Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-283/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Kamal oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 30.04.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı Kamal oğlunun iştiraki ilə, İddiaçı Kamal oğlununcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiy asının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Kamal oğlucavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarı ilə (hakim V.Qasımov, iş № 2-1(84 )-738/2018) iddianın təmin edilməsi; cavabdeh şöbənin üzərinə iddiaçıya 03.04.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliynin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən M.Hüseynov, R.Əliyev və İ.Şükürov; iş № 2-1(107)-397/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibatiİqtisadi Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavab deh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 41 5.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, iddiaçı xx.xx.1959-ci il tarixdə doğulmuşdu r, 2 il hərbi xidmət keçmişdir; işin materiallarında olan əmək kitabçasının surətinə əsasən 1976-2005-ci illərdə, yəni 29 ildən artıq müddətdə əmək fəaliyyəti ilə məşğul olmuş, müxtəlif müəssisələrdə fəhlə kimi işləmişdir. İddiaçının iddia ərizəsinə görə əmək fəaliyyəti müddətinin 12 ildən artıq hissəsini zərərli işlərdə çalışmışdır, belə ki, O, 02.08.1982-28.09.1983-cü il tarixlərdə PTK-5-də betonçu, 14.01.1986-04.01.1999-cu il tarixlərdə qəlibçi, 05.04.1999-22.12.2005-ci il tarixlərdə "SU-62tr6" İdarəsində beton qəlibçisi işləmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin 03.05.2018-ci il tarixli arayışına görə, 102 saylı Tikinti İdarəsinə beton qəlibləyici sexində beton qəlibləyici işində işləmişdir. Həmin ASC-nin işin materiallarında olan digər 04.05.2018-ci il tarixli arayışında həm çinin qeyd olunur ki, iddiaçı beton qəlibləyici sexində beton qəlibləyicisi işləyərkən "betonçu” peşəsinin funksiyalarını da yerinə yetirmiş, o cümlədən tam iş günü ərzində ağır və zərərli iş şəraitində dəmir-beton konstruksiyaların hazırlanmasında işləmişdir. Bu əsasla iddiaçı müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir ki, ona 57 yaşı tamam olduğu 03.04.2016-cı il tarixdən güzəştli şərtlərldə yaşa göər əmək mensiyası təyin edilsin. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 14.03.2018-ci il tarixli 54/1056 nömrəli cavab məktubu ilə, iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunmuş və buna əsas kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “betonçu” və “qəlibləyici” peşələri nəzərdə tutulmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, cavabdeh şöbənin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmadığından, iddiaçının qanunla qorunan hüquqların pozmuş, ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi həmin tələbi düzgün olaraq təmin edtmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın "29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində iddiaçının işlədiyi qəlibləyici peşəsi nəzərdə tutulmasa da, iddiaçının həmin peşədə faktiki olaraq yerinə yetirdiyi işlərdən biri olan "betonçu" peşəsi müvafiq Siyahının "29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının faktiki həyata keçirdiyi iş insan səhhəti üçün zərərli olmaqla yanaşı, onun yerinə yetirdiyi işin xarakteri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı sında nəzərdə tutulan, adı yuxanda qeyd olunmuş peşələrin xarakteri ilə eynilik təşkil edir. Ayrı-ayrı istehsalat sahələrində eyni xarakterli işlərin icrası ilə məşğul olan işçilərin vəzifə və ya peşə adlarının müxtəlifliyi onların əmək və əməklə bağlı olan digər hüquqlarının fərqliliyinə gətirib çıxarmamalıdır. Belə ki, eyni zərərli işi yerinə yetirən işçilərə vəzifələrinin adlarında olan müxtəlifliyə görə ayrı-seçkilik edilməsi eyni statusda olan şəxslərin bərabərlik hüquqlarının pozulmasına səbəb olur ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasına və "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununa əsasən yolverilməzdir. Ona görə də, işlədikləri peşə və vəzifələrin adlarının istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında hansı bölməyə aid edilmə sindən asılı olmayaraq, həmin şəxslərin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan yaş həddinə çatması və tələb olunan müddətdə müvafiq Siyahıda göstərilən peşələrdə, vəzifələrdə, istehsalatlarda işləməsi həmin şəxslərə güzəştli şərtlərlə əmək pensiyası hüququndan istifadə etməyə imkan verir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Azərbaycan Respublikasının Konstitusiyası; maddə - 38.3). Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək p ensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “14. Tikinti materialları istehsalı” bölməsinin “14.10 Dəmir-beton və beton məmulatlarının istehsalı” altbölməsində “fəhlələr” nəzərdə tutulmuşdur ki, iddiaçının “betonçu" və “qəlibləyici" adı ilə icra etdiyi işlər məhz həmin qəbildən olmuşdur. Yuxarıda qeyd edilən, "xxxx" ASC-nin 04.05.2018-ci il tarixli 35 nömrəli arayışına görə, iddiaçı dəmir-beton konstruksiyaların hazırlanması (istehsalı) ilə məşğul olmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “betonçu” və “qəlibləyici” işi “Dəmir-beton və beton məmulatlarının istehsalı” sahəsində çalışan fəhlələrin işinə (əmək funksiyasına) uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə d üzgün deyil, cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edlməlidir. Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı bir yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısa müddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və ya zərərsiz hesab olun a bilər. Məhz ona görə də, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi 29 və 14.10-cu bölmələr üğursuz misallar olmuş və iddiaçının betonçu kimi işləməsini zərərli iş şəraitində fəaliyyət göstərməsini təsdiq edə bilməz. Belə ki, Siyahının 29-cu bölməsinin b) bəndində yalnız metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə fəhlə betonçuların işlədiyi şərait zərərli hesab olunmuşdur. Bundan başqa, Siyahının 14.10 bəndində dəmir-beton və beton məmulatlarının istehsalı ilə məşğul olan fəhlələrin hamısı deyil, yalnız 2 fəhlə peşəsi:
1. Sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri;
2. Yeraltı qalereya fəhlələri zərərli işə şəraitində işləyən fəhlələr kimi nəzərdə tutulmuşlar. Lakin hazırki iş üzrə müəyyən edilmiş hallardan id diaçının yuxarıda qeyd edilən işlərdə işləməsi müəyyən edilmir. Göründüyü kimi, hazırki işin əlavə araşdırılmasına ehtiyac yaranmışıdır ki, işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələyə dəqiq hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bi ldirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci m addələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbənin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.