Məhkəmə qərarları › İş №2-1(102)-2830/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2830/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2830/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Kənd Təsərrüfatı Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: intizam tənbehi barədə əmrin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Kənd Təsərrüfatı Nazirliyinə qarşı “əmrin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-2385/2024 saylı qərarında n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatında Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi vəzifəsinə 6 ay sınaq müddəti ilə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən daimi dövlət qulluğuna qəbul edilmişdir.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 nömrəli əmri ilə Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi İddiaçı xidməti fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etmədiy inə görə “töhmət” verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 saylı əmrin ləğv edilməsi və 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatında Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi vəzifəsində işləyir. Bu şöbədə işə başladığı tarixdən verilmiş tapşırıqları həmişə vaxtında və layiqli şəkildə icra etmişdir. Bu vaxta qədər əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar ona heç bir irad tutulmamışdır. X9 şöbə müdiri təyin edildikdən sonra ona qarşı həmişə qərəzli şəkildə hərəkət etmişdir. X2 identifikasiyası və coğrafi məlumatlar sektorunun əməkdaşlarından birinə Əsasnaməyə zidd olaraq digər sektorun işini tapşırıb. Bu sektora aid olan bütün işləri isə ona tapşırıb. Bir halda ki, bu sektorun işini 4 nəfər icra edir, bununla əlaqədar iradını bildirərək bu qədər işi təkbaşına çatdıra bilmədiyini deyərək ona öz iradını bildirdikdə, o, Nazirliyin yüksək vəzifəli şəxslərinə deyir ki, bəs Hafiz tapşırıqları icra etmir. X10 tərəfindən tapşırıqların aidiyyəti üzrə verilmədiyi araşdırılmır. xx. xx.2023-cü il tarixində şöbə müdiri Firudin Tağıyev iddiaçını çağıraraq bildirmişdir ki, torpaq sahələrinin təyinatını və kateqoriyasını dəyişdirilməsi barədə daxil olmuş məlumatlar X1 (ATM) işçisi tərəfindən coğrafi məlumatlar bazasına daxil ediləcək. Ona isə daxil olan layihələrin araşdırılıb rəy verilməsini tapşırdı. xx.xx.2023-cü il tarixində şöbə müdiri torpaq sahəsinin təyinatının və kateqoriyasının dəyişdirilməsi və dövlət təbiət yasaqlığının yenidən təşkili barədə 2 məktubu icra edilməsi üçün ona göndərdi. O, həmin məktubların şöbənin əsasnaməsinə uyğun olaraq aidiyyəti üzrə göndərilməsini xahiş etdi. X9 bildirdi ki, onunla qanunla danışmasın. İddiaçı isə ona bildirmişdir ki, nazirlik qanunvericiliyə uyğun idarə edilir, şöbə müdirinin istəklərinə uyğun xx.xx.2023-cü il tarixində to rpaq sahələrinin təyinatının və kateqoriyasının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılması üçün şöbə müdiri onu çağırdı, ona bu işlərin başqası tərəfindən icra olunduğunu, onun bu barədə məlumatı olmadığını bildirmişdir. Qeyd olunan işlər barədə məlumatı olmadığı üçün müzakirədə iştirak etmədiyini bildirdi. Çox qəribədir ki, şöbə müdiri, o, dövlət qulluqçusu olduğu halda və öz ixtisasına və vəzifəsinə uyğun iş apardığı halda, onun icra etməli olduğu işi X1 işçisinə tapşırıb. X1 işçisi əsassız olaraq nazirlikdə oturub onun işini icra etmişdir. Eyni zamanda şöbə müdiri ATM-nin işçisinə onun işini, eləcə də onun ona kömək etməyini tapşırıb. Bu onun şərəf və ləyaqətini alçaltmışdır. Bu, dövlət qulluqçusunun hüququnu, şərəf və ləyaqətini ləkələyir. Bu barədə o, rəhbərliyə də yazılı mürac iət göndərmişdir. Lakin şöbə müdiri bununla əlaqədar onun barəsində rəhbərliyə təqdimat göndərmiş və Nazirliyin xx.xx.2023-cü il tarixli əmri ilə ona töhmət verilmişdir. Həmçinin ona töhmət verildiyinə görə 1700 manat məbləğində əlavə ödənişlərdən də məhrum olmuşdur. Bu məsələni sülhlə həll etmək üçün mediatora da müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdeh tərəf barışığa gəlməmiş və öz istəyi ilə bu əmri ləğv etməmişdir.

5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya verilən tapşırıq qanunvericiliyin tələblərinə zidd deyildir və iddiaçı tapşırığın icrasından qəsdən imtina etmişdir. İntizam tənbeh tədbirinə dair icra intizamı qanunvericiliyə uyğun formada aparılmışdır. İntizam tənbehi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür və iddiaçının kompensasiya d air tələbi əsassızdır. İddiaçıya verilən tapşırıq qanunvericiliyin tələblərinə zidd deyildir və iddiaçı tapşırığın icrasından qəsdən imtina etmişdir. Belə ki, İddiaçı ilə Nazirlik arasında bağlanmış 2016-cı il 29 sentyabr tarixli 1289 nömrəli Əmək müqaviləsinin 3-cü bəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xidməti tapşırıqlarını yerinə yetirmək və sair onun qulluq funksiyaları kimi müəyyən edilmişdir. X7 Nazirinin 2018-ci il 27 dekabr tarixli 08Q nömrəli Əmri ilə təsdiqlənmiş Torpaqdan istifadəyə nəzarət şöbəsinin Əsasnaməsinin 5.2.2-ci yarımbəndinə əsasən şöbə müdiri tabeliyində olan sektorlar və əməkdaşlar a rasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir. İddiaçının iddia ərizəsində özünün də təsdiqlədiyi kimi, o, Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi kimi 2023-cü il 29 mart tarixində torpaqların kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı şöbə müdiri F.Tağıyevin xidməti otağında keçirilən iclasda iştiraka dair tapşırığın icrasından nümayişkaranə şəkildə imtina etmişdir. Şöbə müdiri İddiaçı xidməti telefonuna zəng edərək yenidən iclasa dəvət etmiş, buna baxmayaraq iclasın ona aid olmadığını bildirərək iclasda iştirak etməmişdir. Halbuki, şöbə müdirinin iddiaçının iştirakını təmin etməkdə məqsədi “Torpaqların kateqoriyalara aid edil məsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarının 1.16-cı bəndinin (1.16. Torpağın bir kateqoriyadan digərinə keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət göstəriciləri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri və onların sabitliyi nəzərə alınır.) tələblərindən irəli gələrək mütəxəssis qismində iddiaçının rəyinin öyrənilməsi olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıya birbaşa rəhbəri tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.2-ci və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 10-cu maddəsinə əsasən verilmiş tapşırıq həm o nunla bağlanılan əmək müqaviləsinə, həm də qanunvericiliyə əsasən dövlət qulluqçusu kimi iddiaçının vəzifələri hüdudunda olmuşdur.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 saylı əmrin qanunsuz olduğu üçün verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi və 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəmənin 2-1(112)-12527/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(112)-1858/2024 nömrəli qərarı ilə (haki m X4) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya rəhbəri tərəfindən onunla bağlanılan əmək müqaviləsinə, həmçinin qanunvericiliyə uyğun tapşırıq verilmişdir. Buna baxmayaraq iddiaçı ona verilən tapşırığın icrasından imtina etmişdir. Odur ki, məhkəmə mübahisələndirilən əmrin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulduğu halları müəyyən etmir.

10. Həmçinin, iddia tələbinin 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə tərəflərin təqdim etdiyi bank hesabından çıxarışdan və işçinin şəxsi vərəqəsindən müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ilin yanvar, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar və fevral aylarında mükafatlandırılmamışdır. İddiaçıya 2022-ci ilin fevral ayında 880 manat, yəni əmək haqqının 100 faiz miqdarında mükafat verilmiş, avqust ayında isə 528 manat, sentyabr ayında 504 manat, oktyabr ayında 440 manat, 2023-cü ilin iyun ayı üçün əmək haqqının 60 faiz miqdarında verilmişdir. İddiaçı məhkəmə iclasında özü etiraf etdi ki, 2022-2023-cü il tarixlərdə 5 ay müddətində işçilər mükafatlandırılmamışdırlar və mükafat almaq rəhbərlik tərəfindən asılı olan haldır. Əmək haqqına əlavələr edilməsi yolu ilə aparılan mükafatlandırma iş materillarından göründüyü kimi fərdi xarakter daşımaqla, stabil olmamış, mükafatın verilməsi isə rəhbərliyin müvafiq əmri ilə həyata keçirilmişdir.

11. İddia rədd edildiyindən, həmçinin mediasiya təşkilatına müraciət könüllü olduğundan və mediasiya xərcləri məhkəmə xərclərinə aid olmadığından iddia tələbi mediasiya xər clərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsassız hesab edilmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-22/3-1-285/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli əmrin qanunsuz hesab edilməsi, 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-2385/2024 nömrəli qərardadı ərizə icraata qəbul edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-2385/2024 nömrəli qərarı (hakimlər X8 (məruzəçi), X5 və X6) ilə iddiaçının qismən apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(112)-1858/2024 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxan zaman prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş məhkəmənin icraatında olan zaman inzibati akt əhəmiyyətini itirməsinə (aradan qalxmasına) baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının buna uyğun hüquqi marağını mövcud hüquqi vəziyyətə uyğun müəyyən etməmiş və müvafiq qaydada hüquqi yardım göstərməmiş və beləliklə də, İPM-in 13-cü maddəsinin tələblərini pozmuşdur. Qey d edilən pozuntu isə İPM-in 2.2-ci maddəsinin tələblərinin (iddianın növünün düzgün seçilməməsi) pozulması ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mübahisələndirmə iddia növü üzrə baxıldığından iddianın əsaslılığı və mümkünlük şərtləri mübahisələndirmə iddia növü üzrə də yoxlanılmışdır. Halbuki, mübahisə predmeti olan inzibati akt aradan qalxdığından mübahisəyə müəyyənetmə və tanınma iddia növü üzrə inzibati aktın qanunsuz sayılması iddia növündə baxılmalı və iddianın əsaslılığı və mümkünlük şərtləri də həmin iddia növü üzrə yoxlanılmalı idi.

17. Apellyasiya instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı birbaşa rəhbərinin qanuna uyğun olaraq verdiyi tapşırıqları yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı tərəfindən “Dövlət qulluğu haqqın da” Qanunun 18.0.2, 18.0.3, 18.0.12-ci maddələrinin və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulduğundan mübahisə predmeti olan inzibati aktın qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulduğu halları müəyyən edilmir.

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarını qismən, yəni iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində “Dövlət qulluğu haqqında” Qanuna, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

20. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1289 nömrəli əmək müqaviləsinin 3-cü bəndində qeyd edilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xidməti tapşırıqlarını yerinə yetirmək dövlət qulluqçusunun qulluq funksiyasına daxildir, iddiaçı isə şöbə müdirinin tapşırığı və icazəsi olmadığı üçün həmin iş üzrə məlumatların toplanması və araşdırmasında iştirak etməmişdir. Qeyd edilən əmək müqaviləsinin 3-cü bəndində də qeyd edilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edi lməsində iştirak etmək iddiaçının qulluq funksiyasına daxildir.

21. İşin araşdırılan hallarından açıq-aydın görünür ki, sözü gedən işin araşdırılması, məlumatların toplanması və sistemə daxil edilməsi şöbə müdiri tərəfindən birbaşa sahəsi olduğu halda iddiaçıya deyil, təlimata və qanuna zidd olaraq başqa şöbənin yəni, “X3” PHŞ işçisinə tapşırılmışdır. Belə olan halda işin məsuliyyətini də araşdırmanı aparmış həmin işçi daşımalıdır. Şöbə müdiri isə iddiaçıya tapşırılmayan, araşdırmasında iştirak etmədiyi işin nəticəsini müzakirəyə çıxarıb rəy verməsini tələb etdiyi üçün iddiaçı ona aidiyyəti olmayan araşdırmanın məsuliyyətini haqlı olaraq daşımaq istəməmişdir. Çünki komissiyanın iclasında iştirak etsəydi, rəy verən şəxs kimi bilavasitə onun adı göstərilməli idi. Əslində şöbə müdirinin tapşı rığı iddiaçıya münasibətdə qanunun, Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi Əsasnamənin tələblərinə uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;... 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və y a yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan str uktura malik olan dövlət təsisatı; Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbə rin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunveric ilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 24 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Mədəni davranış Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə

10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi 10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıq ları yerinə yetirməyə borcludur. 10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. 10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

25. Azərbaycan Respublikası Prezid entinin 2001-ci il 3 sentyabr tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamə”

2. Hər bir dövlət qulluqçusunun ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsinə və yaxud lazımi şəkildə yerinə yetirilməməsinə, həmçinin «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə barəsində tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət vermək hüququ vardır....

12. Dövlət qulluqçusu intizam tənbehi verilərkən qanunvericiliyin tələblərini və onun hüquqlarının pozulduğunu iddia edərsə, Komissiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət edə bilər.

26. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qay dada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticəsi ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona g örə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayəti ilə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 322/3-1-285/2023 nömrəli əmrin qanunsuz olduğu üçün verildiyi gündən, yəni xx.xx.2023cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi, yəni qanunsuz sayılması (əhəmiyyətini itirmiş hesab olunması) 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.

34. İşin hallarına görə, cavabdeh mübahisələndirilən əmrlə iddiaçıya xidməti fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etmədiyinə görə “töhmət” verilmişdir. “Töhmət” verilməsi üçün əsas iddiaçı tərəfindən birbaşa rəhbərinin qanuna uyğun olaraq verdiyi tapşırıqları yerinə yetirməkdən boyun qaçırması olmuşdur.

35. Məhkəmə kollegiyası cavabdehin qərarının qanunsuz olması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1289 nömrəli əmək müqaviləsinin 3cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xidməti tapşırıqlarını yerinə yetirmək dövlət qulluqçusunun (iddiaçının) qulluq funks iyalarına aiddir (iş vər 4245).

36. Eyni zamanda kənd təsərrüfatı nazirinin 2018-ci il 27 dekabr tarixli 08Q nömrəli Əmri ilə təsdiqlənmiş “Torpaqdan istifadəyə nəzarət şöbəsinin Əsasnaməsi”nin 5.6.3-cü bəndinə əsasən şöbə müdiri tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir.

37. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı Əsasnamə ilə ona həvalə olunmuş vəzifələri, birbaşa rəhbərinin qanunauyğun verdiyi şifahi tapşırıqları yerinə yetirməmiş, “Dövlət qulluğu haqqında” Qanunun 18.0.2, 18.0.3, 18.0.12-ci maddələrini və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 10-cu maddəsinin tələblərini pozmuşdur.

38. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya 1700 manat ödənişin verilməməsi ilə bağlı hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, şöbənin işçiləri iki mənbədən mükafatlandırırlar-büdcədən və şöbənin sərəncamında olan daxili vəsaitdən. İddiaçı mükafatları büdcədən almışdır, şöbənin sərəncamında olan vəsaitin ümumi məbləği 1700 manat təşkil edən mükafatlandırılmadan isə verilən töhmətə görə məhrum edilmişdir.

39. İddiaçının bu arqumenti ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, iddiaçı bu mövqeyini apellyasiya instansiya məhkəməsində də irəli sürmüşdür.

40. Apellyasiya instansiya məhkəməsi isə öz növbəsində haqlı olaraq “Dövlət qulluğu haqqında” Qanuna, eləcə də Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dö vlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə istinad edərək bildirmişdir ki, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Dövlət qulluqçularının fərdi mükafatlandırılması vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi, rəhbərliyin tapşırıqlarının vaxtında və key fiyyətlə yerinə yetirilməsi, normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi ilə əlaqədar həyata keçirilir.

41. Bundan əlavə dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun qulluq keçdiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi dövlət qulluqçularının mükafatlandırılması onla rın qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni tələb edə bilməz. Dövlət qulluqçusuna mükafat fərdiləşmiş qaydada, heç də bütün dövlət qulluqçularına deyil, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir.

43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dəlilləri iş materialları, qanunverici liyin müvafiq normaları ilə ziddiyyət təşkil etdiyindən təmin edilə bilməz.

44. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 21(103)-2385/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar