Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-283/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi; kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqarşı “pul tələbi”nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2288/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkə mə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizı ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanının tətbiq edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsi ndə çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin İddiaçı ödənilməsi vəzifəsinin qoyulması qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(102)-456/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkə məsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2288/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2288/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixdə Ali Məhkəməyə kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim edərək, apellyasiya məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır.
12. Belə ki, Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qər arı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər
13. İddiaçının ərizəsi həmin normanın tələblərinə uyğundur.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli 21(103)-2288/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardad qətidir.