Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-283/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (order əsasında mənzilin özəlləşdirilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü, FİN xxxxxxx ) cavabdeh Azərbaycan Resp ublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli 2-1(107)234/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 280 saylı qərarı ilə Mingəçevir şəhəri, Sos.Bolqariy a küçəsində (indiki N.Nərimanov küçəsi) yerləşən 32 saylı evin 1 saylı mənzili iddiaçının adına (ailə üzvü –qardaşı Mehmanla birgə) rəsmiləşdirilmişdir.
2. Azərbaycan SSR Mingəçevir şəhər X10 İcraiyyə Komitəsinin Mənzil Uçotu və Bölgüsü şöbəsi tərəfindən verilmiş 02 oktyabr 1987-ci il tarixli 5673 saylı orderlə iddiaçı Mamedova (Mirzəyeva) X6 şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 280 saylı qərarına əsasən mənzillə təmin edilmişdir (ailə üzvü –Mamedov Mehman (qardaşı) ilə birgə).
3. İddiaçının istifadəsində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilin özəlləşdirilməsi məqsədilə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********54 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından i mtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir n eçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləs i, yaxud onun verilməsinə dair sərəncam. Qanunvericilikdə nəzərdə tutulan qaydada qeyd olunan sənədlər təqdim edildiyi halda, mülkiyyət hüququnun qeydə alınması məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, orderdə X3 adı qeyd olunsa da, o, həmin mənzildə yaşamamışdır və qeydiyyatda da deyildir (öz ailəsi ilə başqa mənzildə yaşayır). Sözügedən mənzildə o və ailə üzvlərindən başqa heç kim yaşamır və q eydiyyatda deyil. Onun istifadəsində olan bu mənzil dövlət fondu mənzilidir. Odur ki, cavabdehin imtinası əsassızdır.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərardadı ilə X7, X5, X9 və X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim: Fərid İsmayılzadə) 22 iyun 2022-ci il tarixli 21(116)-876/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması:
10. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəalarına əsasən, vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzs iz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin, yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxs X3 razılı ğı olmadığı üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev sədrlik edən və məruzəçi, V.İ.Məlikov, G.İ.Cavadova) 26 oktyabr 2022-ci il tarixli, 2-1(107)234/2022 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(116)-876/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv ed ilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində iddiaçı işin hallarını və iddia tələbinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: 8.0.11-ci maddə: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin veri lməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərind əki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməmiş, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
23. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 2 80 saylı qərarı ilə Mingəçevir şəhəri, Sos.Bolqariya küçəsində (indiki N.Nərimanov küçəsi) yerləşən 32 saylı evin 1 saylı mənzili iddiaçının adına (ailə üzvü –qardaşı Mehmanla birgə) rəsmiləşdirilmiş və həmin qərar əsasında müvafiq order verilmişdir. dir
24. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı sözügedən mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlıdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə orderdə adı olan X3 razılığı olmadığı üçün cavabdehin imtinasını qanuni hesab etmişdir.
25. Bununla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlik də faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
26. Sözügedən normanın məzmunundan göründüyü kimi, özəlləşdirmədə iştirak etmək hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər.
27. Lakin hazırkı iş üzrə işə baxan məhkəmələr X3 adının yalnız orderdə olması halından çıxış etmiş, iddiaçı mənzilin özəlləşdirilməsi üçün müraciət edən vaxt X3 adının kirayə müqaviləsində olub-olmamasını araşdırmamışdır (sözügedən kirayə müqaviləsi iş materiallarında mövcud deyil və məhkəmələr tərəfindən də tələb edilməmişdir).
28. Bundan əlavə, işə baxan məhkəmələr sözügedən normanın bütün dizpozisiya şərtlərinin ödənilməsini məsələsinə də qiymət verməmişlər. Belə ki, şəxsin adının kirayə müqaviləsində əks etdirilməsi özəlləşdirmədə iştirak hüququnun mövcudluğuna birbaşa dəlalət etmir. Başqa sözlə, kirayə müqaviləsində göstərilmiş kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri hər bir halda özəlləşdirmədə pay sahibi kimi iştirak etmək hüququna malik deyillər. Onlar bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirmə üçün müraciət edilən anda həm də özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar.
29. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X2 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.
30. Həmçinin, iş materiallarında olan ünvan 2zil İstismar Sahəsinin rəisi A.Zeynalov, N.Nərimanov küçəsi 32 mənzil 26-da yaşayan A.Rəhimova, mənzil 21-də yaşayan İ. Əliyeva, mənzil 24-də yaşayan D.Cahangirova, mənzil 4-də yaşayan A.Sadıqova tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktda qeyd edilir ki, X7 1987-ci il tarixdən etibarən sözügedən mənzildə yaşamamışdır.
31. Qeyd edilən sənədlər X1 mənzil özəlləşdirilərkən həmin mənzildə faktiki yaşamasını şübhə altına alır. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan sübutlara qiymət verilməmiş, qərar qəbul edilərkən həmin hallara istinad edilməmişdir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipi pozulmaqla qərar qəbul edilmişdir.
33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mənzil kirayə müqaviləsini tələb etməli, eyni zamanda X3 adının həmin müqavilədə olub-olmamasını yoxlamaqla yanaşı, şəxsin faktiki həmin mənzildə yaşayıb-yaşamaması halına da qiymət verməlidir.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli 21(107)-234/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.