinin 51993 manat pensiya məbləğinin ödənilməsi hissəsini əsaslı hesab etməyərək qeyd etmişdir ki, həmin dövr ərzində məhz həmin məbləğdə pensiyanın az hesablandığı məlum deyil, odur ki, həmin dövr məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla hesablanmalıdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Şamil Rzaquliyev) 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtina məktublarının, iddiaya qarşı etirazının və apellyasiya şik ayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər;... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqq ının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 21. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

106. Hakimlərin maddi təminatı Hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir (xx.xx.2019-cu il tarixd ən qüvvəyə minmişdir).... Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir.... Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir (xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir) 12 iyul 2019-cu il tarixli, 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir: Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir).... Maddə

107. Hakimlərin məzuniyyət müddəti və haqqı Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əməkhaqqı məbləğində müavinət verilir (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada).... Maddə

109. Hakimlərin sosial müdafiəsi... Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əməkhaqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada).... Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada). 22. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 nömrəli Qərarı

1. Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əməkhaqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə ha qq verilsin. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qull uq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNS TANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

28. Məlum olduğu kimi, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı əmək pensiyasının vəzifə maaşından əlavə, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pu l təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əməkhaqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə ona az ödənilmiş 51993 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə iddia qaldırmışdır.

29. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilərək iddiaçının hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə, məzuniy yətə görə ödənilən 2 aylıq əməkhaqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı da həmin qərarı mübahisələndirməmişdir.

30. Cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır.

31. Göründüyü kimi, hazırkı kassasiya baxışının predmetini təşkil etməsi baxımından iddiaçının iddia tələbi sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının vəzifə maaşına aşağıdakı əlavələr nəzərə alınmaqla yenidən hesablanmasına və yaranmış pensiya fərqinin ödənilməsinə yönəlmişdir: 1. bir ay lıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə; 2. hakimlik stajına görə vəzifə maaşının 45%-i miqdarında əlavə; 3. səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı; 4. 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə; 5. məzuniyyətə görə ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinət; 6. müalicə üçün ödənilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı.

32. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya 18 il 25 gün hakimlik stajına uyğun olaraq vəzifə maaşı və hakimlik stajına görə vəzifə maaşına 45% əlavə nəzərə alınıb orta aylıq əməkhaqqının 80%-i miqdarında hesablanmaqla xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Qanunvericiliklə tələb olunan yaş həddinə çatdığından iddiaçının müvafiq müraciəti əsasında əmək pensiyasının növü dəyişdirilərək eyni qaydada hesablanmaqla xx.xx.2022-ci il tarixdən ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

33. İddiaçıya əmək pensiyası təyin edilərkən qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş və müəyyən hakimlik stajına malik sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əlavənin məbləğinin isə 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə münasibətdə əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə onlara təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər olduğu təsbit edilmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin e dildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

35. Cavabdeh tərəfindən 18 il 25 gün hakim işləmiş iddiaçıya xx.xx.2009-cu il tarixdə sabiq hakim kimi əlilliyə görə əmək pensiyası təyin edilərkən, eləcə də, xx.xx.2022ci il tarixdə əmək pensiyasının növü dəyişdirilərək ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya məbləği yalnız vəzifə maaşı və hakimlik stajına görə 45% əlavə nəzərə alınmaqla hesablanmışdır.

36. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-8/2-A-205/2023 nömrəli arayışla müəyyən edilir ki, iddiaçıya hakim işlədiyi dövrdə həm çinin məzuniyyətə çıxdıqda iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı verilmiş, eləcə də iddiaçının hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən onların 3%-i miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur. Belə olan halda, iddiaçı vəzifə maaşına hakimlik stajına görə vəzifə maaşının 45%-i miqdarında əlavə; məzuniyyətə görə ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissələrində iddia tələbində haqlıdır və həmin hissələrə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün n əticəyə gəldiyindən həmin hissələrdə kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. İddia tələbinin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hakim işlədiyi dövrdə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təmi natı almamışdır. Belə ki, iddiaçıya sabiq hakim kimi xx.xx.2009-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müvafiq Qanunlarla hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə xx.xx.2019-cu il tarixdən, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı xx.xx.2010-cu il tarixdən, vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı isə xx.xx.2019-cu il tarixdən ödənilməyə başlamışdır. Belə olan halda, həmin hissələrdə iddiaçı iddia tələbində haqlı deyildir və həmin hissələrə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

38. İddia tələbinin vəzifə maaşına 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə nəzər ə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-8/2-207/2023 nömrəli arayışla müəyyən edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli, 844 nömrəli qərarı ilə iddiaçıya beşinci ixtisas dərəcəsi verilmiş və iddiaçıya əməkhaqqı hesablanarkən vəzifə maaşına 1996-cı ilin iyun ayından 2000-ci ilin sentyabr ayınadək beşinci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə haqq ödənilmişdir.

39. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıya əmək pensiyası təyin edilərkən qüvvədə olan q anunvericiliyə əsasən sabiq hakimlərə qulluq stajına görə təyin edilən əlavənin məbləği əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqı əsasında hesablanır. Göründüyü kimi, qanunverici sabiq hakimlərə qulluq stajına görə təyin edilən əlavənin məbləğinin onların hakim vəzifəsində aldıqları bütün dövrün deyil, yalnız öz seçimlərinə əsasən 5 ilin orta aylıq əməkhaqqı əsasında hesablandığını müəyyən etmişdir. İddiaçı ona daha yüksək məbləğdə əmək pensiyasının təyin edilməsinə əsas verən hakim vəzifəsində işlədiyi son 5 ilin (2003-2007-ci illər) ərzində deyil, 1996-cı ilin iyun ayından 2000-ci ilin sentyabr ayınadək beşinci ixtisas dərəcəsinə görə vəzifə maaşına minimum əməkhaqqının 1 misli məbləğində əlavə haqq almışdır. Bel ə olan halda, həmin hissədə də iddiaçı iddia tələbində haqlı deyildir və həmin hissəyə münasibətdə də apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia tələbinin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı və 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə nəzərə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilm əsi hissələrinə münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia tələbinin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təmina tı və 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə nəzərə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissələrinə münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı ləğv edilsin. Həmin hissələrdə iddia rədd edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar