Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-283/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması; eyni diaqnoz əsasında şəxsə daha əvvəl əlilliyin təyin edilməsi; diaqnozun əlilliyə əsas verməsi; əlilliyin təyinat tarixinin sonuncu göndəriş əsasında sonuncu imtina tarixindən müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-1258/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2013-cü il tarixdə “Piylənmə dördüncü dərəcə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuşdur. 2. 12.03.2014-cü il tarixdə “Piylənmə üçüncü dərəcə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təy in olunmuşdur. 3. 30.03.2015-ci il tarixdə “Ü.İ.X. gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı ilə və ürəyin zədələnməsi ilə müşayiət olunan hipertoniya xəstəliyi” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. 4. xx.xx.2016-cı il tarixdə “Ü.İ.X. gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı ilə və ürəyin zədələnməsi ilə müşayiət olunan hipertoniya xəstəliyi” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. 5. 2 nömrəli şəhər poliklinikasının 0530003AAF6J saylı xx.xx.2021-ci il tarixli göndərişinə (Əsas diaqnoz: İ20.8– Stenokardiyanın digər formaları UİX. Gərginlik stenokardiyası İİİ f.s; Ağırlaşma: İ50.0 – Durğunluq ürək çatmamazlığı XÜÇ İİİ f.s. QDÇ İİ mərhələ; İ49.4 – Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrosistolik aritmıya; Yanaşı xəstəliklər: İ11 – Ürəyin hipertenziv xəstəliyi. Arterial hipertenziya İİİ əlavə risk İV; F48.0 – Nevrasteniya Asteno nevrotik sindrom; K75-Qaraciyərin digər iltihabi xəstəlikləri HEPATOSİTEATAOS; E66 – Piylənmə İİİ dərəcə BKİ 40) əsasən xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “göndərişin natamam doldurulması - xəstədə əsas diaqnozun ağırlaşması reyestr məlumatı ilə uyğunsuzluq təşkil edir” səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 30 mart 2021-ci il tarixdən ikinci dərəcə əlilliy in təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıda olan və Forma 88 arayışında əks olunan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xəstədə əsas diaqnozun ağırlaşması reyestr məlumatı ilə uyğunsuzluq təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında işin faktiki hallarına və formal dəlillərə istinad edilmiş, əlavə olaraq göstərilmişdir ki, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi davam etdirməsi, tam reabilitasiya olunmadı ğı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aidiyyəti sənədləri təqdim edərək müraciət etməsi tövsiyə olunur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7140/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş ekspertiza nəticəsində verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, T304/2021 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 0530003AAF6J saylı göndərişlə göndərilmiş əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional di aqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilsə də, həmin diaqnoz əlillik əlaməti təyin etmədiyindən Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1166/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 30 nömrəli iş materialları üzrə ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan 0530003AAF6J saylı göndərişə əsasən göndərişə əsasən əsas xəstəlik və ağırlaşmala rı kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı məhkəmə-tibbi müayinədən imtina etdiyindən onun hazırkı vəziyyətini qiymətləndirmək mümkün deyildir.
11. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(112)-282/2023 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, iddiaçıya ikinci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin (bərpa) edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi İ20.8 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından yanaşı xəstəlik kimi İ11 diaqnozda olan “Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİİ əlavə risk İV” xəstəliyi kimi Ə sasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, Forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyində də öz əksini tapmışdır. Bu hal isə xəstəliyin yanaşı xəstəlik kimi iddiaçıda aşkar olunduğunu təsdiq edir. Həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də yanaşı xəstəliyin nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2016-cı il tarixdən 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasın dan imtina etmişdir. Son olaraq qeyd olunmalıdır ki, iddiaçıya ikinci dərəcəli əlilliyin təyini xx.xx.2021-ci il tarixdən həyata keçirilməlidir. Çünki İddiaçı “Ü.İ.X. gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı ilə müşayiət olunan ürəyin zədələnməsi ilə müşayiət olunan hipertoniya xəstəliyi” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilərkən əlillik müddətinin məhz xx.xx.2021-ci il tarixədək davam etdiyi göstərilmişdir. Bu səbəbdən də ikinci dərəcəli əlillik məhz xx.xx.2021-ci il tarixdən təyin edilməlidir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103 )-1258/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X1” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T388/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan 0530003AAF6J saylı göndərişə əsasən əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən və xəstəliklər xroniki olduğundan onun Forma 88-də göstərilən xəstəliklərindən əziyyət çəkməsini inkar etmək olmaz. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi ekspertizadan keçirilərkən Akad. C.Abdullayev adına X2 İnstitutuna göndərilmiş və aparılmış müayinələrdən sonra ona “ÜİX; Gərginlik steno kardiyası (f.s. İİİ); Hipertoniya xəstəliyi İ mərhələ. Mədəcik ekstrasistoliyası. AF-48%; Xroniki ürək çatmamazlığı İİ f.s (İ20.0, İ88.1, İ49.9, İ50.0) diaqnozu qoyulmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-1258/2024 nömrəli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(112)-282/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı barəsində həmin diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilmə z. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Re abilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçiril dikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra ha kimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur): 2.2....İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33);... 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklə r nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0);
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 2.2.Ürəyin işemik xəstəliyi - İ20 - İ25 Qiymətləndirmə 2.2.1.ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 35-60% -1 il 2.2.2.ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 65-80% - 2 il 2.2.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: st enokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 85-100% -müddətsiz
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlill ərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şə rh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, müvafiq əlillik dərəcəsinin təyinat tarixinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissədə qərar dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu - xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur.
31. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi imtina tarixindən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməlidir.
32. Apellyasiya instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən deyil, sonuncu xx.xx.2016-cı il tarixdə təyin edilmiş 5 illik əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən təyin edilməsi qənaətinə gəlmişdir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
34. Məlum olduğu kimi, 2 nömrəli şəhər poliklinikasının 0530003AAF6J saylı xx.xx.2021-ci il tarixli göndərişində iddiaçının sağlamlıq vəziyyəti “Əsas diaqnoz: İ20.8– Stenokardiyanın digər formaları UİX. Gərginlik stenokardiyası İİİ f.s; Ağırlaşma: İ50.0 – Durğunluq ürək çatmamazlığı XÜÇ İİİ f.s. QDÇ İİ mərhələ; İ49.4 – Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrosistolik aritmıya; Yanaşı xəstəliklər: İ11 – Ürəyin hipertenziv xəstəliyi. Arterial hipertenziya İİİ əlavə risk İV; F48.0 – Nevrasteniya Asteno nevrotik sindrom; K75-Qaraciyərin digər iltihabi xəstəlikləri HEPATOSİTEATAOS; E66 – Piylənmə İİİ dərəcə BKİ 40” kimi qiymətləndirilmişdir.
35. Həmçinin sonuncu dəfə xx.xx.2021-ci il tarixdə tərtib olunmuş Forma 88-də sadalanan xəstəliklərin iş üzrə keçirilm iş ekspertiza ilə bağlı aparılan tibbi-texniki müayinələr və tibbi rəyə əsasən hazırda da iddiaçıda mövcudluğu öz təsdiqini tapmışdır.
36. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2021-ci il tarixli tibbi göndərişdə qeyd olunan xəstəliklərin kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərində öz əksini tapmışdır, eləcə də iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir.
37. Beləli klə, apellyasiya məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq cavabdeh iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər aşkar olunduğu halda, əlilliyin təyin edilməsindən imtina etməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin müayinənin nəticələrini, buna dair tibbi sənədlərin nəyə görə əsas kimi qəbul edilməsindən imtina olunması hallarını əsaslandıra bilməmiş, habelə iş materialları əsasında təsdiq olunmuş halları təkzib edən heç bir sübuta istinad edilməmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-1258/2024 saylı qərarı dəyişdirilsin. İddiaçı 16 aprel 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərar qətidir.