Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2829/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçuda cinayət və inzibati cəza tərkibi yaratmayan miqdarda narkotik vasitənin aşkar olunması; hərbi xidmətdən xaric edilmə barədə əmrin ləğvi və işə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələrinin komandanın xx.xx.2024-cü il tarixli, №06 gm nöm rəli əmrinin ona aid olan hissənin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2025-ci il tarixli, 21(107)-194/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur.
2. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0177 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Azərbayc an Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə, 0111t xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3cü dərəcəli medalla təltif olunmuşdur.
3. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə medalı” ilə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 noyabr tarixli, 671s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
4. N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi-təhqiqatçısı X2 “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və əsaslı şübhələr o lduğundan hal şahidlərinin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-1616/2-7/144 nömrəli rəyindən görünür ki, 1 ədəd bükülüdə təmiz çəkisi 0.52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin qərarla İddiaçı narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində cinayət tərkibi olmadığından barəsində Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.
5. Lənkəran hərbi p rokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatı başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı içərisində təmiz çəkisi 0.52 qram olan narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı Salyan rayonu ərazisində aşkar etməsi və üzərində gəzdirməsi əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmişdir.
6. İddiaçı Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ona aid olan hissəsinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8252/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdən etibarən baş gizir kimi xidmətə başlamışdır. 06 mart 2024-cü il tarixdə xidmətdə olduğu zaman həmin hərbi hissənin qərargahına çağırılmış və Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 06gm əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bildirilmişdir. Əmrin surəti ona indiyə qədər təqdim edilməmiş, yalnız şifahi olaraq xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən xaric olunduğu bildirilmişdir. Halbuki o, hərbi xidmətdə olduğu müddətdə gizir kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Xidmətə başladığı gündən barəsində hərbi intizamın pozulmasına görə İntizam N izamnaməsində nəzərdə tutulmuş hər hansı cəza tədbiri tətbiq edilməmişdir, əksinə Tovuz döyüşlərinin və 2020-ci ildə başlanan Vətən müharibəsinin (44 günlük müharibənin) və 24 saatlıq Antiterror əməliyyatlarının iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0111 t xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə medalı” ilə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 noyabr tarixli, 671s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0177 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunmuşdur. Ona aid “Xidmət vərəqəsi”ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1, 2, 156, 168-ci bəndlərinə istinad edərək xx.xx.2024-cü il tarixli, № 06gm əmri qanunsuz və əsassız hesab etdiyini bildirmişdir Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun. Bununla bağlı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbinin onun üzərində narkotik gəzdirməsinin olduğu, lakin iş üzrə sənədlərdən bu halın təsdiqlənmədiyi və bununla da, iddiaçının ehtiyata buraxılması üçün əsas olmadığı nəticəsinə gəlinməlidir. Belə ki, əmrin verilməsinə, yəni onu xidməti uyğunsuzluğa görə ordudan tərxis edilməsinin əsası kimi, iddiaçının barəsində Sumqayıt şəhər 3-cü polis bölməsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərək narkotik vasitə aşkar olunması ilə bağlı olmuşdur. Polis bölməsində həmin materiallar toplanaraq N saylı hərbi hissəyə göndərilmişdir. Cavabdehin mövqeyinə görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi üzərində narkot ik vasitənin aşkarlanması olmuşdur. Lakin, iddia ərizəsinə əlavə edilmiş araşdırma materiallarından görünür ki, iddiaçının narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir. Yəni, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi ücün səbəb kimi göstərilən halla bağlı təqsiri müəyyən edilməmiş və günahı öz təsdiqini tapmamışdır. Belə ki, N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi təhqiqatçı ədliyyə kapitanı Elnur Məmmədov tərəfindən Sumqayıt şəhər 3-cü polis bölməsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərək narkotik vasitə aşkar olunması ilə bağlı, İddiaçı barədə toplanmış 11m/t-24 saylı materiala baxılaraq, cinayə t işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibatət əməllərində AR CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və əməllərində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi iddiaçının üzərindən narkotik vasitənin aşkar edilməsinə görə xidməti uyğunsuzluğu barədə təqdimat vermiş N saylı hərbi hissə komandirinin köməkçisi-təhqiqatçısı, onun narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını müəyyən edərək, əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasını rədd etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Barəsində cinayət təqibi bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, N nömrəli hərbi hissənin şərəf məhkəməsi tərəfindən qərəzli olaraq haqqında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluqla ehtiyata buraxılmağına dair təqdimat vermişdir. Eyni zamanda yuxarıda göstərilən qərarla baş gizir İddiaçı əməlində inzibati xətanın olub-olunmaması baxılması üçün materiallar Lənkəran hərbi prokurorluğuna təqdim edilmişdir. Lənkəran hərbi prokur orluğunun 19 mart 2024-cü il tarixli qərarı ilə isə Müdafiə Nazirliyinin N saylı həbi hissəsinin sabiq hərbi qulluqçusu, baş gizir İddiaçı içərisində təmiz çəkisi 0,52 qram olan narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı Salyan rayonu, ərazisində aşkar etməsi və üzərində gəzdirməsi əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Həmçinin, İddiaçı tutulan gün 25 yanvar 2024-cü il tarixdə tibbi müayinədən keçmiş və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə əsasən onda narkotik vasitənin qəbulu faktı aşkar edilməmişdir. Eyni zamanda N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 136 saylı tə liqəsinə əsasən N saylı hərbi hissəsinin hərbi qulluqçularından götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə və psixotrop maddələrin olub-olmamasını müəyyən etmək üçün Məhkəmə Tibbi-Ekspertiza və Anatomiya Mərkəzinə verilmişdir. İddiaçıdan götürülmüş analiz nümunələri neqativ cavablandırılmış, yəni hər hansı narkotik mənşəli təsir edici vasitələrdən istifadə olunma müəyyən edilməmişdir. Bununla da, iddiaçının ümumiyyətlə narkotik vasitədən istifadə etməsi öz təsdiqini tapmamışdır. İddiaçının barəsində şərəf məhkəməsi keçirilmiş və ona ictimai töhmət verilməsi bildirilmişdir. Şərəf məhkəməsində qəbul edilən qərar ona ictimai töhmətin verilməsi barədə olsa da, hərbi hissə komandiri sonradan həmin qərarın dəyişdirilməsinə nail olmuş və onun ordu sıralarından ehtiyata xidmə ti uyğunsuzluqla çıxarılmağı barədə yeni bir qərar çıxarmışdır. Lakin, iddiaçının barəsində aparılan araşdırmaların nəticəsi gözlənilmədən, onun barəsində əsassız səbəblərlə xidməti uyğunsuzluğa görə əmr verilmişdir. Bundan əlavə 2-ci Qarabağ müharibəsinin başlanılması ilə əlaqədar olaraq iddiaçı nəinki sıravi xidmət etmiş, eyni zamanda gizir kimi döyüş tapşırığını uğurla yerinə yetirmiş, qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmiş və bu səbəblə də ölkə başçısı tərəfindən təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair xx.xx.2024-cü il tarixli, № 06gm əmrin qeyri-qanuniliyinə dəlalət edir və həmin əmrin ləğv edilməsini qaç ılmaz edir. Belə ki, hazırkı iş üzrə iddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul etmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özü nün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biri-digəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Belə ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi üz ərində narkotik vasitənin aşkar edilməsi olmuşdur. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, göstərilən fakt Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığına, nizam-intizamına mənfi təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxs ordu sıralarında xidmət edə bilməz. İddiaçının əməllərində onun narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir ki, sonuncunun xidmətə uyğun olmayan gizir kimi ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi ilə uzlaşmır. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu h alın özü həqiqi hərbi xidmətdən ehtiyata buraxılma (xidməti uyğunsuzluğa görə) üçün yetərli əsas ola bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması halları qeyd olunmuşdur. Həmin maddənin 41.0.6-cı bəndində xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) olan hal ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas kimi göstərilmişdir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla b ildiyi, eyni zamanda hərbi qulluqçunun xidmətdən kənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün “xidməti uyğunsuzluğuga görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.
10. Cavabdeh iddiaya dair yazılı münasibətində bildirmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. İddiaçı, N nömrəli hərbi hissədə xidmətdə olduğu müddət ərzində özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və əsaslı şübhələr olduğundan hal şahidlərinin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən baş gizir İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 1 fevral 2024-cü il tarixdə “Gizirlərin şərəf məhkəməsi”nə çıxarılmışır. Şərəf məhkəməsinin qərarına əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ordu sıraların dan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-cı maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel 2020-ci il 9 nömrəli əmri ilə təsdiqlənmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik da vranış Qaydaları”nın tələblərinə əsasən Hərbi qulluqçu Hərbi andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmçinin hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidmə ti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Təbidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyata buraxmaq diskresion səlahiyyə tə sahibdir. Bütün göstərilənləri nəzəra alaraq Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək iddiaçının xidmətə bərpası mümkün deyil.
11. Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(116)-2553/2024 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gə ldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisələndirilən əmrin təqdim edilməsi cavabdeh orqandan tələb edilməsinə baxmayaraq, sözügedən əmr məhkəməyə təqdim edilməmişdir. Cavabdeh orqanın nümayəndəsi sözügedən əmrin təqdim edilməməsini əmrin məxfi olması ilə izah etmişdir. Cavabdeh orqanın məhkəmənin sorğularına laqeyd yanaşması, aidiyyəti üzrə cavablandırmaması icraatda olan bir çox işlərdən məlumdur. Odur ki, tələb olunan sənədləri təqdim etməməklə məhkəmə icraatının yubandırılmasının iddiaçının hüquqlarının pozulmasına səbəb olmasını nəzərə alaraq, məhkəmə mübahisələndirilən əmrin qəbul edilməsi əsaslarına dair icraat materialları ilə kifayətlənmişdir. Belə ki, icraat materiallarında olan sənədlərdə (təyinat vərəqəsi, hərbi hissə komandirinin əmri) mübahisələndir ilən əmrə istinad edildiyindən və cavabdeh orqanın nümayəndəsi məhz istinad olunan əmr əsasında iddiaçının ehtiyata buraxılmasını bildirdiyindən məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxaraq hüquqi qiymət vermişdir. Aşkar edilmiş faktla bağlı iddiaçıya qarşı başlanılan cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş, həmçinin əməldə inzibati xəta tərkibinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan hal hüquqi baxımdan narkotik maddələrdən istifadə və ya saxlanılmasına görə iddiaçının məsuliyyət daşımadığını göstərir. Belə olan halda yalnız narkotik vasitənin aşkarlanması faktı, hər hansı digər əsaslandırma olmadan, xidməti uyğunsuzluğa dəlalət edə bilməz. Hərbi qulluqçunun üzərindən narkotik vasitə tapılması, lakin bu faktın cinayət və ya inzibati xəta tərkibinə çevrilməməsi, hüquqi baxımdan onu günahlandırmağa imkan vermir. Bu halda yalnız narkotik vasitənin mövcudluğu, istifadə və ya yayılma ilə bağlı digər sübutlar olmadan, hərbi qulluqçunun nüfuzuna ciddi xələl gətirilməsi qənaətini yarada bilməz. İddiaçının üzərindən narkotik vasitə tapılmasının hərbi kollektivdə mənfi nümunə yarada biləcəyi və cəmiyyətin hərbi qulluqçulara olan hörmət hissinə təsir göstərə biləcəyi yalnız potensial təsir ehtimalı kimi nəzərdən keçirilə bilər. Yəni, hərbi qulluqçunun üzərindən narkotik vasitənin aşkarlanmasının, etik davranış Qaydalarına əsasən nümunəvi davranış kimi qəbul edilməməsi ilə məhkəmə razılaşır. Lakin, cinayət və inzibati məsuliyyətə səbəb olmayan bir faktın xidmətə ciddi xələl gətirdiyini əsaslandırmaq və hərbi qulluqçunu xidməti uyğunsuzluqla ehtiyata buraxmaq üçü n yetərli deyil. Bu baxımdan, iddiaçının üzərindən narkotik vasitənin tapılması ilə bağlı yaranmış vəziyyət etik qaydalara zidd davranış kimi qiymətləndirilsə belə, həmin faktın xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılması kimi qəbul edilməsi yolverilməzdir. İddiaçının əldə etdiyi medallar və təltiflər (xüsusilə bu təltiflərdən ölkə Prezidentinin sərəncamları ilə təsis edildiyini və onların yüksək dövlət səviyyəsində qiymətləndirildiyini nəzərə alınmaqla) onun xidmətinin ümumi xarakteristikasının müsbət olduğunu təsdiq edir. Bu müsbət göstəricilər iddiaçının xidməti fəaliyyətində uzunmüddətli uğurlara malik olduğunu sübut edir. Narkotik vasitə ilə bağlı ortaya çıxan bir dəfəlik hadisənin, belə bir xidmət keçmiş şəxsin peşəkar karyerasını və şərəfini ciddi şəkildə zədələyən tədbirlə s onlandırması ədalət və mütənasiblik prinsiplərinə ziddir. Mübahisələndirilən əmrin qəbul edilməsində məqsəd hərbi intizamın qorunması və etik davranış qaydalarının pozulmasının qarşısını almaqdır. Lakin iş materialları göstərir ki, iddiaçının üzərindən narkotik vasitə tapılması cinayət təqibinə və inzibati məsuliyyətə səbəb olmamışdır. Bu isə həmin faktın iddiaçının xidməti uyğunluğuna birbaşa təsirinin olmaması qənaətini yaradır. Hazırkı situasiyada daha yüngül tədbirlər də eyni məqsədə xidmət edə bilərdi. Odur ki, görülən tədbir güdülən məqsədə uyğun olmamış, daha yüngül vasitələr mövcud olduğu halda sərt tədbirin tətbiq olunması yararlılıq əlamətinin pozulmasına səbəb olmuşdur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2025-ci il tarixli, 2-1(107)-194/2025 nömrəli qərarı ilə (hakimlər: X.Səmədov – məruzəçi, R.Rəfiyev və T.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(116)-2553/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
17. Kassas iya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
40. Həqiqi hərbi xidmətdən buraxılma... 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
20. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çat mayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir:... xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa;...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üz rə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) də yişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və m əqsədi Müdafiə nazirininmüavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmrinin ləğv edilməsinə nail olmaqdan ibarətdir.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və əsaslı şübhələr olduğundan hal şahidlərinin iştirakı ilə onun üstünə baxış keçirilmiş, bu zaman onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0.52 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən baş gizir İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 1 fevral 2024-cü il tarixdə “Gizirlərin şərəf məhkəməsi ”nə çıxarılmışır. Şərəf məhkəməsinin qərarına əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçı Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının üzərindən narkotik vasitə tapılması cinayət təqibinə və inzibati məsuliyyətə səbəb olmamış, bu isə həmin faktın iddiaçının xidməti uyğunluğuna birbaşa təsirinin olmaması qənaətini yaradır. Hazırkı situasiyada daha yüngül tədbirlər də eyni məqsədə xidmət edə bilərdi. Odur ki, görülən tədbir güdülən məqsədə uyğun olmamış, daha yüngül vasitələr mövcud olduğu halda sərt tədbirin tətbiq olunması yararlılıq əlamətinin pozulmasına səbəb olmuşdur.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hərbi xidmətin spesifik xarakterə və təbiətə malik olduğu və bunun üzərindən hərbi qulluqçuların hərbi intizama tabe olduqları nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, hərbi intizam bütün hərbi qulluqçular tərəfindən qanunlarda və hərbi nizamnamələrdə müəyyən olunmuş davranış qaydalarına ciddi riayət olunmasını nəzərdə tutur. Hərbi intizam Azərbaycan Respublikasının müdafiəsi üçün hər bir hərbi qulluqçunun xidməti borcunun və şəxsi məsuliyyət daşıdığının şüurlu şəkildə dərk olunmasına əsaslanır. Hərbi intizam hər bir hərbi qulluqçunu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictima i asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir (Azərbaycan Respublikası Silahlı X1 1-3-cü maddələri). 30. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri baxımından hazırkı mübahisəyə dair iş üzrə iddiaçının narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində gəzdirməsində hər hansı cinayət və inzibati xəta tərkibi olmasa belə, bu halın mövcudluğu hərbi intizamın kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu zaman həm də iddiaçının hərbi xidmətə qəbul zamanı hərbi xidmətin təbiətindən irəli gələn bir sıra məhdudiyyətlər barədə xəbərdar edildiyi və həmin öhdəliklərə əməl edəcəyi barədə müvafiq öhdəliklər götürdüyü d ə nəzərə alınmalıdır. Həmin öhdəliklərə əməl olunmaması, xüsusilə də hazırkı mübahisədə olduğu şəkildə əməl olunmaması hərbi qulluqçu barəsində daha sərt intizam tədbirinin tətbiqi üçün yetərli əsas kimi qəbul olunmalıdır.
31. Mübahisələndirilən əmr də məhz qeyd edilən fakt üzrə aparılmış intizam icraatı nəticəsində qəbul edilmişdir. Beləliklə, mübahisələndirilən əmrin qanuna zidd olduğu müəyyən edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz.
32. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şika yəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2025-ci il tarixli, 21(107)-194/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ona aid olan hissəsinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.