Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-283/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər:(əmək pensiyasının yenidən hesablanması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Sumq ayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 21(105)-93/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1951-ci ildə anadan olmuşdur. O, 14 dekabr 1967-cı il tarixdən əmək fəaliyyətinə başlamış, o cümlədən 1995-2014-cü illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Lökbatan qəsəbəsində yerləşən 10 saylı "xxxx" kafesində müdir işləmişdir.
2. Cavabdeh tərəfindən 28.02.2014-cü il tarixdə iddiaçıya əmək pensiyası təyin olunmuşdur.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 1995-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına dax il edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh 27 sentyabr 2018-ci il tarixli, 20/5368 nömrəli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina edildiyini bildirmişdir. İmtina məktubunda göstərilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi 19952014-cü illərdə onun əmək haqqı alması barədə heç bir sənəd təqdim olunmamış və 01.01.2006-cı ildən pensiya hüququnun yarandığı 28.02.2014-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda onun adı sığortaolunan kimi qeyd edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciə t edərək,1995-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1967-ci ildən Qaradağ rayonunda yerləşən ticarət obyektlərində, 1980-ci ildən isə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" kafesində işləmiş və bu gün də həmin obyektdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 20 aprel 1999-cu il tarixli, 24 saylı əmri ilə "xxxx" kafesinin fəaliyyəti dayandırılmış, kafenin binası onun tabeçiliyinə keçirilmişdir. Bununla belə kafe fəaliyyətini müvafiq lisenziya əsasında fasiləsiz davam etdirmiş, vergi və sair ödənişlər vaxtı-vaxtında öd ənilmişdir. 2014-cü ilin fevral ayında təqaüdə çıxarkən onun yalnız 1967-ci ildən 1995-ci ilə qədər olan iş stajı nəzərə alınmış və ona 163 manat məbləğində əmək pensiyası hesablanmışdır. Bu isə düzgün deyildir, belə ki, onun 1995-ci ildən 2014-cü ilə qədər olan fəaliyyəti iş stajına daxil edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin 13.05.2019-cu il tarixli, 2-1(085)-279/2019 nömrəli (hakim Zaur Pirverdiyev) qərarı ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1995-2014-cü illərdə işlədiyi müəssisədə ona əmək haqqının ödənilməsi barədə sənədə rast gəlinməməsi və 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı 2014-cü ilədək məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda adının sığortaolunan kimi qeydə alınmaması iddiaçının təqsirinə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Eləcə də, qüvvədə olan «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayı t Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019cu il tarixli, 2-1(105)-536/2019 saylı qərarı ilə (hakimlər H.Babayeva-sədrlik edən və məruzəçi, N.Nəsibov və Z.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(085)279/2019 saylı qərarı qismən - İddiaçı 01.01.2006-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi rədd edilmişdir. Qərarın qalan hissədə - İddiaçı 05.04.1995-ci ildən 01.01.2006-ci ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəl iyinin DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müəyyənlik prinsipi oxşar qeyri-müəyyənliklərin bu halı mübahisələndlirənin, ondan «faydalanmağa» haqqı çatanın, eləcə də çəkişən tərəflərin daha «zəif» olanının xeyrinə təfsir edilməsini tələb edir. Oxşar mübahisələrlə bağlı formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının işləməsinə dair arxivdə məlumatların tam saxlanılmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu fakt özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir və onun hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdı r. Məhkəmə kollegiyası iddiaçının 04.04.1988-ci ildən etibarən həmin iş yerində (10 saylı "xxxx" kafesi) və həmin vəzifədə (müdir) fasiləsiz işləməsini nəzərə alıb belə nəticəyə gəlmişdir ki, qanunvericiliyin istinad olunan müddəaları sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Ali Məhkəmənin İnzibati Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2-1(102)1228/2020 saylı qərarı ilə (hakimlər, İspəndiyar Şəfiyev-sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-536/2019 saylı, 05.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiyasının mövqeyinə görə, iddianın düzgün həlli üçün əmək haqqı hesablamış müəssisə və ya təşkilat işə üçüncü şəxs qismində cəlb olunmalı, iddiaçıya hesablanan əmək haqqından məcburi sosial sığorta haqqının tutulubtutulmaması, tutulmuşsa həmin məbləğlərin iddiaçının sığorta hesabına köçürülməsi, köçürmənin hansı sübutlarla təsdiq olunması, köçürülməmişdirsə, bunun səbəbi araşdırılmalıdır. Lakin hazırki iş üzrə məhkəmələr tərəfindən bu cür araşdırma aparılmamışdır.
15. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı artıq pensiya alır. Bu halda pensiyanın növü, hesablanması qaydası və əsas kimi götürülmüş s übutlar pensiya işində toplanır. Ona görə də pensiya məbləğinin yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi, əlavələrin hesablanması və digər predmetli mübahisələrə baxılarkən, iddiaçının irəli sürdüyü tələbin və cavabdeh tərəfin etirazlarının pensiya işində olan sənədlərlə müqayisəli şəkildə araşdırılması zəruridir. Lakin iddiaçının pensiya işi tələb olunub işə əlavə edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.05.2021-ci il tarixli, 2-1(105)-93/2021 saylı qərarı ilə (hakimlər F.Məmmədov-sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(085)-279/2019 saylı qərarı qi smən - İddiaçı 01.01.2006-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi rədd edilmişdir. Qərarın qalan hissədə - İddiaçı 05.04.1995-ci ildən 01.01.2006-ci ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayo n şöbəsi prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.
18. Apelyasiya instansiyasının mövqeyinə görə, məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəllərindən görünür ki, 1995-ci ilin aprel-may aylarından etibarən iddiaçıya əmək haqqı hesablanmış, bu hesablama 1996-cı ili tam, 1997-ci ili isə qismən əhatə etmişdir. İddiaçının işlədiyi dövrün bir hissəsi (05.04.1995-ci ildən 01.01.2006-cı ilədək) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə olduğundan və sosial sığorta stajı əmək kitabçasına əsasən təsdiqini tapdığından, iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-ci ilədək işlədiyi dövr pensiya hesablanmasına əsa s verən ümumi iş stajına daxil edilməli, həmin müddətlər onun sığorta stajına daxil edilməklə pensiya məbləği yenidən hesablanmalıdır.
19. İddia tələbinin 01.01.2006-cı il tarixdən 28.02.2014-cü il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı il tarixdən etibarən sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunur. Qanuna əsasən 01.01.2006-cı il tarixdən sığorta stajının tanınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt olduğundan və iddiaçının xeyrinə 01.01.2006-cı il tarixdən 2014-cü il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, onun sığorta olunan kimi qe ydə alınması faktı öz təsdiqini tapmadığından, iddiaçının işlədiyi həmin illər onun sosial sığorta stajına daxil edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuş və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22.“Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.15. Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə 5.3. Əmək pensiyalarının təy in edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş,hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə
25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.
23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müq aviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalar”ının 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta s tajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 2.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X2 daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 25. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həm in sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. İnzibati Prosessuаl Məcəllə: Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş in materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instan siya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Ha zırkı mübahisə iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-cı ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır.
31. Cavabdeh imtina haqqında məktubunda, eləcə də məzmun baxımından onun imtinasına və apelyasiya şikayətinə əsaslanan kassasiya şikayətində iddiaçıya aid ******* nömrəli əmək kitabçasında bütün qeydlərin latın qrafikası ilə doldurulmasına baxmayaraq, əmək kitabçasının özünın kiril qrafikası ilə tərtib olunduğuna istinad etmişdir. Həmçinin şikayətdə, əmək kitabçasında qeyd edilən illərin Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin möhürü ilə təsdiq edildiyi bildirilmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, həmin dövrdə iddiaçının işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 10 nömrəli "xxxx" yeməkxanası İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında və idarəçiliyində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 116 saylı Fərmanına əsasən, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 24.06.2009-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Qeyd olunan dövrdə qanunvericiliyə əsasən rəsmi olaraq artıq latın qrafikalı əlifba tətbiq olunurdu və bu baxımdan əmək kitabçasında qeydlərin latın qrafikası ilə yazılması həmin kitabçanın mötəbərliyini şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, iş üzrə materiallarda da iddiaçının əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı sübut aşkar edilməmiş, cavabdeh tərə findən də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
32. Mübahisə ilə bağlı işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından və iş üzrə materiallara əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 07 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, Əlicanov X1 və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 10 nömrəli yeməkxanada 16.01.2019-cu il tarixədək müdir vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad edilmişdir.
33. İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, iddiaçı 14.12.1967-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 12.10.1973-cü il tarixdə Qaradağ rayon İctimai iaşə İdarəsinə işə qəbul edilmiş, həmin idarənin tabeliyində olan müxtəlif mağaza və yeməkxanalarda işləmiş, 04.04.1995-ci il tarixdə Qaradağ rayon İctimai iaşə İdarəsi ləğv edilərək Qaradağ rayon Ticarət və İctimai iaşə İdarəsi yaradılmış, 05.04.1995-ci il tarixdə iddiaçı həmin idarənin tabeliyində olan 10 saylı "xxxx" kafesinə müdir vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 20.04.1999cu il tarixli, 24 saylı əmrinə əsasən Qaradağ rayon Ticarət və İctimai iaşə İdarəsi ləğv edilmiş, DƏK-in İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyinə verilmişdir.Əmək kitabçasındakı qeydlərə görə, Azərbaycan Respublikası Prezidentinin 16.11.2005-ci il tarixli, 313 nömrəli fərmanı ilə həmin idarə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin tabeliyinə verilmiş və həmin komitənin 06.12.2005- ci il tarixli, 11 saylı əmri ilə idarə yenidən təşkil edilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 24.06.2009cu il tarixli,116 saylı Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilmişdir.
34. Beləliklə, iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-cı ilədək əmək fəaliyyəti ilə məşğul olması iş üzrə materiallara əlavə olunmuş əmək kitabçası və əmək kitabçasında bu barədə aparılmış müvafiq qeydlərlə təsdiq olunur.
35. Həmçinin iş üzrə materiallara əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 07 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 2014-cü ilin oktyabr ayından 2017-ci ilin aprel ayına qədər hesablanmış əmək haqqından sosial ayır malar onun **********996 nömrəli sosial sığorta şəhadətnaməsinə köçürülmüşdür. Eyni zamanda 05.04.1995-01.01.2006-cı illər üzrə İddiaçı əmək haqqının ödənilməsi barədə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin arxivində mövcud olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
36. Yuxarıda istinad olunan və iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş normaya görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
37. Bununla bağlı nəzərə almaq lazımdır ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 38. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli,186 saylı Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
39. Bu qərarın 24-cü bəndində istinad olunan normaya görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığort a stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
40. Həmçinin nəzərə almaq lazımdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-cı ilədək işlədiyi müddət “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək olan dövrü əhatə etdiyindən və onun iş stajı əmək kitabçası ilə təsdiq olunduğundan, həmin müddət onun qazanmış olduğu pensiya hüququnun nəzərə alınması üçün ümumi iş stajına daxil edilməlidir. Bu baxımdan, iddiaçı 05.04.1995-ci ildən 01.01.2006-cı ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini və təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-cı ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək p ensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
43. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il t arixli, 2-1(103)-93/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Hakimlər: Səyyad Kərimov Kəmaləddin Bədəlov İlqar Hüseynov